Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmidə Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə Qayıbova
Həmidə Davud qızı Qayıbova — AMEA Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya elmləri doktoru. == Həyatı == Həmidə Davud qızı Qayıbova 23 yanvar 1944-cü il Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətini 1967-ci ildə AMEA Zoologiya İnstitutunda başlamışdır. O, 1969-cu ildə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasına daxil olmuş və aspirantura müddətini, keçmiş SSRİ EA Sitologiya İnstitutu birhüceyrəli orqanizmlərin sitologiyası laboratoriyasında keçmək üçün Sanrt-Peterburq şəhərinə (keçmiş Leninqrada) göndərilmişdir. O, burada "Əsas sahibləri Azərbaycanın müxtəlif ekoloji şəraitində yaşayan bəzi gəmiricilər olan koksidilərin həyat tsiklinin müqayisəli sitikimyəvi tədqiqi" mövzusunda dissertasiya işi üzərində işləmişdir. Aspirantura dövrünü başa vurduqdan və 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyətlə müdafiə etdikdən sonra o, biologiya elmləri namizədi kimi Azərbaycan MEA Zoologiya İnstitutunda işə başlamışdır. Əsas tədqiqat obyekti parazit birhüceyrəıi koksidilərdir. 1995 –ildə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə "Azərbaycanda heyvanların koksidiləri (Coccidia, Sporozoa) və onların həyat dövriyyələrinin morfofunksional xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə isə AAK tərəfindən təsdiqini almışdır.
Həmidə kəhrizi
Həmidə kəhrizi-hidronimi Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Həmidə kəhrizi hidronimi Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində qeydə alınıb. Bu kıhrizi dövrünün görkəmli ziyalısı, maarifçisi,xeyriyyəçi Həmidə xanım Cəlil Məmmədquluzadə (1873-1955) çəkdirdiyi üçün kəhriz də onun adı ilə adlandırılmışdır. Həmidə xanım görkəmli maarifçi, yazıçı, publisist Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.
Həmidə Ömərova
Həmidə Ömərova (25 aprel 1957, Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021). == Həyatı == Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur. Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır. == Mükafatları və fəxri adları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən Cəfər Cabbarlı mükafatı — 2010 "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021 Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023 == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === === Azərbaycan Teatr Xadimləri İttifaqı === == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) — Çinarə Arşınmalçı (film, 1985) Ata ocağı (film, 2017) — Şəfiqə Azərbaycan çayı (film, 2003) Babamızın babasının babası (film, 1981) — Zeynəb Bayramda yağış (film, 1985) — Pərvin Bir axşam...
Həmidə xanım Cavanşir-Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə xanım Cavanşirin ev-muzeyi
Həmidə xanım Cavanşirin ev-muzeyi — Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi == Muzeyin yaranması == Şuşa qəzasının Ağcabədi kəndində doğulan Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir. == Muzeydəki materiallar == 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur == Muzeyin fəaliyyəti == 2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş "Molla Nəsrəddin" jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.