Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kətik
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Qulucan (Ərtik)
Qulucan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Urartu yazısında Kuliaini formasında göstərilib.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim VI–VII əsrlərə aid Çin mənbələrində göstərilən tayfalarında olan quliqan etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q-c (qan~can) səs dəyişməsi qanunauyğun haldır. q-c səsdəyişməsi Azərbaycan toponimində də (Adərbadqan > Adirbadqan > Adərbayqan > Azərbaycan) özünü göstərmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur. == Əhalisi == Burada ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1878-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.
Ərtik (şəhər)
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Ərtik rayonu
Ərtik rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel mahalı ərazisində inzibati–ərazi vahidi. Rayon mərkəzi Ərtik şəhəridir. == Tarixi == Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 632 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə. XIV-XI əsrlərə aid katakombalar aşkar edilib. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
Filips Kertis
Filips Kertis (30 yanvar 1737 – 26 sentyabr 1794, İvri-sür-Sen) — Mariya Tüssoya mum modelləşdirmə sənətini öyrətmiş İsveçrə həkimi və balmumu modelçisi.Madam Mariya Tüsso onun qardaşı qızı olubdur.Atası ölən Mariya Tüsso və anasını öz əmisi himayəsinə alıb. == Həyatı == Marie Grosholtz, gələcək Marie Tussaud, anası ev işçisi olduğu Curtius'un Berndəki evində yaşayırdı. Mari onu 'əmi' adlandırdı və bir çox cəhətdən ata fiquru idi. Mumi modelləşdirmə bacarığından istifadə edən Curtius, həkim olaraq anatomiyanı və bəzən ziyarətçilərin əyləncəsini göstərmək üçün istifadə etdi. Sonradan portretlər çəkməyə başladı. Curtius, Prince de Conti tərəfindən heyran olan gözəl anatomik mum modelləri yaratdı. 1765-ci ildə Curtius, tibbi karyerasından imtina etməyə və Parça'ya köçməyə razı oldu, burada bir sənət sənəti olaraq mum modelləşdirmə təcrübəsi ala bildi, kabinet kabinetini (mum sərgisi) qurmağa başladı.Həmin ildə Jean Bécu'nun mum işini etdi, sonradan Marie Jean du Barry, Louis XV'nin mistressi olacaq. Bu qəlibin bir tökmə, hazırda ekranda olan ən köhnə əsəridir. Onun Parisdəki evinə günün bir çox istedadlı adamı baş çəkdi. Marie və anası Curtius'a qoşulmaq üçün Parisə köçdü.
Kerçik çayı
Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir. Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olurKerçik → Aksay → Don. == Adı == Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi. == Axarı == Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür.
Hərtiz
Hərtiz, Hərtis — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Hərtis kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi öz adını ərazidəki Hərtis dağının adından almışdır.
Kəklik
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Kərkük
Kərkük (ərəb. كركوك‎ kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi. == Tarix == Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi. == Əhali == Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır. === Milli tərkib və dillər === İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Kərpic
Kərpic — Düzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material. Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir. Kərpic hələ keçmiş zamanlardan - X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.
Kəsmik
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu. Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır.
Çəltik
Çəltik — dənli bitki. Qabığı çıxarılmamış düyü. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır.Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası.Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Respublikamızda çəltiyin "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros", "Ağ-ənbərbü", "Sədri", "Krosnodar" kimi növləri rayonlaşdırılıb.
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. == Tarixi == İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Sərtlik
Sərtlik — tətbiq edilmiş qüvvənin təsiri altında cismin öz forma və ölçülərinin dəyişilməsinə müqavimət göstərmə qabiliyyəti.Tamamlayıcı anlayış əyilgənlik və ya elastiklikdir: cisim nə qədər elastikdirsə, o qədər az sərtliyə malik olur. == Hesablamalar == Cismin sərtliyi ( k {\displaystyle k} ) elastik bir cismin deformasiyaya qarşı göstərdiyi müqavimətin ölçüsüdür. Bir sərbəstlik dərəcəsinə (SD) malik elastik cisim üçün (məsələn, çubuğun uzanması və ya sıxılması) sərtlik aşağıdakı kimi müəyyən edilir: k = F δ {\displaystyle k={\frac {F}{\delta }}} burada F {\displaystyle F} cismə tətbiq olunan qüvvə δ {\displaystyle \delta } isə qüvvənin eyni sərbəstlik dərəcəsi boyunca yaratdığı yerdəyişmədir (məsələn, uzanan yayın uzunluğunun dəyişməsi)Beynəlxalq Vahidlər Sistemində sərtlik, adətən, metrdə nyutonla ( N / m {\displaystyle {\displaystyle N/m}} ) ölçülür. İmperial vahidlərində sərtlik, adətən, bir düymdə funtla ölçülür. Ümumiyyətlə, elastik cisimdə sonsuz kiçik elementin (nöqtə kimi baxılır) əyilmələri (və ya hərəkətləri) çoxsaylı SD (bir nöqtədə maksimum altı SD) boyunca baş verə bilər. Məsələn, üfüqi dayaq üzərindəki bir nöqtə, deformasiya edilməmiş oxa nəzərən həm şaquli yerdəyişməyə, həm də fırlanmaya məruz qala bilər. M {\displaystyle {\displaystyle M}} sərbəstlik dərəcəsi olduqda nöqtədəki sərtliyi təsvir etmək üçün M × M {\displaystyle {\displaystyle M\times M}} matrisindən istifadə edilməlidir. Matrisdəki diaqonal şərtlər eyni sərbəstlik dərəcəsi boyunca birbaşa əlaqəli sərtliklərdir (və ya sadəcə sərtliklər), diaqonaldan kənar şərtlər isə iki fərqli sərbəstlik dərəcəsi (eyni və ya fərqli nöqtələrdə) arasındakı birləşmə sərtlikləridir. iki fərqli nöqtədə eyni sərbəstlik dərəcəsi. Sənayedə təsir əmsalı termini bəzən birləşmə sərtliyinə istinad etmək üçün istifadə olunur.
