Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Kükrəyən iyirmilər
Kükrəyən iyirmilər (ing. Roaring Twenties, Roaring '20s) — Qərb dünyası və Qərb mədəniyyətində olduğu kimi musiqi və dəbdə 1920-ci illərin on illiyini ifadə edir. ABŞ və Avropada, xüsusilə də Berlin, Buenos-Ayres, Çikaqo, London, Los-Anceles, Mexiko, Nyu-York, Paris və Sidney kimi böyük şəhərlərdə üstün mədəniyyətə malik iqtisadi tərəqqi dövrü idi. Bu on illik Fransada dövrün sosial, incəsənət və mədəni dinamikasını vurğulayan "çılğın illər" (fr. années folles) kimi tanınır. Caz çiçəklənmiş, flepper ingilis və amerikan qadınlarının müasir görünüşünü yenidən təyin etmiş və ar-deko zirvəyə çatmışdı.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır. Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir. Tutacaqlar düz və ya əyri ola bilər.
Kürəkən Abdullah Paşa
Kürəkən Abdullah Paşa (bilinmir – may 1735, Aydın, Osmanlı imperiyası) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Cəfər Paşa
Kürəkən Cəfər Paşa (ö. 1610) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Kiçik yaşlarında Əndəruna alınaraq təhsil almış, ardından sarayda baş çuxadarlığa qədər yüksəlmişdir. 1586-cı ildə yeniçəri ağası, 1588-ci ildə isə Anadolu və 1590-cı ildə Rumeli bəylərbəyi təyin edilmişdir. 1594-cü ildə Sultan Murad tərəfindən divan vəzirliyinə yüksəlmişdir. 1598-ci ilin mayında Misir bəylərbəyliyinə gətirildi və 3 il burada fəaliyyət göstərdikdən sonra 1601-ci ilin iyulunda vəzifədən alınaraq divandakı vəzifəsinə davam etdi. Bu vəzifəsi davam edərkən Sultan Mehmed vəfat etmiş, yerinə 13 yaşlı oğlu Sultan Əhməd taxta çıxmışdır. Məhz onun səltənətinin ilk ilində 1604-cü ilin dekabrında Sultan Muradın qızlarından Fatma Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır.
Kürəkən Fərid Paşa
Kürəkən Fərid Paşa (d. 1853 - ö. 6 oktyabr 1923) — VI Mehmed Vahidəddinin səltənətində 2 dəfə - ümumlikdə 1 il 1 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Kürəkən Fərid Paşa Osmanlı İmperyasinin son baş vəzirlərindən biri olub, diplomatik fəaliyyəti boyunca Paris, Berlin, Peterburq və London səfirliklərində çalışıb. Istiqlal Döyüşü zamanı ingilis tərəfdarı kimi bir çox cəhdlər edən və xain kimi qələmə verilən Kürəkən Fərid Paşa Sultan II. Əbdülhəmidin qızı ve Mehmetin bacısı Mediha Sultan ilə evlənərək qısa müddətdə baş vəzir oldu. == Ailəsi == Kürəkən Fərid Paşanın atası dövlət məclisinin üzvü Seyyid Həsən İzzət Əfəndidir. Ailəsinin əslən Qaradağın Poşası kəndindən olduğu deyilir. == Mənbə == Ali Birinci, Hürriyet ve İtilâf Fırkası, Dergâh Yay. 1990, sf. 48-49 ve 55-64 Murat Bardakçı, Şahbaba, Pan Yay.
Kürəkən Həmid Əfəndi
Kürəkən Həmid Əfəndi (1494, Konya – 16 oktyabr 1577, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.
Kürəkən Həsən Paşa
Kürəkən Həsən Paşa (1658 – 1713, Ər-Rəqqə) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Naîmâ, Târih, VI (ilâve kısım), s. 3-4; Silâhdar, Târih, II, 296-297, 300, 498, 788-790; a.mlf., Nusretnâme, I/1, s. 27-33, 110, 115; Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 434-435; Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 1969, s. 3-5; Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 231, 232; Hammer, HEO, XII, 315-316, 361-363, 428; Atâ Bey, Târih, II, 2-3, 75-76; Sicill-i Osmânî, II, 146-147; Tanışık, İstanbul Çeşmeleri, II, 294, 297; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 273-276; Danişmend, Kronoloji, III, 457, 476; V. J. Parry, “Ḥasan Pas̲h̲a, Damad”, EI2 (İng.), III, 252.
Kürəkən Mehmed Paşa
Kürəkən Mehmed Paşa (ö. avqust 1592) — Osmanlı sultanı III Murad və III Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, III Mehmed dönəmi sədrəzəmlərindən İbrahim Paşanın qardaşıdır. Əndərunda yetişərək Şəhrizor bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Bir müddət sonra vəzifədən alınaraq İstanbula çağırılmış, 1581-ci ildə Şahzadə Mehmedin qızı Hümaşah Sultanla nigahlanmışdır. Bi nigahdan bir oğlu dünyaya gəlmişdir. 1592-ci ilin avqustunda İstanbulda vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidinin bağçasına dəfn edilmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Kürəkən Numan Paşa
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Kürəkən Osman Paşa
Kürəkən Osman Paşa (ö. 1724) — Osmanlı sultanı II Mustafa və III Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Kanijalı olub, Əndərunda yetişmişdir. 1695-ci ildə baş silahdar olmuş, həmin ilin aprelində vəzirliklə Şam valisi təyin edilmişdir. 1696-cı ilin oktyabrında Hələb, 1698-ci ildə Van bəylərbəyi olaraq xidmət etmişdir. Bu vəzifədə ikən Gürcüstan üzərinə göndərilən orduya sərdar olaraq təyin edilmişdir. 1699-cu ildə Konya, 1700-cü ildə yenidən Van, 1701-ci ildə isə Kipr əyalətlərinə hakim oldu. Ardından 1703-cü ildə vəzir-i salis (üçüncü vəzir) ünvanıyla divana daxil oldu. 1705-1708-ci illərdə Bosniya bəylərbəyi olaraq xidmət etmişdir. 1709-cu ildə Çərkəz İbrahim Paşa və Fatma Sultanın qızı Ruqiyyə xanım Sultanla nigahlanmışdır.
Kürəkən Süleyman Paşa
Kürəkən Süleyman Paşa (osman. العريس سليمان باشا) (ö. 28 iyul 1748) — Osmanlı sultanı IV Murad, Sultan İbrahim və IV Mehmed dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunun bostancı bölüyündə yetişmiş, 1738-ci ilin mayında Ədirnə sarayının başbostancısı təyin edildi. 7 fevral 1744-cü ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1745-ci ilin aprelində Bosniya, 1746-cı ilin noyabrında isə Anadolu bəylərbəyi təyin edilir. Bu vəzifədə ikən 6 yanvar 1748-ci ildə Osmanlı sultanı III Əhmədin qızı Zübeydə Sultanla nigahlandı. Ancaq geri dönüş yolunda ikən həmin ilin 28 iyulunda vəfat etdi. Öncəki evliliyindən Seyid Əhməd Paşa adlı oğlunun olduğu bilinir.
Kürəkən Sənan Paşa
Kürəkən Sənan Paşa (osman. دمة سنان باشا; v. 12 yanvar 1504, Konya və ya Anadolu əyaləti) — Osmanlı sultanı II Bəyazid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. 1492-ci ildə Əndərundakı təhsilini tamamlamış və Gəlibolu sancaqbəyliyi ilə kaptan-ı dərya təyin edilmişdir. Ardından II Bəyazidin qızlarından Ayşə Sultanla evləndirilmiş və bu nikahdan 6 övladı dünyaya gəlmişdir. 1493-cü ildə kaptan-ı dəryalıqdan alındı və bir müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1501-ci ildə Anadolu bəylərbəyi təyin edilsə də, çox keçmədən 12 yanvar 1504-cü ildə Konyada vəfat etdi. == Övladları == Sultanzadə Əhməd bəy — Vize sancabəyi oldu və 1506-cı ilin yanvarında Rumeli bəylərbəyi Həsən Paşanın qızıyla evləndi və bir qızı dünyaya gəldi. Gövhərxan Sultan Ayşə xanım Sultan — Ankara sancaqbəyi Dukakinzadə Əhməd bəylə evləndi.
