Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Esna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
İnna
İnna — qadın şəxs adı. İnna Rıskal — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Çurikova — Rusiya aktrisası. İnna (müğənni) — Rumıniyalı müğənni.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
Ayn İssa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Con Sina
John Cena (ing. John Cena; 23 aprel 1977, Qərbi Nyubari[d], Massaçusets) — amerikan peşəkar güləşçi, bodibilder, reper və aktyor. == Karyerası == 2002-ci ildə Kurt Angel ilə ilk döyüşünu keçirmişdir. Amma həmin döyüşdə məğlub olmuşdur. Sonralar isə məşhurlaşmağa başlanmışdır. İndiyə qədər ən çox döyüşdə qalib gələn WWE SUPERSTAR-dır. İndi isə 2016-cı ildə WWE-nin SMACK DOWN bölməsində döyüşür. 40 yaşlı döyüşçü 2002-2014-cü illərindəki və hələdə davam edən karyerasındə 16 dünya çempionluğu ilə Ric Flairin ən çox dünya çempionu olaq rekordunu yeniəmişdir. Fanatları tərəfindəm çox sevilir. Sonralar Randy Ortonla mubarizə aparır və bu mubarizədə qalib gəlir.
Sina Berköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. == Həyatı == Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. === Təhsili === 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Bərköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. == Həyatı == Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. === Təhsili === 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Tkaltşeviş
Sina Tkaltşeviş (d. 5 may 1999) — Almaniyanı təmsil edən bədii gimnast. Sina Tkaltşeviş, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sina Tkaltşeviş 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Anastasiya Xmelnitska, Daniela Potapova və Yuliya Staviçkaya ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Sina Təməddün
Sina Təməddün (1957, Təbriz) — Apple Inc tətbiqi proqramları üçün baş vitse-prezident idi. Perdyu Universitetinin məzunudur. == Həyatı == 1957-ci ildə Təbriz şəhərində anadan olmuş, ABŞ-nin Perdyu Universitetində ali təhsil almışdır. Sina Təməddün 1997-ci ilin sentyabr ayında Apple şirkətində fəaliyyətə başlamışdır. O, şirkətdə dünya üzrə xidmət və dəstək üztə vitse-prezident və Newton Group-un ümumi meneceri, vitse-prezidenti vəzifələrində çalışmışdır. Apple şirkətinə qoşulmamışdan əvvəl o, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin martına qədər Stiv Cobsun bir başqa şirkəti olan NeXt şirkətinin Avropa məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra etmişdir. 1994-cü ilin avqust ayından 1996-cı ilin avqust ayına qədər həmin şirkətin peşəkar xidmət üzrə vitse-prezidenti vəzifələrini icra etmişdir. 1994-cü ilin avqustundan əvvəl Sina Təməddün Software Alliance w Todd Rulon-Miller şirkəti üçün çalışmışdır. Buraya qatılana qədər NeXt şirkətinin Çikaqo ofisində satış meneceri olaraq işləmişdir. Bundan əvvəlki iş yeri isə Sun Microsystems şirkəti olmuşdur.
Sina Yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Sina dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
İbn Sina
İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna; 980[…], Afşona[d], Buxara – 18 iyun 1037, Həmədan) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. == Həyatı == İbn Sina (Avisenna) Buxara şəhərində fars ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin.
İnna (müğənni)
İnna (rum. Elena Alexandra Apostoleanu, 16 oktyabr 1986) — Rumıniyalı müğənnidir. == Həyatı == İnna 16 oktyabr 1986-cı ildə Rumıniyanın Manqaliya şəhərində doğulmuşdu. Əsl adı Yelena Aleksandra Apostolyanudur. Uşaqlıqda babası ona "İnna" deyə çağırırdı. Bu səbəbdən Yelena estradada "İnna" ləqəbiylə tanınmağa başlayır. Musiqi karyerasına 2008-ci ildən etibarən başlamışdır. İlk sinqlı olan "Hot" mahnısı bir çox hit-paradlarda uğur qazanmışdır. 2009-cu ildə Polşada "Ən yaxşı sinql" və "Ən yaxşı ifaçı" kateqoriyasında "Eska Music Awards" nominasiyasına layiq görülmüşdür. Ardınca İnna uğurla bir neçə albom və sinql çıxarmışdır.
