Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Güllə
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə.Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Cəlalə Nəzəroğlu
Cəlalə Natiq qızı Nəzəroğlu (17 avqust 1984, Masallı rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı. == Həyatı == == Fəaliyyəti == Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub.ASAN radioda yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib.Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir. === Kitabları === "Danışığınla həyatı qazan" === Mükafatları === "İlin ən yaxşı radio aparıcısı 2017" == İstinadlar == == Xarici keçidlər == Bizimkilər - Cəlalə Nəzəroğlu: "İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi" Cəlalə Nəzəroğlu. "Doğrudan", yoxsa "Doğurdan"?
Gəlizə (Əhər)
Gəlizə (fars. گليزه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (40 ailə).
Kəlalə (Miyanə)
Kəlalə (fars. كلاله‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Kəlalə şəhristanı
Kəlalə şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlalə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,983 nəfər və 22,536 ailədən ibarət idi.
Məlalə Yusəfzay
Malala Yousafzai (puşt. ملاله یوسفزۍ; 12 iyul 1997[…], Minqora, Pakistan) — Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist. Pakıstanlı aktivist olan bu xanım, qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban, qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir. == Həyatı == Onun ailəsi doğulduğu Kiber Partunxva regionda məktəblər şəbəkəsini idarə edirdi. Bənəzir Bhuttonu və Cinnahı özünə rol model seçərək və atasının düşüncəsindən ilhamlanaraq humanitar işə yönəlir. Malala 2009-cu ilin əvvəllərində, 11-12 yaşı olanda BBC Urdu üçün gizli ad altında Svat əyaləti Taliban işğalı altında olanda öz həyatı haqqında bloq yazır. Növbəti yay bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B.Ellick New York Times üçün onun həyatından bəhs edən sənədli film hazırlayır.
Məxulə (Çaroymaq)
Məxulə (fars. ماخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (12 ailə).
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
İquasu (şəlalə)
İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır.
Şəlalə (1981)
== Məzmun == Mənzərə filmi Azərbaycanın bir neçə mənzərəli guşələrində çəkilmişdir. Burada təbiətin qoynunda insanların necə istirahət etmələrindən danışılır.
Şəlalə (jurnal)
Şəlalə — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı. == Haqqında == "Şəlalə" jurnalının ilk nömrəsi 1913-cü il yanvar ayının 19-da işıq üzü görüb. son sayısı isə 4 yanvar 1914-cü il tarixdə nəşr edilməklə cəmi 56 sayıda çıxmışdı.
Şəlalə Hüseynova
Hüseynova Şəlalə Məhərrəm qızı (19 iyul 1975) — Yer elmləri üzrə fəlsəfə doktoru, AMEA Neft və Qaz İnstitutunun elmi katib. == Həyatı == Şəlalə Hüseynova 19 iyul 1975-ci ildə Qazaxıstan Respublikası nda anadan olmuşdur. 1992-1997-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi, mühəndis-geoloq olaraq bitirmiş, 2003-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 2008-ci ildə oranı bitirmişdir. 2008-ci ildə AMEA Geologiya və Geofizika İnstitutunun doktoranturası üzrə təhsil almışdır. == Əsas elmi nailiyyətləri == Müəllif tərəfindən yaradılmış geoloji, geofiziki, termobarik və geokimyəvi elektron məlumat bazası əsasında Bakı arxipelaqı neft və qaz rezervuarlarının 3D və karbohidrogen sistemlərinin 2D modellərinin qurulması və karbohidrogen potensialının qiymətləndirilməsi. Hövzə modelləşdirilməsinin nəticələri əsasında Bakı arxipelaqında flüid generaqsiya intervalının təyin olunması; Eosen, oliqosen-miosen və alt pliosen çöküntülərində karbohidrogenlərin genereğasiya ocaqlarının aşkar edilməsi və onların zaman və məkanca təkamülünün analizi; neft-qaz ana süxurlarının generasiya potensialının realizə dərəcəsinin qiymətləndirilməsi. 