YOUNGSTER
YOURE
OBASTAN VİKİ
Your-Freedom
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağısını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Your Name
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Shake Your Head
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Show Your Dance
Show Your Dance (Rəqsini Göstər) Rəqs Müsabiqəsi 02 sentyabr 2017-ci ildə yaranmışdır.Müsabiqə SYD-yə(Show Your Dance) üzv olan ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçirilir.Layihənin təşkilatçısı və rəhbəri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi Murad Süleymanlıdır.Müsabiqə "MS" Group Production tərəfindən ərsəyə gəlmişdir.İlk dəfə müsabiqə 26 dekabr 2017-ci ildə ADBTİA(Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) tələbələri arasında baş tutmuşdur.İkinci dəfə 04 may 2018-ci ildə musabiqə əhatəsini böyüdərək Universitetlər arası rəqs müsabiqəsinə çevrildi.ADBTİA müsabiqə ərzində ən çox qalib olmuş universitetdir.İki dəfə baş tutmuş müsabiqədə ən yüksək nəticə ADBTİA 2017-ci il "KSİNR 17-01" qrupuna məxsusdur. == Tarix == 02 sentyabr 2017-ci ildə Murad Süleymanlının hazırladığı layihə ADBTİA-nın rəhbərliyinə təqdim olunmuşdur.Rəhbərlik tərəfinən maraq yaranan bu layihənin keçirilməsinə icazə verilmişdir.Lakin ilk müsabiqə ADBTİA daxilində tələbələr arasında keçirilməsinə qərar verilmişdir. == Qaydalar == Müsabiqə yarandıqı günən qaydalarda bir sıra dəyişikliklər edilmişdir.Lakin müəyyən qaydalar dəyişilməz olaraq hələdə qalmalıdır. Rəqslər 4.00 dəq. keçməməlidir. Musiqi təşkilat komitəsinə müsabiqəyə 2 həftə qalmış təhvil verilməlidir.Təhvil verildikdən sonra dəyişdirilə bilməz. Müsabiqədə 2 iştirakçının rəqsi eynidirsə,hər 2 iştirakçıdan təşkilat komitəsinə sonuncu rəqsi təhvil verən dəyişməlidir. Universiteti təmsil edən qrupun tərkibindəki iştirakçıların sayı 10 nəfərdən çox olmamalıdır. Səs vermə 2 hissədən ibarətdir "İştirakçılar arası" və "Münsif" səsləri.İlk öncə iştirakçılar bir-birlərinə səslərini təqdim edir,daha sonra isə münsif səsləri ilə toplanaraq qalib bəlli olur. Səs vermə zamanı cüt rəqəmlərdən (2,4,6,8,10,12,14 və s.) istifadə olunur.(İlərləyən illərdə bu qayda üzüvlüklərə görə dəyişə bilər.
Your Name (albom)
Your Name (君の名は。, Kimi no Na wa., azərb. Sənin adın‎) — Radwimps rok qrupunun səkkizinci albomu. Albom həm də "Sənin adın" anime filminin film musiqisidir. Musiqi qrupu alboma görə Yaponiya Səsyazma Mükafatları çərçivəsində Xüsusi mükfata layiq görülmüşdür. 5 sentyabr 2016-cı ildə satdığı 58.000 nüsxəsi ilə Oricon-un həftəlik albomlar çartında birinci yerə çıxmış, düz 12 həftə boyunca çartda birinci yerdə qalmışdır. == Trek siyahısı == == İstinadlar == == Həmçinin bax == Sənin adın (roman) – Makoto Şinkay tərəfindən yazılmış və "Sənin adın" filmi üçün ilham mənbəyi rolu oynayan roman.
Backseat Of Your Cadillac
Backseat Of Your Cadillac (azərb. Sizin Kadillakınızın arxadan oturacaq yeri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Color of Your Life
Color of Your Life (azərb. Həyatının rəngi‎) — Polşanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mixal Şpak "Color of Your Life" mahnısı ilə Polşanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur. Mahnının musiqisi Endi Palmer, sözləri isə Kamil Varenə aiddir.
How Crazy Your Love
How Crazy Your Love — Yui albomu.
Your Lie in April
Your Lie in April, Yaponiyada tanınan adı ilə Shigatsu wa Kimi no Uso (四月は君の嘘?, azərb. Sənin aprel yalanın‎) və ya Kimiuso — Naoşi Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası 2011-ci ilin aprelindən 2015-ci ilin mayına qədər Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası 2014-cü ilin oktyabrından 2015-ci ilin martına qədər Fuji TV-nin noitaminA bloku vasitəsilə yayımlanmışdır. Film adaptasiyasının 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılır. == Məzmun == Piano dahisi Kosey Arima yarışlarda həmişə yüksək nəticələr göstərən, uşaq musiqiçilər arasında məşhurluq qazanmış musiqiçi idi. Onun həm də müəllimi olmuş anasının ölümündən sonra Arima 11 yaşından psixi pozuntudan əziyyət çəkməyə başlamışdır. Nəticədə, Arima eşitmə qabiliyyətinin əla olmasına baxmayaraq çaldığı pianonun səsini eşitməməkdədir. İki il müddətində Kosey pianoya toxunmur və dünyaya baxışı monoxrom, rəngsiz qalır. O, yaxın dostları Vatari və Tsubaki ilə həyatını keçirmək taleyi ilə razılaşır.
Baby I Need Your Love
Baby I Need Your Love (azərb. Beybi, sənin sevginə ehtiyacım var‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır. Klipdə, əsasən, Almaniyanın idman sayəsində uğurlarından danışılır.
Do It for Your Lover
Do It for Your Lover (azərb. Səni sevən üçün bunu et‎) — İspaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Manel Navarro " Do It for Your Lover" mahnısı ilə İspaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı ifaçı Manel Navarro və Antonio Rayo "Rayito" tərəfindən bəstələnmişdir. Mahnının video klipi Tenerife sahilində müxtəlif yerlərdə qeyd edildi.
Shake Your Head (C. C. Catch
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Shake Your Head (C. C. Catch)
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Lose Yourself
Amerikalı reper Eminemin baş rolda oynadığı 8 Mil filmi üçün yazdığı mahnıdır. Mahnının hazırlanmasında Luis Resto və Jeff Bass-ın da əməyi var. Mahnı dəfələrlə zirvəyə çıxmağı bacardı. Bu sıralar arasında Billboard Hot 100 və UK Singles Chart mövcuddur. Ən Yaxşı Mahnı Akademiya Mükafatı və iki Qremmi Mükafatı qazanan mahnı həmçinin, iki Qremmi mükafatına da namizəd göstərilib. VH1 bu mahnını son 25 ilin ən yaxşı 100 mahnısı sırasında 4-cü yerə qoymuşdu. Həmçinin Rolling Stone jurnalı mahnını "Tarixin ən yaxşı 500 mahnısı" siyahısında 166-cı yerə qoymuşdur. 2009-cu ilin martında ABŞ-də 2 milyon dəfə endirilərək bu sayda satan ikinci ən köhnə mahnı oldu. Həmçinin Eminem-in bu qədər çox endirilən ilk mahnısıdır. Bununla yanaşı mahnı Birləşmiş Ştatlarda 13 həftə ərzində 1-ci yerdə qalmıb.
вы́гоночный изуве́рствовать када́стровый коса́тки ма́зда подтолкну́ть раскрича́ться скосола́пить сотка́ть финики́йка чередова́ться шлейф боегото́вность гипноти́ческий же́нский концессио́нный охламо́н чернори́зческий рашпиль цвиркать kazoo limbo syncretism ticket-porter солянка