Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnformatik
İnformatik — İnformatika elmi ilə məşğul olan şəxs. İnformatik adətən kompüter sistemlərinin nəzəri tərəfi ilə məşğul olur. İnformasiya nəzəriyyəsi məlumatların ötürülməsi insan fəaliyyətinin ən mühüm nölərindən biridir. Teleqrafın, telefonun və internetin ixtira edilməsi bəşəriyyətin özünün varlığını dəyişdirdi. Məlumatın ötürülməsi prosesini təhlil etsək, bütün rəngarəngliklərə (danışıqdan tutmuş kompüter komandalarına qədər) baxmayaraq, iki əsas mərhələni ayırırlar. Öncə məlumat ötürmək sonra isə saxlamaq. İnformatik adətən kompüter mühəndislərinin diqqət yetirdiyi hardware tərəfindən fərqli olaraq kompüter sistemlərinin nəzəri tərəfi üzərində işləyirlər (baxmayaraq ki, üst-üstə düşür). İnformatik həmçinin müəyyən sahələrdə (məsələn, alqoritm və məlumat strukturunun inkişafı və dizaynı, proqram mühəndisliyi, məlumat nəzəriyyəsi, verilənlər bazası nəzəriyyəsi, hesablama mürəkkəbliyi nəzəriyyəsi, ədədi analiz, proqramlaşdırma dili nəzəriyyəsi, kompüter qrafikası və kompüter kimi) işlərinə və tədqiqatlarına diqqət yetirə bilərlər. İnformatiklərin əsas məqsədi kompüter əsaslı sistemlərin prosessorlar, proqramlar, insanlarla qarşılıqlı əlaqədə olan kompüterlər, digər kompüterlərlə qarşılıqlı əlaqədə olan kompüterlər və s.) faydalı faydalar (daha sürətli, daha kiçik, daha ucuz, daha dəqiq və s.) təmin edən dizaynları kəşf etməkdir. Adətən izah etmək üçün riyazi modelləri hazırlamaq və ya yoxlamaq üçündür.
İnformatika
İnformatika (fr. informatique; ing. computer science) – verilənlərin saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsi. Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70-ci illərinin sonunda ayrılmışdır. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur. İnformatika başlanğıcını kibernetika və riyaziyyatdan götürür. Burada riyazi məntiqin xüsusi rolu olmuşdur. Kibernetika isə kompüterlərin yaradılması üçün nəzəri zəmin yaratmışdır. İnformatikanın texniki əsasını mikroelektronika və yeni materiallar (yarımkeçiricilər, plastmaslar) təşkil edir. İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt.
İnformator
İnformator (ing. Whistleblower — fit çalan) — özəl və ya ictimai olan təşkilat daxilində qanunsuz, və ya düzgün olmayan məlumatı və ya fəaliyyəti hər cür ifşa edən şəxs.
Ekoloji informatika
İnformasiya amilinin ekologiyada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının səmərəli sistemi olmadan müasir cəmiyyətin ekoloji ziddiyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahəsidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq olar. == Ekoloji informatika == İnformatika (fr. information - informasiya və automatique - av­tomatika) - elmi-texniki fəaliyyət sahəsi olub, informasiyanın (in­formasiya texnologiyası)almması xüsusiyyətlərini, ötürülmə texno­logiyasını, təhlil və saxlanmasını öyrənirİnformasiya maddələr və eneıji ilə yanaşı ümumi xarakter daşı­yır. Ekoloji problem müvafiq olaraq mövcud informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər daxildir: təbii mühitin dəyişdirilməsinin informasiya səbəblərinin öy­rənilməsi, biosfer hadisə və proseslərində informasiya səbəbləri­nin pozulması; təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin çirklənmə­si, ehtiyatların tükənməsi və s. haqqında informasiyanın alınması; cəmiyyətin davamlı inkişafını təmin etmək üçün yeni elmi və texnoloji informasiyanın axtarılması və i.a. Sadalanan məsələlər bütövlükdə ekoloji informatikanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir.
Fayl (informatika)
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Kitabxana (informatika)
Kitabxana (informatika) (en. library) – proqramlaşdırmada: bir faylda saxlanılan prosedurlar toplusu (yığını). Kitabxanada olan hər bir prosedurlar dəstinin adı olur və çeşidli, çox zaman çox spesifik məsələləri yerinə yetirir. Məsələn, C dilinin standart kitabxanasında olan printf() funksiyası simvolları ekranda əks etdirir. Belə prosedurlar dəstləri işi asanlaşdırır və tezləşdirir. Proqramçı kitabxananı öz proqramında elan edə və proqramın yerinə yetirilməsi gedişində onun prosedurlarına müraciət edə bilər, yəni lazım olduqda həmin prosedurları yenidən yazmağa gərək yoxdur. Kitabxanalar müəyyən proqramlaşdırma dilinin standart altproqramlarından və ya xüsusi altproqramlardan ibarət ola bilər. Ənənəvi anlamda kitabxana bəzən proqram təminatına və ya verilənlər fayllarına müraciət etmək üçün hər hansı informasiya yığınıdır. Kitabxana proqramı – proqramlaşdırmada: proqramlar kitabxanasında saxlanılan və kitabxanaya müraciət edə bilən istənilən proqram tərəfindən istifadə olunan proqram. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Klient (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
MOV (informatika)
MOV — 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində "move" komandasının abreviaturu. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maska (informatika)
Maska(ing. mask, rus. маска) — Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT). Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Menyu (informatika)
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Menyu informatika
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Mosaic (İnformatika)
Məlumat (İnformatika)
Məlumat (ing. message (= MSG), ru.сообщение) — 1. Rabitə sahəsində: elektron rabitə vasitəsilə bir qurğudan başqasına ötürülən verilən elementi. Baxış nöqtəsindən asılı olaraq "məlumat" termininin dəqiq anlamı bir qədər dəyişir. Məsələn, elektron poçtdan istifadə edən şəxs üçün məlumat, başqa bir şəxsdən gəlmiş və öz elektron poçt qutusuna qəbul olunmuş müəyyən blank (KİMƏ, KİMDƏN, MÖVZU, TARİX) şəklində olan məktubdur. Kompüter və ya kommunikasiya şəbəkəsi üçün məlumat, çox zaman strukturlaşdırılmış və müəyyən qaydalara (protokollara) uyğun olaraq ötürülən, verici və qəbuledici qurğular tərəfindən dəstəklənən informasiya blokudur. Belə məlumat bir və ya bir neçə mətn blokundan, başlıqları (alanın ünvanı, məlumatın tipi və s.) ötürən proqram tərəfindən generasiya olunan başlanğıc (START), son (END) və idarəetmə simvollarından, eləcə də rabitə prosesini və xətaların aşkarlanmasını sinxronlaşdıran informasiyadan ibarət olur. Məlumat bilavasitə göndərəndən alana fiziki rabitə vasitəsilə göndərilə və onu bir aralıq stansiyadan başqasına yönəldən stansiyalar sistemi vasitəsilə tam və ya hissə-hissə ötürülə bilər. Xoşbəxtlikdən, mürəkkəb ötürmə əməliyyatlarının çoxunu aparat və proqram vasitələri öz üzərlərinə götürür. 2.
