Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həbibabad
Həbibabad — İranın İsfahan ostanının Borxar şəhristanının Həbibabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,078 nəfər və 2,403 ailədən ibarət idi.
Həbibi
Həbibi (az-əbcəd. حبيبي‎; təq. 1470, Bərgüşad, Ucar rayonu – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur. Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir. == Həyatı == Həbibi 1470-ci ildə Bergüşad kəndində (indiki Azərbaycan Respublikasına bağlı Ucar rayonunun tərkibində) anadan olmuşdur.
Həbib
Həbib — Azərbaycanlı kişi adı. Həbib Bayramov — Tarzən. Azərbaycanın xalq artisti (1983). Həbib Elqaniyan — Tehran yəhudi Cəmiyyətinin prezidenti Həbib İbrahimov — Sədərək rayonu İcra hakimiyyətinin başçısı Həbib İsrafilov — Geologiya elmləri doktoru, professor Həbib Şirinov — iqtisad elmləri doktoru, professor. Həbib Qaramani — XV əsr xəlvəti şeyxlərindən biri. Həbib bəy Səlimov — general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Həbib Rəhimoğlu — Ermənistanın əməkdar jurnalisti. Həbib İsmayılov — Azərbaycan kino rejissoru.
Arif Həbibi
Həbibi Arif İzzət oğlu (1 iyun 1943 – 27 yanvar 2021) — Azərbaycan aktyoru, rejissor dublyajist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007). == Həyatı == Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olmuşdur. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirmiş və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlamışdır. Dublyaj üzrə ali dərəcəli kinorejissordur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və "ukladka" etmişdir. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olmuşdur. R.İbrahimbəyevin "Sınıq körpülər" filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olmuşdur. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs demişdir.10 ildən çox "Space" "Lider", "ANS", "ATV" tele kanallarında dublyajla məşğul olmuşdur. 1000-ə yaxın müxtəlif filmləri dublyaj etmişdir.
Füzuli Həbibi
Füzuli Nizami oğlu Həbibi (8 mart 1995, Cəlilabad, Azərbaycan — 31 oktyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həbibi Füzuli 8 mart 1995-ci ildə Cəlilabad şəhərində anadan olub. 2012-ci ildə Cəlilabad şəhər 8 saylı məktəb-liseyi bitirmişdir. 2013-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ildə hərbi xidmətini başa vurub evinə dönmüşdür. Nişanlı idi. Ailədə 3 qardaş idilər. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli Həbibi Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. 4 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili == Həyatı == Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır. 25 elmi məqalənin müəllifidir.
Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim == Həyatı == Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
Həbibə Soltanova
Natavan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı. == Həyatı == Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Natəvan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı. == Həyatı == Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. == Seçilmiş əsərləri == Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Rövşən Həbibi
Rövşən Həbibi (1980, Bakı) — Aktyor == Həyatı == 1980-ci ildə Bakıda andan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq faküləsini bitirib. Azərbaycanfilm kinostudiyasın asistent işləyib. 2005-ci ildən Space telekanalında assistent və sonra rejissor kimi çalışıb. 2010-cu ildə Milli Dram teatrında səs rejissoru olub.
İmaməli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
Şəhriyar Həbibi
Şəhriyar Vidadi oğlu Həbibi (d. 19 yanvar 1993; Osaküçə, Lənkəran rayonu – ö. 6 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur. Kənd orta məktəbdə orta təhsil almışdır. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. == Hərbi xidməti == 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, noyabrın 6-da Qubadlının azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Həbib Abdullayev
Həbib Məhəmmədoviç Abdullaev (18 iyul (31), 1912, Fərqanə vilayəti, Aravan kəndi - 20 iyun 1962, Daşkənd) - Sovet Özbəkistan geoloqu, akademik (1947-ci ildən) və Özbəkistan SSR Elmlər Akademiyasının prezidenti (1956-1962). SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). == Həyatı == Həbib Abdullayev 1936-cı ildə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetini bitirib. Daha sonra Moskva Geologiya Kəşfiyyat İnstitutunda və Orta Asiya Politexnik İnstitutunda dərs demişdir. Abdullayevin əsas əsərləri petrologiya və filiz yataqlarına həsr edilmişdir. Yer qabığındakı əsas mineralların əmələ gəlməsi və paylanması qanunlarına dair bir nəzəriyyəsi mövcuddur. 1936-1939-cu illərdə Moskva Dövlət Geolologiya İnstitutunda mühazirələr oxuyur. 1941-ci ildə Sənaye şöbəsinin müdiri işləmişdir. 1942-1948-ci illərdə Xalq Komissarları Sovetinin sədr müavini təyin edilmişdir. 1943-cü ildə Müxbir Üzv seçilmişdir.
