Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Halit Akçatepe
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Halit Ziya Uşaklıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya İstanbul – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. == Roman üslubu == Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.
Halitoz
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Bəymirzə Hayit
Bəymirzə Hayit(d. 17 dekabr 1917, Nəməngan Rusiya Türkistanı - v. 31 oktyabr 2016, Köln Almaniya) — xüsusilə Türkistan və Orta Asiya mövzusunda araşdırma edən tarixçi və şərqşünas. == Həyatı == 17 dekabr 1917-ci ildə Nəməngan şəhərində dünyaya gəlmişdir. Yetkinlik yaşına çatdıqda artıq ədəbiyyata və sənətə maraq göstərirdi. 1930-cu illərin məhrumiyyətlərinə baxmayaraq 1939-cu ildə Daşkənd Universitetini bitirdi. Həmin il Qırmızı Orduya çağrıldı və burada leytenant olaraq xidmət etdi. Hayit 1939-cu ilin dekabrında Nəməngandan ayrıldı və Polşada eskadron tank komandiri olaraq yerləşdi. II Dünya müharibəsi zamanı Hayit 1941-ci ildə Alman əsirliyinə girdi. Sonra Alman Vermaxtın Türkistan legionunda zabit kimi xidmət etdi.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Oman ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. == Coğrafiya == === Oroqrafiya === Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Halil Sezai
Halil Sezai, tam adı ilə Halil Sezai Paracıkoğlu (16 Avqust 1979, Əskişəhər) — Türk aktyor, müğənni. Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır. Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakultəsindən məzun oldu. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "ən yaxşı çıxış edən sənətçi" mükafatını almışdır. 2010-cu ildə ekranlara girən əncir mürəbbəsi filmi ilə ağ pərdədə yer alan Sezai, seriyalın davam filmi olan 2014-cü il istehsalı əncir mürəbbəsi 2-də də baş rolda oynamışdır. 2014-cü il tarixli Çiyələk filminin isə prodüserliyini də öhdəsinə götürmüşdür. Yapışıq Qardaşlar filmində İmam rolunu oynamışdır. Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olmuşdur. Bacısı Duyğu Paracıkoğlu isə aktirisadır.
Halil İnalcık
Xəlil İnalcık (26 may 1916, İstanbul – 25 iyul 2016[…], Ankara)— Krım Tatar əsilli Türk tarixçi. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.. == Həyatı == Balıkesir Müəllim Məktəbini bitirmişdir. 1935-ci ildə Ankara Universiteti Dil, tarix və coğrafya fakültəsi Yeni çağ tarixi ixtisasında bakalavr təhsilinə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı diplom işi hazırlamışdır. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi haqqında dərslər vermiş və sonra 1972-ci ildə Çikaqo Üniversiteti Tarix fakültəsinə "Osmanlı tarixi profesörü" olaraq dəvət edildi. 1973-cü ildə The Ottoman Empire The Classical Age 1300-1600 kitabı nəşr olundu. Ölkə daxilində və xaricində müxtəlif universitetlərdə fəxri doktor ünvanları almışdır. 1993-cü ildə Bilkent Üniversitetinə dəvet edildi və burada Tarix fakültəsini qurdu. Həyatı və tarixçiliyi haqqında Tarihçilerin Kutbu Halil İnalcık Kitabı adlı müsahibələrindən ibarət kitabı 2005-ci ildə nəşr olunmuşdur.
Halis döyüşü
Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir. == Səbəb == Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi. Midyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.
Haliç dağı
Haliç (pol. Halicz) — Beşat dağlarının Polşa hissəsinin 3-cü, Qərbi Beşad dağlarının isə ən hündür zirvəsi. Haliç Tarnisa qrupunun şərqində, Bukovski və Rozsıpanes arasında yerləşir. Zirvənin hündürlüyü 1333 metr təşkil edir. == Adının etimalogiyası == Adının mənası dəqiq olaraq bilinmir. Bir fərziyəyə görə zirvənin adı ukrayncadan tərcümədə «top» mənasını verir. Bəzən isə «Qaliç» soyad olması qeyd edilir. Ukraynada İvano-Frankovsk şəhərindən bir qədər aralıda Qaliş adlı şəhər yerləşir. Şəhərlə dağın adının eyni kökdən törəməsi ehtimal edilir. == Təsviri == Dağ turistlər arasında olduqca populyardır.
Halil Babür
Halil İbrahim Babür(26 iyun 1987, Bitlis ili) – Türk aktyor, dramaturq və teatr rejissoru. == Həyatı və karyerası == 26 iyun 1987-ci ildə Bitlisdə anadan olan Babür 3 yaşında İstanbula gəldi. 2014-cü ildə Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir. O, 2011-2014-cü illər arasında "Show TV"də yayımlanan "Pis Yedili" serialındakı "Trafo" obrazı ilə tanınıb. O, Çukurda “Veysəl” obrazını canlandırıb. 2017-ci ildə çəkdiyi "Qar" filmi ilə 24-cü Beynəlxalq Adana Film Festivalında "Ən perspektivli aktyor" mükafatına layiq görüldü. O, 11-dən 11-ə, Qəssab, He-Go və İçimdəki od» pyeslərini yazdı. Nəhayət, FOX-da yayımlanan son yaz serialında “Soner Sancaktar” obrazını canlandırıb.
