SIĞALLANMAQ

qayıd. Özünə sığal, yaraşıq vermək, gözə xoş, gözəl görünmək üçün saçlarına, üz-gözünə, üst-başına səliqə vermək.
Mənim yarım sığallanıb gələndə; Sanasan qan süzür dodaqlarından. M.P.Vaqif.
[Milis müvəkkili] şıq geyinmişdi, sığallanıb toqqalanmışdı. B.Bayramov.

// Məc. mənada.
Qoca çinar! Bir sığallan kəhriz başında; Göy çəmənə xalı kimi öz kölgəni sər! S.Vurğun.
Səhər yelləriylə sığallanmısan; Ay bizim çinara bənzəyən çinar! N.Xəzri.

SIĞALLANMA
SIĞALLI

Digər lüğətlərdə