HOUR

n 1. saat (60 dəqiqə) twenty-four ~s 24 saat, gün, bir gecə-gündüz, sutka; an ~’s work bir saatlıq iş; the small ~s sübh tezdən, dan yeri sökülən vaxtlar; ~ after ~ saatbasaat; every ~ on the half ~ amer. hər saat, düz saat birdə / ikidə / üçdə və s. (radio verilişləri); 2. vaxt, çağ, müddət; dark ~ qaranlıq / zülmət çağı; 3. məc. ağır vaxt / an; unearthly ~ çox namünasib vaxt; rush ~ ən qızğın / gərgin vaxt, basabas vaxtı; 4. pl iş vaxtı / günü; müəyyən olunmuş vaxt; office ~s iş vaxtı / saatları; school ~s məktəbin iş vaxtı, dərs vaxtı; a reduction of ~s iş gününün qısaldılması; 5. dərs, məşğələ; akademik saat, dərs saatı;

◊ one’s ~ ölüm anı / saat; till all ~s xoruz banına qədər, dan yeri sökülənədək, çox gec

HOUND
HOUR-PLATE
OBASTAN VİKİ
Midnight Hour
Midnight Hour (azərb. Gecə yarısı‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Hour Of The Wolf
Hour Of The Wolf — Azərbaycanı 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Elnur Hüseynov ifa edib. Bəstəkarları Nikolaz Rebsçer, Niklas Lif və Lina Hanson, sözlərinin müəllifi isə Sandra Bjurman, Nikolaz Rebsçer, Niklas Lif və Lina Hansondur.
In the Wee Small Hours
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir. In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır. Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır .