Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köhnə Gəgir
Köhnə Gəgir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Hal-hazırda kənddə 250 nəfərdən çox insan yaşayır. == İqsadiyyat == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. == İnfrastruktur == Kənddə 1 məktəb,1 kitabxana fəailiyyət göstərir.
Köhnə Gəgir bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərgər
Gərgər bu mənalarda gələ bilər: == Gərgər == Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Kəfgir
Kəfgir — qravitasiya sahəsində asılmış və mexaniki rəqslər edən sistem. == Tarix == İlk kəfkirlərdən biri I əsrdə düzəldilən sansiometr cihazıdır, Çinin Han sülaləsindən olan alim Çjan Xen.
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər.Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması. İqtisadiyyatda gəlirin ümumi təriflərindən biri aşağıdakılardır: Müəyyən bir müddət ərzində gəlir müəyyən bir insanın sərvətinin dəyərini dəyişmədən xərcləyə biləcəyi pul məbləğidir.
Gəmir
Gəmir - Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Dəzgir (Urmiya)
Dəzgir (fars. ‎‎‎دزگير‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 525 nəfər yaşayır (92 ailə).
Gəngiz şoranı
Gərgin (Bicar)
Gərgin (fars. گرگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (72 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Gərgər (Adıyaman)
Gərgər - Türkiyənin Adıyaman ilinin ilçələrindən biridir. == Ərazi == Gərgər ilçəsinin ərazisi 702 km² sahəni əhatə edir . İlçə tərkibinə Gərgər qəsəbə bələdiyyəsi və 45 kənd daxildir . Gərgər qəsəbə bələdiyyəsi beş (Fatih, Kələşan, Mərkəz, Seyidmahmud və Yeniməhəllə) məhəllədən ibarətdir . Gərgər bələdiyyəsinin məhəllələri və ilçənin tərkibindəki kəndlər muxtarlar tərəfindən idarə edilirlər . == Əhali == Gərgər qəsəbə əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 3,189 nəfərdir (1,599 nəfər kişi və 1,590 nəfər qadın olmaqla) . === Dil === === Kəndlər === Adıyaman ilində Qarakeçili boyuna mənsub insanlardan ibarət 26 kənd mövcuddur. Onlardan üçü : Oymaqlı, Seyidmahmud və Bəybostan kəndləri Gərgər ilçəsində yerləşir . Hazırda onların əhalisini 24 oğuz boyundan biri olan Qayı boyundan yaranmış Qarakeçili boyunun Torun qolundan olan Bəylər oymağına aid türk kökənli insanlar təşkil etməkdədir . Gərgər ilçəsinin kənd əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 20,637 nəfərdir .
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Gərgər (Gədəbəy)
Gərgər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Orta dağlıq qurşaqdadır. == Toponimikası == Kəndin adı XIX əsrdə Qarqar variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin eramızın əvvəllərində Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adı ilə bağlılığı ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2599 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gərgər (Hadişəhr)
Gərgər — Hadişəhrin cənub qisminin tarixi adıdır, şimalı hissəsi isə Ələmdar adlanır.Hadişəhr bu iki məntəqənin birləşməsindən yaranıb. Həmdullah Qəzvini Nüzhətül-qülub kitabında (xüsusilə 85, 102 səhifələrində) bu şəhəri Azərbaycanın beş böyük və abad şəhərlərinin sırasında gətirib: Bərdə, Ordubad, Naxçıvan, Gərgər və Ucan.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Gərgər bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərgər mahalı
Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahal. Maku mahalı, Mərənd mahalı və Qaradağ mahalı tərəfindən əhatə edilmişdir. Ələmdar və Gərgər bu mahalın ən böyük və ən tanınmış yerlərindən idi. Səfəvilər dövründən bu iki məntəqənin adları birlikdə qeyd olunub və bəzən mahal Ələmdar-Gərgər adıyla deyilib. İndi Ələmdar və Gərgər bir olublar və Hadişəhr adlanırlar. Bugün, Gərgər mahalı, Qaradağ mahalının bir qismiylə Culfa adlanır. == Hakimləri == Haciyə xanım Gərgəri Rəhim xan Sərtip Gərgəri == Mənbə == İrəc Əfşar.Əmin Ləşkərin xatirələri qəzeti. Əsatir nəşrləri,birinci çap,1999. (fars.) Xatirələr və Xətərlər. Yazıçı: Müxbirüssəltənə (fars.) Məhəmmədismail Rizvani və Fatimə Qaziha.
Gərgər nahiyəsi
Gərgər nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərgərin adındandır. Elxanilər dövlətinin Marağa tüməninin Gərgər nahiyəsi.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Təkvir Surəsi
81-ci surə
Zəngir (Germi)
Zəngir (fars. زنگير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (110 ailə).
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. == Ümumi məlumat == Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Qəbir
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Geyger sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.