Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır. Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.
Fiyeld
Fiyeld – Norveçdə xeyli hündürdə yerləşən platoya deyilir ki, burada yüksək tirələr ilə çökək yerlər növbələşir. Çökək yerlərdə çoxlu göl və bataqlıq yerləşir.
Fyeld
Skandinaviya dağlarının ayrı-ayrı massivlərində platoyaoxşar , qabarıq , buzlaqla və ya tundra bitkiləri ilə örtülü təpənin səthidir.
Hartert
Ernst İohann Otto Hartert (alm. Ernst Johann Otto Hartert‎; 29 oktyabr 1859, Hamburq — 11 noyabr 1933, Berlin) — alman ornitoloqu. == Elmi xidmətləri == İlk dəfə Hartert tərəfindən təsnif olunan quşlar: Corvus rhipidurus Scolopax mira Buteo oreophilus Hydrochous gigas Hartertin şərəfinə adlandırılan taksonlar: Acestrura harterti Batrachostomus harterti Phlogophilus harterti == Əsərləri == 1891: Katalog der Vogelsammlung im Museum der Senckenbergischen Naturforschenden Gesellschaft in Frankfurt am Main 1897: Podargidae, Caprimulgidae und Macropterygidae 1897: Das Tierreich 1900: Trochilidae 1902: Aus den Wanderjahren eines Naturforschers: Reisen und Forschungen in Afrika, Asien und Amerika, nebst daran anknüpfenden, meist ornithologischen Studien 1903: Ueber die Pipriden-Gattung Masius Bp. 1910–1922: Die Vögel der paläarktischen Fauna: Systematische Übersicht der in Europa, Nord-asien und der Mittelmeerregion vorkommenden Vögel. Drei Bände 1920: Die Vögel Europas == Mənbə == Hans Kelm: Otto Kleinschmidt und Ernst Hartert. Aus ihrem Briefwechsel 1895-1932. In: Journ. Orn. Bd. 101, Nr.
Cephalophus harveyi
Cephalophus harveyi (lat. Cephalophus harveyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Ernst Hartert
Ernst İohann Otto Hartert (alm. Ernst Johann Otto Hartert‎; 29 oktyabr 1859, Hamburq — 11 noyabr 1933, Berlin) — alman ornitoloqu. == Elmi xidmətləri == İlk dəfə Hartert tərəfindən təsnif olunan quşlar: Corvus rhipidurus Scolopax mira Buteo oreophilus Hydrochous gigas Hartertin şərəfinə adlandırılan taksonlar: Acestrura harterti Batrachostomus harterti Phlogophilus harterti == Əsərləri == 1891: Katalog der Vogelsammlung im Museum der Senckenbergischen Naturforschenden Gesellschaft in Frankfurt am Main 1897: Podargidae, Caprimulgidae und Macropterygidae 1897: Das Tierreich 1900: Trochilidae 1902: Aus den Wanderjahren eines Naturforschers: Reisen und Forschungen in Afrika, Asien und Amerika, nebst daran anknüpfenden, meist ornithologischen Studien 1903: Ueber die Pipriden-Gattung Masius Bp. 1910–1922: Die Vögel der paläarktischen Fauna: Systematische Übersicht der in Europa, Nord-asien und der Mittelmeerregion vorkommenden Vögel. Drei Bände 1920: Die Vögel Europas == Mənbə == Hans Kelm: Otto Kleinschmidt und Ernst Hartert. Aus ihrem Briefwechsel 1895-1932. In: Journ. Orn. Bd. 101, Nr.
Neoseiulus harveyi
Neoseiulus harveyi (lat. Neoseiulus harveyi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Verticordia harveyi
Verticordia harveyi (lat. Verticordia harveyi) — mərsinkimilər fəsiləsinin vertikordiya cinsinə aid bitki növü.
