Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
Düşən Pul (teleoyun)
10 milyon televiziya oyunudur.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Neft İxrac Edən Ölkələr Birliyi
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. == İstinadlar == Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heycanlar aləmi". Тom III. Onurğalılar, 2000 il.
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. == Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası == Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri
Bakı-Tbilisi-Ceyhan boru xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri.Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir. == Tarixi == Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəlin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co) tərəfindən tikilib. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir.
Nomenklatura
Nomenklatura (lat. nimenclature) Ümumi qəbul edilmiş obyektlərin adlarının hadisə və proseslərin müəyyən sisteminə deyilir. Coğrafi nomenklatura təbii obyektlərin müəyyən ardıcıllıqla tərtib edilmiş siyahısıdır. (Coğrafiya) Hər hansı elm, təhsil və sənət sahəsində işlənən əsas termin və anlayışların məcmusu, siyahısı.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
Bakı-Tbilisi-Ceyhan boru xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri.Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir. == Tarixi == Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəlin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co) tərəfindən tikilib. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir.
Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. == Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası == Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
Adambaşına düşən ÜDM (AQP) üzrə ölkələrin siyahısı
Adambaşına düşən ümumi daxili məhsul (alıcılıq qabiliyyəti paritetinə üzrə) ölkədə orta hesabla bir nəfər ( alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) müəyyən il ərzində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyərini əks etdirən makroiqtisadi göstəricidir. Adambaşına düşən ÜDM (AQP üzrə) ölkənin iqtisadi inkişaf səviyyəsini müəyyən edən xüsusiyyətdir. Müqayisə üçün bütün göstəricilər vahid valyutada - ABŞ dollarında ifadə olunur. Milli valyutalardan hesablaşmalar, beynəlxalq iqtisadi müqayisələrdə adət olduğu kimi, bazar məzənnələri ilə deyil, alıcılıq qabiliyyəti pariteti ilə həyata keçirilir. == Avrozonanın milli hesablarında qeyri-qanuni iqtisadi fəaliyyətin əhatə dairəsinin genişləndirilməsi == Bir çox Avropa ölkələrində kölgə iqtisadiyyatının payı əhəmiyyətlidir və ÜDM-in 10 faizdən 40 faizindən çoxunu təşkil edir. 2014-cü ildən Avrostat, Rəsmi statistika orqanı, AB üzv dövlətləri bəzi qeyri-qanuni fəaliyyətlərə qoşulmağa çağırır. == Offşor zonalar olan ölkələr üçün adambaşına düşən təhrif edilmiş ÜDM (AQP) == Adambaşına düşən ÜDM-in (AQP) yurisdiksiyaya görə dəyişə bilməsinin bir çox təbii iqtisadi səbəbləri var (məsələn, böyük neft və qaz ehtiyatlarına malik olan ölkələrdə adambaşına düşən ÜDM yüksək olur). Bəzi iqtisadçılar hesab edirlər ki, ofşor zonalar və ya korporativ vergi cənnətləri iqtisadi məlumatları təhrif edir, nəticədə adambaşına düşən ÜDM (PPP) rəqəmləri süni şəkildə şişirdilir . Dünya yurisdiksiyalarının 15% - dən çoxu vergi cənnəti olduğu təxmin edilir. BVF-nin araşdırmalarına görə, müxtəlif yurisdiksiyaların ÜDM-ə güclü təsir göstərən birbaşa qlobal xarici investisiya axınlarının təxminən 40% - i "fantom" əməliyyatlar kimi təsvir olunur.
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Binar nomenklatura
Binominal nomenklatura (və ya binar nomenklatura, bioloji nomenklatura) — biologiya sistemində növlərin 2 sözdən ibarət adla — cinsin adı və növün adı ilə (zoologiya terminologiyaya görə), cinsin adı və növün epiteti ilə (botanika terminologiyasına görə) adlandırılması kimi qəbul olunub. Təbabətdə yayılan və bizi əhatə edən bitkilər olduqda müxtəlif forma və quruluşa malikdir. Bitki aləmində bir-birinə bütün əlamətlərilə tam oxşar olan iki müxtəlif fərd tapmaq qeyri-mümkündür. Məhz ona görə də bitki aləmini öyrənənlərin qarşısında bitki növlərini bir-birindən fərqləndirmək üçün təsnifatın yaranması bir zərurət kimi meydana çıxdı. Bu sahədə çalışan ilk alimlər ayrı-ayrı bitkilərin xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən edərək insan üçün hansılarının faydalı və hansılarının zərərli olduqlarını müəyyən etməyə çalışmışdır. Bitki aləmini öyrənmək və onlardan düzgün istifadə etmək üçün təsnifatın yaradılması həyatı tələbatdan irəli gəlirdi. Bitkilərin təsnifatı sahəsində ilk təşəbbüs Teofrast tərəfindən (b.e.ə 372–288-ci illərdə) olmuşdur. Teofrast bitkiləri aşağıdakı qruplara ayırmışdır : ağac, kol, ot, yabanı və mədəni, həmişəyaşıl və yarpağını tökən, çiçəkləyən, çiçəkləməyən və s. Onun "Bitkilərin tarix"i əsərində bitkilərin əsas orqanları kök, gövdə, budaq, yarpaq, çiçək, meyvə, toxum haqqında məlumat verilir. Bu orqanların bir və ikiləpəli bitkilərə məxsus olduğu göstərilir.
