Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Helium
Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir. Helium bütün elementlər arasında ən aşağı qaynama və ərimə temperaturuna malikdir. Onu, yalnız 25·105 Pa təzyiq altında bərk hala keçirmək olur. Heliumun yanlız bir energetik səviyyəsi var və bu səviyyə təmamilə dolub. Bu səbəbdən helium təsirsiz qazdır və inert qazlar siyahısında birincidir. Heliumun adı Günəşi himayə edən yunan titanı Heliosun şərəfinə qoyulub. Buna səbəb helium elementinin günəş işığında kəşf edilməsidir. == Tarixi == === Kəşfi === Heliumun qalıqlarına ilk dəfə 18 Avqust 1868-ci ildə Günəşin xromosferinin spektrində 587.49 nanometr dalğa uzunluğu olan parlaq sarı bir xətt olaraq rast gəlindi. Xətt, Hindistanın Guntur şəhərində günəş tutulması zamanı fransız astronomu Jül Janssen tərəfindən aşkar edilmişdir.
Əl-Həlim
Əl-Həlim (ər. الحليم) — Allahın adlarından biri.
Həlim Gəray
Həlim Gəray (1689 – 1759, Türkiyə) — XXXX Krım xanı. Krım xanı IV Səadət Gərayın oğludur. Əmisi II Məngli Gərayın hər iki səltənətində nurəddin ünvanı almışdır. 1756-cı ilin martında bilinməyən bir səbəblə vəzifədən alınan Arslan Gərayın yerinə xan təyin edildi. Qardaşlarından Dövlət Gərayı kalqay, Mehmed Gərayı isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra öz yaxın adamlarını və qohumlarını yüksək saray rütbələrinə təyin etdi. Ancaq təyin edilən şəxslərin bir çoxu yaxşı idarəçi deyildi və bu saray əyanlarıyla xanın münasibətlərini pisləşdirdi. Ayaqlanan saray əyanları və xidmətçilər Həlim Gərayı saraydan qovdular. Məsələyə Osmanlıların müdaxiləsi ilə əvvəlcə Arslan Gəray xanlığa gətirilmək istənilsə də, yerli tatar bəyləri bunu qəbul etmədi və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. Olduqca yaşlı olan Həlim Gərayın İstanbul yaxınlığında Saracelində yaşamasına icazə verildi.
Allium
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. == Müalicəvi əhəmiyyəti == Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin.
Bellium
Bellium (lat. Bellium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Galium
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Hanium
Hassium (Hs) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 108-ci element. Element haqqında ilk etibarlı məlumat 1984-cü ildə Dubnada və bundan asılı olmayaraq Almaniyanın Qessen federal torpağında Darmştadt şəhəri yaxınlığında ağır ionların tədqiqatı laboratoriyasında alınmışdır. Bu qədim alman knyazlığının latınca adı Hassia idi və elementin də adı buradan götürülüb. Bu elementin də adında dolaşıqlıq var idi (əvvələr onu qanium adlandırırdılar).
Helenium
Helenium (lat. Helenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yeganə Helenium autumnale (L. 1753) növü məlumdur. Cinsin adı Troya müharibəsinə səbəb olmuş əfsanəvi gözəl Yelenanın adından götürülmüşdür. Heleniumun 30-a yaxın növü Şimali və Mərkəzi Amerikanın enliyarpaqlı bitkilər qurşağından tropiklərə qədər bitir. Gülçülükdə 6 növündən istifadə olunur. Onlardan payız heleniumu (N.autumnale) xüsusilə məşhurdur. Bu, salaqgövdəli və çoxsaylı səbətləri yumşaq çiçəkqrupu əmələ gətirən bitkidir. Dilcik şəkilli çiçəkləri açıq-sarı, qonur, qırmızı rəngdə, boruşəkilli çiçəkləri isə sarı, ya da qonur rənglidir. Payız heleniumunun vətəni ABŞ-nin və Kanadanın şərqidir.
Helios
Helios, Elios (yun. Ἥλιος, Ἠέλιος) yunan mifologiyasında günəş tanrısı. Titanlardan Hiperion ilə Teyanın oğludur, Eos və Selenanın qardaşı. Helios təsvirlərdə göylərdən okean sahillərinə enən dörd qanadlı at qoşulmuş cəng arabasında, başına işıq saçan çələng qoymuş, uzun gözqamaşdırıcı libasda, yaraşıqlı kişi obrazında göstərilir. Əfsanəyə görə, o hər şeydən xəbərdar olarmış və pis və yaxşı hadisələrin şahidinə çevilərmiş. Məhz Persefonanın qaçırdanı anası Demetraya o nişan vermişdir.
Holmium
Holmium (Ho) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 67-ci element. 1879-cu ildə İsveçrə kimyaçısı və fiziki Jan Lui Sore (1827–1890) spektral analiz üsulu ilə "erbium torpağında" yeni element aşkar etdi. Ona adı İsveç kimyaçısı Per Teodor Kleve Stokholmun şərəfinə (onun latınca qədim adı Holmia idi) verir, ona görə ki, Kleve özü İsveçin paytaxtı yaxınlığında tapılmış mineraldan 1879-cu ildə yeni elementin oksidini ayırmışdı.
Kalium
Kalium (K) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 19-cu element. Kalium (K) – toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların külündə kaliumun miqdarı bəzən 50%-dən çox olur. Ərzaq məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248. xiyar- pomidorda—yoxdur-bəzən-2 götürülür. Kalium çox aktiv elemen olduğuna görə metallurgiyada istifadə olunmur, lakin onun nitrat duzu (selitra) əsrlərlə barıtın hazırlanmasında istifadə olunub, kalium karbonat (potaş) sabun istehsalında, alüminium-kalium sulfat xəmir hazırlanmasında, kalium hidrosulfit çaxırlara fermentasiya prosesinin qarşısını almaq üçün əlavə edilir, kalium benzoat isə konservant kimi istifadə edilir. Kalium bütün gübrələrin tərkibinə daxildir, bu səbəbdən onun filizinin illik hasilatı 35mln ton təşkil edir. Kalium hasilinin əsas bənbəyi silvin (kalium xlorid) mineralıdır. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur.
Lilium
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Lolium
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Medium
Medium – ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır. Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. == İdrak və iradə cəhətdən == Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir.
Melizm
Melizm – ümumiyyətlə melodiyanı gözəlləşdirən əlavə melodik artırmalara deyilir. Melizm işarələri ən çox Azərbaycan musiqisində işlədilir. Qərb və rus klassik musiqisində də çox təsadüf edilir. Bu əlavə melodik artırmaların müəyyən şəkli vardlr. Musiqidə melizm hələ qədim zamanlardan başlayaraq inkişaf etmişdir. Onların yazılışı müxtəlif olduğu kimi ifa üsulları da müxtəlifdir. Melizm xüsusi işarələrlə gostərilərək xanənin ümumi olcüsünə daxil olmayan bir neçə kiçik notlardan təşkil olunur.
Nerium
Oleander ( lat. Nérium) - Apocynaceae fəsiləsinin monotipik çiçəkli bitki cinsidir . Yeganə növ adi oleandr ( Nerium oleander ), planetin subtropik bölgələrində geniş yayılmış kol bitkisidir. Bir dekorativ bitki olaraq, oleander subtropik iqlimi olan bölgələrdə landşaft dizaynında geniş istifadə olunur. Çiçəkli otaq bitkisi kimi də becərilir. Oleander zəhərli bitkidir, buna görə onu becərərkən diqqətli olmaq lazımdır. Oleander şirəsi bir sıra ürək qlikozidlərini ehtiva edir, bəziləri dərman məqsədləri üçün istifadə olunur. Ümumi adı Nerium q.yun. νερος ( neros ) - nəm, bitkinin yaşayış yeri ilə əlaqələndirilir. Oleander, ehtimal ki, lat.
