Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəndov
Gəndov (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Gəndov (Lerik)
Gəndov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. (Əslində talış sözü olub, "Qendov"--"təlx su" deməkdir.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kənddə 2.296 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.
Gəndov bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Krasimir Genov
Gəndab
Gəndab (Xudabəndə) Gəndab-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Gəndab-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Ərdov
Gəndab (Xudabəndə)
Gəndab (fars. گنداب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (45 ailə).
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. == Bioqrafiyası == Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.
Altay Səidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir. Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016.
Bilal Səidov
Bilal Səidoviç Səidov (10 iyun 1914 – 15 noyabr 1994, Qroznı) — SSRİ, çeçen aktyoru, teatr rejissoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, jurnalisti və Çeçen-İnquş Dram Teatrının direktoru, Çeçen-İnquş kukla teatrının direktoru, Çeçen-İnquşetiya Yazıçılar Birliyinin və SSRİ Yazıçılar İttifaqının üzvü (1939), SSRİ Jurnalistlər İttifaqının üzvü (1958). == Həyatı == Bilal Səidov 1914-cü ildə Çeçenistanın Makheti kəndində kəndli ailəsində anadan olub. Doğma kəndində orta məktəbdə, sonra Qroznıda teatr studiyasında təhsil almışdır. 1933–1936-cı illərdə Şota Rustaveli adına Tbilisi Teatr Studiyasında oxumuşdur. Orada rejissor ixtisasına yiyələnmişdir. Evə qayıtdıqdan sonra Çeçen-İnquş Dram Teatrında aktyor və rejissor köməkçisi olaraq çalışmağa başlamışdır. 1941–1942-ci illərdə Qırmızı Orduda xidmət etmişdir. Sonra "Qırmızı Bayraq" qəzetinin məsul katibi işləmişdir. Sürgün edildiyi illərdə ticarətlə məşğul olub. 1957–1959-cu illərdə vətənə qayıtdıqdan sonra "Leninsky Put" respublika qəzetinin xüsusi müxbiri idi.
Ələddin Səidov
Fayzəli Səidov
Fayzəli Səidov (tac. Файзали Саидов) — Tacikistan hərbçisi. O, Tacikistanda vətəndaş müharibəsi zamanı Tacikistan Xalq Cəbhəsinin qüvvələrinə rəhbərlik etmişdir. == Həyatı == Atası özbək, anası kulabi idi. 1964-cü ildə anadan olmuşdur. 1992-ci ilin sentyabrında Rusiyanın 201-ci motoatıcı diviziyasının 191-ci motoatıcı alayının zabitləri islamçı dəstələr tərəfindən Kurqantəpə şəhərinin ələ keçirilməsinin qarşısını almaq üçün Səidova təhvil veriləcək tankları ələ keçirmişdilər. O, Müharibə illərində Kalininabad şəhərindən kənarda yerləşən Müdafiə Nazirliyinin 11-ci Müstəqil Xüsusi Təyinatlı Briqadasına rəhbərlik etmişdir. Səidovun 65 yaşlı atası onun Səidov tərəfindən azad edilmiş hərbi əsirlərlə dəyişdirilməsi ilə bağlı razılaşmanın pozulması ilə müxalifət qüvvələri tərəfindən işgəncə edilərək və yandırılaraq öldürülmüşdür. Səidov nəticədə müxalifətə qarşı repressiyaya başlamışdır. Cəbhə Düşənbəni ələ keçirdikdən sonra Səidov ona "bir iş" verilməsi tələbi ilə Daxili İşlər Nazirliyinin qərargahını mühasirəyə almışdır.
Gender
Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur. Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər. Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur. Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər. == Cins == Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur: Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş) Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron) Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir. == Gender kimliyi == Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər.
Gentoo
Gentoo (jentu, gentu – oxunur) – GNU/Linux əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adını Pygoscelis papua adlı pinqvinlərdən götürüb. Ginnesin rekordlar kitabına əsasən, bu növ pinqvinıər ən sürətli sayılır (36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-cu ildə yaradılıb.
Venyov
Venyov — Rusiya Federasiyasının Tula vilayətində şəhər.
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Genom
Molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır. DNT-nin (və ya RNT viruslarında RNT-nin) nukleotid ardıcıllığından ibarətdir. Nüvə genomuna zülal kodlaşdıran genlər və kodlaşdırılmayan genlər, tənzimləyici ardıcıllıqlar kimi genomun digər funksional bölgələri (kodlaşdırılmayan DNT) və çox vaxt heç bir aşkar funksiyası olmayan "zərərli" DNT-nin əhəmiyyətli bir hissəsi daxildir. Demək olar ki, bütün eukariotlarda mitoxondriya və kiçik mitoxondrial genom var. Yosunlar və bitkilər də xloroplast genomuna malik xloroplastları ehtiva edir. Genomun öyrənilməsinə genomika deyilir. Bir çox orqanizmlərin genomları ardıcıllıqla tərtib edilmiş və müxtəlif bölgələrə şərh verilmişdir. Beynəlxalq İnsan Genomu Layihəsi 2004-cü ildə Homo sapiens üçün genomun ardıcıllığını bildirmişdir. "Genom" termini 1920-ci ildə Almaniyanın Hamburq Universitetinin botanika professoru Hans Vinkler tərəfindən yaradılmışdır. Oksford Lüğəti və Onlayn Etimologiya Lüğəti bu adın gen və xromosom sözlərinin qarışığı olduğunu göstərir.
