Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda gildiya ticarəti
Azərbaycanda gildiya ticarəti — XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması. == Gildiya ticarətinin səciyyəvi cəhətləri == Azərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi. == Azərbaycanda gildiya ticarətinin tətbiqi == 1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi. Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi. İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Kinorejissorlar Gildiyası
Azərbaycan Professional Kinorejissorlar Gildiyası - 17 may 1999-сu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis olunmuş qurum. Gildiyanın yaradılmasında əsas məqsəd bazar iqtisadiyyatı şəraitində müəllif, yaradıcı və sosial hüquqların qorunmasını təmin etmək, audiovizual əsərin müəllifi və yaradıcı kollektivin rəhbəri kimi rejissor sənətinin nüfuzunu və ictimai əhəmiyyətini yüksəltmək və milli kinematoqrafın yüksək bədii səviyyədə inkişafına şərait yaratmaq idi. Bu vaxt ərzində Gildiya üzvlərinin sayı 120-ni ötmüş, istehsalçılar, müəlliflər və hüquqvarisçiləri tərəfindən isə 1000-dən çox audiovizual əsər müqavilələr əsasında Gildiyaya -kollektiv idarəçiliyə verilmişdir. Gildiya 2 Beynəlxalq qurumun AIDAA (Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyası) və FERA (Avropa Kinorejissorları Federasiyası) üzvlüyünə qəbul olunub və bu qurumlar vasitəsilə müəllif hüquqları və audiovizual sahədə gedən proseslərdə iştirak edir. Gildiyanın ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bununla bağlı film müəlliflərinin və istehsalçıların bir çox müraciətləri əsasında və Gildiya Bürosunun Antipirat kampaniyası haqqında qəbul olunmuş qərara uyğun olaraq Müəllif Agentliyi və DİN-yi ilə birgə tədbirlər həyata keçirmişlər. Bunun nəticəsində ölkəmizin videobazarında vəziyyət xeyli dəyişmişdir. 1999-2000-ci illər və 2001-ci ilin birinci yarısına qədər Azərbaycanda istehsal olunan Azərbaycan filmlərinin videokassetlərinin satışı 95% qeyri-qanuni olaraq, müəllif hüquqları tamamilə pozularaq həyata keçirilirdisə və müəlliflər öz əsərlərinin istifadəsindən heç bir maddi gəlir əldə etmirdilərsə, 2001-ci ilin ortalarından vəziyyət dəyişmiş və qeyri-qanuni buraxılan filmlərin faizi yox dərəcəsinə enmişdir. 2002-ci ilin əvvəlindən isə Azərbaycan filmlərinin videokassetlərindən artıq müəlliflərə qonorar ödənilir. Azərbaycan filmlərinin ölkəmizin telekanallarında qanuna uyğun istifadəsi ilə bağlı Gildiyanın apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, mərkəzi və regional telekanalların əksəriyyəti film istehsalçıları ilə qanuna uyğun müqavilələr bağlayaraq filmlərin istifadəsinin hüquqi əsaslarını yaratmışlar.
