Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gregorian (musiqi qrupu)
Gregorian Frenk Petersonun rəhbərlik etdiyi, Qriqoryan xoru tərzində modern pop və rok musiqiləri ifa edən Almaniya kişi musiqi qrupudur. Qrup vokal harmoniyası və instrumental müşayəti ilə seçilir. Qrupun ifa etdiyi musiqilər ənənəvi Qriqoryan xorundan çox fərqlənsə də, qrup üzvləri səhnə obrazı üçün orta əsr monaxlarının geyimlərini xatırladan geyimlərdən istifadə edirlər. Əksər hallarda mahnıları 8-10 nəfərlik xorla ifa edən qrup üzvləri konsretlərdə sutana ilə səhnəyə çıxır. Həqiqi qriqoryan xorlarından fərqli olaraq, Gregorian mahnılarında musiqi müşayəti kimi gitara (mahnılardan fərqli olaraq elektron və ya akustik), zərb alətləri və dilli alətlərdən istifadə edir. == Tarixi == Gregorian qrupu Enigma qrupunun daha pop yönümlü qolu kimi yaradılmışdır. Qrupun yaradıcısı və prodüseri olan Frenk Peterson 1990-cı ildə Mişel Kretu ilə birlikdə Enigmanın MCMXC a.D. adlı debüt albomunun yazılmasında iştirak etmişdir (albomun üz qabığında onun adı F.Gregorian psevdonimi ilə qeyd edilir). Bundan əvvəl isə Frenk Peterson Sandra Kretunun ilk solo albomunun hazırlanmasında iştirak etmişdir. 1991-ci ildə Mişel Kretu ilə yollarını ayıran Frenk müstəqil layihə kimi Gregorianın "Sadisfaction" adlı ilk albomunu çıxarır. Lakin, tezliklə o başa düşür ki, auditoriya pop musiqinin qriqoryan xoru ilə birləşməsini qəbul etməyə hazır deyil və bu istiqamətə marağı olan kütləni artıq Enigma ələ ala bilmişdir.
Senecio gregorianus
Senecio gregorianus (lat. Senecio gregorianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Qriqorian təqvimi
Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir. Yanvar — 31 gün Fevral — 28 və yaxud 29 Mart — 31 gün Aprel — 30 gün May — 31 gün İyun — 30 gün İyul — 31 gün Avqust — 31 gün Sentyabr — 30 gün Oktyabr — 31 gün Noyabr — 30 gün Dekabr — 31 gün == Tarixi == Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında — İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.
Erməni Qriqorian Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Abies gregoryana
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Picea gregoryana

Silviya Gregorini
Silviya Gregorini (18 fevral 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Gregorini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Chettusia gregaria
Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Senecio gregorii
Senecio gregorii (lat. Senecio gregorii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası
Bakı yeparxiyası — Erməni Qriqorian kilsəsinin Azərbaycan SSR və Mərkəzi Asiya ərazisində yurisdiksiyası olan keçmiş kilsə inzibati vahidi. Şamaxı yeparxiyasının əsasında yaradılmışdır. Vaxtilə yeparxiyaya tabe olmuş Müqəddəs Qriqori kilsəsi qalmışdır. == Tarixi == 1945-ci ildə isə Mir Cəfər Bağırovun təkidi ilə Şamaxılı yepiskop Vardges Baxşıyeviç Qriqoryan tərəfindən yaradılmışdır. Bakı-Türkistan yeparxiyası adlanan bu yeni inzibati vahidin ərazisi Orta Asiyanı və Azərbaycanın bir hissəsini əhatə edirdi. Daha sonra isə Qarabağ və Gəncə də Bakı yeparxiyasına tabe edilərək bütün Azərbaycan Bakı yeparxiyasına tabe edilmiş oldu. Sovet hakimiyyətinin dinə qarşı siyasətinə görə yeparxiyada ancaq Gəncə və Bakıda dini ayinlər icra edilirdi. Son yepiskop Anania Arabacıyan fəaliyyətinə 1989-cu ildə son vermişdir.
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Parqev Martinosyandır. == Tarixi == Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Erməni terroru və Qriqorian kilsəsi (kitab)
Erməni terroru və Qriqorian kilsəsi — 2019-cu ildə Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitab. Kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən faktlar təqdim edilib. == Haqqında == Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən faktlar təqdim edilib. Bundan başqa burada Qriqorian kilsəsinin erməni separatizminin ilk rüşeymi olması, erməni millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti açıb göstərilib. Kitab 2019-cu ildə tədqiqatçı-jurnalist, Anar Turan tərəfindən yazılıb. Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, məsləhətçi Efiopiya Federal Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu Ceyhun Ələkbərov, rəyçiləri, professorlar Qasım Hacıyev və Mais Əmrahovdur. Kitabı ingilis dilinə tərcümə edən Ceyhun Bayramlıdır. Redaktoru Elməddin Behbuddur.
Abies excelsa var. gregoryana
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Picea abies f. gregoryana
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Picea abies var. gregoryana
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Eduard Qriqoryan
Eduard Qriqoryan (1959, Sumqayıt) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan 1959-cu ildə anadan olmuşdur. Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunmuşdur. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.
