Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbadilik
İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər.
İngilis
İngilislər (ing. Englishmen, English people) — İngiltərənin əhalisinin əsasını təşkil edən yerli xalq. Orta əsrlərdə Böyük Britaniya adalarında anqllar, sakslar, frizlər, yutlar qədim german tayfaları və həmçinin onlar tərəfindən adaların assimilyasiya edilmiş kelt əhalisindən yaranıb. Hal-hazırda özünü ingilis hesab edən 50 milyon nəfər var. İngilis əsilli 110 milyon nəfər var, onlar əsasən ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və CAR-da yaşayırlar. Böyük Britaniyada özünü ingilis hesab edən 44,7 milyon əhailisi, onun əsas əhalisidir. Digərləri Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya, CAR, Hindistan və digər ölkələrdə yaşayırlar. Onların dilləri — ingilis dilinin Britaniya variantı, onun dialektləri olan şərq, şimali, cənub, qər, kent dialektləridir. Yazıları latın qrafikası əsasındadır, qədimdə run əlifbasından istifadə ediblər.
İrsilik
İrsilik (ing. inheritance, rus. наследование, türk. kalıtım) — obyekt-yönlü proqramlaşdırmada: müəyyən xassələrın sinifdən onun törəmələrinə verilməsi. Məsələn, əgər "tərəvəzlər" sinfinin "yaşıl" və "sarı" xarakteristikaları varsa, onların hər ikisi "tərəvəzlər" sinfinin törəmələrinə – bar, yarpaqlar, yeməlilər və s. veriləcək. Ümumi anlamda irsilik, müəyyən xassələrin ana proqramdan və ya prosesdən yerinə yetirilmək üçün çağrılan başqa modullara ötürülməsi prosesinə də aid edilir. Bu halda irsən alınmış xassələrə ana proqram mühitinin bir, yaxud bir neçə xassəsi və ya özəlliyi (məsələn, artıq açılmış fayllar) aid olur. Aşağıdakı nümunədə Form sinfindən "açıq-aşkar" ("publicly") irsən alınmış Circle sinfi verilib. Yeni Circle sinfi area atributunu təməl Form sinfindən irsən alıb (area atributu dolayı yolla Circle sinfinin atributudur), ancaq ona birbaşa müraciət edə bilməz.
İstilik
İstilik — fiziki kəmiyyət olub, materialın halını xarakterizə edir. O kinetik enerjinin köməyi ilə mikroskopik və termodinamikanın köməyi ilə makroskopik təyin edilə bilir. Termodinamikada istilik bir sərhəddən başqasına enerjini nəql etdirir. İstilik temperatur qardiyenti verildikdə proses parametri kimi işlənə bilir. Ümumilikdə istilik çox vaxt istilik enerjisi və ya temperatur ilə dəyişik salınır. İstilik bir sərhəddən başqasına keçdikdə heç də həmişə temperatur dəyişikliyi baş vermir. istiliyin maddəyə daxil olması çox vaxt hal dəyişikliyi ilə müşayət olunur. İstiliyin verilməsi temperaturun qalxmasına təsir edə və bununla hal dəyişiliyini yarad bilər (məsələn, buzun əriməsi) və təzyiqinin dəyişməsinə təsir edə bilər. İstilik və temperatur bir-biri ilə entropiya ilə əlaqələndirilir.
İnciklik
İnciklik — insanın haqsız yerə səbəb olmuş kədərə, təhqirə reaksiyası, eləcə də mənfi çalarlı emosiyalar və bunun doğurduğu hisslər. Buraya incimiş insanın qəzəbi və heç bir şeyin düzəldilə bilməyəcəyi bir vəziyyətdə özünə təəssüf hissi daxildir. O, ədalət anlayışı ilə sıx bağlıdır. Belə ki, insana ədalətsizlik üz verəndə o, inciyir. Tədqiqatçılar inciklik təcrübəsini fitri emosiya hesab etmirlər. Körpələrin arsenalında fitri qəzəb hissi var, lakin onlar hələ də mürəkkəb inciklik hissini mənimsəməyiblər. İnciklik adətən 2–5 yaş arasında öyrənilir, müntəzəm və ya yaradıcı şəkildə digər uşaqlardan, bəzən daha böyük uşaqlardan modellərdən mənimsənilir. Qəzəb duyğuları əvvəllər heç vaxt anadangəlmə olanlar siyahısında görünməmişdir. Hal-hazırda, bir çox təcrübəli psixoloqlar qeyd edirlər ki, uşaqlarında inciklik emosiyaları dərhal, sözün əsl mənasında doğuşdan yaranır.