Binominal nomenklatura
Binominal nomenklatura (və ya binar nomenklatura, bioloji nomenklatura) — biologiya sistemində növlərin 2 sözdən ibarət adla — cinsin adı və növün adı ilə (zoologiya terminologiyaya görə), cinsin adı və növün epiteti ilə (botanika terminologiyasına görə) adlandırılması kimi qəbul olunub. Təbabətdə yayılan və bizi əhatə edən bitkilər olduqda müxtəlif forma və quruluşa malikdir. Bitki aləmində bir-birinə bütün əlamətlərilə tam oxşar olan iki müxtəlif fərd tapmaq qeyri-mümkündür. Məhz ona görə də bitki aləmini öyrənənlərin qarşısında bitki növlərini bir-birindən fərqləndirmək üçün təsnifatın yaranması bir zərurət kimi meydana çıxdı. Bu sahədə çalışan ilk alimlər ayrı-ayrı bitkilərin xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən edərək insan üçün hansılarının faydalı və hansılarının zərərli olduqlarını müəyyən etməyə çalışmışdır. Bitki aləmini öyrənmək və onlardan düzgün istifadə etmək üçün təsnifatın yaradılması həyatı tələbatdan irəli gəlirdi. Bitkilərin təsnifatı sahəsində ilk təşəbbüs Teofrast tərəfindən (b.e.ə 372–288-ci illərdə) olmuşdur. Teofrast bitkiləri aşağıdakı qruplara ayırmışdır : ağac, kol, ot, yabanı və mədəni, həmişəyaşıl və yarpağını tökən, çiçəkləyən, çiçəkləməyən və s. Onun "Bitkilərin tarix"i əsərində bitkilərin əsas orqanları kök, gövdə, budaq, yarpaq, çiçək, meyvə, toxum haqqında məlumat verilir. Bu orqanların bir və ikiləpəli bitkilərə məxsus olduğu göstərilir.
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. == Haqqında == Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. == Tarixi == Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. == BMT-nin Beynəlxalq Malların Satışına dair Müqavilələrə dair Konvensiyasının iştirakçısı olan dövlətlər == 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): == İstinadlar == == Ədəbiyyat == Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
Nomenklatur tipi
Tip və ya nomenklatur tipi (lat. typus) — (lat. typus nomenclaturalis), — taksonun təsvirinə əsaslanan bioloji təsnifləndirmə elementi. == İstinadlar == == Xarici keçidlər == Nomenklatur tipi Ali bitkilər Vienna Code, 2006 Beynəlxalq kodeks Division II. Rules and Recomendations. Chapter II. Status, Typification, and Priority of Names. Section 2.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Antonio Nikolas Düşen
Antuan Nikola Düşen (fr. Antoine Nicolas Duchesne; 7 oktyabr 1747, Versal – 18 fevral 1827, Paris) — fransız botaniki. Qaytarma (Duchesnea Sm.) bitki cinsinin latınca adı Düşenin şərəfinə adlandırılıb. == Əsərləri == Manuel de botanique, contenant les propriétés des plantes utiles, 1764 Essai sur l’histoire naturelle des courges paru dans l’Encyclopédie méthodique de Jean-Baptiste de Lamarck 1764. Histoire naturelle des fraisiers contenant les vues d'économie réunies à la botanique et suivie de remarques particulières sur plusieurs points qui ont rapport à l'histoire naturelle générale, Didot jeune, Paris 1766 Le Jardinier prévoyant, contenant par forme de tableau, le rapport des opérations journalières avec le temps des récoltes successives qu'elles préparent. 11 vols. P. F. Didot jeune, Paris 1770-1781 Sur la formation des jardins, Dorez, Paris 1775. Le Porte-feuille des enfans, mélange intéressant d'animaux, fruits, fleurs, habillemens, plans, cartes et autres objets.... Mérigot jeune, Paris, [n.d., probably 1784]. Le Livret du ″Porte-feuille des enfans″, à l'usage des écoles...