İnna Kojoxina
İnna Kojoxina (d. 26 yanvar 1987) — Ukraynanı təmsil edən bədii gimnast. İnna Kojoxina 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İnna Kojoxina 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
İnna Koren
İnna Koren (ing. Inna Koren; d. 30 mart 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — ABŞ-ni təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1986). == Həyatı == İnna Koren 30 mart 1964-cü ildə Bakıda anadan olub. 1979-cu ildən ABŞ-də yaşayır. 1986-cı ildə qadınlar arasında Amerika çempionatının qalibi olub. Eyni ildə qadınlar arasında beynəlxalq usta adına layiq görülüb. İnna Koren qadınlardan ibarət şahmat üzrə Amerika yığmasının heyətində 1984 və 1988-ci illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.İnna Koren Yel Universitetini bitirib. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Inna Koren. Chessgames.com (ing.) Inna Koren.
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. == Həyatı == İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. == Uğurları == Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
İnna Suslina
İnna Suslina (d. 5 yanvar 1979) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == İnna Suslina Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
İnna Çernyak
İnna Mixolaevna Çernyak (ukr. Інна Миколаївна Черняк, d. 26 mart, 1988) — Ukraynalı cüdo və sambo praktikantı. == Karyera == Doğuşdan görmə maneəli olmasına baxmayaraq, həm görmə qabiliyyətli və görmə maneəlilərə qarşı yarışır. Onun əkiz qardaşı Marina görmə maneəli deyil və müntəzəm cüdo turnirlərində iştirak edir. Bir-birinə qarşı rəqabətdən qaçmaq üçün bacı-qardaş hadisələri bir-birindən ayırır. Məsələn, 2013 Dünya Çempionatında İnna 52 kiloda, 48 kiloqramda isə Marina yarışdı. 2013 Universiadasında samboda İnna, cüdo üzrə Marina 52 kq kateqoriyasında medal qazanmışdı.
İnna Çurikova
İnna Mixailovna Çurikova (rus. Инна Михайловна Чурикова, 5 oktyabr 1943, Bələbəy, Başqırd MSSR – 14 yanvar 2023, Moskva) — Rusiya aktrisası. SSRİ xalq artisti (1991), Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (1997). == Həyatı == İnna Çurikova 1943-cü il oktyabrın 5-də Ufa vilayətinin Belebey kəndində anadan olub. Anası Yelizaveta Zaxarovna biokimya üzrə elmlər doktoru idi, atası Mixail Çurikov isə Kənd Təsərrüfatı Akademiyasında işləyib. 1950-ci ildə anası ilə atası ayrılıb və anası İnna ilə birlikdə Moskvaya köçüb. Orta məktəbdə çox yaxşı oxuyan İnna getdikcə teatra maraq göstərir. Həyatda hər şeyə öz zəhməti və iradəsi ilə nail olan anası da çox istəyib ki, qızı gələcəkdə aktrisa olsun. İnna Çurikovanın xarici görünüşü aktrisalığa uyğun gəlməsə də, anası onu həmişə gözəl hesab edib. Sonralar İnna Çurikova etiraf edib ki, anası olmasaydı, özünə inanmazdı.
