Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Kürçülü
Kürçülü (əvvəlki adı: Kürd Çullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürd Çullu kəndi Kürçülü kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Kürklü Venera (roman)
Kürklü Venera - Almaniya yazıçısı Leopold fon Zaxer-Mazox tərəfindən 1870-ci ildə yazılmış roman. == Hekayə == Kürlü Venera romanında yazıçı sevdiyi qadınlarla olan münasibətlərini açııq şəkildə sərgiləyir. Romanda Sever ilə dul qadın Vanda arasında yaşanan məhəbbətdən bəhs olunur. Sever sevdiyi qadın üçün hər şey edir. Həmçinin sevdiyi qadın tərəfindən əziyyət görməkdən, onun qulu olmasından zövq alır. Sever tanrı kimi gördüyü Vandanın köləsi olması üçün yalvarır. Vanda onun istəyini qəbul edir və onlar müqavilə imzalayırlar. Roman boyunca Sever Vanda tərəfindən əziyyət görməkdən və başqa kişilərlə gəzməsindən acı duysa da istəmədən bundan zövq alır. Vanda isə onun bu halına görə sevmək ilə nifrət etmək arasında qalır, çünki qısqac kişiyə sahib olacağına, amma sonsuza qədər olacağını bilir. Sonda Vanda Severə əziyyət verməkdən o da zövq almağa başlayır və ona qarşı sevgisi məhv olur.
Kürçülü yaşayış yeri
Kürçülü yaşayış yeri — Eyniadlı kəndin ərazisində yerləşir. Yaşayış yerinin ərazisi müasir tikintilərlə örtülmüşdür. Hazırda kəndin bəzi qismlərində möhrədən tikilmiş binaların, о cümlədən məscidin qalıqları qalmaqdadır. Kəndin içərisində köhnə tikintilərin ətrafında çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatına rastlanır. Keramika məmulatı inkişaf etmiş və Son Orta əsrlər dövrü üçün хarakterikdir. Ehtimal ki, yaşayış yerinin adı Qorçulu olmuş, sonradan isə leksik dəyişikliyə uğramışdır. Arxеoloji materiallara əsasən Kürçülü yaşayış yerini XV–XVIII əsrlərə aid etmək olar.
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Kuğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. == Tarix == Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Kurul kətili
Kurul kətili (lat. Sella curulis) — söykənəcəyi olmayan, qaydalara görə tuncdan və fil sümüyündən hazırlanmış "X" şəkilli ayaqları olan, xüsusi bir oturacaq. Qədim Romada kurul kətilinə malik hüququ ancaq konsullara, ali magitratlara (kurullu magistrat — lat. magistratus curulis sözü buradan meydana gəlmişdir.) aid olmuşdur. Beləliklə kurul kətilinə konsullar, senzorlar, pretorlar və ordinar magistratlardan olan kurullu edillər, həmçinin fövqəladə magistratlar malik ola bilərdilər. Qaydalara görə kurul kətili magistratın başlıca dpvlət simvolu olduğu üçün hər zaman onun ardınca daşınmalı idi. Qay Yuli Sezar ilk olaraq qızıldan hazırlanmış kuril kətilinə malik olmuşdur.
Bürclü
Bürclü (Ərdəbil)
Gürcülü
Gürcülü — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Ehtimala görə burada mülkədarlar gürcü əsirlərini öz torpaq sahələrində işlətmiş, sonralar onlar burada məskunlaşdıqdan sonra, kənd Gürcülü adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Gürcülü kəndi Bərgüşad silsiləsinin yamacında yerləşir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Gürcülü kəndində 18 evdə 92 şiə kürd yaşayırdı. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh.
Hüsülü
Hüsülü (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Hüsülü (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Köprülü
Köprülü — təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Mehmed Fuad Köprülü — Türk tarixçisi, ədəbiyyatşünası, professoru. == Həmçinin bax == Köprülülər (türk. Köprülüler) — tanınmış türk soyu.
Körpülü
Aşağı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Küdürlü
Küdürlü (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Küdürlü (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Küllülü
Külüllü — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Külüllü
Külüllü (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. Külüllü (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Kürdçü
Kürdçü — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kürdçü Hacıqabul r-nunun Atbulaq i.ə.v.-də kənd. Düzənlikdədir. Tədqiqatçılara görə, oykonim kürd (etn.) və -çü (türk dillərində mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəlib, "kürdlər kəndi" mənasındadır. Yaşayış məntəqəsini vaxtilə kürdmənşəli ailələr saldığına görə belə adlanmışdır. Oykonimin Kürçü adının təhrif variantı kimi "Kür çayı sahilindən gələnlər" mənasında olması da güman edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.
