Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ kərgədan
Ağ kərgədan (lat. Ceratotherium simum) — kərgədanlar fəsiləsinin ağ kərgədan cinsinə aid yeganə növ. Ağ kərgədan savanna afrika filindən sonra Yer kürəsinin quru hissəsində yaşayan, kütləcə ikinci ən böyük heyvandır. Adətən kütələri 2-2,5 t, bədənlərinin uzunluğu 4,2 m-ə çatır. Bu nəhəng məməlilərin yaşlı erkəklərinin kütləsi 4-4,5 ton, bəzən hətta 5 t-a qədər olur. Süysününün hündürlüyü 1,6-2 m olur. Onun bədənində məxsusən ağ heç bir şey yoxdur, ona görə nəyə görə ağ kərgədan adlandırılması haqqında müxtəlif mülahizələr var. Qara kərgədanda olduğu kimi, ağ kərgədanın da 2 buynuzu olur. Qabaq buynuzu həmişə daha uzun olur və rekord göstəriciyə – 1.58 m uzunluğuna malikdir. Arxa buynuz əksər halda inkişaf etmir.
Kərgədan (komiks)
Kərgədan (ing. Rhino) və ya əsl adı ilə Aleksey Sitseviç (ing. Aleksei Sytsevich) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan supercinayətkar personaj. Sten Li və Con Romita tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-ci sayında (oktyabr 1966) peyda olmuşdur. Əsasən Hörümçək-adamın düşmənlərindən biridir. Kərgədanın güclü döyüş zirehi ilə təchiz olunmuş versiyası 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filminin axırında görünmüş və Paul Qiamatti tərəfindən canlandırılmışdır. == Nəşrolunma tarixi == Yazışı Mayk Konroy tərəfindən "Hörümçək-adamın ən ağılsız düşməni" kimi təsvir olunmuş Kərgədan ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-43-cü saylarında (oktyabr-dekabr 1966) saylarında debüt etmişdir. Bu saylarda Şərqi Avropa bloku üçün işləyən cinayətkar kimi göstərilmişdir. Daha sonra bir təcrübədə iştirak etmiş, bədəni supergüclü polimer ilə örtülmüş və supergüclü olmuşdur. Kərgədan "Hulk" komiksinin 104-cü sayında (iyun 1968) yenidən qayıtmışdır.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərgədan gürzə
Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər.
Qara kərgədan
Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır. == Görünüşü == Gövdəsinin uzunluğu 300–375 sm. Peysərdə hündürlüyü 140–150sm. Çəkisi 1–1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən — 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Kərgədan mövsümü (film, 2012)
== Haqqında == Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir. Qatıldığı festivallardan bol təriflərlə dönən film BBC tərəfindən "Sürgündəki İranlı rejissorun yenidən doğuşu" başlığıyla yayımlanmışdır.The Globe And Mai ,The Hollywood Reporter və Screen Daily kimi seçmə saytlardan müsbət tənqidlər almışdır.
Binəqədi kərgədanı
Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir. Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır. 2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.
Hindistan kərgədanı
Hindistan kərgədanı (lat. Rhinoceros unicornis) — Kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ. Hindistan kərgədanı nəhəng heyvan olub kütləsi 2,5 tona çatır. Yetkin erkək fərdlərinin süysününün hündürlüyü 2 m-ə çatır. Dişilər bir qədər kiçik olur. Quyruq və qulaqlarında sərt tüklərdən ibarət kiçik qotaz olur. Çılpaq, boz-çəhrayı dərisi Gözləri kiçik olur. Adətən 25 sm-ə qədrə olan yeganə buynuzunun uzunluğu bəzən 60 sm-ə çatır. Fəsiləyə daxil olan digər növlər kimi Hindistan kərgədanının da ayaqlarında 3 barmaq olur.
Sumatra kərgədanı
Sumatra kərgədanı (lat. Dicerorhinus sumatrensis) — Kərgədanlar fəsiləsinin Sumatra kərgədanı cinsinə aid növ. Sumatra kərgədanı, körpələrin doğum və tərbiyə dövrü istisna olmaqla, yalnız həyat tərzini sürür. Bu növ kərgədanlar vaxtilə Hindistan, Butan, Banqladeş, Myanma, Laos, Tayland, Malayziya, İndoneziya və Çinin yağış meşələrində, bataqlıqlarda və bulud meşələrində yaşayırdılar. Tarixin müxtəlif dövrlərində onlar Çinin cənub-qərbində, xüsusən Siçuanda yaşayırdılar. İndi vəhşi təbiətdə onlar yalnız beş əsas populyasiya ilə kritik təhlükə altındadır: dördü Sumatra və biri Borneo adasında. == Yarımnövləri == Şərq sumatra kərgədanı (D. s. harrissoni) Qərb sumatra kərgədanı (D. s. sumatrensis) † Şimal sumatra kərgədanı (D. s.