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Çoxaxınlılıq (informatika)
Çoxaxınlılıq — bir proqram çərçivəsində bir neçə prosesin sürətli ardıcıllıqla (çoxtapşırıqlı rejim) yerinə yetirilməsi. Verilənlərin emalında: bir bəndindən başqasına keçidin səmərəliyini artırmaq üçün hər bir bəndin yuxarı səviyyəli bəndlərə göstəriciləri özündə saxladığı ağacşəkilli struktur. İsmayıl Calallı. "çoxaxınlılıq" // Rasim Əliquliyev (redaktor). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı. 2017. səh. 516. ISBN 978-9952-434-82-8.
Çoxtapşırıqlılıq (informatika)
Çoxtapşırıqlılıq (ing. multitasking, rus. многозадачность) — kompüterin eyni zamanda bir neçə tapşırığı yerinə yetirməsini təmin edən əməliyyat sistemininin iş rejimi. Buna uyğun olaraq əməliyyat sistemləri çoxtapşırıqlı (məsələn, Linux) və təktapşırıqlı (məsələn, MS-DOS) deyə iki sinfə ayrılır. Çoxtapşırıqlılığın bir neçə növü var. Kontekst çevirmə (CONTEXT SWITCHING) çoxtapşırıqlılığın çox sadə növüdür ki, bu halda iki və daha artıq tətbiqi proqram eyni anda yüklənir, ancaq təkcə öncəliyi olan proqrama kompüterdə gerçək emal olunmaq üçün zaman ayrılır, o biri (fonda olan) tapşırığın aktivləşdirilməsi üçün isə istifadəçi həmin proqramın pəncərəsini ön plana çəkməlidir.
İnteqrasiya (informatika)
İnteqrasiya 1.(ing. integration ~ ru. интеграция ~ tr. tümleştirme) – hesablamalarda: müxtəlif əməliyyatların, proqramların və ya kompüterlərin aparat vasitələrinin komponentlərinin bir funksional vahiddə uzlaşdırılmış birləşməsi. Bax: INTEGRAL MODEM, INTEGRATED SOFTWARE, ISDN. 2. elektronikada: sxem elementlərinin bir mikrosxemdə yığılması prosesi. Bax: INTEGRATED CIRCUIT. 3. riyaziyyatda: (kobud şəkildə) fiqurun sahəsinin və ya cismin həcminin tapılması kimi təsvir oluna bilən prosedur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Pəncərə (İnformatika)
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Ontologiya (informatika)
Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir. Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır. Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda, eyni zamanda iqtisadiyyatın digər alt sahələrində narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).
Örnək (informatika)
Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tred (informatika)
Tred (ing. thread) və ya axın — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının tredi adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda tred prosesin bir hissəsi olur. Müəyyən bir prosesin çoxsaylı tredləri eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin tredləri istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və tredin özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır. Tredlərin və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.
Deyim (informatika)
Deyim — proqramlaşdırma dilində ən kiçik icra elementi. Deyim kompüter proqramlaşdırmasında yerinə yetirilməli olan bəzi hərəkətləri ifadə edən imperativ proqramlaşdırma dilinin sintaktik vahididir. Belə bir dildə yazılmış proqram bir və ya bir neçə deyimin ardıcıllığı ilə formalaşır. Deyimin daxili komponentləri ola bilər (məsələn, ifadələr). Bir çox proqramlaşdırma dilləri (məsələn, Ada, Algol 60, C, Java, Pascal) deyimlər və təriflər/elanetmələr arasında fərq qoyur. Tərif və ya elanetmə proqramın işləyəcəyi məlumatları, deyim isə həmin verilənlərlə görüləcək tədbirləri müəyyən edir. Başqa deyimləri ehtiva etməyən ifadələr sadə, ehtiva edə bilənlər isə mürəkkəb adlanır. Bir deyimin (və əslində bir proqramın) görünüşü onun sintaksisi və ya qrammatikası ilə müəyyən edilir. Deyimin mənası onun semantikası ilə müəyyən edilir.
Quru (informatika)
Quru (ing. Guru rus. Гуру) — kompüterdən çox yaxşı başı çıxan kimsə, slenq, termin. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Termin sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" mənalarına gəlir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Semantika (informatika)
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.