Antuan Nikola Düşen
Antuan Nikola Düşen (fr. Antoine Nicolas Duchesne; 7 oktyabr 1747, Versal – 18 fevral 1827, Paris) — fransız botaniki. Qaytarma (Duchesnea Sm.) bitki cinsinin latınca adı Düşenin şərəfinə adlandırılıb. == Əsərləri == Manuel de botanique, contenant les propriétés des plantes utiles, 1764 Essai sur l’histoire naturelle des courges paru dans l’Encyclopédie méthodique de Jean-Baptiste de Lamarck 1764. Histoire naturelle des fraisiers contenant les vues d'économie réunies à la botanique et suivie de remarques particulières sur plusieurs points qui ont rapport à l'histoire naturelle générale, Didot jeune, Paris 1766 Le Jardinier prévoyant, contenant par forme de tableau, le rapport des opérations journalières avec le temps des récoltes successives qu'elles préparent. 11 vols. P. F. Didot jeune, Paris 1770-1781 Sur la formation des jardins, Dorez, Paris 1775. Le Porte-feuille des enfans, mélange intéressant d'animaux, fruits, fleurs, habillemens, plans, cartes et autres objets.... Mérigot jeune, Paris, [n.d., probably 1784]. Le Livret du ″Porte-feuille des enfans″, à l'usage des écoles...
İrac (Sərab)
İrac (fars. ايرج‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (15 ailə).
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Beynəlxalq Zooloji Nomenklatura Kodu
Beynəlxalq Zooloji Nomenklatura Kodu (İngilis dili; International Code of Zoological Nomenclature, ICZN) heyvan kimi qəbul edilən orqanizmlərin rəsmi adlandırma qaydalarını təyin edən zoologiya sahəsində geniş yayılmış bir nomenklaturadır. Qaydalar əsasən aşağıdakıları tənzimləyir: Binominal nomenklatura daxilində adları necə düzgün təyin etmənin mümkünlüyü; Müxtəlif adlar arasındakı ziddiyyətlər zamanı hansı adın istifadə ediləcəyinin seçilməsi; Elmi ədəbiyyatda hansı adlardan istifadə ediləcəyinin müəyyənləşdirilməsi.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssamBöyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Düşmən (film, 2013)
Düşmən (ing. Enemy) — Deni Vilnyovun psixoloji detektiv janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur. Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər. == Süjet == Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür.
Düşün məni (mahnı)
Düşün məni — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Sevinc Şirinə, musiqisi isə Sevinc Tağıyevaya məxsusdur. Çəkilişləri Bakının Xəzəryanı çimərliklərində çəkilib. Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Klipi türkiyəli rejissor Murat Küçük lentə almışdır. Klipdə 2008-ci ildə "The Best Model of Azerbaijan 2008" yarışmasının qalibi Azər Atakişiyevdə rol almışdır. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır. 2016-cı ildə türkiyəli müğənni Damla Koç mahnını yenidən oranjeman edərək "Düşün beni" adı ilə yenidən ifa edib, klip çəkmişdir. == Mükafatlar == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Lüsen
Lüsen— Bolzanonun təxminən 40 kilometr şimal-şərqində İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu ilə görə əhalisi 1,543 nəfər və ərazisi 74.2 kvadrat kilometrdir.Lüsen aşağıdakı bələdiyyələrlə sərhədlənir: Brixen, Mareo, Natz-Sçabs, Rodenek, St. Lorenzen və San Martin de Tor. == Tarixi == Emblem zirehdə nizəli, at üstündə sola baxan cəngavəri ifadə edir. Emblem 1967-ci ildə qəbul edilmişdir, 1607-ci ildən Brixen hökuməti tərəfindən istifadə olunan silahlar bərpa edilir. == Cəmiyyət == === İstifadə dilinin yayılması === 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.77% -i alman dili, 1.39% italyan dili və 0.83% Ladin dilində birinci dil kimi danışırlar.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Adi süsən
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Aletta Ouşen
Aletta Ouşen (ing. Aletta Ocean; 14 dekabr 1987, Budapeşt) — Macarıstan pornoaktrisasıdır. Əsl adı Dora Varqadır (macarca: Dóra Varga). 2006-cı ildə gözəllik müsabiqənin qalibi olduqdan sonra pornoqrafik karyerasına başlamışdır..