Həbib Babayev
Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur.
Həbib Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həbib Cəbiyev
Həbib Pirican oğlu Cəbiyev (sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub. Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt "Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21–27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi"). Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır.
Həbib Elqaniyan
Həbib Elqaniyan, Hacı Həbibulla Elqaniyan kimidə tanınan (9 may 1909 - 9 may 1979)- Tehran yəhudi Cəmiyyətinin prezidenti vəzifəsində çıxış edən və 1970-ci illərdə İran yəhudi icmasının simvolik rəhbəri kimi xidmət edən görkəmli İran yəhudi iş adamı idi O, "Korrupsiya", "İsrail və sionizm ilə əlaqə" və "Allahın düşmənləri ilə dostluq", ittihamı ilə İran İslam İnqilabından sonra İslam inqilabi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib və edam edildi. Həbib Elqaniyan, 1958-ci ildə Tehranda Plasko adlı plastik şirkətin yardmışdır.
Həbib Fərşbaf
== Həyatı == Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaradıcılarından olan Həbib Fərşbaf istedadlı şair, nasir, həm də müəllimdir. 1944-cü ildə Təbrizin ustad Şəhriyarın da doğulduğu məşhur Bağmeşə məhəlləsində dünyaya gələn Həbib Fərşbaf (Fərşbaf – Xalça toxuyan mənasındadır) ibtidai təhsilini “Mümtaz” mədrəsəsində alır,orta təhsilini isə daha sonra yazıldığı “Siqətilislam” dəbiristanında əla qiymətlərlə başa vurur.Fars dilində oxuyub təhsil almaq məcburiyyəti qarşısında qalan Həbibin qəlbində elə məktəb illərindən ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor qaynaqlarına güclü sevgi oyanır. İlk müəllimləri olmuş Əlipur, Firidun Qərəçorlu onun həyat idealına çevrilir və o, müəllim olmaq qərarına gəlir.”Siqətilislam” dəbiristanında orta təhsilini başa vuran Həbib müəllimlik diplomunu alır və Qaradağ bölgəsinin ucqar kəndlərində pedaqoji fəaliyyətə başlayır. == Fəaliyyəti == Uzun illər müəllim kimi fəaliyyət göstərən Fərşbaf fars dilini tədris etməsinə baxmayaraq tədris keçdiyi körpə uşaqlarda Azərbaycan türkcəsinə sevgi hissi oyadır.Əməkçi ailəsində dünyaya gələn və həyatın çətinliklərinə dözməyə lap uşaq yaşlarından alışan gənc müəllim ucqar kəndlərdə bir sıra ciddi sınaqlara, rejimin yaratdığı çətinliklərə tuş gəlir. Lakin bu çətinliklərə sinə gərir, yolundan dönmür, heç vəchlə sevdiyi peşəsindən əl çəkmir. Qaradağlı uşaqlara, oğlan və qızlara savad verməklə bərabər, bölgənin folklor, ağız ədəbiyyatı nümunələrini toplayır və bu zəngin irsin Təbrizdə çap olunmasına səy göstərir. Həmçinin bütün bunlardan tədris prosesində də istifadə edir, şagirdlərinin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, sağlam ruhda böyüyərək xalqına faydalı bir insan olaraq böyüməsi, əsl vətəndaş kimi formalaşması qayğısına qalır.O, gündüzlər qurduğu siniflərdə dərs deyir, gecələrsə evində savadsız kəndlilərə M.Ə.Sabirin “Hophopnamə”sini, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün,Səməd Behrənginin və b. əsərlərini oxuyur, onların “gözünü açır”.İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış yazıçı-şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən Həbib Fərşbaf hazırda Təbrizin Dəvəçi və Şengilan məktəblərində pedaqoji fəaliyyətini davam etdirir. Yazarın bu günədək “Qaradağ kəndlərində”, “Dan yeri”, “Uşaq bağçası”, “Bir sevgi – bir ömür” kitabları çap olunmuşdur. Nəzm və nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən, götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə və olaylardır.
Həbib Fətəliyev
Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Həbib Həsənov
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir. "Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.
Həbib Məmmədəliyev
Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor == Həyatı və təshili == Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir. === Vəfatı === 14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Həbib Nurmaqomedov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib. ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi.
Həbib Nurməhəmmədov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib. ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi.
Bəbila
Bəbila (ərəb. ببيلا‎) — Suriyada şəhər, Dəməşq mühafazasının Mərkəz Dəməşq məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 10.600 ailədə 26.266 nəfəri kişilər və 24.614 nəfəri qadınlar olmaqla cəmi 50.880 nəfərdir.
Bebbia
Bebbia (lat. Bebbia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.