ABŞ Kinoaktyorlar Gildiyası
ABŞ Kinoaktyorlar Gildiyası 100.000-dən artıq film,televiziya aktyorları və arxa plan ifaçılarını təmsil eləyən işçi birliyi idi. 2008-ci ildə Gildiya üzvləri səs çoxluğu ilə Amerika Tv. və Radio Sənətçiləri Federasiyası ilə birləşmək qərarına gəldi və AKG-ATRSF-nı yaradıldı. == Yaranma Səbəbləri == 1930-cu illər , aktyorların çətin iş şəraitləri-falisəsiz işləməyə məcbur edilmələri,iş saatının uzunluğu,şəxsi və siyasi qərarlarına belə qarışılması,uzunmüddətli müqavilələr imzaladıqları üçün etiraz edə bilməmələri və prodüserlərin hansı rolla çıxış etmələrinə qərar verməsi bu birliyin yaradılması üçün başlıca səbəblər oldu. === Yaranması === 1933-cü ildə birliyin əsası qoyuldu.Kinostudiyalarla ABŞ Kinoaktyorlar Gildiyası arasında ilk müqavilə 1937-ci ildə imzalandı,bununla da aktyorlar bir neçə hüquqa yiyələndilər. Ancaq yenə də aktyorlar kinostudiyaların "mülkü" sayılırdılar. Bu məqamda kömək artıq studiyaların mütləq güc olmasını qəbul etməyən Bett Deyvis və Oliviya de Hevillenddən gəldi. Warner Bros.un onu oynamağa məcbur etdiyi uyğunsuz rollardan bezən Bett Deyvis etiraz etdi və maaşı belə verilmədən işindən uzaqlaşdırıldı. Warner Bros. onun başqa studiyalarda işləməkdən məhrum edilməsi üçün məhkəməyə müraciət etdi ,o da öz növbəsində Warner Bros.u məhkəməyə versə də uduzdu.
Azərbaycan Kinorejissorlar Gildiyası
Azərbaycan Professional Kinorejissorlar Gildiyası - 17 may 1999-сu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis olunmuş qurum. Gildiyanın yaradılmasında əsas məqsəd bazar iqtisadiyyatı şəraitində müəllif, yaradıcı və sosial hüquqların qorunmasını təmin etmək, audiovizual əsərin müəllifi və yaradıcı kollektivin rəhbəri kimi rejissor sənətinin nüfuzunu və ictimai əhəmiyyətini yüksəltmək və milli kinematoqrafın yüksək bədii səviyyədə inkişafına şərait yaratmaq idi. Bu vaxt ərzində Gildiya üzvlərinin sayı 120-ni ötmüş, istehsalçılar, müəlliflər və hüquqvarisçiləri tərəfindən isə 1000-dən çox audiovizual əsər müqavilələr əsasında Gildiyaya -kollektiv idarəçiliyə verilmişdir. Gildiya 2 Beynəlxalq qurumun AIDAA (Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyası) və FERA (Avropa Kinorejissorları Federasiyası) üzvlüyünə qəbul olunub və bu qurumlar vasitəsilə müəllif hüquqları və audiovizual sahədə gedən proseslərdə iştirak edir. Gildiyanın ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bununla bağlı film müəlliflərinin və istehsalçıların bir çox müraciətləri əsasında və Gildiya Bürosunun Antipirat kampaniyası haqqında qəbul olunmuş qərara uyğun olaraq Müəllif Agentliyi və DİN-yi ilə birgə tədbirlər həyata keçirmişlər. Bunun nəticəsində ölkəmizin videobazarında vəziyyət xeyli dəyişmişdir. 1999-2000-ci illər və 2001-ci ilin birinci yarısına qədər Azərbaycanda istehsal olunan Azərbaycan filmlərinin videokassetlərinin satışı 95% qeyri-qanuni olaraq, müəllif hüquqları tamamilə pozularaq həyata keçirilirdisə və müəlliflər öz əsərlərinin istifadəsindən heç bir maddi gəlir əldə etmirdilərsə, 2001-ci ilin ortalarından vəziyyət dəyişmiş və qeyri-qanuni buraxılan filmlərin faizi yox dərəcəsinə enmişdir. 2002-ci ilin əvvəlindən isə Azərbaycan filmlərinin videokassetlərindən artıq müəlliflərə qonorar ödənilir. Azərbaycan filmlərinin ölkəmizin telekanallarında qanuna uyğun istifadəsi ilə bağlı Gildiyanın apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, mərkəzi və regional telekanalların əksəriyyəti film istehsalçıları ilə qanuna uyğun müqavilələr bağlayaraq filmlərin istifadəsinin hüquqi əsaslarını yaratmışlar.
