Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rhodanthe frenchii
Rhodanthe frenchii (lat. Rhodanthe frenchii) — mürəkkəbçiçəklilər fəsiləsinin rhodanthe cinsinə aid biki növü.
Frenc-Pass boğazı
Frenc-Pasd boğazı (ing. French Pass Fransız keçidi, Maori dili Te Aumiti). Dar və təhlükli boğaz. Yeni Zelandiya adalarına daxil olan Dyarvil və Cənub adalarını ayırır. Boğazdan şərqdə Kuk boğazı, qərbdə isə Tasman körfəzi yerləşir. == Açılışı == Boğazı üzüb keçən fransız səyyahı İyol Sebasten Sezar Dyumon Dyorvil olur. O 1827-ci ildə Yeni Zellandiyaya ikinci səfəri zamanı kəşf edilir. Boğazı keçən Dyumon ən dar yerdə "Astrolyabiya" Korveti iki dəfə sıldırımlı daşlara dəyir və rifə çıxır. Dyuman bu sözləri deyirdi: əgər gərək yoxdursa onda boğazı keçmək lazım deyil. == Xüsusiyyətləri == Burada axın sürəti 8 dəniz milinə (4 km/s) çatır.
Frenç-basqı
Frenç-basqı (ing. French-press)- xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
Franca
Frankenia (lat. Frankenia) — qərənfilçiçəklilər dəstəsinin frankeniaceae fəsiləsinə aid bitki cinsi. == Sinonim == Anthobryum Phil. Beatsonia Roxb. Franca Boehm. Hypericopsis Boiss. Niederleinia Hieron. Tetreilema Turcz.
Franck
Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir == Ticarət markaları == === Franck Cafe === Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee) == Adria Snack Company Ltd == Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəznində xidmət göstərən Fransanın milli aviaşirkəti.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Frends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Frenki Muniz
Fransisko Muniz IV (ing. Frankie Muniz; 5 dekabr 1985, Vud-Ric[d], Nyu Cersi) — ABŞ aktyoru. 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomundakı baş rolu ilə məşhurlaşıb. Serialdakı ifasına görə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. Televiziyadan əlavə o, "Deuces Wild", "Big Fat Liar", "Agent Cody Banks" və "Racing Stripes" filmlərində çəkilmişdir.2008-ci ildə o, yarış avtomobili sürücüsü olmaq üçün aktyorluğa fasilə verdi. O, hətta Atlantic Championship adlı yarış çempionatında da iştirak etmişdir. == Həyatı == Fransisko Muniz IV 5 dekabr 1985-ci ildə Nyu-Cersi ştatının Vud-Ric şəhərində anadan olub. Onun anası Denis tibb bacısı, atası Fransisko Muniz III isə restoran meneceri olub. Munizin anası yarı irland yarı italyan, atası isə Asturiya mənşəli puerto-rikoludur. Onun Kristina adlı böyük bacısı var.
Chelaseius freni
Chelaseius freni (lat. Chelaseius freni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chelaseius cinsinə aid heyvan növü.
Frenk Abiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Bainimarama
Xosaia Voreqe Bainimarama (ing. Josaia Voreqe Bainimarama; fici Josaia Voreqe Bainimarama; Şablon:Dil-hif; 27 aprel 1954) — 2007-ci ildən etibarən Fici Baş naziri. Bainimarama Marist Qardaşları Liseyində, Asiya Texnologiya İnstitutunda və Delhauzi Universitetində təhsil alıb. 1975-ci ildə Fici Dəniz Qüvvələrinə qoşuldu və 1976-cı ildə baş matros və miçman, 1977-ci ildə praporşik və həmin ilin sonunda sub-leytenant rütbəsinə yüksəldi. 1986-cı ildə leytenant-komandir vəzifəsinə yüksəldi və 1988-ci ildə Fici donanmasının komandiri oldu, daha sonra 1991-ci ildə kapitan oldu. 1997-ci ildə Bainimarama Fiji Hərbi Qüvvələri Respublikasının Baş Qərargah rəisi təyin edildi. 1998-ci ildə komandir rütbəsinə yüksəldi və daha sonra 1999-cu ildə Silahlı Qüvvələrin komandanı oldu. 2014-cü ildə komandanlıqdan istefa verdi və kontr-admiral rütbəsinə yüksəldi. Bainimarama 2006-cı il dövlət çevrilişinə başçılıq edərək Baş nazir Qaraseni hakimiyyətdən uzaqlaşdırdı. Daha sonra 2007-ci ildə Ratu Xosefa İloilonu Prezident və özünü Baş nazir vəzifəsini müvəqqəti olaraq təyin etdi.
Frenk Ebiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Kelloq
Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür. == Erkən həyatı və karyerası == Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür.Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür.1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi. Onun ən mühüm işi, Amerika Birləşmiş Ştatları, 221 ABŞ 1 (1911)-dəki,Nyu-Cersi Standard Oil idi. Bu uğurlu ittihamdan sonra Amerika Barolar Birliyinin prezidenti seçildi (1912–1913).
