Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı.
Brendon Hartli
Brendon Hartli (ing. Brendon Hartley, d. 10 noyabr 1989, Palmerstoun-Nort) — Yeni Zelandiyalı avtoyarışçı, Porşe Team-da dözümlülük yarışında iki dəfə dünya çempionu (2015, 2017), "24 Saat Le Man" yarışının qalibi (2017). 2017-ci ildən Toro Rosso ilə Formula 1-ə gəlmişdir. == Karyera == Hartli motorlu idmanla yaxından əlaqəli olan ailədə dünyaya gəldi. Atası Brayan bir çox müsabiqədə, məsələn Formula Atlantikdə yarışırdı. Hartli altı yaşında karyerasına qardaşı Nelsondan sonra kartinqlə başladı. Altı il sonra gənc Yeni Zelandiyalı ilk mövsümünü yeddinci yerdə tamamladı. 2003-cü ildə, 13 yaşında, o Formula-Ford Festivalını qazandı. Formula Toyota Yeni Zelandiya mövsümündən sonra Hartli Avropaya getdi, Formula-Reno Avropa Kubokunda və Formula Reno Şimali Avropa Kubokunda (NEC) yarışdı.
Ceyms Harden
Ceyms Eduard Harden Jr. (ing. James Edward Harden Jr.) Amerika Milli Basketbol Assosiasiyasında mübarizə aparan Hyuston Rokets komandasında forma geyən amerikalı peşəkar basketbol oyunçusu. Harden, kollec basketbolunu "Arizona Steyt" komandasında oynamışdır.
Handley Page
Handley Page Limited mərkəzi İngiltərə də yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 17 iyun 1909-cu ildə Frederick Handley Page tərəfindən təsis edilmiş və 1970-ci ildə ləğv edilmişdir.
Harald Kristensen
Yens Harald Kristensen (dan. Jens Harald Christensen, 4 yanvar 1884, Kopenhagen – 8 avqust 1959, ABŞ), sonradan Harold Mayk Hovard (ing. Harold Mike Howard) kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu. == Həyatı == 1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası[d] – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Harald Nilsen
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub . == Bioqrafiya == Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir. == Karyerası == 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir.
Harald Tammer
Harald Tammer — Estoniyalı ağır atlet. Alfred Şmidt 1924-cü ildə Paris şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Harald Tammer həmçinin 1922-ci ildə Tallində baş tutan Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Harald Tammer 9 yanvar 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Harald Tammer birinci uğurunu 1922-ci ildə qazandı. Harald Tammer Tallin şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazandı. Harald Tammer bu uğurdan 2 il sonra Yay Olimpiya Oyunlarında uğur qazandı. Harald Tammer 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Harald Tammer 497.5 kq. nəticə ilə VI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Hardis Baumanis
Hardis Baumanis (lit. Hardijs Baumanis; 10 dekabr 1967, Riqa – 6 aprel 2015, Bakı) — latviyalı diplomat; Latviyanın Azərbaycandakı səfiri (2010-2015). == Həyatı == 10 dekabr 1967-ci ildə anadan olmuşdur. == Diplomatik fəaliyyəti == 2004-2006-cı illərdə Latviyanın Sankt-Peterburqdakı baş konsulu, 2006-2010-cu illərdə Latviyanın Litvadakı səfiri vəzifələrində çalışmışdır. 2010-cu ildən Latviyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edirdi.2015-ci il aprelin 6-da Bakıda vəfat etmişdir.
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven[d]) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.
Harold Holt
Harold Eduard Holt (ing. Harold Edward Holt, 5 avqust 1908[…] – 19 dekabr 1967) — Avstraliyalı siyasətçi, ölkənin on yeddinci baş naziri. O dövrdə Liberal Partiyanın lideri. == Həyatı == Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib.Eyni zamanda kollec komandasında futbol, ​​kriket və tennis oynayıb. 1930-cu ildə təhsilini başa vuraraq 1931-ci ildə gildiyanın üzvü olub. Vəkil olaraq çalışmış, Kinematoqrafçılar Sərgilər Birliyinin katibi olmuşdur. Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib. 1940-cı ildə, siyasi karyerasına başladıqdan sonra Holt Avstraliya Ordusuna yazılıb (İkinci Dünya müharibəsi davam edirdi), lakin beş aylıq xidmətindən sonra parlament fəaliyyətinə qayıdıb.
Harold Laski
Harold Laski (ing. Harold Joseph Laski; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur. Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.
Harold Lou
Harold Lou (ing. Harold Godfrey Lowe; 21 noyabr 1882 – 12 may 1944) — Titanik gəmisinin beşinci zabiti.
Harold Marşal
Harold Marşal (ing. Harold Marshall; 10 fevral 1918 – 18 yanvar 2013, Kalqari, Alberta) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş kanadalı snayper.