Anton Hüsen
Anton Hüsen və ya Haysen (ing. Anton Hysén; 13 dekabr 1990,, Liverpul, İngiltərə) — İsveç futbolçusu, Utsiktens klubunun 3-ü divizionunda oynayır. Antonun atası Qlenn bir neçə milli və beynəlxalq oyunların qalibi idi, onun qardaşları Tobias və Aleksandr peşəkar futbolçulardır. == İdman karyerası == Gənc yaşlarında Hüsen əvvəlcə Torsland və Lundby klublarında oynayırdı. Daha sonra o, İsveçin 17 yaşadək milli komandasının üzvü və BK Hacken klubunun gənclərdən ibarət qrupuna daxil oldu. Gənc oyunçu statusunu itirdikdən sonra, o 2009-cu ilin yayında İsveçin Utsiktens komandasının 4-cü divizionuna qatıldı. Orada o ilk dəfə olaraq ikinci komanda üçün oynadı. 2010-cu ildən Hüsen müvəqqəti olaraq atası tərəfindən çalışdırılaraq ilk konkurent komandasının heyətində çıxış edirdi. 2011-ci ilin sonunadək Anton bu komandanın tərkibində oynayırdı və bundan sonra o həmçinin ABŞ-nin bir sıra klublarından təklif aldı. Lakin 3-cü liqanın mövsümündə bu dəyişikliklər baş vermədiyindən, o Utsiktens həmişəki oyunçular siyahısından faktiki olaraq çıxarılmışdı.
Cırtdan süsən
Cırtdan süsən (lat. Iris pumila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Desen-1
Desen-1(C10H20) - doymamış karbohidrogenlər – alkenlər sinfinə aid olan düzxətli quruluşa malik doymamış karbohidrogendir. O, 10 karbon atomuna, eləcə də 20 hidrogen atomuna malik bu sinfin tipik nümayəndəsidir. == Fiziki xassələri == Desen-1 suda həll olmayan, etanolda və dietil efirində həll olan rəngsiz mayedir. == Tətbiqi == Desen-1 motor yaglarının və E907 qida əlavəsinin istehsalında istifadə olunan polimerləşdirilmiş desenin istehsalında tətbiq olunur. == Alınması == Bu karbohidrogen, əsasən, termiki krekinq yolu ilə alınır. Onu almaq üçün ilkin maddə kimi eykozan (C20H42) istifadə olunur. Reaksiya ümumi şəkildə belədir: C20H42 −(t, Pt)→ C10H22 (dekan) + C10H20 (desen). == Mənbə == Свойства органических соединений: Справочник. — Под ред. Потехина А. А. — Л.: Химия, 1984.
Duşan Vlahoviç
Duşan Vlahoviç (28 yanvar 2000, Belqrad) – Serbiyalı futbolçu. İtaliya A Seriyasında çıxış edən Yuventusun və futbol üzrə Serbiya milli komandasının hücumçusu. == Karyerası == === Partizan === Partizanda ilk matçına 21 fevral 2016-cı ildə keçirilən Belqrad-Partizan matçının 70-ci dəqiqəsində çıxıb. Matç Belqradın 2–1 hesablı qələbəsi ilə başa çatıb.Partizanda ilk qolunu isə 2 aprel 2016-cı ildə keçirilən Partizan-Radnik matçında vurub. Matça 46-cı dəqiqədə daxil olmasına baxmayaraq 54-cü dəqiqədə fərqlənməyi bacarıb.Eyni zamanda matçın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Partizanın 3–2 hesablı qələbəsi ilə başa çatıb. === Fiorentina === Fiorentinada ilk matçına 25 sentyabr 2018-ci ildə keçirilən İnter-Fiorentina matçının 84-cü dəqiqəsində çıxıb. Matç İnterin 2–1 hesablı qələbəsi ilə başa çatıb. Fiorentinada ilk qolunu isə 25 iyul 2019-cu ildə keçirilən Fiorentina-Benfika matçının 29-cu dəqiqəsində vurub.Matça start heyətdə başlayan Vlahoviç 68-ci dəqiqədə əvəzlənib.Matç Benfikanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. 28 yanvar 2022-ci ildə Fiorentinadan ayrıldı. === Yuventus === 28 yanvar 2022-ci ildə Yuventusa transfer olundu.Yuventusda ilk matçına 6 fevral 2022-ci ildə keçirilən Yuventus-Verona matçında çıxıb.
