Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələkbər Qafil
Ələkbər Qafil (1818, Şamaxı – 1891, Şamaxı) — Azərbaycan şairi. Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisinin üzvü. Ələkbər Qafil 1828-ci il dekabrın 4-də Şamaxıda anadan olub. Təhsilini doğma şəhərindəki mədrəsədə almışdır. Bacarıqlı şair kimi tanınan Ələkbər Qafil o dövrün ŞAmaxı ədəbi mühitində məşhur olan Beytüs-səfa ədəbiyyat çevrəsinin üzvü olmuşdur. Bu ədəbiyyat çevrəsinə Seyid Əzim Şirvani də daxil olmaqla, o dövrün bölgədəki məşhur şairləri daxil olmuşdur. Qafil həyatının sonuna qədər Şamaxıda yaşamış və 22 aprel 1892-ci ildə elə burada da vəfat etmişdir.
Barcil
Barcil (İdil – 731) — Xəzər xaqanının oğlu, sərkərdə. == Həyatı == Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722–723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər. bu döyüşdə Barcil də iştirak etmişdi. İlk dəfə adı 722-ci ilə aid qaynaqlarda hallanır. Ərəb valisi Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi Xəzər xaqanlığına hücum edərkən onu qarşılayıb vuruşmuşdu. 726/727-ci illərdə Xəzərlər xaqanın oğlunun, barcilin başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı sahilində, Varsanda güclü döyüşlər gedərkən Barcilin qoşunu böyük itki verib geri çəkilmişdilər. Ərəb ordusuna əl-Haris ibn Əmr başçılıq edirdi.
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
Qıfıl
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Qacıq
Qacıq — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1911-ci ildən eyni addadır.
Gavdil (Əhər)
Gavdil (fars. گاودل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Mustafa Qafalı
Mustafa Qafalı (1 yanvar 1934, Konya – 28 avqust 2019, Ankara) — türk tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri. Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur. 2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir. Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır. 1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır.
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Qapçik burnu
Qapçıq burnu (ukr. Капчик, krımtat. Qapçıq, Къапчыкъ) — Krım yarımadasında, Novıy Svet şəhəri ərazisində yerləşən burun. Qoba-Qaya və Karaul Oba dağları arasında yerləşir. Qapçik burnu səmadan daşlaşmış nəhəng bir kərtənkələ kimi görünür. Burada İdman lotosu-82 filminin bir səhnəsi çəkilmişdir.
Qavril Derjavin
Qavril Romanoviç Derjavin (3 (14) iyul 1743[…], Sokurı[d], Kazan quberniyası, Rusiya imperiyası – 8 (20) iyul 1816[…]) — Əslən tatar türklərindən olan Rusiya dövlət xadimi, şair. İmperatriça II Yekaterinanın stats-sekretarı, senator, sonra imperator Pavelin zamanında Ali sovetin üzvü, dövlət xəzinədarı, imperator I Aleksandr dövründə Ədliyyə naziri olan böyük rus şairi Derjavin istər öz bioqrafları, istər digər tarixçilər tərəfindən tatar bəyi Baqrım Mirzənin varisi sayılır. Atası Böyük Pyotr dövründə orduda xidmətə başlamış və çarın öz alayında döyüşlərə girmişdi. Sonralar da öz qohumu olan bir qızla evlənmişdi. Atası özünün beş qardaşı arasında bölünmüş bir mirasa sahib idi. Ailənin ilk uşağı müqəddəs Qavriil (Cəbrayıl) günündə doğulduğundan adını Qavriil qoydular. Pyotrun qızı Yelizavetanın hakimiyyətinin ilk ili idi; bu qədim tatar məskəni üsyan alovları içində yanırdı. Tarix boyunca tatar vətəni olan bu yerlər: Volqa sahilləri və Uralboyu torpaqlar sürətlə ruslaşdırılır, görünməmiş vüsətlə bərəkətli Or çölləri köçürülmələrlə məskunlaşdırılırdı. Burada rus hərb qalaları kimi Orsk və Orenburq (hər ikisi Or çayı üstündə salınıb) tikilib möhkəmləndirilir, yeni müstəmləkələri itaətdə saxlamaqda olan istilaçı hərbi qüvvələri mühafizə edir. Yerli xalqların zorla xristianlaşdırmağa və müstəmləkəçilik zülmünə qarşı çıxışlarını amansızlıqla yatırdan çar hökuməti üsyanı qan içində boğmaqla susdururdu.
