GÖZƏTÇİ Sonra məlum oldu ki, dəstə kəndə basqın düzəldib, kənd sovetinin gözətçisini lapdan yaxalayıb boğdular (M.İbrahimov); KEŞİKÇİ Girdman qalasının qoca keşikçisi, adəti üzrə yenə də geniş həyətdə gəzinir, arabir dayanıb ətrafı dinləyirdi (M.Hüseyn); QAROVUL Leytenant bir neçə məntəqəyə əlavə qarovul təyin etdikdən sonra, tutulmuş adamı örtülü səngərə aparmağı əmr etdi (M.Hüseyn); QAROVULÇU [Balağa:] Hacı Zeynalabdin Tağıyevin keçmiş dəyirmanında qarovulçuların böyüyüdü (H.Abbaszadə); QORUQÇU (tarla, meşə, bağ, bostan gözətçisi) Bəşər daha heyvanlıqdan əl çəkib; Qoruqçu otlağa çəpər çəkməsin! (A.Səhhət); NƏZARƏTÇİ Günorta zavodun qoca nəzarətçisi gəlib Həmidə dedi ki, səni bir nəfər hərbçi soruşur, qapıda dayanıb (H.Abbaszadə); NİGAHBAN (kl.əd.) Səndən ötrü bütün övladımı giryan edərəm; Qeyrətü şənimi hifzində nigahban edərəm (C.Cabbarlı); PASİBAN (köhn.) Qapımda pasiban möhnətdir nədən; Yazılıb qətlimə fərmanını yoxsa? (M.Rahim).