Kürəkən Xəlil Paşa
Maraşlı Xəlil Paşa (1570, Qəhrəmanmaraş – 1629, Konstantinopol) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 ay 7 gün müddətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == İlk illəri == Qəhrəmanmaraşın Süleymanlı qəsəbəsində yaşayan erməni əsilli bir ailədə dünyaya gəlmişdir. Böyük qardaşı III Muradın yavəri Bəylərbəyi Mehmed Paşa idi. Əndərunda təhsil almış, əvvəlcə şahinçibaşı, daha sonra isə çarkaçıbaşı olaraq sarayda xidmət göstərdi. 1607-ci ilin iyul ayında Maryol Hüseyn Paşanın yerinə yeniçəri ağası seçildi və saraydan ayrıldı. Bu vəzifədə ikən Cəlali üsyanlarının yatırılmasında Quyucu Murad Paşaya dəstək vermişdir. Həmin illərdə kaptan-ı dərya olan Hafiz Əhməd Paşa ilə aralarında olan münaqişə səbəbilə Quyucu Murad Paşa bu vəzifədə özünə sadiq bir dövlət adamı axtarırdı. Nəhayət 6 fevral 1609 tarixində Xəlil Paşa Əlcəzair bəylərbəyliyi və kaptan-ı dərya seçildi. Kaptan-ı dərya olduğu ilk ildə müsəlman gəmilərinə hücum edən maltalı və florensiyalı dəniz quldurlarına qarşı mübarizə apardı. Avropalıların "qırmızı kalyon", türklərin isə "qara cəhənnəm" olaraq adlandırdığı maltalı dəniz qulduru dəstəsinə qarşı başlatdığı 2 günlük dəniz döyüşündə qalib gəldi və 500 əsir, 2000 tüfəng, 160 top ələ keçirdi.
Kürəkən İbrahim Paşa
Kürəkən İbrahim Paşa, (d. ? - ö. 10 iyul 1601) Sultan III. Mehmed dönəmində 3 dəfə, ümumilikdə 3 il 11 ay 27 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. Sultan III. Muradın qızı Ayşə Sultanla evlənməsi ilə Kürəkən olaraq anılan İbrahim Paşa Kanija qalasının fəth edilməsi səbəbilə "Kanija Fatehi" ünvanı ilə məşhurdur. == Sədrəzəmlikdən öncəki həyatı == İbrahim Paşanın doğum tarixi bilinməsə də, Nevizadə Atayinin qeydlərinə görə əslən bosniyalıdır. 1531-ci ildə dəvşirilərək Əndəruna daxil olmuşdur. Sultan III. Muradın cülus mərasiminə qədər rikapdarlığa, mərasimdən sonra silahdarlığa və 1580 tarixində yeniçəri ağalığına yüksəldi. 1581-ci ildə Rumeli bəylərbəyi oldu. Bundan 1 il sonra Sultan III. Muradın kəriməsi (qızı) Ayşə Sultanla nişanlandı.
Kürəkən İsmayıl Paşa
Kürəkən İsmayıl Paşa (ö. aprel 1666) — Osmanlı sultanı IV Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, Əndərunda yetişmiş, daha sonra baş qapıçı, baş çavuş və baş miraxur vəzifələrində çalışmışdır. Sultan Muradın xanımlarında Hasəki Sənubər Sultanın uzaq qohumu idi. 1657-ci ildə vəzirlik rütbəsi alaraq İstanbul naibi təyin edildi. 1658-ci ildə sədrəzəm Körpülü Mehmed Paşanın vasitəçiliyi ilə üsyançı Topal Kənan Paşadan boşandırılan Atikə Sultanla nigahlandı və üsyançı paşanı ələ keçirmək məqsədilə Anadolu müfəttişliyinə gətirildi. Bu vəzifədə ikən Anadoluda alovlu silahları topladaraq iğtişaşların önünü almağa çalışdı. Ertəsi il Topal Kənan Paşanın əcəcliylə vəfatının ardından geri çağırıldı və öncə Budin, daha sonra Bosniya əyalətinə təyin edildi. 1663-cü ilin martında ikinci dəfə İstanbul naibi seçildi. Həmin ilin avqustunda Özi, 1664-cü ildə isə Ərzuruma təyin edildi.