Frenk Lancella
Frenk Lancella (ing. Frank Langella; d. 1 yanvar 1938, Beyonne, Nyu-Cersi, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Frank A. Langella, italyan əsilli ABŞ aktyorudur. 1938-ci ildə Bayonne, Nyu Cersidə Angelina və Frank A. Langella Sr. (1991-ci ildə v.e.) ailəsində dünyaya gəlib. İş adamı olan atası Bayonne Barrel and Drum Company şirkətinin prezidenti idi. İbtidai təhsilini Beyonn şəhərində alıb. 1955-ci ildə bütün ailə Cənubi Orange, Nyu Cersi (South Orange, New Jersey) köçür və burada o, Kolumbiya Universitetinin orta məktəbini bitirir. Daha sonra 1959-cu ildə Sirakuzda gələcək aktyor müvəffəqiyyətlə Sirakuz universitetinin dram sahəsində incəsənət bakalavrı pilləsini bitirir.
Frenk Lempard
Frenk Ceyms Lempard (20 iyun 1978[…]) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Frenk Pallone
Frenk Pallone (d. 1951) — 1973-cü ildə Midlberi kollecini (incəsənət bakalavrı), 1974-cü ildə Tafta universitetini (incəsənət magistri), 1978-ci ildə Ratgers universitetini (hüquq doktoru) bitirmişdir. 1982–1988-ci illərdə Lonq-Branç bələdiyyə şurasının, 1984–1988-ci illərdə Nyu-Cersi ştatı senatının üzvü olmuşdur. 1988-ci ildən ABŞ Konqresi Nümayəndələr Palatasına üzv seçilmişdir. Demokratdır.
Frenk Ramsey
Frenk Ramsey (ing. Frank Plumpton Ramsey; 22 fevral 1903[…], Kembric – 19 yanvar 1930[…], London) — ingilis riyaziyyatçısı, riyaziyyat, fəlsəfə və iqtisadiyyat sahəsində tədqiqatçı, Ramsey teoreminin, Ramsey nəzəriyyəsinin, Ramsey təkliflərinin müəllifi, Ramsey-Kass-Kupmans modelinin həmmüəllifi. == Bioqrafiyası == 22 fevral 1903-cü ildə riyaziyyatçı və Maqdalen Kollecinin prezidenti Artur Remsinin ailəsində anadan olub. Dörd uşağın ən böyüyü idi. Kiçik qardaş Maykl Ramsay daha sonra Canterbury arxiyepiskopu oldu, lakin Frenkın özü ömrünün sonuna qədər döyüşkən ateist idi. 1915-ci ildə Frenk Vinçester Kollecinə daxil oldu, daha sonra Triniti Kollecində riyaziyyat təhsili aldı, burada onun çox yönlü qabiliyyətləri və maraqları erkən ortaya çıxdı. 1924-cü ildə Con Meynard Keynsin dəstəyi sayəsində Kembricdəki Kinq Kollecində müəllim oldu. Riyaziyyatdan mühazirələr oxumuş, sonralar riyaziyyat istiqaməti üzrə tədris şöbəsinin müdiri olmuşdur. İqtisadiyyatda o, riyazi modelləşdirmə problemlərini öyrənmiş, xüsusən optimal vergitutma və iqtisadi artım modellərini işləyib hazırlamışdır. Frenk Ramseyin riyazi iqtisadiyyat sahəsində apardığı tədqiqatlar müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, iqtisadi artım modellərindən biri onun adını daşıyır, Ramsey problemi də iqtisadi nəzəriyyədə məlumdur.
Frenk Rozenblat
Frenk Rozenblat (ing. Frank Rosenblatt; 11 iyul 1928, Nyu-Raşel[d], Nyu-York ştatı – 11 iyul 1971, Çesapik körfəzi, ABŞ) — süni intellekt, psixologiya və neyrofiziologiya sahələri üzrə gördüyü çoxsaylı işlərlə dünyada məşhurlaşan nüfuzlu alimlərdən biri. == Həyatı == Frenk Rozenblat 11 iyul 1928-ci ildə Nyu-Yorkda Rusiya imperiyasından köç etmiş yəhudi ailəsində dünyaya göz açıb. Onun atası sosioloq və iqtisadçı Frenk Ferdinand Rozenblat və anası sosial işçi Ketrin Rozenblat olub. Frenk Rozenblat Kornell Universiteti bitirib. Kornell laboratoriyasında psixologiya üzrə tədqiqatçı vəzifəsində çalışan Rozenblat beyinin işləmə mexanizmi ilə maraqlanır və onun elektron modelini yaratmaq üçün müxtəlif üsulları araşdırır. == Dövrünün ən güclü kompüterini proqramlaşdırır == Rozenblat 1957-ci ildə Kornell Aeronavtika Laboratoriyasında öz zamanının ən güclü IBM – 704 kompüterini proqramlaşdırır. Bu kompüter perseptorunun işini modelləşdirməli idi. Güclü kompüterə bu işi yerinə yerinə yetirmək üçün yarım saata yaxın vaxt lazım idi. Real perseptron bu işin öhdəsindən saniyənin mində bir hissəsi müddətində gəlməli idi.
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…] – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. == Fəaliyyəti == Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.
Ferenç Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur.
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
İrənçi (Nir)
İrənçi (fars. ايرنجي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 373 nəfər yaşayır (81 ailə).