Azərbaycan Professional Kinorejissorlar Gildiyası

Silviya
Silviya — ad. Silviya Popoviç — Serbiya voleybolçusu. Silviya Plat — Amerikalı şair və yazıçı. Silviya Rayt — futbolçu. Digər Silviya (park) — Qatçina muzey-qoruğunun tərkibinə daxil olan park.
Xaldiya
Xaldiya (yun. Χαλδία) — Qara dənizin Kiçik Asiya sahilində tarixi vilayət. Vilayət antik dövrdə orada yaşayan xaldlar xalqının adını daşıyır. Xaldiya 820-ci ildə burada eyniadlı femanı quran Bizans imperiyasına tabe idi. XIII əsrdə Trapezund imperiyası ilə vassal münasibətlərdə idi, lakin muxtariyyətini saxlamışdı. 1478-ci ildə, yəni Trabzonun süqutundan sonra Xaldiyanın böyük hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. Daha qəddar hesab edilən Osmanlılardan xilas olmaq istəyən xaldiyalılar 1478-ci ildə Trapezund ilə dostluq əlaqələri olan Ağqoyunlu türklərinə tabe olmuş, ona görə də Osmanlılar Xaldiyanın bu hissəsinə yalnız 1514-cü ildə nəzarəti ələ keçirə bilmişdilər. Əvvəlcə Gümüşxanə rayonunda yerləşən ərazilər Xaldiya adlandırılsa da, sonralar bu ad Trabzon şəhəri ətrafındakı bütün bölgəyə aid edilmişdir. Şimaldan bölgənin torpaqları Qara dənizin suları ilə yuyulur, şərqdən Lazika, cənubda Kappadokiya və Kiçik Ermənistan, qərbdə isə Pontun qərb hissəsi ilə həmsərhəddir. Xaldiyanın əsas şəhərləri sahilyanı ərazidə yerləşən Kerasunt və Trebizond idi.
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Midiya
Midiya dövləti
Nauyoyi Vilniya
Nauyoyi Vilniya (pol. Nowa Wilejka) - şəhər Vilniya çayının sahilləri boyunca Litvanın paytaxtı Vilnusun şərq qonşuluğunda yerləşir. Şəhərin seniyuniya statusu var. 2011-ci ildəki siyahı almaya görə bələdiyyədə qeydiyyatda olan 31, 933 nəfər var. Şəhərin tarixi 19-cu əsrə qədər uzansa da, tarixi əhəmiyyətliliyi özünü Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə özünü göstərib. Şəhər keçmişdən bəri dəryaz və mismar istehsalında ixtisaslaşıb. Belə ki, Birinci Dünya müharibəsindən əvvəl 3 milyondan çox dəryaz istehsal edilib. O dövrdə şəhər Dünyadakı ən böyük dəryaz və mismar istehsal edən fabrikə sahib idi.. 1941-ci ildəki İyun deportasiyası zamanı 30 000-dən çox köçkün Nauyoyi Vilniya dəmiryolu stansiyasından keçmişdi. 1911-ci ildə Müqəddəs Kasimir kilsəsi tikilib.
Silviya (park)
Silviya — Qatçina da (Leninqrad vilayəti ) yerləşən Qatçina muzey-qoruğu nun tərkibinə daxil olan park . "Silviya" adı öz mənşəyini latıncadan meşə mənasını verən "silvia" sözündən götürmüşdür. Həmçinin bu parkın adını knyaz I Pavel in öz xanımı Mariya Fyodorovna ilə birgə səyahətə çıxaraq 1782 -ci ilin 10-12 iyun tarixlərində Fransanın məşhur aristokrat iqamətgahlarından biri olan Şantiyi də eyniadlı parkın adından götürməsi ilə əlaqələndirirlər. Qatçinada yerləşən Silviya parkı 1792 -1800 -cü illərdə memar Vinçenso Brenn və bağban C. Hekket tərəfindən yaradılmışdır. Parkın ərazisi 17,5 hektara yaxındır. O Saray parkının sol sahilində, Böyük Qatçina sarayının şimal-qərbində yerləşir. Şəhər tərəfdən parkın sərhədləri Qırmızı Ordu prospektinin içərisindən keçir. Bu sərhəddə XIX əsrin sonlarında qarovulxana üçün Qara darvazalarla birlikdə kərpicdən hasar çəkilmişdir. Analoji olaraq digər qarovulxanalar parkın digər iki girişində - Silviya və Kaskad darvazalarında qoyulmuşdur. Saray parkı tərəfdən Silviya parkını Silviya darvazaları ilə birlikdə boş daş divar ayırır.