Mürtülü
Mürtülü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Tarixi olduqca qədimdir. Azərbaycan ərazisinə ən qədim qəbiristanlıq burada yerləşir. Mürtülü oyk. Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir. İnqilabdan əvvəlki ədəbiyyatda kəndin adı Murtu kimi qeyd olunmuşdur. Yaşayış məntəqəsi Göyçay r-nunun Mırtı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əhalinin əksəriyyəti əkinçiliklə məşguldur, ziyali sakinləri coxdur. Həmidov Faiz Muxtar oglu həm kəndin, həm butun rayonun fəxri olmuşdur.
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Kürü küküsü
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?
Kürdü
Kürdü (geyim)
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi. Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər.
Hüseyin Kürkçü
Hüseyin Kürkçü — krım tatar türkoloq, dilçi, pedaqoq. Filologiya elmləri namizədi olan o Krım Pedaqoji İnstitutunda dərs deyib. Ömrünün 16 ilini əmək düşərgələrində keçirdikdən sonra 1957-ci ildə bəraət alaraq azad olub. == Haqqında == Hüseyin Kürkçü 23 yanvar 1905-ci ildə Bağçasarayda anadan olub. Məktəb illərində şair, pedaqoq Yaqub Şakirəlinin şagirdi olub. Orta təhsilini bitirdikdən sonra İsmayıl Qaspıralı adına Bağçasaray Müəllimlər Seminariyasına daxil olur. 1924-1926-cı illərdə Bakı Dövlət Universitetinin tarix-filologiya fakultəsində təhsil alıb. Burada Vasili Bartold, Bəkir Çobanzadə, Əziz Qubaydullin kimi alimlərdən dərslər alır. Bakıdakı təhsilini bitirdikdən sonra Krıma qayıdaraq burada Kökköz kənd məktəbində dərs deməyə başlayır. "Okuv işleri" (Tədris işləri) jurnalında fəaliyyət göstərir.
Hüsülü (Ağcabədi)
Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hüsülü kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. == Tarixi == XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır. == Əhalisi == Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur.
Hüsülü (Laçın)
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüsülü bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köprülü kitabxanası
Köprülü kitabxanası — Osmanlı imperiyasında müstəqil kitаbхаnаlаrın ilk nümunəsidir. 1661-ci ildə vəfаt еdən Köprülü Mehmed Pаşаnın inşasına başladığı böyük mədrəsə kompleksinin yаlnız mədrəsə, hаmаm, türbə hissəsini tikdirməyə macal tapmışdı. Onun ölümündən sonra оğlu Köprülü Fаzil Əhməd Pаşа аtаsının vəsiyyətinə əməl еdərək mədrəsə kоmplеksinin tikintisini bаşа çаtdırа bilmişdi.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Gursulu
Gursulu — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd yerləşdiyi ərazidə gur sulu bulaqların olmasına görə belə adlandırılmışdır.
Karxulu
Karxulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Tarixi == Karxulu toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. Karxulu sözünün mənşəyi qədim türk mənbələrinə görə, karqu, karxu sözündən götürülüb: gözətçi məntəqəsi, qala, mühafizə olunan yer deməkdir və kəndin bu adla adlandırılması ilkin ehtimallara görə, ərazisindəki hündür təpə ilə bağlıdır. Təpənin üst hissəsindən baxdıqda nəinki kəndin ərazisi, hətta digər qonşu kəndlər də açıq-aydın görünür və qədimlərdə yaxınlaşan təhlükələrdən vaxtında xəbər tutmaq və qorunmaq üçün, strateji cəhətdən əlverişli yer olaraq təpədən gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Maraqlıdır ki, Karxulu toponiminə digər ölkələrdə də rast gəlinir: Gürcüstan ərazisində "Karxul" adlı dağ və çay, Krım Muxtar Respublikası ərazisində isə "Karqulu" adlı kənd vardır. Kar sözü eyni zamanda ərəb mənşəlidir, ərəb dilində bir çox mənaları vardır: eyni peşə, sənət ilə məşğul olanlar, iti addımlarla yerimək və s. Qədim Dəməşqdə eyni peşə ilə məşğul olan sənətkarlar zümrəsini "Əhl il-Kar" adlandırırdılar və onu da qeyd edim ki, Səudiyyə Ərəbistanı ərazisində "əl-Kar" adlı dağ və turizm mərkəzi olan kənd vardır. Xulu sözü də ərəb mənşəli sözdür. Ərəb dilində çoxmənalı olaraq işlədilir.
Susulu
Quruluş
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.