Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmport
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir. == Hesablama metodikası == İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır. == Üstünlüklər və qüsurlar == Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.
Bulbophyllum impar
Bulbophyllum impar (lat. Bulbophyllum impar) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Miqart
Miqart Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Miqart-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə Maqaret kimidir. Dağ Borçalıya mənsub bu kənd 1920-cı ildə Ermənistana birləşdirilmiş və Tumanyan rayonunda ermənicə yazılışda adı Mğart adlandırılmışdır. XIX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi zorla köçürülmüş və ermənilər yerləşdirilmişdir. Azərbaycan dilində mağara sözündəndir.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
İmpasto
İmpasto – rəssamlıqda boya səthinin sahəsində (və ya bütün kətanda) kifayət qədər qalın fırçanın istifadə olunduğu texnika. Rəng kətanın sağ tərəfində qarışıq ola bilər. Quruyandan sonra kətanı çıxardanda onun əsas quruluşu görünür. İmpasto sözü italyan mənşəlidir. İtalyanca mənası "pasta" (pasta) və ya "qarışıq" kimidir. "İmpastare" felinin tərcüməsi müxtəifdir: "yoğurmaq" və ya "yapışdırmaq" kimi tərcümə olunur. İtalyanların istifadə etdiyi "impasto"ya rəssamlıq sənəti və pottinq texnikasının hər ikisi daxildir. Vebster Yeni Dünya Kolleci Lüğətinə görə, "impasto" sözünün kökü pasta isimidir və əsas mənası "İtalyan yapışqanı" deməkdir. Yağlı boya impasto rəssamlıq texnikasında daha münasibdir. Buna səbəb onun lazımi qalınlıqda olması və az vaxta qurumasıdır.
İmperi
İmperi (lat. imperium, latınca imperare — "idarə etmək" sözündən) — Roma dövlətində həm hərbi, həm də məhkəmə hakimiyyətini əhatə edən ali icraedici səlahiyyət. Roma Respublikasında onu baş maqistratlar və xüsusi vəzifə verilmiş fərdi vətəndaşlar aparırdı. Respublikanın sonrakı dövründə prokonsullar, propretorlar və bəzi komissiyaların ikinci üzvləri də imperiyə sahib idilər. Onun istifadəsinə məhdudiyyətlər respublikanın yarandığı vaxtdan qoyulmuşdur. Kollegiallıq prinsipinə görə, onu daşıyan eyni səviyyəli maqistratların hər birinin onu eyni dərəcədə idarə etməsi nəzərdə tutulurdu. II əsrə qədər Roma vətəndaşlarının ağır işlərdə mühakimə olunmasını, habelə xalqa müraciət hüququnu tələb edən bir sıra qanunlar qəbul edilmişdir. Eyni hüquqlar şərti olaraq Romadan kənarda hərbi və ya digər rəsmi xidmətlərdə olan Roma vətəndaşlarına da şamil edilirdi. Maqistratlardan öz səlahiyyətləri daxilində imperi tətbiq etmələri tələb olunurdu. İmperi rəsmi olaraq kuriya komissiyası tərəfindən bir il müddətinə və ya məmur öz işini başa çatdırana qədər verilirdi.
İsparta
İsparta — Türkiyənin İsparta ilinin inzibati mərkəzi. Əhalisi 51 min nəfərdir. Xalçaçılığın ən iri mərkəzlərindəndir.
Mğart
Mğart (erm. Մղարթ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Mğart bələdiyyəsi"ni (erm. Մղարթ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 429 nəfərdir.
Smart
Smart 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
İmarət (Germi)
İmarət (fars. عمارت‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (49 ailə).
İmarət (Xudafərin)
İmarət (fars. عمارت‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (37 ailə).
İmarət Qərvənd
İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. == Tarixi == İmarət Qərvənd kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Ağdaban çayının sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.“İmarət tayfa” azad azarkeş qrupu 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi.
İmarət qəbiristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
İmpost (memarlıq)
İmpost — və ya dayaq bloku arxitekturada bir sütunun üstünə düşən və ya bir divarın içərisinə bürünən, bir kamarın yaylı və ya aşağı vuzer forması kimi xidmət edən bir layihədir.
İsparta ili
İsparta ili — Türkiyədə ili. İnzibati mərkəzi Isparta şəhəridir.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Ampar (Hurand)
Ampar (fars. امپار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (17 ailə).
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. == Tarixçəsi == UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
Smart-kartlar
Smart-kartlar (ing. smart card,смарт-карта, интеллектуальная карта) —daxili mikroprosessoru olan plastik kart. Orada kart sahibinin şəxsi məlumatları, fotoqrafiyası, biometrik verilənləri, parolları, erişim açarları və s. saxlanıla bilər. Smart-kartı oxumaq üçün xüsusi oxuma qurğusundan (CARD READER) istifadə olunur. Smart-kartlar alman mühəndisləri Yurgen Detloff (J. Dethloff) və Helmut Gettrup (H. Gröuttrupp) tərəfindən 1967-1968 illərində ixtira olunub. Termini fransız publisisti Roy Brayt (R. Bright) daxil edib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 788 s.
Smart kontrakt
Smart kontrakt və ya ağıllı müqavilə (ing. Smart contract) — bir sövdələşmə və ya anlaşmanın şərtlərinə uyğun olaraq hüquqi cəhətdən müvafiq hadisələri və hərəkətləri avtomatik icra etmək, nəzarət etmək və ya sənədləşdirmək məqsədi daşıyan kompüter proqramı və ya əməliyyat protokoludur. Ağıllı müqavilələrin məqsədləri etibarlı vasitəçilərə olan ehtiyacı, arbitraj və icra xərclərini, fırıldaqçılıq itkilərini, həmçinin zərərli və təsadüfi istisnaları azaltmaqdır.Satış maşınları ağıllı müqavilənin tətbiqinə bərabər olan ən qədim texnologiya parçası kimi istinad edilir. 2014-cü ildə Ethereum adlı kriptovalyuta əlaqədar olaraq nəşr olunan ağ kağızda Bitcoin protokolu kompüter alimi, hüquqşünas və kriptoqraf Nik Şabo tərəfindən müəyyən edilmiş ağıllı müqavilə konsepsiyasının zəif versiyası kimi təsvir edilir. Bitcoin etibarsız tərəflər arasında daha təkmil ağıllı müqavilələr bağlamağa imkan verən skript dillərini dəstəklədiyindən bəri müxtəlif kriptovalyutalar. Bitcoindən bu yana müxtəlif kriptovalyutalar etibar edilməyən tərəflər arasında daha təkmil ağıllı müqavilələrə imkan verən skript dillərini dəstəkləyir.
Impera
Impera – ERA qrupunun debüt albomu olan Era albomundan çıxarılmış ilk promo sinql. Sinqı 7 oktyabr 1996 – cı ildə Fransada satışa çıxarılmışdır.
Tame Impala
Tame Impala — avstraliyalı musiqiçi Kevin Parkerin psixodelik musiqi layihəsi. Parker mahnılarını özü yazır, bəstələyir və prodüserliyi tək başına edir. Konsert zamanı ona Dominic Simper, Jay Watson, Cam Avery və Julien Barbagallo dəstək olur.