Qavril Kolesov
Qavril Qavrilov Kolesov — Rusiyanın dama ustası, 64 xanalı dama üzrə ixtisaslaşmış mütəxəsis. Kişilər arasında Rus və Braziliya daması üzrə dünya çempionu. 2010-cu ildə kişilər arasında Rus daması və bliz növü üzrə avropa çempionudur. Dəfələrlə kişilər arasında rus daması üzrə Rusiya çempionu, Dama üzrə Rusiya və dünya qrossmeysteri. Qavril Kolesov 7 sentyabr 1979 ildə Yakutiya MSSR Çurapçinski rayonu Dyabıla kəndində anadan olmuşdur. Artıq beş yaşından dama ilə məşğul olmağa başlayır. 1995 ildə D. P. Korkin adına respublika idman internat məktəbini bitirmişdir. 1996-cı ildə ilk dəfə olaraq Rus daması üzrə dünya çempionu olmuşdur. O, yakutlar arasında ilk beynəlxalq qrossmeysterdir. 2001-ci ildə Yakutiya Dövlət Universitetinin flialı olan Yakutiya pedoqojii instutunun Sosial müəllim fakultəsini bitirmişdir.
Qavril Qaydarcı
Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı)—Qaqauz şairi. Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlə­rini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar ru­mın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini ya­zırlar. Şair “Kaaviysin can” şeirində yazır: Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilə­rinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir. Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir: Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır: Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.
Qavril Radomir
Qavril Radomir — Samuilin oğlu, çar. Atasının dövründə sərkərdəlik etmişdir, cəngavərliyi ilə şöhrət sahibi olmuşdur. Əmisi oğlu İvan Vladislavı və atasını ölümdən qurtarmışdır. Bununla belə 1014-cü ildə taxta çıxandan sonra Bizansa etdiyi hücumların birində Ostrovo yaxınlığında əmisi oğlu İvan Vladislav tərəfindən öldürülmüşdür.
Qavril İlizarov
Qavril Abramoviç İlizarov (15 iyun 1921, Belovej[d], Belostok voyevodluğu[d] – 24 iyul 1992, Kurqan) — cərrah-ortoped, akademik, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademiyasının üzvü. Qavril Abramoviç İlizarov 15 iyun 1921-ci ildə Polşada (indiki Belarus ərazisində) yəhudi ailəsində dünyaya gəlmişdir. Doğulandan sonra ailəsi Azərbaycanın Qusar rayonuna köçmüşdür. 1979-cu ildə Lenin mükafatı laureatı olmuşdur. 1981-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur. 1990-larda ABŞ-yə səyahət etmişdir. 71 yaşında, 1992-ci il 24 iyulda ürək tutmasından vəfat etmişdir. Professor Qələndər Canbaxışov Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı kimi tanınır. İlizarov aparatını ixtira etmişdir.
Rafail Becanov
Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru. Rəfail Zəkəriyyə oğlu Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib. Evlidir. 2 övladı var. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub. 1993-cü ildən jurnalistikadadır.
Rafail Cəfərov
Rafail Hüseynov
Rafail Qəribov
Rafail Qəribov (Qəribov Rafail Bəşir oğlu; d. 21 noyabr 1961. Sofular, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru (2008). “Volqapromstroybezopasnost” ETM QSC‑nin baş direktoru. Beynəlxalq İctimai Elmlər Akademiyasının həqiqi üzvü (2008). Qəribov Rafail Bəşir oğlu 1961-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Tovuz rayonunun Sofular kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Mühəndis-Tikinti İnstitutunu “sənaye və mülki tikinti” ixtisası üzrə bitirib. 1980-1982-ci illərdə Sovet Ordusunda xidmət edib. 1978-1988-ci illərdə Bakı Baş Tikinti İdarəsi sistemində işçi, mühəndis, baş mühəndis işləyib. 1988-1990-cı illərdə 11 nömrəli “Sosialmədənitikinti” tresti partiya komitəsinin katibi olub.
Yozef Qabçik
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912, Poluvsie[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 18 iyun 1942[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi. Yozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi. Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
Gəcil qəbiristanlığı
Gəcil qəbiristanlığı "Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)" — Təbriz in üç tarixi məzarlığından biri. == Tarixi == Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar. Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).