Halis Bayancuq
Halis Bayancuk (türk. Halis Bayancuk) və ya Əbu Hanzala (1984, Diyarbəkir) — İŞİD ilə əlaqədə olduğu iddiası ilə həbsdə olan zazaəsilli imam. == Həyatı == Bayancuq Türkiyənin Diyarbəkir şəhərində Bingöldən gələn zaza ailəsində anadan olmuşdur. Onun atası Hacı Bayancuq, digər adı ilə "Hafiz" "Kürd Hizbullahı"nın siyasi qanadının lideri olmuş və hazırda ömürlük həbs cəzasındadır. 1998-ci ilə qədər Halis gəncliyini Diyarbəkirdə keçirmişdir. Atasının 2005-ci ildə həbsindən sonra 3 il Misirdə yaşamış, Almaniyada "Kürd Hizbullahı"na bağlı olan diaspor kürdlərinin dəstəyi ilə burada təhsil almış və 2008-ci ildə Türkiyəyə qayıtmışdır. Halis daha sonra 2008-ci ildə İstanbulda törədilən partlayışlarda əli olduğu iddiası ilə həbs edilmiş və 15 may 2009-cu ildə dəlil olmadığı üçün sərbəst buraxılmışdı. O, 2011-ci ildə "Əl-Qaidə" ilə əlaqəyə görə yenidən həbs edilmişdir. Bayancuq bomba planlaşdırmaqda şübhəli bilinən əlli nəfər ilə birlikdə həbs edilmişdi. O, 24 yanvar 2013-cü ildə prokurorlar sübut çatışmazlığı səbəbindən yenidən onu mühakimə edə bilmədikdən sonra sərbəst buraxılmışdır.
Halil Öztürk
Halil Öztürk (1975, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Halil Öztürk 1975-ci ildə Kırıkkale ilinin Sulaqyurd ilçəsində anadan olub. İbtidai və orta təhsilini Sulaqyurd ilçəsində alıb. 1998-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. Bir müddət Səhiyyə Nazirliyində çalışıb. Daha sonra isə uzun illər Ankarada inzibati hüquq üzrə hüquqşünas olaraq çalışıb. Müharibə Əlilləri, Şəhidlərin Dul Qadınları və Yetimləri Dərnəyinin üzvü olub, şəhid və qazi ailələrinin hüquqşünası olub. Uzun illərdir MHP üzvüdür. 2009-cu ildən MHP İdarə Heyətinin üzvü vəzifələrində çalışır. 2015-ci ildən həm də MHP İntizam Şurasının sədridir.
Yusif İsa Halim
Yusif İsa Halim (1894, Çokarliya[d], Konstantsa, Rumıniya Krallığı – 1982, Mecidiya[d], Konstantsa, Rumıniya Sosialist Respublikası) — ilk rumınca-türkcə lüğəti yazan, Dobrucada anadan olmuş Krım tatarı olan şair, müəllim və linqivist. == Həyatı == Yusif İsa 1894-cü ildə bu gün Dobrucadakı Mankalya bölgəsinin qərbində yerləşən Ciocarlia olaraq da bilinən Bilbildə anadan olmuşdur. 1915-ci ildə Məcidiyyə mədrəsəsindən məzun olmuş və Adamclisi, Kavarna, Dobric, Boğazköudə müəllimlik etmişdir. Müəllimlik fəaliyyətində sonra ədəbi yaradıcılığa üz tutmuşdur. 1930-cu ildə ilk rumınca-türkcə lüğəti hazırlamış və hal-hazırda Bolqarıstanda yerləşən Dobricdə nəşr etdirmişdir. Onun lüğəti Kamus-i Umumi adlanmışdır. Rusların bölgədəki artan gücü və 1783-cü ildə Krımı ilhaq etməsindən sonra Krım tatarları Osmanlılar tərəfindən Dobrujcaya gətirildi. 2002-ci ildə onlar əhalinin 2.4% -ni təşkil etdilər. 1877-1878-ci illər arasında Dobrucadan Anadoluya 80.000 ilə 100.000 arasında Krım tatarlarının mühacirət edildiyi təxmin edilir. Yusif İsa Halimin ailəsinin də Ruminyaya köç etməsi bu dövrlərə təsadüf edir.