Yava kərgədanı
Yava kərgədanı (lat. Rhinoceros sondaicus) — Kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ.
Kərgədanlar
Kərgədanlar (lat. Rhinocerotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə Afrika və Asiyada yayılmış 5 növ daxildir. Bədəninin uzunluğu 2,5–4 m, süysününün hündürlüyü 1–2 m, kütləsi 3 t-dək olur. Hətta ağ kərgədanların kütləsi 5 t-a qədər ola bilir. Burnunun üstündə bir-birinin ardınca 1–2 buynuzu olur. Boynu gödək, beli əyilmiş, qarnı sallaqdır. Dərisi qalın və tüksüz, rəngi tünd-bozdur. Yaxşı eşidir və iy bilir, zəif görür. Bədəninin ağır olmasına baxmayaraq qısa məsafədə çox sürətlə — saatda 40–45 km sürətlə qaçır.
Kərgəlan
Kərgəlan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 3114 nəfərdir. == Toponimiyası == Bu toponim yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonimi talış dilindəki kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət "toyuq hini" mənalı söz kimi izah edirlər. Bəzi tədqiqatçılara görə isə, kəndin əsl adı Kəqolondur və "ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən" mənasını bildirir (talış kə - "ev", qo - "yer", lon "əkilməmiş, münbit torpaq" deməkdir). == Tarixi == 1918-ci ilin mart hadisələri zamanı Lənkəran rayonu ərazisində, eləcə də Kərgəlan kəndində erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Respublika üzrə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmin soyqırım hadisələri zamanı Kərgəlan kəndində onlarla sakin qətlə yetirilmişdir. Azərbaycanın Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Kərgəlan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kərkədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Yunlu gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Hərgəlan
Hərgəlan (fars. هرگلان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Qalaçay bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,494 nəfərdən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Buranın yaxınlığında eyni-adlı bir şəlalə yerləşir.
Zərgəran
Zərgəran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Zərgəran kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Əhalisi 65 nəfərdir ki onunda 30 nəfəri kişi, 35 nəfəri qadındır.
Binəqədi kərkədanı
Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir. Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır. 2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.
Kargəran (Xudafərin)
Kargəran (fars. كارگران‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (6 ailə).
Vərgəhan (Əhər)
Vərgəhan (fars. ورگهان‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 960 nəfər yaşayır (208 ailə).
Zərgətan (Sərdəşt)
Zərgətan (fars. زرگتان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kərgan (Ərdəbil)
Kərgan (fars. كرگان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (208 ailə).
Kergelen
Kergelen (Kerguelen) — Hind okeanının cənubunda arxipelaq. Fransaya məxsusdur. Bir böyük (Kerkelen) və təqribən 300 kiçik adadan ibarətdir. Vulkan mənşəlidir. Sahəsi təqribən 7 min km2-dir. Maksimal hündürlüyü 1965 m-dir. İqlimi subantarktikdir. Kerkelen arixelaqının mərkəzi hissəsində sahəsi 500 km2-dək olan buzlaq örtüyü var. Bitki örtüyü zəifdir. Suiti ovlanır.
Qaraqışlaq (Vərgəhan dehistanı)
Qaraqışlaq (fars. قره قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (13 ailə).
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vastə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Kergelen silsiləsi
Kergelen silsiləsi (Kergelen-Qaussberq) — sualtı silsilə Hind okeanının daxilində yerləşir və Avstraliya-Antarkrida, Afrika-Antarktida sualtı dərələrini ayırır. Sisilə bəzi hissələrdə vulkanik adalar əmələ gətirir. Uzunluğu 2900 km, eni isə 950 km təşkil edir. Su səthinə olan dərinliyi 1000–2000 m arasında yerləşir. Ən dayaz yeri 73 metrdir. Bəzi yüksəkliklər adalar əmələ gətirmişdir (Kergelen adası, Herd adası və Makdonald adaları). Silsilə əsasən bazalt suxurlardan ibarətdir. Kergelen silsiləsi ilk dəfə Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən aşkarlanmışdır (1929—1931).
Kergelen susüpürəni
Kergelen susüpürəni (lat. Sterna virgata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.