İndila
Adila Sedraia (fr. Adila Sedraïa) və ya İndila (fr. Indila) (26 iyun 1984-cü il, Paris, Fransa) — Fransa müğənnisi və mahnı müəllifi. 24 fevral 2014-cü ildə yayımlanan Mini World albomundakı "Dernière Danse" mahnısı ilə Fransada ən yaxşı on sinql siyahısında ikinci sırada yer alır. İndila 26 iyun 1984-cü il-də Parisdə anadan olub. Musiqi karyerasına başlamamışdan əvvəl İndila, bir qəsəbədə turist rəhbəri olaraq fəaliyyət göstərmişdir. Məhz o zamanlardan musiqini çox sevdiyini, lakin buna vaxt ayıra bilmədiyini söyləmişdir. "Le Parisien" qəzetinə verdiyi müsahibədə İndila adının hind əsilli bir ad olduğunu söyləmişdir. Hind, əlcəzairli, kambocalı və misirli qanının daşıyıcısıdır.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. İnilli (oyk.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
İngilis boğazı
İngilis boğazı — 17 kilometr uzunluğu və 2 kilometr eni olan, Antarktidanın Cənubi Şetland adalarında Robert adası ilə Qrinviç adası arasında yerləşən geniş boğazdır. Cənub-şərqdən, şimal-qərbdən və cənubdan Santa Kruz burnu və Edvards burnu, şimaldan isə Fort Vilyam burnu və Okol qayası, Aitço adaları ilə əhatə olunmuşdur. Adı 1822-ci ildə təsadüf edilmişdir və indi də beynəlxalq söz kimi istifadə edilir. İngilis boğazı 62°26′00″ c. e. 59°38′00″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1821, 1822 və 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov.
İngilis dili
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
İngilis duzu
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
İngilis fəlsəfəsi
İngilis fəlsəfəsi (ing. British philosophy) orta əsrlər dövründə, ingiltərə fikirlər xüsusiyyəti ilk dəfə meydana çıxan vaxt yaranmışdı. İlk ingilis filosofları özlərini realizə edə bilmiş Britaniya sakinləri hesab edilir: Alkuin, İoann Skot Eriuqena və İoann Duns Skot. Orta əsr sxolastikasını İngiltərəyə Kenterberili Anselm gətirmişdi. Zaman keçdikcə eyniadlı ingilis universitetinin ətrafında XIII əsrdə Oksford məktəbi formalaşmışdır. O, Rocer Bekon və Uilyam Okhamın parlaq nümayəndələri olduqları ənənəvi ingilis fəlsəfəsi olan nominalizmin əsasını qoymuşdur. Nominalizm ingilis fikirlərinin özünəməxsusluğunu (idrak nəzəriyyələrdə diqqətliy və antimücərrəd istiqaməti) müəyyən etmişdi. İntibah fəlsəfəsidə öz izini qoyub. Tomas Mor utopiya termini saldı və müasir sosializmin banisi oldu. Frensis Bekon Britaniya empirizmə başlanğıcını qoydu və həqiqətin meyarını təcrübə elan etdi.
İngilis hərəmi
İngilis hərəmi — Yeni Zelandiya yazıçısı Entoni Makkartenin (Anthony McCarten) 2005 ci ildə qələmə aldığı, məhəbbət, mədəniyyətlərarası tolerantlıq haqqında romanı. Roman bir neçə insanın taleyindən bəhs edir: iranlı Saman Səhər və onun üç arvadı - fars Firuzə, fransız İvett və ingilis Treys. Saman İranın şah dövrünün varlı qəssab ailəsində dünyaya gəlmiş, Böyük Britaniyaya oxumaq üçün göndərilmișdir. İrana qayıdarkən onun hamuger dən zəhərləndikdən sonra ət yeməklərindən imtina etməsi onun aləsini çox təəcübləndirir. Tehranda vegeterian yməkxanası açan Saman İslam İnqilabından sonra ölkəsini tərk etməli olur və o vətəninə geri dönə bilmir. Saman İngiltərəyə qaçan Saman bu ölkəyə məftundur, çoxlu dostlar qazanır elit cəmiyyətin bir üzvünə çevrilir. Burada o, İran mətbəxi əsnaasında vegetarian yeməkxanalar șəbəkəsi yaradıb çalıṣır. O, əsil ingilispərəstə çevrilir. Onu hətta sadəcə Sem deyə çaĝırırlar. Amma öz keçmișindən yaxa qurtara bilmir.