Edvard Qriqoryan

Jasmen Qriqoryan
Jasmen (əsl adı: Mariya İosifovna Qriqoryan; 7 (19) iyun 1894, Tiflis – 18 yanvar 1978, İrəvan) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1935), Ermənistan SSR xalq artisti (1963), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Jasmen Qriqoryan 7 (19) iyun 1894-cü ildə Tiflisdə anadan olmuşdur. Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1920–1948-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləmişdir. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan SSR hökumətinin dəvəti ilə İrəvana köçmüşdür. Burada Sundukyan adına İrəvan dram teatrında çalışmışdır. Jasmen Qriqoryan 18 yanvar 1978-ci ildə İrəvanda vəfat etmişdir.
Manvel Qriqoryan
Manvel Sektori Qriqoryan (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel, erm. Տուշոնկա Մանվել; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu – 19 noyabr 2020) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir. == Bioqrafiya == Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir.
Mariya Qriqoryan
Jasmen (əsl adı: Mariya İosifovna Qriqoryan; 7 (19) iyun 1894, Tiflis – 18 yanvar 1978, İrəvan) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1935), Ermənistan SSR xalq artisti (1963), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Jasmen Qriqoryan 7 (19) iyun 1894-cü ildə Tiflisdə anadan olmuşdur. Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1920–1948-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləmişdir. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan SSR hökumətinin dəvəti ilə İrəvana köçmüşdür. Burada Sundukyan adına İrəvan dram teatrında çalışmışdır. Jasmen Qriqoryan 18 yanvar 1978-ci ildə İrəvanda vəfat etmişdir.
Nevton Qriqoryan
Nevton Avanesoviç Qriqoryan (6 dekabr 1920, Bakı – fevral 1979) — Azərbaycan-sovet kamançaçalanı, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Nevton Qriqoryan 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildən Bakıda A. İoannesyanın rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində işləmişdir. Peşəkar musiqiçi kimi öz yaradıcılıq fəaliyyətinə 1936-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlamış və 40 ildən artıq burada işləmişdir. Azərbaycan klassik musiqisi, muğamlar, rənglər, təsniflər Nevton Qriqoryanın yaradıcılığında mühüm yer tutmuşdur. Müslüm Maqomayevin, Asəf Zeynallının və başqa Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən N. Qriqoryan Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyünün, xalq musiqi alətləri ifaçılarının ümumittifaq müsabiqəsinin iştirakçısı olmuşdur. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif edilmişdir. Nevton Qriqoryan Xan Şuşinski, Zülfü Adıgözəlov və başqa xanəndələri müşayiət etmiş, SSRİ-nin bir sıra şəhərlərində, eləcə də İran, İraq, Suriya və Livanda çıxış etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978 "İgidliyə görə" medalı — 6 noyabr 1947 == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров.
Sabrina Qriqoryan
Sabrina Qriqoryan (erm. Սաբրինա Մարկոսի Գրիգորյան) — İtalyan əsilli erməni aktrisa. == Bioqrafiyası == Sabrina Qriqoryan 28 iyul 1956-cı ildə Romada rəssam Markos Qriqoryan və Flora Adamyanın ailəsində anadan olub. Valideynləri boşandıqdan sonra Sabrina atası tərəfindən böyüdülür və ibtidai təhsilini Tehranda istedadlı uşaqlar üçün xüsusi məktəbdə alır. Daha sonra təhsilini Nyu-Yorkda orta məktəbdə davam etdirir. Tehrana qayıdan o, yerli məktəbin teatr direktoru, eləcə də Tehrandakı Beynəlxalq Gənclər Teatr Təşkilatının direktoru Patrisiya Zixlə görüşüre. Zix Sabrinanın qeyri-adi aktyorluq istedadını görür. Orta məktəbi bitirdikdən sonra Sabrina Londona gedir, dinləmələrdən keçir və aktyorluq təhsili almaq üçün Qildxoll Musiqi və Dram Məktəbinə qəbul olunur. Həmin illərdə o, çoxlu səyahətlər etmiş, ABŞ, İsveçrə, İspaniya, İtaliya və bir çox başqa yerlərə getmiş, bacardığı bütün bilikləri mənimsəmişdir. Erməni, ingilis və fransız dillərini mükəmməl bilir, fars, italyan, ispan dillərini başa düşürdü.
Samvel Qriqoryan
Samvel Qriqoryan (tam adı: Samvel Avanesoviç Qriqoryan, 20 aprel 1907 və ya 22 aprel 1907, Şuşikənd, Şuşa qəzası – 5 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985). == Həyatı == Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşikənd kəndinə dəmirçi ailəsində anadan olub. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib. 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Radio Verilişləri Komitəsində işləyib. Samvel Qriqoryan 7 iyun 1987-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == 1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb. A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini ("Şeirlər" ("Բանաստեղծություններ").
Savmel Qriqoryan

Valeri Qriqoryan
Valeri Nərimani Qriqoryan (erm. Վալերի Նարիմանի Գրիգորյան; 2 yanvar 1952, Stepanakert) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur. == Həyatı == Valeri Nərimani Qriqoryan 2 yanvar 1952-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. 1970–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrindədir. Alay və briqada komandiri vəzifələrini tutmuşdur. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.