3D struktur, litofasial və petrofiziki modelləşdirilməsi əsasında Bakı arxipelaqında Məhsuldar Qatın kollektor süxurlarının xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarının aşkar olunması. 2D və 3D hövzə modelləşdirilməsi əsasında Bakı arxipelaqının dərinə gömülmüş çöküntülərinin neft-qazlılıq perspektivlərinin qiymətləndirilməsi və perspektivlik dərəcəsinə görə zonalara ayrılması. == Pedaqoji fəaliyyəti == Ş.Hüseynova 2013-2016-cı illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi Ümumi və tarixi geologiya kafedrasında saat hesabı qaydada müəllim, 2014-2016-ci illərdə Bakı Ali Neft Məktəbinin Neft və qaz mühəndisliyi kafedrasında müqavilə əsasında müəllim, 2017-ci ildən ADNSU-nun Neft-qaz geologiyası kafedrasında əvəzçi müəllim və AMEA Neft və Qaz İnstitutunun magistraturası vəzifələrində çalışmışdır. Ş.Hüseynova Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə “Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqının karbohidrogen potensialının qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edərək Yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Şəlalə Məmmədova
Şəlalə Məmmədova — Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri, "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" (2008), . == Həyatı == Məmmədova Şəlalə Ağakərim qızı 19 iyun 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1977-ci ildə bitirib. Ailəlidir, 1 övladı var. == Fəaliyyəti == 1969—1970 Bakı şəhəri, Buzovna qəsəbəsi, Mədəniyyət sarayında uşaq sektorunun müdiri. 1970—1971 M.F.Axundov adına Respublikası kitabxanasında kitabxanaçı. 1972—1977 Respublika Prokurorluğunda ümumi şöbədə katibə. 1977—1982 Respublika Prokurorluğunda məhkəmədə baxılan mülki işlərin nəzarəti üzrə şöbəsində prokuror və böyük prokuror vəzifəsində işləmişdir. 1982—2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur. 2000-ci ilin iyul ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
Şəlalə Quliyeva
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu.
Şəlalə Zeynalova
Şəlalə Kərəm qızı Zeynalova (Füzuli rayonu) — Azərbaycanlı baytar (veterinar), tədqiqatçı-alim, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent. Az. BETİ 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru50-dən çox elmi məqalələrin və tezislərin müəlifidir. 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 elmi-metodiki təlimatın müəllifidir. Bir çox beynəlxalq və yerli layihələrin tərtibatçısı, beynəlxalq elmi-tədqiqat konfranslarının iştirakçısı və məruzəçisi, işçi qruplarının üzvü olmuşdur. == Həyatı == Zeynalova Şəlalə Kərəm qızı 9 yanvar 1978-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Ailəlidir, iki övladı var. === Təhsili === 1994–98-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə, Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2010–2014-cü illərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsili alıb.
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) Dizayn Tətbiq TestProqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. == İşləmə prinsipi == İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Şəlalə Şahvələdqızı
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu.
Əyn-Məlilə
Əyn-Məlilə (ərəb. عين مليلة‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 772 metr yüksəklikdə yerləşir. == Əhali == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 88,441 nəfər idi.
Güllə atıcılığı
Güllə atıcılığı - idman növü. Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə ilə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır. Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25m-dən 300m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu "yavaş" atıcılıq adlanır. Lakin "sürətli" atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300m məsafəyə 30 saniyə ərzində 5 atəş açmaq. Çox zaman atəş hərəkətsiz hədəflərə açılır.
Kəllə-paça
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.
