Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İskələ
Estakada — dənizdə və ya göldə gəmilərin yanaşması üçün körpü. Sərnişinlərin minməsi və enməsi və naviqasiya dövründə yenidən yükləmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Adətən gəminin burada bağlanması üçün 1 və ya 2 yerə sahib olur. O, həm qalıcı (mol şəklində), həm də üzən formada (barja, debrakader və ya ponton üzərində) ola bilər.
İskənə
İskənə — metal, dəmir və ağacların emalında tətbiq olunan, metaldan hazırlanmış alətdir. Tablandırılmış tilləri olan bu alətin uc hissəsi paz formasındadır. Iskənə çəkicin köməyi ilə emal olunan hissələri parçalamaq və ya yonmaq üçün istifadə olunur. Ağac üçün nəzərdə tutulmuş iskənələr tablandırılmış poladdan, daşın emalı üçün isə bərk xəlitədən hazırlanırlar. İşin təhlükəsiz aparılıması üçün alətə plastmas, ağac və ya metaldan hazırlanmış başlıq keçirilirək əlin zədələnməsinin qarşısı alınır.
Skelet
Skelet (qəfəsə, ələngə) — canlı orqanizmlədə dayağı təmin edən bioloji sistem. Daha geniş mənada qeyri bioloji sistemlərin də əsas dayağı ola bilər. Məsələn, körpülərdə və binalarda da skelet mövcuddur. Skeletlər əsasən 3 qrupa bölünür: xarici (ekzoskelet), daxili (endoskelet) və maye (hidroskelet).
İskənə (bürc)
İskənə (lat, Caelum) — Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzunun ölçüsü 4-dür. Azərbaycandan görünür.
Dolabda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Euseius lokele
Euseius lokele (lat. Euseius lokele) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Mikele Alboreto
Mikele Alboreto (23 dekabr 1956, Milan – 25 aprel 2001 Brandenburq, Almaniya) — italyan yarış pilotu. 1985-ci il Formula-1 mövsümünü çempion Alen Prostun ardından ikinci olaraq bitirmişdir. 1997-ci ildə isə "La-Manş 24 saat yarışları"nın çempionu olmuşdur. 1981-1994-cü illər arasında Formula-1-də, 1981-1983 və 1996-2000-ci illərdə isə "La-Manş 24 saat yarışları"nda iştirak edən Alboreto, 25 aprel 2001-ci ildə Almaniyada sınaq sürüşündə qəzaya düşərək dünyasını dəyişmişdir. Alboreto, Formula-1-ə qatılmadan öncə 2 dəfə İtaliya Formula-3-də, 1 dəfə isə Avropa Formula-2, Avropa Formula-3 və İngiltərə Formula-3-də yarışmışdır. 1979-ci ildə İtaliya Formula-3 ikincisi, 1980-ci ildə isə Avropa Formula-3 çempionu, İtaliya Formula-3 üçüncüsü olmuşdur. Formula-1 karyerasına 1981-ci il mövsümündə “Tirrell” komandası ilə başlayan Alboreto, həmin mövsümdə 11 yarışda iştirak etmişdir. İştirak etdiyi yarışların yalnız beşində finiş xəttinə çata bilən italyan pilot mövsümü xalsız başa vurmuşdur. 1982-ci il mövsümündə 16 yarışın hamısında iştirak etmiş və bunların 12-sində finiş xəttini keçə bilmişdir. “Caesars Palace Qran- prisi"ndə karyerasının ilk yarış birinciliyini əldə etmiş, “San Marino Qran-prisi"ndə isə 3-cü olub podiuma çıxmışdır.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
San-Mikele
San-Mikele ( it. San Michele ) - Venesiyadakı (İtaliya) arxangel Mixail adası. Uzun müddət, adadakı qalada monastır, sonra isə türmə yerləşirdi. Lakin, I Napoleonun əmri ilə ada, 1807-ci ildə venesiyalılar üçün müstəsna dəfn yerinə çevrildi. Qəbirstanlığın üç hissəsi var: katoliklər, pravoslavlar və protestantlar üçün hissələr. Adanın əsas görməli yeri, 1469-cu ildə Mauro Koduççinin layihəsinə əsasən tikilmiş San-Mikele in İzola kilsəsidir. Kilsə Venesiyada intibah memarlığının ilk nümunələrindəndir.
Skelet (insan)
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Şkafda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Skelet gölü
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır) — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir. Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir. Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur. Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur. Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür. 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.
