Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsanlar
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Bədbəxt insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Reptilian insanlar
Sürünən humanoidlər və ya antropomorfik sürünənlər folklor, bədii ədəbiyyat və sui-qəsd nəzəriyyələrində görünür. Bir çox mədəniyyətdə bir hissəsi insan və bir hissəsi sürünən olan canlılar haqqında əfsanələr vardır. Sürünən humanoidinin insan formasında ilk tarixi təsvirlərindən biri başı timsah başı formasında olan Qədim Misir tanrısı Sobek idi. Təcavüzkarlıq və heyvansevərlik kimi oxşar xüsusiyyətlərlə təsvir edilmişdir. Cənubi Asiya və Cənub-Şərqi Asiya mifologiyasında mövcud olan Naqalar yarı insan və yarı ilan olan yarı ilahi məxluqlardırlar. İnsani sürünən kriptidlərin görünməsi bataqlıqların çox olduğu Amerika Birləşmiş Ştatlarının cənub hissəsində çoxdur. 1980-ci illərin sonunda Cənubi Karolina əyalətinin Bishopville şəhərində yüzlərlə "Kərtənkələ adamı" görülmüşdür.
Yoxsul insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Braziliyada LGBT insanlar
Braziliyadakı LGBT insanlar Braziliya əhalisinin təxminən 8.35%-ni və ya təxminən 20.000.000 nəfəri təşkil edir. == Demoqrafik == === Demoqrafik tədqiqat === 2009-cu ildə São Paulo Universiteti tərəfindən aparılan sorğuda 10,4%-lik Braziliyalı kişilərin 7,8%-nin homoseksual, 2,6%-nin isə biseksual olduğu məlum oldu. 6,3%-likqadınlar arasında isə lezbiyanlar əhalinin 4,9%-ni, biseksual qadınlar isə 1,4%-ni təşkil edir. LGBT əhalisinin cins tərkibi aşağıdakı kimidir: 64% kişi və 36% qadın. Tədqiq olunan əhalinin elan edilmiş cinsi oriyentasiyasının tərkibi aşağıdakı kimi bölüşdürülür: 54%-i gey, 28%-i lezbiyan, 17%-i biseksual, 1%-i yuxarıda göstərilənlərin heç birinə uyğun gəlmədiyini bildirib. LGBT əhalisinin təhsili aşağıdakı kimi qeyd edilir: 57% ali təhsil (universitet və ya kollec) bitirmiş, 40% orta məktəb (orta təhsil) bitirmişdir. LGBT əhalinin mənzil şəraitinin tərkibi aşağıdakı kimidir: 52%-i valideynləri və ya qohumları ilə, 22%-i partnyorları ilə, 20%-i tək yaşayır, 6%-i isə dostları ilə yaşayır. 2010-cu ildə Braziliya Səhiyyə Nazirliyi tərəfindən aparılan sorğu, Braziliyanın gey əhalisinin heteroseksual əhalidən daha çox gəlir qazandığını göstərmişdir. Homoseksuallar: A və B sinifləri, 26,9%, C sinfi, 49,9%, D və E sinifləri, 23,2%. Heteroseksuallar: A və B sinifləri, 18,2%, C sinfi, 47,8%, D və E sinifləri 34% idi.
Sərbəst insanlar ölkəsində
Sərbəst insanlar ölkəsində (türk. Serbest İnsanlar Ülkesinde) — Əhməd bəy Ağaoğlunun ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilmiş əsəri. Əsər ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilib. Təkrar olaraq 2014-ci və 2020-ci illərdə nəşr edilib. Sevda İsmayılova və Zeynal Məmmədli tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda 2001-ci ildə Tutu nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 144 səhifədə, 100 nüsxə tirajla çap edilib. Üç mədəniyyət Ağaoğlu, Əhməd. Sərbəst insanlar ölkəsində (PDF). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF).