İnsa-dong
İnsa-dong (kor: 인사동,çin: 仁寺洞) a Koreya Respublikası Seul şəhəri Jongno-guda yerləşən hüquqi inzibati ərazidir. İnzibati ərazi olan Jongno-dong ərazisinin aşağı hissəsində yerləşir və İnsa-dong kəsişməsindən Anguk-dong dairəvi yolundan başlayaraq Jongno 2-gadakı Tapgol Parkına qədər olan ərazini əhatə edir. Əsas küçə Coson sülaləsi dövründən formalaşmış uzunluğu 0,7 km və eni 12 m olan İnsadong-gildir. Hazırkı İnsadong-gil 2000-ci ildə memar Kim Jin Ae-nin layihəsi ilə yenidən qurulmuşdur. Seulun əsas şəhər yolları ilə əlaqəlidir, ,Çongyeçon və Gyonbokqunq Sarayı kimi böyük turistik məkanlara yaxındır. == Xülasə == İnsa-dong, Coson sülaləsi dövründən başlayaraq təxminən 600 ildir ki, Seulun əsas küçəsi sayılır. Yapon müstəmləkə dövründə əsasən yaponları əsas götürərək antik əşyaların ticarəti ilə məşğul olan bazar formalaşmış, 1970-ci ildən başlayaraq qalereya, yazı fırçaları satan mağaza və kağızçılar meydana çıxmağa başlamışdı. İnsa-dong əcnəbilər üçün məşhur alış-veriş mərkəzi olmaqla yanaşı, eyni zamanda Məryəm Xiyabanı (Mary's Alley) olaraq da tanınır. İnsa-dongda bir çox antik mağaza var. Qiymətlər 10.000 vondan milyonlarla vona qədər dəyişir.
İnsa - dong
İnsa-dong (kor: 인사동,çin: 仁寺洞) a Koreya Respublikası Seul şəhəri Jongno-guda yerləşən hüquqi inzibati ərazidir. İnzibati ərazi olan Jongno-dong ərazisinin aşağı hissəsində yerləşir və İnsa-dong kəsişməsindən Anguk-dong dairəvi yolundan başlayaraq Jongno 2-gadakı Tapgol Parkına qədər olan ərazini əhatə edir. Əsas küçə Coson sülaləsi dövründən formalaşmış uzunluğu 0,7 km və eni 12 m olan İnsadong-gildir. Hazırkı İnsadong-gil 2000-ci ildə memar Kim Jin Ae-nin layihəsi ilə yenidən qurulmuşdur. Seulun əsas şəhər yolları ilə əlaqəlidir, ,Çongyeçon və Gyonbokqunq Sarayı kimi böyük turistik məkanlara yaxındır. == Xülasə == İnsa-dong, Coson sülaləsi dövründən başlayaraq təxminən 600 ildir ki, Seulun əsas küçəsi sayılır. Yapon müstəmləkə dövründə əsasən yaponları əsas götürərək antik əşyaların ticarəti ilə məşğul olan bazar formalaşmış, 1970-ci ildən başlayaraq qalereya, yazı fırçaları satan mağaza və kağızçılar meydana çıxmağa başlamışdı. İnsa-dong əcnəbilər üçün məşhur alış-veriş mərkəzi olmaqla yanaşı, eyni zamanda Məryəm Xiyabanı (Mary's Alley) olaraq da tanınır. İnsa-dongda bir çox antik mağaza var. Qiymətlər 10.000 vondan milyonlarla vona qədər dəyişir.
İona (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
İsma Seruncoci
İsma Seruncoci (d. 24 sentyabr 1992) — Uqandalı üzgüçü. İsma Seruncoci Uqandanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İsma Seruncoci birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 28.57 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 75-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
İssa Botaşlanı
İssa Botaşlanı və ya İssa Botaşov (qaraç.-balk. Боташланы Жарахматны жашы Исса: 6 sentyarb 1925, Gündələn, Nalçik dairəsi, RSFSR - 7 oktyabr 1991 Nalçik, RSFSR, SSRİ ) ― balkar şair, dramaturq, maarifçi. RSFSR əməkdar incəsənət xadimi, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Səhnə incəsənətinin təşkilatçısı, balkar dramaturgiyasının yaradıcılarından biri, balkar ədəbiyyatının klassiki, balkar poeziyasının və mahnı mədəniyyətinin inkişafına böyük töhfələr verib. == Həyatı == İssa Botaşlanı 1925-ci ildə Köndələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə kənd məktəbini bitirib, biçinçi kimi işləməyə başlayıb. Sonradan isə kənddə olan kolxozda qeydiyyatçı işləyib. 1942-ci ildən 1943-cü ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının Elbrus rayon komitəsində təlimatçı kimi fəaliyyət göstərib. 1944-cü ilin mart ayına qədər Balkar Dram Teatrının artisti olub. Balkarlar sürgün edildikdən sonra Orta Asiyada yaşamağa başlayıb.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.