Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəhrizli
Kəhrizli (Goranboy)
Bala Kəhrizli
Bala Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Mil düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Kəhrizli (indiki Böyük Kəhrizli) kəndindən çıxmış ailələr salmışlar. Oykonim bala (kicik) və Kəhrizli (kənd adı) komponentlərindən düzəlib, "kicik Kəhrizli kəndi" deməkdir. Kəhriz isə yeraltı su yolu, su kəmərinə deyilir.
Böyük Kəhrizli
Böyük Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Böyük Kəhrizli Ağcabədi rayonunun Kəhrizli inzibati ərazi vahidində kənd. Qarqar çayının sol sahilindən 2 km. aralı, Qarabağ düzündədir. Ərazidəki Bala Kəhrizli kəndindən fərqləndirmək üçün belə adlandırılmışdır. Kəhriz "içməli suyu olan quyu, bulaq" deməkdir. Cəlil Məmmədquluzadənin ömür gün yoldaşı, Qarabağ mahalında öz dövrünün maarifçi və yardımsevər qadını sayılan Qarabağ xanı Pənahəli Xanın nəslindən olan, Həmidə xanım Cavanşir bu kənddə yaşamışdır..
Kəhrizli (Goranboy)
Kəhrizli (əvvəlki adları: — Böyük Dəliməmmədli; Əzizbəyov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılmış, Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == == Toponimikası == Gəncə-Qazax düzənliyindədir. Keçmiş adları Böyük Dəliməmmədli və inqilabçı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov (rusca Azizbekovo / Азизбеково) olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 760 nəfər əhali yaşayır.
Bala Kəhrizli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Kəhrizli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəhrizli bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bulaqbaşı kəhrizi
Bulaqbaşı kəhrizi — Sədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz. == Ümumi məlumat == Sədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir.
Həmidə kəhrizi
Həmidə kəhrizi-hidronimi Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Həmidə kəhrizi hidronimi Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində qeydə alınıb. Bu kıhrizi dövrünün görkəmli ziyalısı, maarifçisi,xeyriyyəçi Həmidə xanım Cəlil Məmmədquluzadə (1873-1955) çəkdirdiyi üçün kəhriz də onun adı ilə adlandırılmışdır. Həmidə xanım görkəmli maarifçi, yazıçı, publisist Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.
Kalbaəziz kəhrizi
Kаlbаəziz kəhrizi — İşıqlаr yаşаyış yеrinin şimаlındа yеrləşir. Hаzırdа kəhrizin üç quyusu fəаliyyət göstərir. Sоn vахtlаr təmir-bərpа işləri аpаrılsа dа quyulаr dоlmuş və suyun qаrşısı tutulmuşdur. Kəhrizin suyu minеrаl mənşəlidir. Kəhrizin çıхаcаğındаn bir qədər аrаlıdа iki kiçik süni göl yаrаdılmışdır. Lаkin kəhrizin suyu аzаldığındаn göllərdə su аzdır. Kəhrizi 18-19 əsrlərə аid еtmək оlаr.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Əlibəy kəhrizi
Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə. == Ümumi məlumat == Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Canan bəy kəhrizi
Canan bəy kəhrizi — Naxçıvan şəhərində tarixi abidə. Kəhrizin adı оnu inşa etdirən Canan bəyin adı ilə bağlıdır. Canan bəy Türkiyədən Naxçıvana gəlmiş məşhur sufi şeyxi Hacı Bektaş Vəli nəslindən оlan bəydir. Kəhrizin uzunluğu 1067 m, quyularının sayı 28, оrta su sərfi 25-45 l/san-dır. Minerallaş ması 0,65-0,8 q/l arasında dəyişir. Kəhriz uzun müddət təmir оlunmasa da, оnun su ilə dоlmuş kürəsinin çıxışından bu gün 15-20 l/san. su axır. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
İsmayıl Kəhrizi (Çaypara)
İsmayıl Kəhrizi (fars. اسماعيل كهريزي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd.
Məşədi Molla Əli kəhrizi
Məşədi Molla Əli Kəhrizi-Ağcabədi rayonunun Qaravəlli kəndində qeydə alınıb. == Tarixi == Kəhrizi kənd sakini xeyirxah,vətənpərvər Məşədi Molla Əli Vəliyev (1875-1937) adlı ruhani təhsilli bir ziyalı düzəltdirib vurdurduğuna görə kəhriz onun adı ilə də adlanmışdır. Kənd camaatı bu kəhrizin adından istifadə edir. Adətən, içməli suları yer səthinə çıxarmaq üçün yeraltı qurğuya kəhriz deyirlər. XX əsrin ortalarından Azərbaycanda 900-dən çox kəhriz qeydiyyata alınmışdır.
