HƏMMƏSLƏK

HƏMMƏSLƏK (məslək yoldaşı, məslək adamları) [Əbülhəsən bəy:] O təhlükədən siz də, sizin sevgiliniz də, həmməsləkiniz Nina xanım da məhv ola bilər (M.S.Ordubadi); HƏMƏQİDƏ Rzaqulu xan ilə həməqidə olan müsyö Lui də.. İran səfərinə hazırlaşmaqda idi (M.S.Ordubadi); HƏMFİKİR Yavər özünə həmfikir tapmış kimi sevindi.. (M.İbrahimov); MƏSLƏKDAŞ Kərim öz dostuna məsləkdaşına; Yaxşılıq istədi, yamanlıq oldu (B.Vahabzadə); MƏSLƏK ADAMLARI Belələri, əlbət ki, möhkəm məslək adamlarıdırlar (A.Şaiq); MƏSLƏK YOLDAŞI Yeddi zənci, yeddi dost, yeddi məslək yoldaşı; Yeddi həqiqətsevən, arzu, dilək yoldaşı (M.Rahim).

HƏMMƏRZ
HƏMMƏZHƏB

Digər lüğətlərdə