İngilis kanalı
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
İngilis mətbəxi
Britaniya mətbəxi (ing. British cuisine) — Böyük Britaniyada mətbəx. İngilis mətbəxi arxasında çox zərif olmayan bir incəlik yaradılıb, lakin yerli olaraq istehsal olunan məhsulların keyfiyyətinə diqqət yetirir. Souslar və ənənəvi ingilis yeməklərinin çeşidləri də nisbətən sadədir və onlar ərzaqın təbii dadını dəyişdirmək üçün istifadə olunur. Böyük Britaniyanın koloniyalarında hakimiyyətinin çiçəklənməsi dövründə Britaniya mətbəxi "xarici" ölkələrə, birinci növbədə isə, Hindistana təsir göstərmişdir. Buna misal olaraq toyuqdan hazırlanan ingilis-hind yeməyi — tikka masalanı göstərmək olar. Ənənəvi Britaniya yeməkləri balıq və çips, ətli kartof zapekankası və püredir. Britaniya mətbəxinə bir sıra milli və regional mətbəxlər daxildir: ingilis mətbəxi, Şotland mətbəxi, Uels mətbəxi və s.
İngilis nanəsi
İngilis nazı
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
İngilis parkı
İngilis (peyzaj, irrequlyar, landşaft) parkı — bağ-park sənətində, barokko və Andre Lenotrun "fransız stilindəki" requlyar parkı ilə kontrastda, XVIII əsr İngiltərəsində formalaşmış istiqamət. Fransız və ingilis parkı bağ-park sənətinə yanaşmada klassisizm estetikasının fərqli tərəflərini əks etdirir. Versal tipli park düzxətli yolları və kolların səliqəli kəsilmiş fiqurlu formaları ilə insanın təbiət üzərində hökmranlığını vurğulayır. İngilis parkı isə daha da uzağa gedərək təbiətdən seçilməyən sənətə daha üstün qiymət verir. Repton peyzaj parkının aşağıdakı prinsiplərini irəli sürüb: Sərbəst planlaşdırma. Təbii landşaftların istifadəsi — təbii gözəlliyin vurğulanması və landşaftdakı çatışmazlıqların gizlədilməsi. Peyzaj kompozisiyalarının yaradılması zamanı onlara təbiilik illüziyasının verilməsi. Parkın bütün elementlərini bir vəhdətə tabe etmək. Böyük Britaniya: Uilton-haus Çizik-haus Bleys-kasl Uobörn-Ebbi Çatsuot-haus Stourhed Klermont Stou Stadli Royal park Almaniya: Vörlits Oranienbaum Luizium Muskau Kromlau Branits Polşa: Lazenki Arkadiya Rusiya: Yekaterina parkı (Çarskoye selo) Aleksandr parkı (Çarskoye selo) Pavlovsk parkı Qatçinski parkı Aleksandriya (Peterhof) Monrepo Sarisino Çexiya: Veltrusı qala parkı Lednitse-Valtitse mədəni landşaftı Vlaşim qala parkı Kinski parkı 1781-ci ilin avqustunda, Quarenghi'nin layihəsinə görə, ənənəvi rus üslubunda bir ağcaqayın evi tikildi. Günlük divarları çöldən ağcaqayın qabığı ilə örtülmüşdü, damı çəmənlə örtülmüşdü, ancaq düz fasadın arxasında qonaq otağının zərif interyerləri, oval salon və güzgülər, incə bəzək rəsmləri və parket döşəmələri olan altı kiçik otaq gizli.
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
İngilis təri
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
İngilis şehçiçəyi
İngilis şehçiçəyi (lat. Drosera anglica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Adenopa anglica (Huds.) Raf. Drosera anglica var. linglica (Kusak. ex R.Gauthier & Gervais) Schlauer Drosera anglica f. pusilla Kihlm. ex Diels Drosera anglica var. subuniflora DC. Drosera anglica var. woodii (R.Gauthier & Gervais) Schlauer Drosera kihlmanii Ikonn.
İngilis ədəbiyyatı
İngilis və ya anqlosaks ədəbiyyatı — 1066-cı ildə Normand istilasının başa çatması və İngiltərədə sakslar, həmçinin yutlar və anqllar kimi digər german tayfalarının məskunlaşmasından sonrakı dövr ərzində anqlosaks İngiltərəsində qədim ingilis dilində yazılmış ədəbiyyat əsərləri. Bu əsərlərə epik poeziya, aqioqrafiya, İncilin tərcüməsi, dövlət sənədləri, xronoliji sənədlər, tapmacalar və digər janrlar daxildir. Bəhs edilən dövrdən bütün bu janrlara aid 400-ə qədər qorunub saxlanmış əlyazma mövcuddur. Şifahi xalq ədəbiyyatı erkən ingilis mədəniyyətində sarsılmaz mövqeyə malikdir. Bu səbəbdən də epik şeirlər çox geniş yayılmışdır və "Beəvulf"’ da daxil olmaqla bəziləri bu günümüzə kimi qorunub saxlanılmışdır. azırkı əlyazmalarda qədim ingilis dilində yazılmış bir çox şeir, çox güman ki, müharibə mövzusunda olan erkən german şeirlərindən alınmışdır. Bu tip poeziya İngiltərəyə gətirildiyi zaman artıq o nəsildən-nəslə şifahi halda keçməkdə idi. Xronikalar geniş miqyasda tarixi və ədəbi hadisələrdən ibarətdir və diqqətəlayiq nümunələrdən biri də anqlosaks xronikasıdır. Bu isə qədim ingilis dilində yazılmış və anqlosaks tarixinin qeydə alındığı tarixi salnamələr toplusudur. Bu xronikanın doqquz əlyazması bütöv və ya hissələr şəklində günümüzə qədər qorunub saxlanmışdır, lakin heç də hamısı eyni tarixi dəyərə malik deyil, həmçinin heç biri orijinal variant da deyil.