Duşes limonadı
Duşes limonadı — açıq sarı rəngli alkoqolsuz güclü karbonatlaşdırılmış tonlayıcı içki. Tərkibindəkilər əsasən limon suyu, şəkər və karbon qazıdır. Əsasən duşes armudundan istifadə edilir. Duşes armudu ona bir az büzüşümlü turşuluq, tonlayıcı təsir, güclü aroma və şirin dad verir. == Haqqında == SSRİ-də məşhur içki "Duşes" tonlayıcı qazlı içkilərin arasında birinci yeri tutmuşdur. Gürcüstan, Ermənistan və Krımda hazırlanan şərbətlər duşes limonadındada işlədildikdən sonra 1930-cu ildə istehsala buraxılmışdır. İstehsala buraxıldıqda 0,5 litrlik şüşələrdən istifadə edilirdi. 1 ədədinin dəyəri 10 qəpik idi.Sovet İttifaqının dağılmasından bəri, indi bu içkilərin "Duşes" markası altında analoji məhsullar Rusiyada alkoqolsuz içkilər istehsal edən bir sıra müəssisələrdə müxtəlif şüşə və plastik konteynerlərdə istehsal olunur == İstinadlar == === Mənbə === Игристый лимонад со вкусом и ароматом груши «Дюшес» разлили по бокалам эксперты «Литера» "Доверяй, но проверяй": лимонад "Дюшес" Кто придумал лимонад, или Краткая история газировки Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine Волшебные пузырьки. Настоящая газировка с годами не меняется Советский лимонад, он вкусный самый!
Danların əməlləri
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Maltanın iqlimi
Malta Köppen iqlim sinifləndirməsinə görə olduqca mülayim qışı və isti yayı ilə Aralıq dənizi iqliminə malikdir. Yağınıt əsasən qışda olur, yay isə ümumiyyətlə quru olur. Troll-Paffen iqlim təsnifatına və Sieqmund/ Frankenberq iqlim təsnifatına görə, Malta 35º şimal enliyində olan subtropik zonada yerləşir. == Temperatur == Orta illik temperatur gündüz 23 °C (73 °F) , gecə isə 16 °C (61 °F) ətrafındadır (Avropadakı ən isti temperatur ortalamalarından biridir). Ən soyuq ayda -Yanvarda gündüz maksimum temperatur 12–20 °C (54–68 °F), gecə minimum temperatur isə 6–12 °C (43–54 °F) təşkil edir. Aprel ayı gündüz 17–22 °C (63–72 °F), gecə isə 10–14 °C (50–57 °F) arasında temperatur ilə başlayır. Noyabrda temperatur gündüzlər 17–23 °C (63–73 °F) , gecələr isə 11–18 °C (52–64 °F) olur. Lakin ilin qış aylarında (dekabr, yanvar, fevral) temperatur bəzən 20 °C (68 °F)-ə çatır. Mart ayı keçidlidir, isti isti ilə, gündəlik maksimumlar tez-tez 20 ° C-dən (68 ° F) çox olur. Mart isti temperatur ilə keçid ayıdır və gündəlik tez-tez 20 °C (68 °F)-i keçir.
Metalların korroziyası
=== Metalların korroziyası və onların qarşısının alınması === Metallar və onların ərintilərinin ətraf mühitin təsirindən kimyəvi və elektrokimyəvi dağılmasına korroziya deyilir. Korroziya latınca “aşınma” deməkdir. Metalların elektrik cərəyanı mühitlə qarşılıqlı təsiri nəticəsində dağılmasına kimyəvi korroziya deyilir. Kimyəvi korroziya quru qazların və qeyri-elektrolitlərin (neft, kerosin, benzin, sürtkü yağları və s.) təsiri nəticəsində baş verir. Kimyəvi korroziya zamanı elektronlar bilavasitə metal atomundan oksidləşdiriciyə keçir. Metalların və ya ərintilərin qalvanik cütlər əmələ gətirməsi və elektrik cərəyanının yaranması nəticəsində dağılmasına elektrokimyəvi korroziya deyilir. Mühiti su olan məhlullarda gedən korroziyanın bütün halları elektrokimyəvi korroziyaya aiddir. Elektrokimyəvi korroziya turş, qələvi, neytral mühitdə gedə bilər. Korroziyanın bu növü elektrolit mühitində müxtəlif metalların təmasda olması zamanı baş verir. Buna misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar.
Pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır.Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır. Bu işdə ilkin və ən əsas məqsəd ölkədə tamah niyyəti ilə törədilən bütün cinayətlərin qarşısının alınmasıdır.
Xalqların dostluğu
Xalqların dostluğu — sosialist inkişaf yoluna qədəm qoyan xalqların və millətlərin hərtərəfli qardaşlıq əməkdaşlığı və qarşılıqlı köməyi əsasında Sovet dövlətinin mövcudluğunun elan olunmuş prinsipini ifadə edən SSRİ-nin əsas ideoloji şərtlərindən biridir. XX əsrin çoxmillətli dövlətlərində, sosialist cəmiyyətlərin inkişafının elan edilmiş əsas prinsiplərindən biridir. Prinsipin əhəmiyyəti SSRİ-də Xalqlar Dostluğu ordeninin təsis edilməsi və Xalqlar Dostluğu Universitetinin yaradılması ilə də vurğulandı. Daşkənddə konsert salonlarından biri "Xalqlar Dostluğu" adlanır; XX əsrdə Xalqlar Dostluğu Muzeyi də fəaliyyət göstərirdi. == Həmçinin bax == Multikulturalizm İnternasionalizm == Ədəbiyyat == rus dilindəСергей Митрофанович. Дружба народов // Философский энциклопедический словарь (150000 nüs.). М.: Советская энциклопедия. Гл. редакция: Ильичёв, Леонид Фёдорович, П. Н. Федосеев, Ковалёв, Сергей Митрофанович,Панов, Виктор Георгиевич. 1983.