Harold Nikolson
Harold Nikolson (ing. Harold Nicolson, 21 noyabr 1886[…], Tehran – 1 may 1968[…]) – ingilis diplomatı, yazıçısı və publisisti, siyasi xadimi. 1909-1928-ci illər ərzində Madrid, İstanbul, Tehran, Berlin və Londonda müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. Sonrakı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, İngiltərə parlamentinin üzvü seçilmişdir. == Həyatı == Harold Nikolson 21 noyabr 1886-cı ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Harold Nikolson 1 may 1968-ci il Kent qraflığında, Böyük Britaniyada vəfat etmişdir. == Diplomatik fəaliyyəti == Nikolson özü ideal diplomatın zəka, bilik və müşahidə qabiliyyətindən başqa aşağıdakı keyfiyyətlərə malik olmasını vacib hesab edirdi: dürüstlük, dəqiqlik, təmkinlik, aramlılıq, təvazökarlıq, loyallıq. Nikolson diplomat üçün ən böyük nöqsanın şöhrətpərəstlik olduğunu düşünürdü.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Harold Qodvinson
Harold Qodvinson (ing. ) və ya II Harold (1022, Esseks[d] – 14 oktyabr 1066, Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — İngiltərənin son anqlosaks kralı. II Harold hakimiyyəti 6 yanvar 1066-cı il tarixindən həmin ilin oktyabr ayında, normanların İngiltərəni işğalı dövründə gerçəkləşən Hastinqs döyüşündə Fateh Vilhelm rəhbərliyindəki norman hücumçularla vuruşarkən həlak olana qədər davam etmişdir. II Harold güclü bir yarl və Böyük Knudla qohumluq əlaqəsi olan əhəmiyyətli bir anqlosaks ailəsinin üzvü idi. Yeznəsi kral Keşiş Eduard 5 yanvar 1066-cı ilsə vəfat etdikdən sonra Vitenaqemot çağırılmış, onlar isə Harold Qodvinsonu yeni kral seçmişdilər. Onun tacqoyma mərasimi Vestminster abbatlığında keçirilmişdir. Sentyabr ayının axırlarında rəqib iddiaçı norveçli III Sərt Haraldın ordusunu darmadağın etmiş və öz ordusunu cənuba, Fateh Uilyamla döyüşə aparmışdır.
Harold Vilson
Ceyms Harold Vilson (ing. James Harold Wilson; 11 mart 1916[…], Haddersfild – 24 may 1995[…], London) — Britaniya dövlət və siyasi xadimi, 1964–1970-ci və 1974–1976-cı illərdə Böyük Britaniyanın 67-ci və 69-cu Baş naziri. == Həyatı == Oksford Universitetini bitirmişdir (1937-ci ildə İsa Məsih Kolleci). Burada yeni və ən yeni tarixi, sonra isə fəlsəfə, siyasi elmlər və iqtisadiyyatı öyrənmişdir. Həmin ildən o, alma materdə iqtisadi tarixi tədris etmişdir: əvvəlcə Nyu kollecdə, sonra isə (1938–1945) universitet kollecində. İkinci Dünya müharibəsinin başlanğıcından etibarən, könüllü orduya qoşulmaq üçün çalışsa da, kömür sənayesində statistik və iqtisadçı kimi işləməyə göndərildi. 1943–44-cü illərdə Yanacaq və Energetika Nazirliyinin iqtisadiyyat və statistika şöbəsinə rəhbərlik edir; buradakı fəaliyyətinə görə Britaniya İmperiyası ordeni ilə təltif olunur. 1945-ci il seçkilərində Ormskirk bölgəsindən İcmalar Palatasına seçildi (1950-ci ildən 1983-cü ilə qədər Huyton rayonundan seçildi). 1947-ci ildən Klement Ettlinin ofisində ticarət naziri vəzifəsində çalışmışdır. 1951-ci ilin aprelində, Leyborist Hökuməti Koreya müharibəsi səbəbindən müdafiə xərclərini pulsuz səhiyyə xidmətinə xələl gətirdikdən sonra Vilson Enyurin Biven və Con Friman ilə birlikdə hökumətdən ayrıldı.
I Harold
I Harold Göydiş (dan. Harald Blåtand; 911, Danimarka – 1 noyabr 985) — Danimarka və Norveç kralı, Qoca Qormun oğlu.
Mavidiş Harold
I Harold Göydiş (dan. Harald Blåtand; 911, Danimarka – 1 noyabr 985) — Danimarka və Norveç kralı, Qoca Qormun oğlu.
Nina Hartli
Nina Hartli (11 mart 1959) — ABŞ porno aktrisasıdır. Filmlərdə Nina Hartli, Nina Hartman, Babbl Batt, və Nina Hartvell adı ilə məşhur olub. 2012-ci ilin rəsmi məlumatlarına görə Nina Hartli 900-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. == Həyatı == Nina Hartli 1959-cu ildə Kaliforniyada anadan olmuşdur. Əsl adı "Mari Luiz Hartman"dır (ing. Marie Louise Hartman). Lüterant atası və yəhudi anası Alabama ştatından bura köç etmişlər. Nina Alman, İsveç və Yəhudi əsillidir. Onun valideynləri buddizm dininə itaət edir. Nina Hartli isə ateistdir.