Kürəkən Əhməd Paşa
Kürəkən Əhməd Paşa (bilinmir – 13 noyabr 1656, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı sultanı Sultan İbrahim və IV Mehmedin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra öncə miraxur, ardından 1651-ci ilin noyabrında baş miraxur oldu. 1653-cü ildə vəzifədən alınsa da, çox keçmədən vəzir rütbəsi alaraq Sultan İbrahimin qızlarından Ümmügülsüm Sultanla nigahlandı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozcaadanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı. Ancaq qalanı qoruya bilmədiyi üçün gözdən düşmüş, paytaxta çağırılaraq 13 noyabr 1656-cı ildə edam edildi. Övladının olub-olmadığı bilinmir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Əli Paşa
Kürəkən Əli Paşa (ö. aprel 1744) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası II Mustafa və III Əhməd dönəmlərində xidmət etmiş Qoca Abdi Paşa (ö. 13 noyabr 1722) idi. Müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra 1734-cü ilin dekabrında Əyriboz qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1737-ci ildə Diyarbəkir, 1738-ci ildə Rumeli, 1740-cı ildə Şam bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 30 aprel 1740-cı ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. 1742-ci ildə yenidən Diyarbəkir bəylərbəyi təyin edildi və 1744-cü ilin aprelində vəfat etdi. Öncəki evliliyindən Abdi Paşa adlı oğlunun, Saliha Sultandan isə Xədicə xanım Sultan adlı bir qızının olduğu bilinir. == Övladları == Abdi Paşa Xədicə xanım Sultan (?-?) — Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın (IV Muradın nəvəsi) oğlu Səid Mehmed bəylə evləndi və 1 oğlu dünyaya gəldi.
Kürəkən Ələddin Paşa
Kürəkən Ələddin Paşa (ö. yanvar 1813) — Osmanlı sultanı III Səlim dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası I Əbdülhəmid dönəminin vəzirlərindən Seyid Əhməd Paşa idi. Atası Sultan Mustafanın qızlarından Xədicə Sultanla evli olsa da, Ələddin Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Saray xidmətinə alınaraq baş qapıçı, ardından 1801-ci ildə vəzir rütbəsilə Qaraman bəylərbəyi təyin edildi. 1802-ci ilin sentyabrında Sivas, 1803-cü ilin fevralında Ərzurum, həmin ilin sentyabrında Anadolu bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 3 fevral 1804-cü ildə Sultan Əbdülhəmidin qızlarından Hibətullah Sultanla nigahlandı. Nigahdan bir müdət sonra vəzifədən alınsa da, 1807-ci ilin iyununda yenidən Anadoluya təyin olundu. Sultan Mustafanın taxtdan devrilməsinin ardından 1809-cu ildə bütün vəzifələrindən azad edilib, xanımıyla birlikdə Üsküdardakı köşkünə çəkildi. 1813-cü ilin yanvarında burada vəfat etdi.
Dodaqdan Ürəyə
Dodaqdan qəlbə (roman)
Küryer
Küryer (fr. Curières, oks. Curièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12088. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər (15-64 yaş) arasında 133 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 75.8%).
Kürəkən Ağa Mehmed Paşa
Ağa Mehmed Paşa (ö. 1771) — Osmanlı sultanı III Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Nişli olub, Hacı Hüseyn Paşanın bacısı oğludur. Dayısının kəndxudası olaraq xidmət etdikdən sonra 1758-ci ildə baş durnaçı, 1762-ci ilin mayında yeniçəri ağası oldu. 1 noyabr 1763-cü ildə vəzir rütbəsiylə sədarət naibi, həmin ilin dekabrında isə kaptan-ı dərya təyin edildi. Bu vəzifədə ikən 1764-cü ilin mayında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Nigahın ardından 1765-ci ilin fevralında Vidin, aprelində Anadolu və Bosniya, 1766-cı ilin martında Rumeli valisi oldu. 1769-cu ilin mayında Hotin sərdarı təyin edildi ancaq həmin ilin sentyabrında vəzirliyi geri alınaraq Şumnuya sürgün edildi. 1770-ci ildə vəzirliklə Hələb bəylərbəyi olsa da, bölgədə aldığı sərt tədbirlər səbəbilə, ertəsi il yeniçərilər tərəfindən qətlə yetirildi. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Kürəkən Hafiz Əhməd Paşa
Hafiz Əhməd Paşa (ö. dekabr 1735) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Mustafanın vəziri Osman Paşa idi. Atası Osmanlı sülaləsindən 2 sultanla evlənsə də, Əhməd Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Atasının vasitəçiliyi ilə baş qapıçı olmuş, ardından 1722-ci ilin noyabrında Sayda bəylərbəyi, 1723-cü ildə vəzir oldu. 21 fevral 1724-cü ildə baş tutan mərasimdə Sultan Əhmədin qızlarından Xədicə Sultanla nikahlandı. 1731-ci ilin sentyabrında kaptan-ı dərya olsa da, həmin ilin noyabrında vəzifədən alınaraq yenidən Saydaya təyin olundu. 1734-cü ildə Rumeli bəylərbəyi oldu və 1735-ci ilin dekabrında vəfat etdi. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa adı ilə Osmanlı imperiyası tarixində 3 paşa var:
Kürəkən Mehmed Əli Paşa
Mehmed Əli Paşa (1813 – 1868, Konstantinopol) — Sultan Əbdülməcid səltənətində 7 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Şer‘iyye Sicilleri Arşivi, Kısmet-i Askeriyye Mahkemesi, nr. 1809, vr. 64-65, 73-74; Şer‘iyye Sicilleri Arşivi, Rumeli Kazaskerliği, nr. 584, vr. 24; Ahmed Rifat, Verdü’l-hadâik, İstanbul 1283, s. 48-52; Tayyarzâde Atâ, Târih, İstanbul 1292, II, 175-182; M. Destrilhes, Confidences sur la Turquie, Paris 1855, s. 83, 89, 97-124; Mehmed Selâhaddin, Bir Türk Diplomatının Evrâk-ı Siyâsiyyesi, İstanbul 1306, s. 312-314; É. A. Thouvenel, Nicolas Ier et Napoléon III, Paris 1891, s. 97-98, 141-146; Cevdet, Tezâkir, I, 13-17, 23, 27, 31-32, 35-39, 53-55; Âdile Sultan Dîvânı (haz.
Jambıl Kukeyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Kürəkeş (Vərziqan)
Kürəkeş (fars. كوراكش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (44 ailə).
Ray Kuzeyev
Ray Qumeroviç Kuzeyev (10 yanvar 1929 – 2 avqust 2005 və ya 1 avqust 2005, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, professor, Rusiya Elmlər Akademiyası və Başqırdıstan Respublikası Elmlər Akademiyası üzvü. Ray Qumeroviç Kuzeyev 10 yanvar 1929-cu ildə Çeşmə bölgəsinə bağlı Amin kəndində anadan olmuşdur. Qardaşı Rüstəm Kuzeyev də elm xadimi olmuş və Başqırd Dövlət Universitetində rektorluq etmişdir. Ray Kuzeyev Başqırd Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Daha sonra akademik fəaliyyətə başlamışdır. İlk əsəri olaraq "rus xalqı ilə birlikdı 400 il: Rusiya dövlətinə və tarixi əhəmiyyətə sahib olma", "Başqırdların tarixi entoqrafiyasına dair sınaqlar" adlı əsərləri yayımlanmışdır. 1970-ci illərdə tarix sahəsində müəllimlik və professorluq vəzifələrində olmuşdur. Başqırdıstan MSSR Ali Sovetində millət vəkili olmuşdur. Ray Kuzeyev 2 avqust 2005-ci ildə həyatını itirmişdir. Ufa Arxeologiya və Etnoqrafiya Muzeyində Kuzeyevə həsr edilmiş büst vardır.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
Kuryer (dəqiqləşdirmə)
Kuryer — bir yerdən və ya şəxsdən başqa yerə və ya şəxsə mesajlar, bağlamalar və ya məktublar çatdıran və ya verən şəxsdir Kuryer (film, 2019) — Olqa Kurilenko, Qari Oldmen, Dermot Malruni və Uilyam Mozelinin birlikdə rol aldığı ABŞ və Böyük Britaniyanın müştərək istehsalı olan döyüş triller filmidir Kuryer (film, 2020) — Rejissor Dominik Kuk tərəfindən 2020-ci ildə çəkilmiş tarixi casus filmidir Kuryer (film, 2024) — Rejissor Daniel Kalparsoronun 2024-cü ildə çəkdiyi kriminal triller filmidir.