Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etnologiya
Etnologiya (yun. ἔθνος, xalq + -loqos — təlim, elm) — etnik prosesləri öyrənən elmdir. == Etnologiyanın predmet və obyekti == Etnologiya termininin özü yunan dilindən götürülmüş iki sözdən ibarətdir – etnos (xalq) və loqos (söz, elm, təlim). Antik dövrdə qədim yunanlar onlardan dili, dini, həyat tərzi, adət və ənənələri baxımından fərqlənən digər xalqları – qeyri-yunanları etnos adlandırırdılar. Məhz bu mənada etnos anlayışı Roma mədəniyyətinə və latın dilinə daxil olmuşdur. Sonralar latınlaşdırma nəticəsində “etnik” (ethnikos) anlayışı meydana gəlmişdir. Bibliya mətnlərində bu anlayış “bütpərəst, qeyri-xristian” mənasında işlənir. XIX əsrə qədər “etnologiya” anlayışından müstəqil bir elmin adı kimi deyil – yalnız müxtəlif növ etnoqrafik proseslərin təsviri zamanı istifadə edilirdi.Bu anlayışdan xalqlar və xalq mədəniyyətləri haqqında elmin adlandırılması üçün istifadə edilməsini fransız alimi Jan Jak Amper təklif etmişdir.1890-cu ildə Amper “antropoloji” (humanitar) elmlərin təsnifatını işləmiş və bu təsnifata etnologiyanı da daxil etmişdir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni layihələrin hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı etnologiya da olduqca böyük əhəmiyyətə malikdir. Etnologiyanın bir müstəqil elm kimi təkamülü avropalılar tərəfindən “yad” xalqların mədəniyyətlərinin tədqiq edilməsindən başlayır.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Fonologiya
Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur. == Strukturu == O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji münasibətini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühüm probləmlərdən biridir. == Tarixi == Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.
Limnologiya
Limnologiya — quru hidrologiyasının bir şöbəsi olub, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. == Ümumi məlumat == Limonologiyanın başlıca vəzifəsi sututarlarda daim dəyişib inkişaf edən fiziki, kimyəvi və bioloji proses və hadisələrin qanunauyğunluqlarının, bu proseslərin ətraf mühitlə əlaqəsinin öyrənilməsidir. Limnologiya elminin əsasları XIX əsrin ikinci yarısında İsveçrə alimi Fransua Fovel tərəfindən formalaşdırılmışdır. 1885-ci ildə Londonda keçirilən beşinci Beynəlxalq Coğrafiya konqresində gölşünaslığın məqsəd və vəzifələrini əsaslandıraraq onu coğrafiya elmləri sisteminə daxil olan hidrologiyanın bir bölməsi kimi əsaslandırmışdır. Müasir limnoloji tədqiqatlarda landşaft və balans üsulları əsasında formalaşan kompleks-coğrafi istiqamət əsas yer tutur.
Lixenologiya
Lixenologiya — şibyə və ona bənzərləri öyrənən elm.Şibyələrin (lat. Lichenes) xalq təsərrüfatında əhəmiyyətli rolu Bu qrupa 400 cinsə aid 13000-17000 növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş, mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində çox geniş yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır. Buna görə də şibyələr bitkilərin yayılması üçün ilkin şərait yaradır.İkinci bölməni təşkil edən bakteriyaların bəzi qrupları istisna olmaqla, göbələklər, xlorofilsiz canlılardır.
Texnologiya
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
İdeologiya
İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr toplusu. İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur. ideologiya sözü fransızca idéologie (tələffüz: [ideoloʒiː]) (idée - fikir; düşüncə, ologie -elm) sözündən yaranmışdır. Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir. Din Siyasi ideologiyalar siyahısı Alman İdeolojisi, Karl Marx, Sol yayınları Kapital, Meta fetişizmi bölümü, Marx. İdeoloji ve Ütopya, K. Mannhein İdeoloji ve Devletin İdeolojik Araçları, Louis Althusser, İletişim yayınları. İdeoloji, Terry Eagleton, Ayrıntı yayınları. Eleştiri ve İdeoloji, Terry Eagleton, İletişim yayınları.
İranologiya
İranşünaslıq – İran xalqlarının tarixi, ədəbiyyatı, incəsənəti və mədəniyyəti üzrə aparılan tədqiqatlara verilən ümumi ad. Şərqşünaslığın bir sahəsidir. İranşünaslıq, müasir Fars dili və ədəbiyyatının konkret olaraq tədqiq olunduğu Farsşünaslıqdan daha geniş və fərqlidir. İranşünaslıq fənni təkcə Farsların deyil, həm də azərbaycanlılar, kürdlər, lurlar, giləkilər, talışlar, taciklər, puştunlar, Osetinlər, Bəluclar, İskitlər, Sarmatlar, Alanlar, Parfiyalılar, Soğdlar, Baktriyalılar, Xorazmlar, Mazandaranilər və s. kimi müxtəlif çağdaş və tarixi İran xalqlarının mədəniyyətində, tarixində, dilində və digər aspektlərində geniş cərəyanlara yönəlmişdir.
İxtiologiya
İxtiologiya (yun. ἰχθύς [ixtis] — balıq; λόγος [loqos] — bilik) – onurğalılar zoologiyasının bir bölməsi. Balıqları, onların quruluşunu, orqanizmini, həyat tərzini, müxtəlif vaxtlarda və hövzələrdə yayılmasını, təsnifatını və təkamülünü öyrənir. İxtioloji tədqiqatlar balıq təsərrüfatını səmərəliləşdirməyə imkan verir, balıq ovunun və balıqçılığın inkişafını təmin edir.
