QƏMƏRÜZLÜ
QƏMLƏNMƏK
OBASTAN VİKİ
Qəmgin Fəzi
Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası – 2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı. == Həyatı == Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur.Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır. Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. 1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub. Üç oğlunun vaxtsız vəfatı, oğlu Yasifin Qarabağda (22.08.1992) şəhid olması ilə əlaqədar "Qəmgin" təxəllüsü ilə şeirlər yazıb.

Digər lüğətlərdə