Əhməd bəy Hali
Əhməd bəy Hali (1775–1862), şair == Həyatı == Əhməd bəy Xudadad xan oğlu 1775-ci ildə Bərgüşad mahalının Hal kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Əhməd bəy şair idi. Hali təxəllesi ilə xoştəb şeirlər yazırdı. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Xələfüs-sidqi cənnətməkan Xudadad xan bu cəlalətməab ata tərəfindən Şirvan şahı Fətəli xan çərxçibaşının nəslindən və ana tərəfindən Gəncə xanlarındandır və öz əsrində sahibi-əmlak və zül-idrak bir vücud imiş. Qərəz, əvayili ömründə İranın Xoy adlanan şəhərində və əvaxirdə Zəngəzur üyezdinin (qəzasının) Hal qəryəsində nəşvi nüma edibdir". Əslində Əhməd bəyin ulu babaları Xoydan gəliblər. Çünki bizim araşdırmamıza görə, onun atası Xudadad xan, babası Mirzə Sultan da Hal kəndində dünyaya gəlmişdilər. (Ə. Ç.) == Ailəsi == Əhməd bəyin Abbasqulu bəy adlı oğlu vardı.
Karl-Erik Halt
Karl-Erik Halt (1936–11 may 2010) isveçli futbolçu və məşqçi. Onun hər iki qardaşı, Leif və Nils də peşəkar futbolçu idilər. == Oyunçu karyerası == Halt GIF Nike üçün oynayıb. == Menecer karyerası == Oyunçu karyerasından sonra Halt 1970–1971-ci illərdə Landskrona BoIS, 1972–1973-cü Malmö FF, IFK Trelleborg və 1983–1985-ci illərdə Lunds BK komandalarını çalışdırmışdır.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Abdul Halim Muadzam Şah
Abdul Halim Muadzam Şah, Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah (ing.
Halil Umut Meler hücumu
11 dekabr 2023-cü il tarixində keçirilən MKE Ankaragücü — Çaykur Rizespor matçında MKE Ankaragücü prezidenti Faruk Koca sahəyə enərək matçın baş hakimi Halil Umut Melərə fiziki hücum etdi. Hadisədən sonra 'dki bütün liqalar TFF tərəfindən qeyri-müəyyən müddətə təxirə salındı. 11 dekabr 2023-cü ildə keçirilmiş qarşılaşma 1–1 hesabı ilə başa çatıb. Qarşılaşmanın baş hakimi Halil Umut Melərin final fitini çalmasından sonra meydanda qarışıqlıq yaranıb və MKE Ankaragücü prezidenti Faruk Koca meydana enərək hakim Melere yumruq zərbəsi endirib. Yumruqdan sonra yerə yıxılan Meler Faruk Koca və adı açıqlanmayan iki şübhəli tərəfindən üzünə təpiklə zərbələr endirib. Üzünə aldığı zərbələr nəticəsində Halil Umut Melerin gözünün altında şişlik yaranıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisələrdən sonra TFF fövqəladə yığıncaq keçirilməsinə qərar verib və Ankara Qərb Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və Faruk Koca haqqında həbs qərarı çıxarıb. Nəzarətə alındıqdan sonra Faruk Koca və digər iki şübhəli həbs olunaraq Ankara Sincan Həbsxanasına göndərildi.O, 27 dekabr 2023-cü ildə məhkəməyə qədər azadlığa buraxılıb.
Fətəli bəy Hali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı == Həyatı == Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Xalıt Şəlaləsi
Xalıt şəlaləsi — Şamaxı rayonunun Qaladərəsi kəndindən 3 km məsafədə meşəliklə əhatə olunmuş təxminən 30 m hündürlükdən qayadan axan şəlalə.
Xalıt şəlaləsi
Xalıt şəlaləsi — Şamaxı rayonunun Qaladərəsi kəndindən 3 km məsafədə meşəliklə əhatə olunmuş təxminən 30 m hündürlükdən qayadan axan şəlalə.
Affekt halı
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. == Affekt halının formaları == Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. == Affekt halının fizioloji əlamətləri == Ürək döyüntüsünün artması Təngənəfəslik Boğazda qəhər Əzələlərdə spazm və gərginlik Tez yorulma Ağrılar Yuxu pozuntusu İştahasızlıq Ürəkbulanması, qusma Cinsi gücsüzlük, tez boşalma Qaşınma, soyuq və isti tərləmə Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….
Hacib
Hacib — lüğəti mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə izah edilmiş bu söz (hacaba – birinin bir yerə girməsinə mane olmaq və buradan (hacib – qapıçı), Əməvilər zamanından başlayaraq şərq və qərbdəki müsəlman dövlətlərində əsrlər boyu işlənmişdir. Əvvəllər hökmdar saraylarında «vasitəçi» mənasında işlənirdi. Hacib həm də xidmətçi, kamerker deməkdir. Orta əsrlərdə Yaxın Şərq ölkələrində sarayda ən yüksək vəzifələrdən biri idi. Saray mərasimlərinin təşkilində mühüm rol oynayırdı.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Balıc
Balıc - Gürcüstanın Bolnisi rayonunda kənd.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. == Dünyanın əhalicə ən böyük ölkələri == 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: == Əhali göstəriciləri == əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri. Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.