Silviya Artola
Silviya Bosurqi
Silviya Bosurqi (17 aprel 1979, Messina, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Silviya Didon
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Didone

Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Silviya Gregorini
Silviya Gregorini (18 fevral 1983) — İtaliyanı təmsil edən bədii gimnast. Silviya Gregorini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Silviya Popoviç
Silviya Popoviç (15 mart 1986, Nikşiç) — Serbiya voleybolçusu.
Silviya Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Silviya Volbi
Silviya Tereza Volbi (ing. Sylvia Theresa Walby; 16 oktyabr 1953) — Britaniya sosioloqu. O, sosiologiya üzrə professor, London Şəhər Universitetində Zorakılıq və Cəmiyyət Mərkəzinin direktorudur. Volbi sosiologiya sahəsində fərqləndiyinə görə Belfast Kraliça Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. O, məişət zorakılığı, patriarxat, iş yerində gender münasibətləri və qloballaşma sahələrində fəaliyyəti ilə seçilir. Volbi Gender Bərabərliyi Araşdırmalar Şəbəkəsinin (GENIe) koordinatorudur. Qurumun məqsədi tədqiqat yolu ilə gender bərabərsizliyini anlamaq və azaltmaq üçün bilik bazasını inkişaf etdirməkdir. Volbi YUNESKO-nun gender araşdırmaları üzrə ilk sədridir və YUNESKO-nun Gender Araşdırmaları Qrupunda əlaqəli sədrini əlaqələndirir. O, 2008-ci ildə bu vəzifəyə təyin edilmişdir. Walby, Sylvia; Lancaster Regionalism Group.
Gildir (Heris)
Gildir (fars. گيلدير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 809 nəfər yaşayır (187 ailə).
Kiçik Midiya
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Lidiya Herst
Lidiya Mari Herst-Şou (ing. Lydia Marie Hearst-Shaw; 19 sentyabr 1984) — ABŞ fotomodeli, aktrisası və bloggeri. Siyasətçi Vilyam Randolf Herstin nəvəsidir. == Həyatı və təhsili == Herst-Şou 19 sentyabr 1984-cü ildə aktrisa Petti Herst və keçmiş San-Fransisko polisi Bernard Şounun ailəsində doğulmuşdur. 2003-cü ilə qədər Kentukki ştatının Ferfild şəhərində yerləşən Müqəddəs Ürək Universitetində təhsil almıdır. == Karyerası == === Jurnallar === Fotoqraf Stiven Meysel Hersti "kəşf etdi" və ilk dəfə 2004-cü ilin aprel ayında "Vogue Italia" jurnalının üz qabığı üçün çəklişdə iştirak etdi. O vaxtdan bəri "Vogue", "Harper's Bazaar", "Elle", "Marie Claire", "GQ", "L'Officiel" və "Esquire" kimi müxtəlif beynəlxalq jurnalların üz qabığında yer almışdır. Meyseldən başqa Patrik Demarkelier, Ellen fon Anvörs, Mario Testino, Piter Lindberq, İnez fan Lamsvird və Vinud Matadin kimi məşhur fotoqraflarla birlikdə çalışmışdır. Herst 2008-ci ildə "Michael Awards"da "İlin fotomodeli" və "Glamour Awards"da "Ən yaxşı beynəlxalq supermodel" seçilmişdir. Herst həmçinin Chanel, Fendi, Katerina Malandrino, Nikola Miller və Ceremi Skott kimi dəb dizaynerləri üçün fotomodel olaraq çalışmışdır.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Lidiya Kopaniya