İnsanda qan dövranları
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
İnsanda reproduktiv sistem
İnsanda reproduktiv sistem — kişi və qadın orqanizmlərində insanların çoxalmasını (nəsil artımını) təmin edən orqanlar kompleksi. Kişilərin reproduktiv sisteminə daxili cinsiyyət orqanları, xayalar, vas deferens, prostat vəzi, seminal veziküllər, bulboretral bezlər, sidik kanalı və xarici penis, skrotum daxildir. Qadınlarda reproduktiv sistemə daxili cinsiyyət orqanları daxildir: yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolu, vagina və xarici (vulva): klitor, vaginanın vestibülü, böyük və kiçik cinsiyyət dodaqları . İnsanın bioloji növü, digər onurğalı heyvan növləri kimi, çoxalmanın cinsi xarakterini təmin etmək üçün erkək və dişi fərdlərə bölünür ki, bu da ana orqanizmlərdən əldə edilən genlərin fərqli birləşməsi vasitəsilə nəsilə genetik müxtəliflik verir. Çoxalma prosesində kişi və qadın reproduktiv (cinsiyyət orqanları) bir-birinin funksiyalarını tamamlayır. Digər məməlilər kimi, insanlarda da mayalanma (və embrionun sonrakı inkişafı) daxilidir, qadın daxili cinsiyyət orqanlarında baş verir və bu, qadın çanaq reproduktiv orqanlarının əsas hissəsinin daxili olmasını izah edir (bax: Qadın daxili cinsi orqanları ). Belə mayalanmanı həyata keçirmək üçün kişi nümayəndələrinin bədənlərinin boşluqlarından kənarda, mayalanma zonasına nüfuz edə bilən bir orqan olmalıdır - bu , kişi cinsiyyət orqanı, penisdir. Kişi reproduktiv sisteminin əsas vəzifəsi cinsi əlaqə zamanı kişi cinsi hüceyrələrinin (spermatozoid) istehsalı və onların mayalanma zonasına çatdırılmasıdır. Qadın reproduktiv sisteminin vəzifələri daha çoxdur. Bunlara daxildir: qadın reproduktiv hüceyrələrinin istehsalı (yumurta hüceyrə), onları mayalanma zonasına çatdırmaq, cinsi aktları icra etmək, mayalanmanın həyata keçirilməsi, embrionun (dölün) hamiləliyin bütün dövrü ərzində daşınması, onun həyat fəaliyyətinin qorunması və doğuşdan sonra ananın orqanizmindən kənarda yaşamasına imkan verəcək dərəcədə inkişafının təmin edilməsi; əmək fəaliyyəti, körpənin qidalanmasının bütün dövrü üçün ana südü istehsalı.
İnsaf (qəzet)
İnsaf qəzeti — 1913-cü ildən nəşr olunan qəzet. Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə nəşr olunmağa başladı. «İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi . «İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə bilməzlər: «Millətimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır.
İnsaf qəzeti

Ayda ilk insanlar (roman)
Ayda ilk insanlar (ing. The First Men in the Moon) — ingilis yazıçı Herbert Uells tərəfindən yazılmış və 1900-1901-ci illərdə seriya şəklində “The Strand Magazine” jurnalında nəşr edilmiş elmi-fantastika romanı. Tam şəkildə ilk dəfə 1901-ci ildə nəşr edilmiş və yazıçının “fantastik hekayələr”indən biri hesab edilmişdir. Roman müflis iş adamı olan Cənab Bedford və alim Cənab Keyvorun Aya səfər etməsindən bəhs edir. Onlar insan cəmiyyətinin cansız planet hesab etdiyi Ayın selenitlər adlanan antropomorf varlıqlar tərəfindən məskunlaşdığını üzə çıxarırlar. == Məzmunu == Klod Allin Şepperson tərəfindən əsərin orijinal 1901-ci il nəşri üçün çəkilmiş illüstrasiyalar Londonlu iş adamı Bedford maddi vəziyyətinin pisləşməsindən sonra kəndə köçərək pyes yazmağa başlayır və bu yolla vəziyyətdən çıxmağı düşünür. Bu məqsədlə o, Kent qraflığındakı Limpn kəndində kiçik ev kirayələyir və sakitlikdə işləməyi planlaşdırır. Lakin, hər gün eyni vaxtda Bedfordun kirayələdiyi evin yanından keçən yaşlı kişi ona mane olmağa başlayır. İki həftə sonra Bedford nəhayət ki, qoca ilə tanış olur və onun Keyvor adlı fizik olduğunu öyrənir. Bedford və Keyvor dostlaşırlar, tezliklə Bedford öyrənir ki, Keyvorun kəşf etməyə çalışdığı yeni material yerin cazibə qüvvəsini sıfıra endirə bilər.