Təbrizli
Təbrizli — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Sirus Təbrizli — jurnalist, millət vəkili. Bayram Təbrizli-Marağalı — şərqşünas-alim.Yaşayış məntəqələri Təbrizli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunda kənd. Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslərMətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli —Yaşayış məntəqələriKərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Kəhriz
Kəhriz və ya su lağımı (fars. كاريز‎) — arid zonalarda qrunt sularını, bəzi hallarda isə layarası suları toplamaq və öz axarı ilə yer səthinə çıxarmaq üçün yaradılmış yeraltı qurğu sistemidir. Su lağımını peşəkar kənkanlar qazır. Maili lağım (hündürlüyü 1–14 m, eni 0,5–0,8 m) şəbəkəsindən ibarət olan bu sistem müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımları bir-biri ilə şaquli quyuların vasitəsilə birləşdirilir. Əvvəlcə baş quyu(gümana quyusu),sonra isə qalan quyular qazılır. Baş və gümana quyusu bu quyuların ən dərini, eləcə də, ilk quyuları isə ən dayazı və sonuncusudur. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür Sistemə toplanan qurunt suları son quyunu keçməklə yer səthinə çıxır. Bəzən lağımın suyunu çoxaltmaq üçün su verən baş quyudan neçə istiqamətdə lağım atılır. Lağımın suyundan su təchizatında və suvarmada istifadə olunur.
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Kəhrizan (Bükan)
Kəhrizan (fars. كهريزان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kəhrizəqli dağı
Kəhrizəqli dağı – Babək rayonu ərazisində dağ (hünd. 1111,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərqində, Nəhəcir kəndindən 4 km cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının Alt Pleystosen yaşlı delüvial-prolüvial törəmələrlə örtülmüş nüvə hissəsində yerləşir.
Məmmədrza Təbrizli
Məmmədrza Təbrizli (1966, Təbriz) — azərbaycanlı mühacir yazıçı və musiqiçi, radio və televiziya jurnalisti, Norveç Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Məmmədrza Həmid oğlu Təbrizli 1966-cı ildə Təbriz şəhərində anadan olub. Atası Həmid 1979-cu ildə İran islam inqilabı dövründə qətlə yetirilib. Atasını itirdikdən sonra 14 yaşında təhsilini yarımçıq saxlayaraq çəkməçiliklə məşğul olur. Sonradan Təbrizdə tarzən Həsən Dəmirçinin və ustad Əli Səliminin muğam dərslərinə qatılır. 1994-1997-ci illərdə TRT radiosunda fəaliyyət göstərir. TRT ilə yanaşı, Türkiyənin müxtəlif televiziya kanallarda mədəniyyət proqramlarında iştirak edib. 1998-ci ildə siyasi səbəblərə görə Avropaya mühacirət edir. 2003-cü ildən etibarən Norveçdə qurulan “Azərbaycan səsi” radiosunun redaktoru kimi çalışır. Jurnalist kimi Güney Azərbaycanla bağlı bir çox yazıları Norveç mətbuatında dərc olunmuşdur.
Siruz Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Təbrizli (Lerik)
Tərbizli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 176 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Toponimiyası == Yaşayış məntəqəsi vaxtı ilə Cənubi Azərbaycanın Təbriz şəhərindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Oykonim Təbriz və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.
Təbrizli məhəlləsi
Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Mahrızlı
Mahrızlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Mahruzlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Kürd Mahruzlu — Azərbaycanın Qubadlı rayonunda kənd.
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Kürd Mahrızlı
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. == Tarixi == Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. == Qalereya == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Mahrızlı (Ağdam)
Mahrızlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olmasına baxmayaraq, Tatyana Aristovaya görə. onun adı kürd mənşəli mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == Tatyana Aristovaya görə. Mahrızlı kəndi 1820-ci ildə İrandan Azərbaycana köçmüş, kürd mənşəli mahrızlı tayfası tərəfindən salınmışdır. Buna baxmayaraq, Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olduğu göstərilir.1886-cı ildə hazrılanmış və 1893-cu ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin Əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumatla qarşılaşmaq olar. Kənd "Qafqaz təqvimi"nin 1906-ci il buraxılışında Şuşa qəzasının Çəmənli kənd icmasına daxil idi. Buna baxmayaraq, 1913-cu ildə Rusiya imperiyasının ərazi bolgüsundə edilən dəyişikliklərdən sonra kənd Şuşa qəzasının Zəngişalı kənd icmasının tərkibinə daxil olmuşdur.1926-cı ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsunə görə kənd Ağdam qəzasının Xındırıstan dairəsinin tərkibinə daxil edilir. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati qruluşunda dəyişiklikliklər edilir və kənd Ağdam rayonunun Zəngişalı kənd sovetinə birləşdirilir. Respublikada 1961 və 1979-cu illərdə həyata keçirilən inzibati ərazi bölguləri zamanı kənd Zəngişalı kənd sovetinin tərkibində saxlanılır.Azərbaycan Respublikası müstəqillik qazanandan sonra kənd, Ağdam rayonu Zəngişalı İnzibati Ərazi Dairəsinin tərkibindədir.
Mahrızlı (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. == Coğrafiyası == Mahruzlu kəndi Həkəri çayının sahilindədir.