Yolların sonu
Yolların sonu — türk şair, yazıçı, tarixçi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabı.Nihal Atsızın bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
Çayların qidalanması
Çayların qidalanması — Qidalandığı mənbədən suyun daxil olmasıdır (axması). Bu yağış, qar, buz, yeraltı su ola bilər. Çayın ayrı-ayrı hissəsində və ilin müxtəlif dövründə bu və ya digər mənbənin üstünlüyü ilə olur.
Çayların təsnifatı
Çayların təsnifatı- sutoplayıcı hövzə, çay şəbəkəsi, çayın qida maddələri və s., kəmiyyət və keyfiyyət göstəricilərinin qruplaşdırılmasıdır. Bir sıra təqiqatçıların çaylar haqqında təsnifatı mövcuddur. Respublikamızdakı çayların bir sıra xassələrinə görə təsnifatı S.H.Rüstəmov tərəfindən hazırlanmışdır. S.H.Rüstəmov qida mənbəyi üstünlüyündən asılı olaraq Azərbaycan çaylarını 4 yerə bölür.
Xalqların məbədi
"Xalqlar məbədi" (ing. Peoples Temple,) — 1955-ci ildə İndiana ştatının İndianapolis şəhərində Cim Cons tərəfindən əsası qoyulmuş yeni dini hərəkat (həmçinin dağıdıcı kult və totalitar sekta kimi müəyyən edilir). Cons Xalqlar Məbədini xristianlığın elementlərini kommunist və sosialist ideyaları ilə birləşdirən, həmçinin irqi bərabərliyə üstünlük verən mesajı yaymaq üçün istifadə edirdi . Xalqlar Məbədi 1978-ci il noyabrın 18-də Qayanada baş verən hadisələrlə, onun Constaun adlı ucqar yaşayış məntəqəsində kütləvi intihar nəticəsində 909 nəfərin ölümü, həmçinin ABŞ konqresmeni Leo Rayan və onun nümayəndə heyətinin qətli ilə məşhurdur. Constaun kütləvi intiharları 11 sentyabr terror hücumlarına kimi ABŞ vətəndaşlarının ən çox həlak olduğu hadisə sayılır. Qrup 1960-cı illərdə Kaliforniyaya köçdü və San-Fransiskodakı qərargahı da daxil olmaqla bütün ştatda bir neçə filiallar yaratdı. Fəaliyyətinin zirvəsində məbədin 20.000 üzvü (əslində, 3–5 min daha çox) olduğu ehtimal olunur və bir çox solçu siyasi xadimlərlə əlaqəsi var idi. == Formalaşması (1955–1965) == === İndianapolisdə genişlənmə === Xalqlar Məbədinin qurucusu Cim Uorren Cons 1931-ci ildə İndiana ştatının Krit şəhərində anadan olub. O, uşaqlıqdan dinlə maraqlanıb, yeniyetmə yaşlarından küçələrdə təbliğat aparıb. Kilsə yaranmazdan əvvəl Cim Cons kommunizmə heyran olmuş və ABŞ-də kommunistlərin təqibindən məyus olmuşdu .
Çayların sululuğu
Dağlıq ölkələrdə coğrafi mühitin komponentlərinin, o cümlədən iqlimin və hidroloji rejimin formalaşmasında əsas rolu ərazinin dəniz səviyyəsindən hansı yüksəklikdə yerləşməsi oynayır. Yüksəklik dəyişdikcə günəş enerjisinin paylanma xüsusiyyəti, istilik və rütubətin nisbəti dəyişir. Bununla əlaqədar coğrafi şəraitin bütün kompleksi, o cümlədən ərazinin su balansı dəyişikliklərə məruz qalır. Dağlıq ölkənin yüksəklik amplitudası nə qədər çox olarsa onun hidroloji elementlərə təsir edən amillərin müxtəlifliyi də çox olur. == Çay axımının təyin edilməsi == Hidroloji rejimin genezisinin tədqiqat tarixinə nəzər salsaq görə bilərik ki, bu tədqiqatlarda iqlim amilinə əsas yer verilirdi. Ona görə çay axımını təyin etmək üçün orta illik axım və bəzi meteoroloji elementlər (yağıntı, temperatur) arasında əlaqələr qurulurdu. Bu əlaqələrdən vaxtilə kiçik və az öyrənilmiş çayların axımını təyin etmək üçün geniş istifadə edilirdi. Lakin bu fikir keçmiş dövrlərdə geologiyanın, relyefin, torpaq-bitki örtüyünün az öyrənilməsindən irəli gəlmişdir. Hazırda belə qənaətə gəlinmişdir ki, ərazinin su rejimi bir-biri ilə sıx əlaqədə olan təbii amillərin kompleks təsirinin nəticəsidir. Məsələn, iqlim hər hansı bır ərazidən mümkün olan buxarlanmanı müəyyən edir.