Gellər
Gellər — Strabon və Plininin qeyd etdiyi qədim skif tayfası, çox güman ki, etnik tərkibində heterojen olan Qafqaz albanlarının qəbilə birliyinin bir hissəsi idi. == Tarixi == Vasili Tatişevə görə Gili, Sarmat xalqı və ya slavyanlar, dəqiq məlum deyil, onlar indi Orel adlanan Uqla çayı boyunca yaşamışlar və çayın onların dilində Gilia adlandırılması diqqətəlayiqdir. ruslar tərcümədə Uql tərcümə etdilər, çünki sarmat dilində Gilia coal və guilio west. Bəzən ruslar onlara gel deyirlər, Melyanın gelon dediyi eyni; Ptolemey Litvada qalindalar, qalyonlar və gitonlar qoyur. Strykovsky, Qalindiya bölgəsinin adını saxladığı Prusslara qaliodalar qoyur. Pliniyə görə gelləri, yunanlar kadusilə kimi radlandırdılar. Lüdmila Borovkova öz əsərlərində yazırdı:Xonların və gellərin, Ammian Marsellinə görə, 356-358-ci illərdə birinci Şahanşah II Şapur ilə birlikdə vuruşmağlarını və ermənicə “xüsusilə döyüşkən tayfalar” adlandırılan xionitlərin və gelonların nəsilləri olduğuna şübhə etmək gərək yoxdur. Onlar 359-cu ildə albanlarla birlikdə Amida şəhəri yaxınlığında farslara romalılarla döyüşməkdə kömək etdilər. Birinci fəsilimizdə o da məlum oldu ki, Xionitlər və Gelonlar IV əsrin ortalarında artıq mövcud olmuş Alan tayfalarıdır. == Varisi == Bölgənin Gilyan adı ilə Gels etnonimi arasındakı əlaqə Vasili Bartold tərəfindən ifadə edilmiş və Edvin Qrantovski əsərlərində işlənmişdir.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Qəbələ
Qəbələ — Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir. == Tarixi == Qəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur.İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Gefle
Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir. == Avrokuboklar == "Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır. Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
"Qələbə" ordeni
Qələbə ordeni (rus. Орден «Победа») — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni. SSRİ-də ən ali hərbi orden.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Bəyli (Qəbələ)
Bəyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənddə əhali heyvan saxlayır, taxıl əkirlər. Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit torpaq sahəsi var. == Etimologiyası == Kənd Şəki yaylasındadır. Yerli əhalinin dilində Bəyli kimi işlənir. Keçmiş adı Yemişanlı olmuşdur. Oykonim "bəyə məxsus kənd" mənasında izah olunur.
Coronella getula
Lampropeltis getula (lat. Lampropeltis getula) — lampropeltis cinsinə aid ilan növü.
Govurqala (Qəbələ)
Govurqala — Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır. Qalanın cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun qərb tərəfi çox dağılmışdır.
Gülülcə südləyəni
Hacıalılı (Qəbələ)
Hacıalılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Coğrafiyaşünas Elxan Nuriyevin yürütdüyü fərziyyəyə əsasən "Hacallı" Hacı Əlili sözlərindən yaranıb. Müəllif Hacıalılı adında iri tayfanın məlum olmadığını, kəndin adının Hacı Əlinin adından yarandığını qeyd etmişdir. İsmayıl bəy Qutqaşınlı "Səfərnamə" əsərində Qutqaşından – Trabuzanadək bölməsində Hacallı barədə qeyd edir: Zövcəmiz Hacı Bikə düz yol ilə Hacıallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım.orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, Rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından (çıxıb), Ağdaş mahalında Ağcayazı(kəndində) mahmud bəyə qonaq olduq. Qutqaşından Hacıallıya üç ağac yarım və Hacıallıdan Ağcayazı kəndinə dörd ağac yarım yoldur. İndiki Hacallının yerləşdiyi ərazilər ilk Tunc dövründən yaşayış məskənidir. Erkən tunc dövrünün Hacallıda olan kurqan qəbir abidəsi buralarda yaşayış tarixinin eramızdan əvvəlki vaxtlara təsadüf etdiyinə əyani sübutdur. Süni suvarma sisteminin yaranması da məhz Tunc dövrünə təsadüf edir. Tunc alətlərdən istifadə etməklə Hacallı ərazisində yaşayan ilk insanlar şimaldan su kanalı çəkmiş, Pirəlli meşəsinin qaynama bulaqlarını isə mənbə kimi istifadə etmişlər.