Mqer Qriqoryan
Mqer Qriqoryan (erm. Մհեր Հերբերտի Գրիգորյան; 15 fevral 1972, Əştərək) — hazırda Ermənistanın baş nazirinin müavini vəzifəsində çalışan erməni siyasətçi. == Həyatı == Mher Qriqoryan 1989-1991-ci illərdə Moskva Dövlət Universitetində hüquq təhsili alıb. 1991-1994-cü illərdə İrəvan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 1997-1998-ci illərdə Böyük Britaniyanın Lids Universitetinin Biznes Məktəbində 6 aylıq kvalifikasiya kursu keçib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mher Qriqoryan 1994-1996-cı illərdə Rusiya Federasiyasında fərdi sahibkar kimi fəaliyyət göstərib. Peşə fəaliyyətinə 1996-cı ildə ER Mərkəzi Bankında hüquqşünas kimi başlamış, daha sonra baş hüquqşünas-məsləhətçi, 1997-1999-cu illərdə isə hüquq şöbəsinin müdiri kimi davam etmişdir. 1999-2005-ci illərdə "Armerartbank" QSC-də (indiki "Ameriabank" QSC) hüquq xidmətinin rəhbəri, əməliyyat direktoru vəzifələrində çalışıb.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Alison Qreqorka
Alison Qreqorka (29 iyun 1985, Ann-Arbor, Miçiqan) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Alison Qreqorka, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Qreqorio Alvares
Qreqorio Alvares — Uruqvayın keçmiş prezidenti. == Həyatı == General Qreqorio Alvares Uruqvayda hakimiyyəti ələ keçirən xuntaya rəhbərlik edib. 1981-ci ildə isə ölkənin faktiki prezidenti elan olunub. Onun başçılıq etdiyi rejim 1975-ci ildə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay və Boliviyanın diktator rejimlərinin tətbiq etdikləri "Kondor" planının reallaşdırılmasında aktiv iştirak edib. Qreqorio Alvares 1973-1985-ci illərdə hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə görə 2009-cu ildə 25 il həbs cəzası alıb. Məhkəmə Alvaresi 37 nəfərin öldürülməsində, eləcə də bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə günahkar bilib. 2007-ci ilin dekabrından həbsdə olan 83 yaşlı Alvares səhhətinə görə məhkəmədə iştirak edə bilməyib.
Qreqorio Benito
Qreqorio Benito (21 oktyabr 1946 – 2 aprel 2020, Madrid) — İspaniyanın “Real Madrid” klubunun futbolçusu. == Həyatı == Qreqorio Benito 21 oktyabr 1946-cı ildə Kastiliya – La-Mançada doğulub. 1966-1982-ci illərdə “Real”da çıxış edib. O, komanda ilə 6 dəfə La Liqa, 5 dəfə İspaniya kubokunun qalibi olub. 2 aprel 2020-ci ildə Madriddə vəfat edib.
Qreqorio Fuentes
Qreqorio Fuentes( isp. Gregorio Fuentes; 11 iyul 1897, Lansarote, Kanar adaları – 13 yanvar 2002) — Ernest Heminqueyin "Qoca və dəniz" povestinin qəhrəmanı Santiyaqonun mümkün prototipi kimi tanınan kubalı balıqçı və dənizçi. == Həyatı == Fuentes Kanar adalarında balıqçı və fermerlərin ailəsində anadan olmuşdur. Onun 6 yaşı olarkən atası Kubaya üzən qayığın göyərtəsində vəfat edir. Qreqorio digər miqrantlarla birgə Kubaya qədər üzür və ömrünün sonunadək Havana yaxınlığında yerləşən Koximar adlı balıqçı qəsəbəsində yaşayır. 1928-ci ildə o, ilk dəfə Ernest Heminqueylə tanış olur, 1933-cü ildə isə yazıçıya məxsus "Pilar" adlı yaxtanın kapitanı olur. Onlar biryerdə balıq ovlamaq üçün dənizə çıxırdılar və bir gün 300 funtluq marlin balığı ovlayırlar. İkinci dünya müharibəsi başlayarkən yazıçı öz yaxtasını alman sualtı qayıqlarına qarşı istifadə etmək qərarına gəlir və yaxtaya pulemyot quraşdırır. Müharibə illərində alman sualtı qayıqları bəzən Kuba ətrafında üzür və özlərinin qida və su ehtiyatlarını təmin etmək üçün balıqçı gəmilərinə yaxınlaşırdılar. Heminquey qayığa yaxınlaşıb ona mərmi atmağı və pulemyotdan güllələməyi planlaşdırırdı lakin bunu etmək ona nəsib olmadı.
Ceyms Qreqori
Ceyms Qreqori (James Gregory; 1638[…], Drumoak[d] – 1675[…], Edinburq) — şotland riyaziyyatçısı və astronumudur; dairə və hiperbolanın kvadraturası haqqında əsər yazmış, burada sonsuz yığılan sıraları tədqiq etmişdir..