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Qalliya
Qalliya (lat. Gallia; fr. la Gaule) —Qərbi Avropanın ilk dəfə Romalılar tərəfindən tanınan bir bölgəsi idi. Bugünkü Fransa, Lüksemburq, Belçika və İsveçrənin böyük hissəsi və Şimali İtaliya, Hollandiya və Almaniyanın bir qismi, əsasən, Reyn çayı hövzəsinin qərb sahillərində vaxtı ilə Keltlər yaşamışlar. Bura 494.000 km^2 (191.000 mil^2) ərazini əhatə edirdi. Qay Yuli Sezara (e.ə 100-44) görə Qalliya 3 hissəyə bölünürdü: Kelt Qalliyası (lat. Gallia Celtica) Belçika (lat. Belgica) Akvitaniya (lat. Aquitania). Arxeoloji olaraq Qallar M.Ö 5 ilə 1-ci əsrlərdə bütöv Qalliyaya və ayrıca olaraq Raetiya, Norik, Pannoniya və Cənub-Qərbi Almaniyaya qədər uzanan Laten mədəniyyətinin daşıyıcılarıdırlar.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Qalliya imperiyası
Qalliya imperiyası və ya İmperium Galliarum eramızın 3-cü əsrində Roma İmperiyasının şimal sərhəddində germanların hücumlarına reaksiya olaraq eramızın 260–274-cü illəri arasında qurulmuş Roma əyalətləri olan Aşağı Germania, Yuxarı Germania, Rhaetia, Galliya, Britaniya və İspaniyaya əyalətlərindən ibarət olan və Romaya sadiq müvəqqəti hərbi imperiyadır. Romaya sadiq qalmasına baxmayaraq, üsyançı kimi qəbul edilən Postumus, imperiyanın ilk paytaxtı Kölndə əsgərləri tərəfindən taclandırılmışdır. Paytaxt daha sonra Kölndən Trierə köçürülmüşdür. Aurelianus Châlons döyüşündə I Tetricusu məğlub etdikdən sonra Qalliya İmperiyası eramızın 274-cü ilində yenidən Roma İmperatorluğunun tərkibinə daxil edilmişdir. Lothar Bakker: Der Augsburger Siegesaltar. In: Badischen Landesmuseum Karlsruhe (Hrsg.): Imperium Romanum. Römer, Christen, Alamannen. Die Spätantike am Oberrhein. Theiss, Stuttgart 2005, ISBN 3-8062-1954-0, S. 96–101. John F. Drinkwater: The Gallic Empire.
Qulfiya Yunusova
Qulfiya Yunusova ( başq. Гөлфиә Аҙнағол ҡыҙы Юнысова (Иҙелбаева) 10 sentyabr 1948, Sarışevo[d], Başqırd MSSR) — Başqırd şairəsi və tərcüməçisi, dramaturq, jurnalist. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1974), Başqırdıstan Respublikası Jurnalistlər Birliyinin üzvü (1979). Başqırdıstanın xalq şairi (2015). Yunusova Gulfiya 10 sentyabr 1948-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Əlşəy rayonu, Sarışevo kəndində anadan olmuşdur. Raevskiliseyini bitirdikdən sonra Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.. 1971-ci ildə Başqırd Dövlət Universitetini bitirir. 1970-ci ildən Sibay Pedaqoji Kollecində müəllim işləyir. 1973-cü ildən Sovet Başqırdıstanı qəzetinin ədəbiyyat və mədəniyyət şöbəsinin əməkdaşıdır. 1974-cü ildən "Pioner" jurnalında ədəbi işçi kimi çalışır.