Hərəkət nəzarəti
Hərəkət nəzarəti — Avtomatlaşdırma intizamının tərkib hissəsidir. O, obyektlərin hərəkəti ilə konseptual şəkildə əlaqəli olan bütün texnologiyaları əhatə edir. Bununla birlikdə, hərəkətə nəzarət dedikdə, maşın hissələrini aktivləşdirmək üçün ilk növbədə servo mexanizmlərin hərəkət nəzarəti olmaqla, hidravlik/pnevmatik nasosların, silindrlərin (pistonların), elektrik mühərriklərinin hərəkət nəzarətidir. Bununla birlikdə, hərəkətin idarə edilməsi və ya hərəkət nəzarəti deyildikdə, ümumiyyətlə servo motorların hərəkət nəzarəti başa düşülür. Hərəkət idarəsində (nəzarətində), hərəkətin iki əsas komponenti olan mövqe və sürət komponentlərinin nəzarəti vacibdir. Hərəkət nəzarəti robot texnikası və CNC sistemlərinin vacib hissəsidir. Bununla birlikdə, bu sistemlərdə hərəkət nəzarəti, kinematikanın adətən daha sadə olduğu ixtisaslaşdırılmış maşınlardakı hərəkətə nəzarətdən daha mürəkkəbdir. Nisbətən daha sadə olan ikinci istifadəni ümumi hərəkət nəzarəti adlandırmaq olar. Hərəkət nəzarəti qablaşdırma, çap, toxuculuq, yarımfabrikat istehsalı, montaj sənayesi və istehsal xətlərində geniş istifadə olunur. == Ümumi baxış == Əsas hərəkətə nəzarət sistemi arxitekturasına aşağıdakı komponentlər daxildir: İstədiyiniz hərəkət profilinə uyğun olaraq istinad nöqtələrini yaradan bir hərəkət nəzarətçisi Hərəkət tənzimləyicisi tərəfindən istehsal olunan nəzarət siqnalını aktuatora ötürmək üçün daha güclü bir elektrik cərəyanına/gərginliyə çevirən gücləndirici.
Maliyyə nəzarəti
Maliyyə nəzarəti — təsərrüfat subyektlərinin və rəhbərliyin fəaliyyətinin maliyyə və əlaqəli məsələlərini onun təşkilinin konkret forma və üsullarından istifadə etməklə yoxlamaq üçün tədbirlər və əməliyyatlar məcmusudur. == Mahiyyəti == Maliyyə nəzarəti təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə və onunla əlaqədar olan məsələlərin işlənməsi, həmçinin onun təşkilinin özünəməxsus metodlarının və formalarının dəyişməsi üzrə əməliyyatların məcmusudur. Maliyyə nəzarəti iqtisadiyyatda milli məhsulun natural və dəyər göstəriciləri tarazlığındakı pozuntuları, makro və mikro iqtisadi tənzimləmə prosesində bu və ya digər uyğunsuzluqları aşkara çıxarmaq üçün alət kimi istifadə olunur. Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən bütün əməliyyatlar daxildir. Bu zaman ilk növbədə maliyyə ehtiyyatlarının formalaşdırılması, həmçinin. fəaliyyətin bütün növləri üzrə pul vəsaitləri fondlarının qarşılıqlı əlaqələri qeyd edilməlidir Konkret olaraq maliyyə nəzarətinə aşağıdakı istiqamətlər daxildir: iqtisadi qanunların tələblərinə nəzarət olunması məcmu ictimai məhsulun dəyərinin və milli gəlirin bölgüsü və yenidən bölgüsü büdcənin tərtib edilməsi və büdcə nəzarəti vergi nəzarətiSadalanan istiqamətləri baxımından maliyyə nəzarəti aşağıdakıların düzgünlüyünü əhatə edir: dəyər göstəricilərinin formalaşmasının və təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin büdcənin və büdcədənkənar fondların tərtib olunmasının və icrasının qeyri-kommersiyatəşkilatlarınınsmetasınınxərclənməsinin büdcə vəsaitlərinin məqsədli istifadəsinin vergi ödənişlərinin,vergi ayırmalarının tamlığının və vaxta müvafiqliyininD.Q.