Funksionalizm (etnologiya)
Funksionalizm — etnologiya sahəsində XX əsrin əvvəllərində meydana gəlmiş sosioloji məktəb. == Yaranması == Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20-ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu. İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R. Turnvald 1911-ci ildə irəli sürmüşdür. Lakin funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu. Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır. O bildirirdi ki, parlament idarəçiliyi mədəniyyətin mühüm elementi hesab edilir və çinlilərdə istifadə edilən çubuqlar isə yalnız qida prosesində kiçik bir elementdir.
Texnologiya (dəqiqləşdirmə)
Texnologiya
Texnologiya fəlsəfəsi
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir. Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir. Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir.
Reabilitasiya (penologiya)
Reabilitasiya — Bu, geniş bir əhatə dairəsi olan termin olsa da, onun hərfi mənası itirilmiş funksiyaların bərpası deməkdir. Fiziki müalicə ilə müqayisədə bu, daha uzun bir prosesdir və müalicədə xəstənin də aktiv formada iştirakı və səyi lazımdır. Reabilitasiya prosesi multidisiplinardır. Bu proses müddəti ərzində fizioterapevtlər, loqopedlər, psixoloqlar, sosial işçilər və digər səhiyyə işçiləri bir yerə yığışaraq xəstənin ehtiyaclarına müvafiq olan bir müalicə planı hazırlayırlar. Bu plan xəstənin tibbi tarixi, cari vəziyyəti və gələcək məqsədləri nəzərə alınmaqla tərtib edilir. Reabilitasiya prosesi xəstənin bərpa edilməli olan funksiyalarından asılı olaraq müxtəlif üsullar ilə ola bilər. Fiziki reabilitasiya məşq proqramları, manuel terapiya və texnoloji dəstək kimi üsulları əhatə etdiyi halda, nitq və eşitmə reabilitasiyasında isə əsas diqqət dil və ünsiyyət bacarıqlarının yenidən bərpasına yönləndirilir. Eyni zamanda, reabilitasiya prosesi zamanı psixoloji dəstək və məsləhətlər də mühüm bir rol oynayır.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib. Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur. == Təhsil strukturu == Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır. Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Fəlsəfə və texnologiya
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir.
Gebze Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Harbin Texnologiya İnstitutu
Harbin Texnologiya İnstitutu (çin. 哈尔滨工业大学) — Çin Xalq Respublikasının Harbin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 1920-ci ildə qoyulmuşdur. == Kitabxanası == İnstitutun zəngin kitabxana fondu var.
Hoşimin Texnologiya Universiteti
Hoşimin Texnologiya Universiteti (vyet. Trường Đại học Bách khoa, Đại học Quốc gia Thành phố Hồ Chí Minh) — Vyetnamın Hoşimin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. == Tarixi == Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kaunas Texnologiya Universiteti
Kaunas Texnologiya Universiteti (lit. Kauno technologijos universitetas) — Litvada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Baltik ölkələrində ən böyük texniki universitetdir. == Tarixi == Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Litva hökuməti tərəfindən universitetin yaradılması haqqında qərar 1920-ci ildə qəbul edilmişdi. 1930-cu ildə ali məktəb Vytautas Maqnus adlandırılır. Burada riyaziyyat və təbiət elmləri, tibb, texnika, eyni zamanda humanitar elmlər, hüquq tədris olunurdu. 1940-cı ildə hüquq, humanitar elmlər, riyaziyyat və təbiət elmləri fakültələri Vilnüsə köçürülür. Həmin ildən ali məktəb Kaunas Universiteti kimi tanınır. 1943-cü il, 17 mart tarixində bir sıra ali təhsil müəssisələri ilə yanaşı bu ali məktəb də almanlar tərəfindən bağlanır.
Lappeenranta Texnologiya Universiteti
Lappeenranta Texnologiya Universiteti — Finlandiyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Ali Lappeenranta İqtisadiyyat Məktəbi adı ilə 1969-cu ildə fəaliyyətə başlayan ali məktəb 2002-ci ildən universitet statusu alaraq Lappeenranta Texnologiya Universiteti adlandırılıb. Lappeenranta Texnologiya Universiteti özündə biznes və texnologiyaları birləşdirmiş ilk texnologiya universitetidir. Ali məktəb texniki sahə üzrə peşəkar kadrlar yetişdirməklə yanaşı qlobal iqtisadi və ekoloji problemlərin həlli yollarını təklif edir. LTU tələbələrin akademik düşüncəsini inkişaf etdirir və karyera boyunca müvəffəqiyyət üçün peşəkar bacarıqların möhkəm bünövrəsini formalaşdırır. == Tədris prosesi == Lappeenranta Texnologiya Universitetində texnologiya, mühəndislik-iqtisadi və biznes məktəbi fakültələri fəaliyyət göstərir. Ali təhsil ocağının fakültələrinin hər biri magistratura, doktorantura və tələbə mübadiləsi proqramlarını təklif edir. Enerji effektivliyi və energetika texnologiyaları, istehsal və metalların emalı,həmçinin elmi hesablamalar və hadisələrin modelləşdirilməsi texnologiya fakültəsinin əsas istiqamətləridir. Mühəndislik-iqtisadi fakültənin fəaliyyəti innovasiyalar və informasiya texnologiyaları sahəsində biliklərə yönəldilib. Biznes Məktəbi fakültəsində qlobal bazarda müəssisələrin möhkəm rəqabət üstünlüyünün təmin olunması, biznesin müxtəlif formaları üzrə kadrlar hazırlanır.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Monterrey Texnologiya İnstitutu
Monterrey Texnologiya İnstitutu (isp. Instituto Tecnológico y de Estudios Superiores de Monterrey, ITESM) — Meksikanın Monterrey şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 6 sentyabr 1943-cü ildə qoyulmuşdur. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.