Uilyam Harvey
Vilyam Harvey (ing. William Harvey; 1 aprel 1578, Folkston, İngiltərə krallığı – 3 iyun 1657[…]) — Fiziologiya və embriologiyanın əsasını qoyan ingilis həkim-anatomu, alim. Vilyam Harvey, qan dövranınin və ürəyin funksiyasının ilk dəfə izahını verən, ingilis həkimi, 1578-ci ildə İngiltərənin Kent graflığında Folkeston şəhərində tacir ailəsində anadan olmuşdur. Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" haqlı olaraq fiziologiya tarixində ən lazımlı kitab sayılır. Hal azırda bizim malik olduğumuz qan dövranı haqqında sadə və aydın təsəvvürümüzə görə Harveyin nəzəriyyəsinə borcluyuq. Belə ki, bizə belə adi görünən məlumatlar Harveyə qədər ki bioloqlara aydın deyildir. Onların ürək və qan damarları haqqında təsəvvürləri tam başqa idi: 1) Aristotel və Qalen nəzəriyyələrinə görə qida qaraciyərdə qana çevrilir və venalar vasitəsilə orqanlara daşınır; 2) ürək qanı qızdırır; 3) arteriyalar hava ilə doludur; 4) ürək həyat ruhu istehsal edir; 5) arteriya və venalar qanla dolub boşalaraq bir dəfə ürək istiqamətinə, ikinci dəfə isə əks istqamətdə hərəkətdə olur. Məşhur həkim Qalen coxlu sayda meyitlərin yarılmasında şəxsən iştirakına baxmayaraq heç təsəvvürünə də gətirə bilmirdi ki, qan cərəyan edir. Bunu heç biologiya ilə dərindən maraqlanmış Arximed də təsəvvür edə bilmirdi. Hətta Harveyin kitabı işıq üzü görəndən sonra da bir çox alimlər, həkimlər onun bu ideyasına şübhə ilə yanaşırdılar və inana bilmirdilər ki, qan insan bədənində daim qapalı sistemdə cərəyan edir və ürək bu cərəyanı enerji ilə təmin edir.
Vilyam Harvey

Yuri Yarvet
Yuri Yevgeniyeviç Yarvet (est. Jüri Järvet) — Sovet və Estoniya aktyoru, Estoniya SSR-in xalq artisti (1969), SSRİ xalq artisti (1975). Yuri Yarvet (22 fevral 1938-ci ilə qədər Georgi Kuznesov) 1919-cu ildə Tallində anadan olmuşdur. Milliyyətcə rusdur. O, eston ailəsində tərbiyə alıb və rus dilini pis bilib. Onu filmlərdə rus aktyorlar səsləndirirdilər. O, ilk dəfə səhnəyə 1941-ci ildə çıxmışdır. 1946-cı ildə Yarvet Estoniya SSR-in Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1949-cu ildə Cənub-Eston teatrının baş rejissoru olmuşdur. Kəskin və bacarıqlı aktyor olan Yarvet yaradıcılığında fantaziya, yumor və faciədən istifadə etmişdir.
Harvey Elliot
Harvi Elliot (4 aprel 2003) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
John J. Harvey
John J. Harvey (Con Cey Harvi kimi tələffüz olunur) ― Nyu-York şəhərinin yanğınsöndürmə şöbəsinə məxsus olmuş yanğınsöndürmə gəmisi. O, daha çox 11 sentyabr 2001 terror hücumlarından sonra xidmətə qayıtması ilə məşhurdur. Dəqiqədə 18.000 galon su pompalaya bilən, indiyə qədər qurulmuş ən güclü yanğınsöndürmə gəmilərindən biridir. 1931-ci ildə istifadəyə verilən John J. Harvey yanğınsöndürmə şöbəsində nəzərə çarpan tarixi var idi. Yanğın zamanı bir gəminin partlaması nəticəsində həyatını itirən dəniz yanğınsöndürəni Con Cey Harvinin şərəfinə adlandırılmışdır. Yardıma çatdığı dəniz yanğınları yerləri arasında 1932-ci ildə Cunard Line pirsi, 1942-ci ildə Normandi və 1943-cü ildə El Estero, bundan başqa o, 1966-cı ildə "Alva Cape" və "Texaco Massachusetts" neft tankerlərinin toqquşması nəticəsində yaranan yanğının söndürlməsində iştirak etmişdir. Onun son istifadə olunma illərində nişanı "Marine 2" idi. John J. Harvey 1999-cu ildə hərracda dəniz mühafizəçilərinin xüsusi konsorsiumuna satıldı. 2000-ci ilin iyun ayında Milli Park Xidmətinin Tarixi Yerlərin Milli Reyestrinə əlavə edildi. Onun indiki sahibləri onu hərtərəfli bərpa ediblər və çayda tez-tez pulsuz gəzintilər təşkil edirlər.
Nurvest-Şpitsbergen Milli Parkı
Nurvest-Şpitsbergen Milli Parkı (norv. Nordvest-Spitsbergen nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının şimal-qərbində yerləşən milli park. Park I Albert Torpağı, VII Hokon Torpağı, Danskyoya və Moffen adaları əhahə edir. Milli park 1 iyun 1973-cü ildə kral əmri ilə təsis edilmişdir. Milli park ərazisi 9 914 km²-dir. Park ərazisində dəniz quşları, Şimal maralı, Qütb tülküsü kimi canlıları görmək mümkündür. Ağ ayılar isə əraziyə qışlamağa gəlirlər. Həmcinin morjları belə müşahidə etmək olur. Park ərazisində 17-ci əsrə aid olan Balina ovçusularının məzarları vardır. Əraziyə daxil olan Danskyoya adasından Şimal qütbünə təşkil olunmuş bir çox ekspedisiyalar başlandışdır.