Pişik insanlar (film, 1982)
Pişik insanlar (ing. Cat People) – 1982-ci ildə ABŞ rejissoru Pol Şreder tərəfindən çəkilən, 1942-ci ildə Jak Törner tərəfindən çəkilən "Pişik insan" filminin rimeyki olan fantastik film. Filmdə baş rollarda Nastasya Kinski, Malkolm Makduel və Con Hird çəkilmişlər. Filmin sonundakı ifa edilən mahnı Devid Boui tərəfindən ifa edilmişdir. Filmin büdcəsi 18 milyon, gəliri isə 21 milyon ABŞ dollarıdır. Filmin əvvəlində, gənc qızların bəbirlər üçün qurban getməsi təsvir olunur. Digər hadisələr isə XX əsrin 80-cı illərində baş verir. Cavan qız İrena Qallier (Nastasya Kinski) qardaşı ilə görüşmək üçün Yeni Orleana gəlir. Onun qardaşının adı Poldur (Malkolm Makduel). Pol Qallier keşişdir.
Siçanlar və insanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İnsanlar necə yaşayır (kitab)
İnsanlar və siçanlar (əsər)

Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
İnsana qayğı (film, 1978)
İnsanlar, atlar, təkərlər (film, 1979)
Pakistan Təhrik-i İnsaf
Pakistan Təhrik-i İnsaf — Pakistanda siyasi partiya.Sədri keçmiş kriket oyunçusu İmran Xandır.
Xəzər: İnsanlar və neft (film, 1983)
İks insanlar: Birinci sinif (film, 2011)
Atom insana xidmət edir (film, 1960)
Atom insana xidmət edir qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə atomun səhiyyədə-onkoloji xəstəliklərin müalicəsində istifadə olunmasından və onun müsbət nəticələrindən danışılır. == Məzmun == Kinolentdə atomun səhiyyədə-onkoloji xəstəliklərin müalicəsində istifadə olunmasından və onun müsbət nəticələrindən danışılır.
İnşallah
İnşallah (ərəbcə: انشاءالله) — "İn" (əgər) "şəa" (istəsə) və "Allah" sözlərindən əmələ gəlib, "Əgər Allah istəsə", qısası, "Allah qoysa" deməkdir. Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24) "İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək. "İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil. Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür. Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
İnşallah xan İnşa
İnşallah xan İnşa (1752, Mürşüdabad[d] – 19 may 1817, Lakhnau, Britaniya Hindistanı) — urdu şairi. İnşallah xan İnşa (1756–1817) Urdu dilinə son dərəcə hakim biri idi. Farsca, Urduca, Pəncabca, Puştuca, Türkcə (Çığatayca) gözəl bilirdi. "Dərya-ye Lətafət (1802)" adlı Urduca lüğət kitabı yazmışdır . Farsca və Urduca divanı vardı. "Rani Kitki ki Kahani" adlı hekayəsində Ərəbcə və Farsca tək bir kəlmə və tamlama içlətməmişdi . Eynı şəkildə "Silk-e Gauhar" adlı başqa bir hekayəsində də nöqtəli tək bir hərf işlətməmişdi . Bu əsərlər, onun dilə hakimiyətini göstərən ən yaxşı örnəkdilər.