Sardlı Meliton
Sardlı Meliton (yun. Μελίτων Σάρδεων; təq. 100 – təq. 180, Sardı[d], Manisa vilayəti) — Sard şəhərinin yepiskopu, xristian ilahiyyatçısı. O, pravoslav kilsəsində 1 apreldə (Yuli təqviminə görə), katolik kilsəsində 1 apreldə ehtiramla yad edilir. Onun həyatının sadəcə bəzi təfərrüatları məlumdur. Təxminən 194-cü ildə Efesli Polikratın Papa Viktora yazdığı məktubda qeyd edilmişdir ki, Melito xədim idi və Asiya kilsəsində böyük səlahiyyətlilərdən idi. İsanın təbiətlərinin ikiliyini öyrədən II əsr yazıçılarından biri kimi onun adı İppolitin "Labirint" əsərində də çəkilir. İyeronim Melito haqqında bəhs edərkən Tertulliandan sitat gətirərək qeyd etmişdir ki, Meliton bir çox möminlər tərəfindən peyğəmbər kimi qiymətləndirilmişdir.
Uilyam Harvey
Vilyam Harvey (ing. William Harvey; 1 aprel 1578, Folkston, İngiltərə krallığı – 3 iyun 1657[…]) — Fiziologiya və embriologiyanın əsasını qoyan ingilis həkim-anatomu, alim. == Elmi fəaliyyəti == Vilyam Harvey, qan dövranınin və ürəyin funksiyasının ilk dəfə izahını verən, ingilis həkimi, 1578-ci ildə İngiltərənin Kent graflığında Folkeston şəhərində tacir ailəsində anadan olmuşdur. Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" haqlı olaraq fiziologiya tarixində ən lazımlı kitab sayılır. Hal azırda bizim malik olduğumuz qan dövranı haqqında sadə və aydın təsəvvürümüzə görə Harveyin nəzəriyyəsinə borcluyuq. Belə ki, bizə belə adi görünən məlumatlar Harveyə qədər ki bioloqlara aydın deyildir. Onların ürək və qan damarları haqqında təsəvvürləri tam başqa idi: 1) Aristotel və Qalen nəzəriyyələrinə görə qida qaraciyərdə qana çevrilir və venalar vasitəsilə orqanlara daşınır; 2) ürək qanı qızdırır; 3) arteriyalar hava ilə doludur; 4) ürək həyat ruhu istehsal edir; 5) arteriya və venalar qanla dolub boşalaraq bir dəfə ürək istiqamətinə, ikinci dəfə isə əks istqamətdə hərəkətdə olur. Məşhur həkim Qalen coxlu sayda meyitlərin yarılmasında şəxsən iştirakına baxmayaraq heç təsəvvürünə də gətirə bilmirdi ki, qan cərəyan edir. Bunu heç biologiya ilə dərindən maraqlanmış Arximed də təsəvvür edə bilmirdi. Hətta Harveyin kitabı işıq üzü görəndən sonra da bir çox alimlər, həkimlər onun bu ideyasına şübhə ilə yanaşırdılar və inana bilmirdilər ki, qan insan bədənində daim qapalı sistemdə cərəyan edir və ürək bu cərəyanı enerji ilə təmin edir.
Uolles Hartli
Volles Henri Hartli (ing. Wallace Henry Hartley; 2 iyun 1878 – 15 aprel 1912) — Titanik gəmisinin musiqi qrupunun skripkaçısı və rəhbəri. O, gəminin 15 aprel 1912-ci ildə batması zamanı sona qədər musiqi parçaları ifa edən səkkiz nəfərlik qrupa rəhbərliyi ilə şöhrət tapmışdır. Hartli elə həmin gecə gəminin batması ilə həlak olmuşdur.
V Harald
V Harald (norv. Harold V; 21 fevral 1937[…]) — Qlüksburqlar sülaləsindən Norveç kralı(17 yanvar 1991-ci ildən). == Bioqrafiyası == V Harald 1937-ci ildə şahzadə Olaf və Marta Daqmarın üçüncü övladı kimi dünyaya gəlmişdir. O cütlüyün ilk oğlan övladı idi. 3 yaşında almanların Norveçi işğal etməsi ilə bağlı olaraq ailəsi ilə birgə Vaşinqtona köçməli olurlar. Müharibə bitdikdən sonra kral ailəsi yenidən Norveçə qayıdır.Harald əvvəlcə Oslo Universitetindən, daha sonra hərbi akademiyada təhsil alır. 1960-cı ildə Oksford Universitetinə daxil olur. 1968-ci ildə Sonya Haraldsenlə evlənir. Bu izdivacdan şahzadə Hokon və şahzadə Marta Luiza doğulur. 17 yanvar 1991-ci ildə Olafın ölümündən sonra Harald taxta çıxır.