Mərvəst
Mərvəst-İranın Yəzd ostanının Xatəm şəhristanının Mərvəst bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,585 nəfər və 1,966 ailədən ibarət idi.
Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. == Şərəfinə adlandırılmış taksonlar == Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries == Əsərləri == alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Fiest
Fiest və ya Tiest ( q.yun. Θυέστης) — yunan mifologiyasında personaj. O, Pelops və Hippodamiyanın oğlu, Atreyin qardaşı, Egisfin atasıdır. Fiestin adı "İliada" və "Odisseya"da xatırlanır. Fiestin mifi bütün yunan mifologiyasındakı ən dəhşətli miflərdən biri hesab edilir. Sofoklun indiki dövrə qədər gəlib çatmamış faciə trilogiyası bu mifə həsr edilmişdir. == İncəsənətdə == Sofoklun "Arteya və ya mikenalılar", "Birinci Fiest", "Fiest", "Fiest Sikionda" faciələrinin, Evripidin "Kritlilər" və "Fiest" faciələrinin, Karkina Kiçiyin, Aqafonun, Diogenin, Kleofontun, Heremonun, Tarslı Apollodorun, Pakuviyanın, Enniyanın, Senekiyalı Variyanın "Fiest" komediyasının baş qəhrəmanıdır.
Fiord
Fyord - ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi. Fyordlar 4-cü materik buzunun fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Fyord tipli sahilə Norveç, Qrenlandiya, Yeni Torpaq, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Willd.
Karl Lüdviq Vildenov (alm. Carl (Karl) Ludwig Willdenow‎, 1765–1812) — alman botaniki. Willdenow C. L. Florae Berolinensis prodromus, 1787 (lat.) Willdenow C. L. Grundriß der Kräuterkunde zu vorlesungen, entworfen von D. Carl Ludwig Willdenow.
Freyd
Ziqmund Freyd (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd (6 may 1856[…] – 23 sentyabr 1939[…], London, Birləşmiş Krallıq) — psixoanaliz elminin banisi olan avstriyalı nevroloq. Miliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. Freyd psixoanaliz nəzəriyyəsini yaradarkən uşaqlıq proseslərini özündə ehtiva edən Edip kompleksi anlayışını psixoanalizin mərkəzinə qoydu. Yuxuları istək doyumu yeri kimi qəbul edərək, yuxuları araşdıraraq xəstələrinin simptomlarının formalaşması və basdırılmış emosiyaları haqqında tapıntılar əldə etmişdir. Bunu əsas götürdüyü şüursuzluq nəzəriyyəsində id, eqo və supereqonu özündə birləşdirən psixi quruluş modelini irəli sürdü. Bundan əlavə, Freyd libidonun, zehni proseslərə təsir edən və erotik bağlar quran seksual impulsiv enerjisini təyin etdi. O, kompulsiv təkrarlama, nifrət, aqressiya və nevrotik günahın mənbəyi kimi təqdim etdiyi başqa bir anlayış olan ölüm instinktini izah etmişdir. Yaradıcılığının sonrakı illərindəki əsərlərində din və mədəniyyətlə bağlı geniş şərhlər və tənqidlər dərc etmişdir. Diaqnostik və klinik təcrübələrə müraciəti azalmış psixoanaliz; psixologiya, psixiatriya və psixoterapiyada və ümumiyyətlə humanitar elmlərdə öz təsirini davam etdirir.
Friend of a Friend
Friend of a Friend (azərb. Dostun dostu‎) — Çexiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lake Malawi "Friend of a Friend" mahnısı ilə Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Yan Steinsdörfer, Matsiey Mikolay Trıbulets və Lake Malawi qrupunun vokalisti Albert Çerni tərəfindən bəstələnmişdir.
Cincer və Fred (film, 1986)
"Cincer və Fred" (it. Ginger E Fred) — rejissor Federiko Fellininin filmi. == Məzmun == 1950-ci illərdə rəqqaslar Ameliya Bonetti və Pino Botiçelli səhnədə sevilən duetlərlə çıxış etmişdirlər. Onlar özlərinə əfsanəvi Hollivud step rəqqasları Cincer Rocers və Fred Asterin təxəllüslərini götürmüşdülər. Bu hadisələrdən 30 il keçmişdir. Keçmiş tərəf-müqabillər bir-birilərindən çoxdan uzaqlaşıblar. Hərəsi öz şəxsi həyatını yaşayır. Lakin onlara cavanlıqlarında olan müvəffəqiyyətlərini bir daha yoxlamaq qismət olmamışdır. Elə bu vaxt onlara gözlənilməz şans verilir. Amelio və Pino Yeni İl bayramına həsr olunmuş televiziya şousunda çıxış etməyə dəvət olunurlar.