Skelet əkizlər
Skelet əkizlər (ing. The Skeleton Twins) — Kreyq Consonun 2014-cü ildə ekranlara çıxan komediya-dram janrındakı ABŞ filmi. Əkiz qardaşı Milonun intihara cəhdindən sonra Meqqi ona öz evində qalmaq təklifi edir. Onlar birlikdə daha çox vaxt keçirdikcə, qırılan bağları sağalmağa və güclənməyə başlayır. Bill Hader — Milo Dean Kristen Wiig — Maggie Dean Luke Wilson — Lance Ty Burrell — Rich Levitt skeletontwinsmovie.com — Skelet əkizlər rəsmi saytı Skelet əkizlər — Internet Movie Database saytında.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
Əzələ-skelet sistemi
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.
Nisəkələ
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd.
İsfərə
İsfərə (tac. Исфара) — Tacikistanın şimalında sənaye şəhəri. Suğd vilayətinin İsfərə rayonunun inzibati mərkəzi. İsfərə dağlarla əhatəlidir. Təbiəti müxtəlifdir. Türküstan sıra dağlarının bir hissəsidir. Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, Qənibadam, Şorab və İsfərə. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Şəhər ilk dəfə Təbərinin "Tarix" kitabında xatırlanır. Abbasilərdən sonra İsfərə Samanilərə tabe oldu.
İskəmər
Miladdan iki min, üç min il öncə[1] bu bölgədə (Lulubi) və (Qutti) tayfaları məskən salmışlar, həmin bölgəyə miladdan qabaq Manna deyərmişlər[2]. Aşur şahı, Parsuva-dan hərəkətə keçib dağları, gədikləri aşıb Misov (Misov=Mişo, Mişov) ölkəsinə gəldi.Ulusunər (Osunu) ona böyük miqdarda hədiyyələr verdi… Sonra Manna şahı (Ulusunu) Sarqonla anlaşdı, Urarto ilə savaşa girib Urmu gölünün şimal hissəsi Manna ərazisi olan Misovu azad edib, Manna dövlətini geri qaytardı. Diyakonov başqa bir yerdə yazırdı: »Sarqonun yazılarında Urmu gölünün şimalı Sankibutu adlandırılır.Kəndlərini gözəl bağ-bağatlı, bulaqlarını qaynar uzun su kanalları, ormanlı-meşəli dağları, verimli torpaqları və əkinçilik sahəsinin modern üslub əsasında qurulduğunu qeyd edir.« (1və2) Professor Zehtabi yazır: »Urartolar bugünkü Güney mahalını yüz il əlində saxlamış, burada eləcə də Təbriz və Salmas məntəqəsində bu yüz il ərzində böyük əkinçilik işləri və abadanlıq tədbirləri görmüşlər.« (2) Sonralar bu bölgəyə Güney adı verildi. Bu söz təbiətdən qaynaqlanan sözdür, türkcəmizdə cənub deməkdir, daha doğrusu Mişov dağlarının cənubu anlamını ifadə edir. Daha sonra Ərvənəg-Ənzab, bu gün isə (3) Şəbistər rəsmi dövlət dairələrində (1351-1950) ilə qədər tanınmış Ərvənəg-Ənzaba xalq içində hələdə Güney deyilir. Bu bölgə Təbrizin şimal qərbində yerləşmişdir.Həmdullah Mustovfi bu haqda belə yazır(4): »Təbriz yeddi bölümdən ibarətdir, dördüncü bölümü Ərvənəgdir, on beş ağac uzunluğu beş ağac eni var.« Başqa bir sözlə uzunluğu yüz on kilometr[3] (110 km), eni otuz kilometrdir (30 km). Dəniz səviyyəsindən yüksəkliyi 1275-1300m –dir[4].Güneyin şimalında Mərənd, şimal şərqində Əhər, qərbində Salmas, cənubunda Urmu gölü yerləşir.Mişov dağı 100 km uzunu 30 km eni ilə bu bölgəni bir divar kimi ikiyə bölür. Mişov dağının ən yüksək zirvəsi Ələmlardır. Ələmdarın hündürlüyü 3165m-dir. Bu zirvə Təsi şəhərinin istiqamətində yerləşir.
İspəkə
İspəkə-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Laşar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,995 nəfər və 622 ailədən ibarət idi.
İşvəli
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Peşkələ (Urmiya)
Peşkələ (fars. پشكله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (12 ailə).
İşkilde (Əbyəlil)
İşkilde kəndi (başq. Ишкилде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Burqanqul kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İşkilde kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 37 km., kənd sovetliyindən (Burqanqul): 7 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 82 km. Совет муниципальных образований Республики Башкортостан.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
İşken (Uçalı)
İşken (başq. Ишкен, rus. Ишкиново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 49 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
İşkol (Əbyəlil)
İşkol kəndi (başq. Ишҡол) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravil kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İşkol kəndinin milli tərkibi: başqırdlar 99 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 70 km. Совет муниципальных образований Республики Башкортостан.