İngilis Vikipediyası
İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.845.453 məqalə yaradılıb. 18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir: "Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".
İstilik mühərriki
İstilik mühərriki — xarici mənbələrdəki (xarici yanma mühərriki) istilikdən istifadə edən və ya onu mexaniki enerjiyə çevirmək üçün mühərrikin daxilində (yanma kamerasında və ya daxili yanma mühərrikinin silindrlərində) yanacağın yanmasından əldə edilən istilik mühərriki. Termodinamikanın qanunlarına uyğun olaraq, belə mühərriklərin səmərəlilik əmsalı birdən azdır, bu da istiliyin mexaniki enerjiyə tam çevrilməməsi deməkdir. Mühərrikin dizaynından asılı olaraq 40%-dən daxil olan (və ya buraxılan) enerjinin 80%-ə qədəri avtomobili aşağı temperaturlu istilik şəklində tərk edir ki, bu da bəzi hallarda salonun (yerüstü nəqliyyatın), yaşayış binalarının və tikililərinin (stasionar mühərriklər üçün) qızdırılması üçün istifadə olunur və ya sadəcə atmosferə buraxılır (təyyarə mühərrikləri, əl alətlərinin aşağı güclü mühərrikləri, qayıq mühərrikləri və s.). Belə hallarda yanacaq istiliyindən istifadə əmsalı haqqında danışırlar ki, bu da mühərrikin özünün səmərəliliyindən daha yüksəkdir . Hər hansı bir istilik mühərrikinin əsas cəhəti onun istehlak etdiyi yanacağın növü və miqdarı və bunun nəticəsində ətraf mühitin çirklənməsidir. Buxar elektrik stansiyaları ( Renkine tsikli ilə işləyən istilik mühərrikləri), nüvə reaktorunun istiliyini çevirən (və ya geotermal enerjidən istifadə etməklə), termodinamik radioizotop generatorları ( Stirlinq mühərriki və ya həmçinin Rankine tsiklindən istifadə etməklə və radioaktiv mənbədən çox istiliyi qəbul edən) yüksək aktivlik) və günəş elektrik stansiyaları termodinamik yanacaq növü yandırılmır, qalan hissəsi isə bir çox hallarda uzaqdan daşınan mövcud enerji resurslarından asılıdır. Dövlətdə mövcud olan istilik mühərriklərinin (ikinci dərəcəli mühərriklər üçün enerjiyə çevrilən, adətən elektrik), yanacaq istehsalı yerlərinin və onun daşınması üçün nəqliyyat infrastrukturunun məcmusuna yanacaq-energetika kompleksi deyilir. İstilik mühərrikləri ikinci dərəcəli mühərriklərdən (elektrik, hidravlik mühərriklər və əsaslardan enerji alan başqalarından) fərqli olaraq birinci dərəcəlidir .
İngilis setteri
İngilis setteri, İngiltərədə yetişdirilmiş olan ov iti cinsidir. İlk setter 1500-cü illərdə Fransada inkişaf etdirilmişdir. Təxminən 3 əsr sonra isə ingilis setteri inkişaf etdirilən it yetişdiricisi (Laverack) ilə bərabər İngiltərəyə aparılmışdır. Buna görə də bu itlərə Laverak setter (Laverack Setter) də deyirlər. İlk pointerlar ilə spaniellərin mələzləşdirilməsi yolu ilə əldə edilmiş olan ingilis setterinin erkəklərinin orta boyu 61-68 sm, dişiləri üçün isə, orta hesabla 59-66 sm arasında, çəkiləri isə erkəklərində orta hesabla 20-35 kq dişilərində isə orta hesabla yenə də 20-35 kq arasında dəyişiklik nümayiş etdirir. Ağ rəngin üstündə qara, qəhvəyi, sarı, narıncı və s. rənglərlə ləkəli dərisi, uzun ipək tüklər ilə örtülmüşdür. Qarın və ayaq nahiyyələri istiqamətində hərəkət edən uzun tükləri bu növün fərqli olmasına səbəb olmuşdur. Ov üçün yetişdirilməklə yanaşı, bəzən evlərdə bəzək iti kimi də saxlanılır.