Kendo
Kendo – Yaponiyada yaranmış qılınc ilə rəftar etmə sənəti. Yapon dilində ken qılınc, do isə yol deməkdir. Ümumiyyətlə do kəlməsi fəlsəfi məna daşıyır və bir çox döyüş növlərinin adları bu kəlmə ilə bitir (Karatedo, Aykido, Cüdo və s.). Yaponiyada qılınc daşımanın qadağan edilməsi ilə bir çox qədim döyüş növləri və əsasən də qılıncla rəftaretmə məktəbləri süquta uğradı. Bəzi məktəblər itib-batdı, ənənələri davam etdirmədi, bəzi məktəblər qadağan edildi. Kencitsu texnikaları isə bir qədər yumşaq formaya gətirilməklə idman yarışı şəklinə çevrildi və beləliklə Kendo döyüş növü peyda oldu. Kendo döyüş növü hazırda elitar döyüş növlərindən sayılır. Yaponiyada bir çox məktəblərdə və universitetlərdə əlavə dərs kimi keçilir və bu ölkədə çox məşhur bir idman növüdür. Kendo döyüş növü Koreyada Kumdo adı ilə tanınır. == Məqsədi == Bir çox Şərq döyüş növləri kimi Kendonun da müxtəlif fəlsəfi təməl prinsipləri vardır.
Tendo
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Məhəmmədəli Məm­­mədov
Məhəmmədəli Məm­­mədov (1934, Darbaz, Lüksemburq rayonu – 2000, Bakı) —Fəlsəfə elmləri doktoru, professor. 100-dən artıq elmi əsərin, o cümlədən, bir neçə kitabın, 5 elmi-metodik göstərişin və onlarla elmi-publisistik məqalənin müəllifi. == Həyatı == Məhəmmədəli Məm­­mədov 1934-cü ildə qədim Borçalı mahalında in­diki Bolnisi rayonu, Darvaz kən­dində anadan olub. 1941-ci ildə Darvaz kənd orta məktəbində ilk təhsilinə başlayıb. 1953-cü ildə təhsilini bitirərək elə həmin ildə Bakı Dövlət Universitetinin məntiq-psixologiya fakültəsinə daxil olub. 1958-ci ildə təhsilini bitirib. 1959-cu ildə Bakı Dövlət Universitetində magistraturaya daxil olub. == Fəaliyyəti == 1965-ci ildən Gəncə Dövlət Dövlət Universitetində assistent, müəllim, dosent və professor vəzifəsində çalışıb. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. 1994-cü ildə Gəncə Dövlət Dövlət Universitetində fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Gəndab-i Süfla (Qürvə)
Gəndab-i Süfla (fars. گنداب سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 203 nəfər yaşayır (59 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Gəndab-i Ülya (Qürvə)
Gəndab-i Ülya (fars. گنداب عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 918 nəfər yaşayır (243 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Lətif Qəndilov
Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lətif Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlmişdir. 1974–1978-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılmışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmiş, 1983–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır. 1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir. 2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir.
Nikolay Renkov
Nikolay Renkov — operator. == Həyatı == 5 may 1906, Rylsk, Kursk rayonu — 1988, Moskva Mosfilm studiyasında işləyib.
Oleg Kenzov
Oleg Kenzov (19 avqust 1988, Poltava) — ukraynalı müğənni, reper və teleaparıcı, X-faktor şousunun ikinci mövsümünün iştirakçısı. == Uşaqlıq və gənclik == Oleq Kenzov 19 avqust 1988-ci ildə Ukraynanın Poltava şəhərində anadan olub. O, milliyyətcə ukraynalıdır. Musiqi istedadı uşaqlıqda özünü büruzə verdi, o, ictimaiyyət qarşısında çıxış etməkdən həzz aldı və matinlərin ulduzu oldu. Oleqin başqa bir məşğuliyyəti şeir yazmaq idi, amma musiqi ilə məşğul olduğu üçün məktəb performansı aşağı düşüb. Ana oğlunun davamiyyətinə şəxsən nəzarət etmək məcburiyyətində qaldı, lakin bu, öz təsirini göstərdi və oğlan öz məktəbində yaxşı şagird oldu. === Təhsil === Oleq Volodimir Korolenko adına Poltava Milli Pedaqoji Universitetində psixologiya və sosial təhsil ixtisası üzrə təhsil alıb. == Musiqi karyerası == 16 yaşından etibarən Oleq şəhər klublarında çalışdı, həmçinin dostları ilə 17-ci Region qrupunu yaratdı. 2003-cü ildən bu komanda ilə birlikdə gələcək ulduz gənclərin müxtəlif yarışlarında iştirak edib. Bu hip-hop komandası Poltavada keçirilən nüfuzlu Krasnaya Ruta festivalının seçmə mərhələsinin iştirakçısı oldu 4 ildən Oleg Kenzov 2002-ci ildə yaradılmış Fundamental Change komandasına qoşuldu.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri və Bon-Bon === Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.
Qəndir İsmayılov
Seyfəddin Qəndilov
Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər – 20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010). == Həyatı == Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür. Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır. == Elmi-pedaqoji fəaliyyəti == S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır. Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
İda Qendel
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928, Xelm[d] – 1 iyul 2020, Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. == Şəxsi həyatı == İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi. == Musiqi karyerası == İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir.