Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Midnight Hour
Midnight Hour (azərb. Gecə yarısı‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Hour Of The Wolf
Hour Of The Wolf — Azərbaycanı 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Elnur Hüseynov ifa edib. Bəstəkarları Nikolaz Rebsçer, Niklas Lif və Lina Hanson, sözlərinin müəllifi isə Sandra Bjurman, Nikolaz Rebsçer, Niklas Lif və Lina Hansondur.
In the Wee Small Hours
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir. In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır. Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır .
After Hours (The Weeknd albomu)
After Hours — kanadalı müğənni-bəstəkar The Weeknd-in dördüncü studiya albomu. 20 mart 2020-ci ildə XO və Republic Records tərəfindən buraxılıb. Əsasən Weeknd tərəfindən istehsal olunan albom, DaHeala, Illangelo, Max Martin, Metro Boomin və OPN daxil olmaqla müxtəlif istehsalçıları təşkil edir. Onların əksəriyyəti həmçinin the Weeknd ilə əvvəllər birlikdə işləmişdir. Albomun standart nəşrində heç bir duet yoxdur, lakin lüks buraxılışda Ariana Grande, remikslər buraxılışında isə Chrommatics və Lil Uzi Vert -dən qonaq çıxışları var. Məzmun olaraq, After Hours tənhalıq, özünə nifrət və azad olmağı araşdırır. Albom buraxılmazdan əvvəl The Weeknd təsdiqlədi ki, "After Hours" stilistik baxımdan sələfi "Starboy" (2016) ilə ziddiyyət təşkil edəcək. Musiqi jurnalistləri albomu yeni dalğa və yuxu pop təsirlərinin tətbiqi ilə Weeknd üçün bədii ixtira kimi qeyd etdilər. Albomun adı 1985-ci ildə eyniadlı filmdən götürülüb, sənət əsəri isə müxtəlif digər filmlərdən ilhamlanıb. "After Hours" dörd sinql tərəfindən dəstəklənir: "Heartless", "Blinding Lights", "In Your Eyes" və "Save Your Tears", bunlardan üçü Billboard Hot 100 -də bir nömrəyə çıxıb.
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Four
Four — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın dördüncü studiya albomu. 17 noyabr 2014-cü ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Bob Houp
Lesli Tauns Houp (ing. Leslie Townes Hope; 29 may 1903[…] – 27 iyul 2003[…]) — Dünyaca məşhur olan Bob Houp peşəkar gülüş ustası, aktyor, müğənni, rəqqas, idmançı və yazıçı idi. Houpun yüksək səviyyəli tərəfdaşı Bing Krospi ilə 7 bölümnən ibarət "Yol" musiqili komediya filmi, o cümlədən baş rola çəkildiyi 54 bədii film, həmçinin 70-dən çox qısamüddətli və bədii filmlər daxil olmaqla təxminən 80 ili əhatə edən bir karyerası var. Musiqi sahəsində "Thanks for the Memory" (xatirə üçün təşəkkürlər) mahnısı onun ən çox yadda qalan mahnısı idi. Houp Londonun cənub-şərqində Eltam mahalında anadan olmuş, 4 yaşında ikən ailəsi ilə birlikdə Birləşmiş Ştatlara köçmüş, Klivlend, Ohayo ştatında böyümüşdü. 1910-cu illərin sonlarında boksçu kimi qısa karyerasından sonra, 1920-ci illərin əvvəllərində şou-biznes karyerasına başlamışdı, "Broadway" teatrında fəaliyyət göstərmədən əvvəl "Vodevil" dövründə komediyaçı və rəqqas kimi başladı. Houp 1934-cü ildən başlayaraq radio və filmlərdə görünməyə başladı. O, həmçinin müasir Amerika komediyasının əsasını qurmağa kömək etdi.
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Dyula Mour
Dyula Mour (mac. Moór Gyula; 11 avqust 1888, Brаșоv – 3 fevral 1950, Budapeşt) — Macarıstan hüquqşünası, professor, millət vəkili. 1945–1946-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuşudr. == İstinadlar == == Mənbə == Szegedi egyetemi almanach: 1921–1995. Vol. I. (1996). Szeged, (ed. Rezső Mészáros). p. 53.
Houm rifi
Houm rifi (ing. Home Reef) — Tonqa Krallığının ərazisinə daxil olan ada və həmcinin sualtı vulkan. Vulkan özü okean səviyyəsindən 5–10 metr dərinlikdə yerləşir. Burada sonuncu püskürmə 2006-cı ildə baş vermişdir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Houp Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Nour gölü
Nour gölü (az-əbcəd. نوئور گؤلو‎) — Güney Azərbaycan (İran)da Ərdəbil–Xalxal bölgələri arasında Bağrov dağlarında yerləşən dərinliyi az bir göldür. Bu göl Eosen geoloji dönəmində iki qayanın bir birinə dəyib su axımının qarşısını almağına görə yaranmışdır. Göl Bağrov dağlarının ərgənə zirvəsinin aşağı yamaclarında yerləşir. Gölün hündürlüyü orta dəniz səviyyəsindən 2500 metr (8,200 ft) təşkil edir. Ərdəbil Xalxal yolunda 35 kilometr güneyə doğru gedib, Budalalı kəndinə çatanda, doğuya tərəf 18 kilometr də dərə təpəli yolları gedəndə, Nohur gölünə yetişmək olar. Göl Eosen geoloji vaxt miqyaslı zamanı ortaya çıxdı. Nohur geoloji arizəsi və onun batısındakı/qərbindəki başqa arizə, bu gölün yaranmasına bayis olmuşlar. Soyuq dağ iqlimində yerləşən Nohur gölü hövzəsi 400 millimetr (16 inç) illik yağış alır. Göl 220 hektar (540 acre) su yayılması sahəsi var və Azərbaycan Xəzər arasındakı dağlarının bir "yelaltına doğru cinahında bir tektonik depressiya ərzində formalaşmış su mövsümi 'şarj' orqanı/enerji mənbəsi"dir.
Your-Freedom
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Your Name
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Maya Houk
Maya Houk (ing. Maya Hawke; 8 iyul 1998, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, model və müğənni. == Həyatı == Hok 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor İtan Houk və aktrisa Uma Turmanın böyük övladı olaraq dünyaya gəlib. Valideynləri 1998-ci ilin may ayında evlənib 2005-ci ildə ayrılmışdırlar. Hokun bir qardaşı var. Atasının ikinci həyat yoldaşı Rayan Şouesdən iki ögey bacısı var. Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var. Hok ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur. Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir. Şlebrüqün anası Birgit Holmquist də modeldir.
İtan Houk
İtan Qrin Houk (ing. Ethan Green Hawke; 6 noyabr 1970[…], Ostin) — amerikalı aktyor, yazıçı və film rejissoru. İlk rolu 1985-ci ildə çəkilmiş "Explorers" filmində olub. O, 1989-cu ildə Robin Vilyams ilə birlikdə rol aldığı "Ölü şairlər cəmiyyəti" filmi ilə daha çox tanınma qazanıb. İtanın ən məşhur filmləri aktrisa Cüli Delpi ilə baş rolda çəkildiyi "Əvvəl" trilogiyasıdır. Aktyor "Training Day" və "Boyhood" filmlərindəki performansına görə "Oskar" mükafatına namizədlik əldə etmişdir. İtan Houk 6 noyabr 1970-ci ildə Texas ştatının Ostin şəhərində doğulmuşdur. Anası xeyriyyə işçisi Lesli (qızlıq soyadı: Qrin), atası Ceyms isə sığorta aktuarisi olmuşdur. Onun valideynləri Texas ştatının Fort-Uort şəhərindəndirlər. Onlar orta məktəbdə oxuyarkən bir-birlərinə aşiq olublar və gənc yaşda evlənmək qərarına gəliblər.
Four Roses
Four Roses — Kentukki ştatının Lourensberq şəhərində istehsal olunan burbon viskisi brendi. Onun istehsal olunduğu zavod 1910-cu ildə tikilib və Old Prentice Distillery adı ilə ABŞ-ın Tarixi Yerlərinin Milli Reyestrinə salınıb. Şirkətin yaşlandırma və qablaşdırma əməliyyatları üçün nəzərdə tutulmuş anbarı Kentukki ştatının Koks-Krik şəhərindədir. Brend və onun məhsulları şirkətin 19-cu əsrin sonlarında yarandığı gündən bəri, xüsusən də firmanın 21-ci əsrin əvvəllərində Yaponiyanın Kirin Brewery Company şirkəti tərəfindən satın alınmasından sonra təkamül keçirmiş və dəyişmişdir. == Tarixi == Brendin mənşəyi ilə bağlı şərhlər bir-biri ilə ziddiyyət təşkil edir. Four Roses-in sahibi Kirin Breveri brendin qurucusu kimi Pol Cons-un adını çəkir. Şirkət brendin adının 1888-ci ildə Cons tərəfindən ticarət nişanı olaraq qeydə alındığını və onun hələ 1860-cı illərdə istehsal olunduğunu və satıldığını iddia edib. Başqa bir şərhdə isə təsisçinin Rufus Metyuson Rouz (ing. Rufus Mathewson Rose) olduğu və brendin, ehtimal ki, Rufus Rouz, qardaşı Origen Rouz və iki oğlunun şərəfinə adlandırıldığı güman edilir. Şirkətin saytında isə Rouz soyadlı heç kimin adı çəkilmir.
Hor (tanrı)
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Hor adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Hou Yifan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Hou İfan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Huun-Huur-Tu
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Lord Houv adası
Lord Houv adası — Avstraliyaya aid ada. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Musique pour Supermarché
Musique pour Supermarché(azərb. Supermarketlər üçün musiqi‎)(ing. Music for Supermarkets) elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın altıncı studiya albomudur .Albom yalnız bir nüsxə basılaraq yayıldı və onun əsas lövhələri şəxsən Jarr tərəfindən qəsdən məhv edildi.
Pour le Mérite
Pour le Mérite (azərb. "Xidmətinə görə"‎) — Prussiyada 1740-cı ildə təsis olunmuş Birinci Dünya Müharibəsinə qədər ali orden.
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.