Renium
Renium (Re) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 75-ci element.Renium- stabil izotopu məlum olan kəşf olunmuş sonuncu elementdir. Reniumdan sonra kəşf olunmuş bütün elementlər(süni yollarla alınanlar daxil olmaqla) stabil izotoplara malik deyillər. Renium –elementinin mövcudluğu D.Mendeleyev tərəfindən 1869-cu ildə fərz edilmişdir. 1925-ci ildə Valter Noddak, İda Take və Otto Berq 660 kq molibden filizinin emalı nəticəsində 1qram reniumun alınmasına nail olmuşlar. Son zamanlaradək reniumun, xüsusi olaraq heç bir qeyri-metallik elementlə birləşməsini saxlayan, mineral tapılmamışdır. 1992-ci ildə rus alimləri uzaq şərq adaları vulkanının boğazında renium disulfid birləşməsini aşkar etmişlər.Renium elementinin adı latın sözü Rhenusdan əmələ gəlib – Almaniyada Reyn çayının adıdır. Hələ 1871 ildə reniumun mövcuduğunu dövri sistemdə qrupdaki elementlərin analoji xassələrinə görə Mendeleyev proqnoz etmişdi. Bir çox digər metallardan fərqli olaraq, renium ərimə temperaturunda döyülmə zamanı sınmır. Renium yüksək temperaturlarda belə yüksək möhkəmliyini saxlayır və bu səbəbdən o, yüksək temperatur rejimlərində gedən proseslərdə geniş istifadə olunur. Bu yaxınlarda alimlərin diqqətini reniumun sadə birləşməsi – renium dibromid– elmdə məlum olan ən bərk maddə cəlb etmişdir.
Serium
Serium (Ce) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 58-ci element. 1803-cü ildə alman kimyaçı Martin Henrix Klaprot tərəfindən kəşf edilmişdir.
Sezium
Sezium (Cs) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində sıra (atom) nömrəsi 55 olan elementidir. Ərimə temperaturu 28,5°C olan, yumşaq, gümüşü - qızıl rəngli qələvi metaldır. Robert Vilhelm Bunzen və Qustav Kirxhof tərəfindən 1860 – cı ildə Almaniyada Dürkheim mineral sularının tərkibində tapılmışdır.
Tulium
Tulium (Tm) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 69-cu element. Yeni element holmium kəşf edilən ildə isveçli Kleve tərəfindən kəşf olunmuş və qeyri-adi olaraq öz vətəninin şərəfinə adlandırmışdır. Qeyri adilik odur ki, Tule adında ölkə mövcud deyil. Qədim yunan səyyahı Pifey "Okean haqqında" əsərində Tule (Thule) adasını təsvir etmişdir. Guya bu ada "Britaniyadan dənizlə altı günlük məsafədə, donmuş dənizin yaxınlığında yerləşir". Amma artıq qədim zamanlarda bu təsvir şübhələr yaratmışdı. Antik coğrafiyaçılar sadəcə dünyanın ən şimal həddini belə adlandırırdılar, orta əsrlərdə isə Avropanın şimal hissəsini: İslandiyanın və ya müasir Norveçin şimali-qərb hissəsini. 1942-ci ildə İsveçdə avtomobillər üçün avadanlıqlar istehsal edən Thule şirkəti yarandı.
Melinum
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Becium
Reyhan (lat. Ocimum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. == Dində == "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Polium
Məryəmnoxudu (lat. Teucrium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Helix
Helix (lat. Helix) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Helix yarımcinsi Helix albescens Rossmaessler, 1839 Helix lucorum Linnaeus, 1758 Helix pomatia Linnaeus, 1758 Helix philibinensis Rossmässler, 1839 Pelasga yarımcinsi Helix pomacella Mousson, 1854 Helix figulina Rossmässler, 1839 Cornu yarımcinsi Helix aspersa Müller, 1774 ?
Səid Həlim Paşa
Səid Həlim Paşa (d. 19 fevral 1864 - ö. 5 dekabr 1921) — V Mehmed Rəşad səltənətində 3 il 7 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Kavalalı Mehmed Əli Paşanın nəvəsidir. Tekil, Süleyman. Galatasaray Tarihi, 1905-1985, sf (17) Ahmet Şeyhun. Said Halim Pasha: Ottoman Statesman and Islamist Thinker (1865-1921) Istanbul: Isis Press, 2003 Ahmet Şeyhun.
Inula helenium subsp. helenium
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Eurypyga helias
Günəş vağı (lat. Eurypyga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin günəş vağları fəsiləsinə aid heyvan cinsi.
Graptopetalum bellum
Graptopetalum bellum (lat. Graptopetalum bellum) — dovşankələmikimilər fəsiləsinin graptopetalum cinsinə aid bitki növü.
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.