Çernik maliyyə nəzarətinin mahiyyətini bu qaydada açıqlayır: «Maliyyə nəzarəti maliyyənin nəzarət funksiyasının həyata keçirilməsinin forması kimi çıxış edir. Onun məzmunu və təyinatı təsərrüfat subyektlərinin, sahə (idarə) və ərazi idarəetmə subyektlərinin maliyyə fəaliyyətinin yoxlanılmasından ibarət olur. Maliyyə nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir: maliyyə vəsaitlərinə olan tələbatlar və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi; dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında təmin edilməsi; müəssisə və təşkilatların pul vəsaitlərindən səmərəli istifadə olunmasına, uçot və hesabat işlərinin düzgün qurulmasına kömək etmək; qüvvədə olan qanunvericilik və normativ aktlara riayət olunmasına nəzarəti gücləndirmək; müəssisələrin xarici-iqtisadi fəaliyyətində yüksək fəallığa nail olunmasına köməklik etməkBeləliklə, demək olar ki, maliyyə nəzarəti – xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanması məcmusundan ibarətdir == Məzmunu == Məlumdur ki, maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir. Maliyyə bölgü kateqoriyası olduğundan onun bölgüdə iştirakı şəksizdir.
Məhkəmə nəzarəti
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. == Ümumi prinsipləri == Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Valyuta nəzarəti
Valyuta nəzarəti — valyuta əməliyyatlarının aparılması zamanı valyuta qanunvericiliyinə əməl olunmasına valyuta nəzarəti orqanlarının və agentlərinin nəzarəti. Doktrinal tərif (Maliyyə hüququ dərsliyinin 4-cü nəşrinə görə N.İ. Ximiçeva, 2008): "Valyuta nəzarəti Rusiya hökumətinin, valyuta nəzarəti orqanlarının və agentlərinin valyuta əməliyyatlarının həyata keçirilməsində valyuta qanunvericiliyinə riayət edilməsinə nəzarətidir." Valyuta nəzarəti agentləri banklar, vneseconobank, eləcə də peşəkar qiymətli kağızlar bazarı iştirakçıları, gömrük orqanları və vergi orqanlarıdır. == Valyuta nəzarətinin mərhələləri == Valyuta tənzimləməsinin qaydaları və tələbləri əməliyyatların növündən asılı olaraq fərqlənir. Bununla birlikdə, bank tərəfindən həyata keçirilən valyuta nəzarətinin standart prosesi aşağıdakı mərhələlərdən ibarətdir: Sənədlər toplusu; Xüsusi bir hesab açmaq (lazım olduqda); İdarəetmə prosedurları; Müqavilənin qeydiyyatı (lazım olduqda); Bütün tələb olunan reyestrlərdə əməliyyat haqqında məlumatın əks olunması; Əməliyyatın icrası, rezervasyon proseduru; Ehtiyat vəsaitlərinin miqdarının qaytarılması; Əməliyyatın bağlanması; Hesabat hazırlığı. == Tarixi == Əksər ölkələrdə xarici birja idarələri çox yayılmışdır. Məsələn, bir çox qərb Avropa ölkəsi II Dünya Müharibəsindən dərhal sonra illərdə birja nəzarəti həyata keçirdi. Tədbirlər tədricən mərhələli şəkildə mərhələli idi, çünki müharibədən sonrakı iqtisadiyyatın qitədə durmadan gücləndi; Birləşmiş Krallıq, məsələn, 1979-cu il oktyabrın 1990-cı ildəki məhdudiyyətlərinin sonuncusunu çıxardı. Fransada birinci dünya müharibəsindən sonra mübadilə idarələri başladı. Daha sonra 1939-1967-ci illər arasında yenidən ortaya çıxdı. Çox qısa bir kəsilmədən sonra 1968-ci ildə birja nəzarət, 1984-cü ildə rahatlaşdı və nəhayət 1989-cu ildə ləğv edildi.
Allahın Padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Allahın adları
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
İsmin halları
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
Mandarin
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Nezametnıe adaları
Nezametnıe adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində yerləşir. Komsomoles cənub-şərq qutaracağında, Poskednıy burnundan 500 m aralıda yerləşir. Arxipelaqa 3 böyük və bir necə kiçik ada daxildir. Onlar 300–700 m məsafədə bir-birinfən aralıda yerləşirlər. Üç nisbətən iri adalar 350, 550 və 600 m uzunluğa malikdirlər. Adalarda yükdəklik yoxdur. Ayrılıqda adaların adlarıda yoxdur.