Kərim
Kərim — kişi adı və təxəllüs. Bu adı olan tanınmış şəxslərKərim Atayev — Texnika elmləri namizədi. Kərim Baqiri — İran futbolçusu Kərim Dünyamalıyev — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı Kərim Ənsarifərd — futbolçu.Kərim KərimovKərim Kərimov (alim) — akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Kərim Kərimov (geofizik) —Kərim bəy Novruzov — polkovnik Kərim Novruzov — Azərbaycanlı meyxanaçı Kərim Abdullayev —Bu təxəllüsü olan tanınmış şəxslərƏli Kərim — şair, tərcüməçi Vaqif Kərim — Azərbaycan şair-publisisti.DigərKərim (Uçalı) Əl-Kərim — Allahın adlarından biri.
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri. 1990-cı ilin yanvarında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Kətiş
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” == Mənbə == Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Boz kəklik
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. == Təsviri == Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Bərdik dağı
Bərdik dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2053,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən ayrılan cənub-qərb istiqamətli Qılıncyurd şaxəsinin qurtaracağında, Əlincəçayın sol sahilində, Xanəgah kəndindən 1,8 km şimal-şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi dairəvi sıldırım yamaclı massivin ən yüksək nöqtəsidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq qanadında müşahidə edilən Tivi-Yarpaqlı antiklinalının maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir. Cənub-qərb yamacında şimal-qərb istiqamətli fay qırılması izlənilir.
Gərdik (Urmiya)
Gərdik (fars. گرديك‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 838 nəfər yaşayır (136 ailə).
Hertia
Hertia (lat. Hertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hertia alata (Thunb.) Kuntze Hertia angustifolia (DC.) Kuntze Hertia cheirifolia (L.) Kuntze Hertia ciliata (Harv.) Kuntze Hertia cluytiifolia (DC.) Kuntze Hertia intermedia (Boiss.) Kuntze Hertia kraussii (Sch.Bip.) Fourc.
Keratin
Keratin (/ˈkɛrətɪn/ ) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Keratit
Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər. == Xüsusiyyətləri == Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər. Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.
Kermit
Kermit(protokol)-faylların ötürülməsi üçün asinxron rabitədə istifadə olunan protokol. 1981-ci ildə Kolumbiya Universitetində (ABŞ) Frank da Kruzo tərəfindən işlənib hazırlanıb. Başlıca olaraq informasiyanın mikrokompüterlər arasında ötürülməsi vasitəsi kimi nəzərdə tutulub. Kermit protokolundan telefon xətləri ilə rabitə üçün nəzərdə tutulmuş bir çox proqram paketlərində istifadə olunur. İnformasiya dəyişən uzunluqlu (adətən, 96 bayta kimi) bloklarla (paketlərlə) ötürülür və hər bir paket veriliş xətasına görə yoxlanılır. İdarəedici simvollar ASCII’nin standart çap simvollarına (32-dən 126-dək onluq kodlar) çevrilir və bu şəkildə adresat tərəfindən düzgün oxunacaq riski olmadan göndərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,465s.
Keştək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniŞ", "Hündürlüyüdur yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. == Əhalisi == === Tanınmışları === Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. == Yaylaqlar == Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu. == Bulaqlar == Kərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.
Lervik
Lervik (ing. Lerwick — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Aechmea kentii
Aechmea kentii (lat. Aechmea kentii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Araqonlu Ketrin
Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[…], Alkala-de-Enares[d] – 7 yanvar 1536[…], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi. Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı.
Avstriyalı Ketrin
Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi. == Həyatı == === İlk illəri === Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı. === Evliliyi — Portuqaliya kraliçası === Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi. Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı.
Bentik orqanizmlər
Bentik orqanizmlər – su hövzələrinin dib çöküntülərində, torpağın içərisində və onun üstündə yaşayan canlılar. 2 böyük qrupa ayrılır: bentik bitkilər (fitobentos) və bentik heyvanlar (zoobentos). Bentik oqanizmləri ölçülərinə görə mikro- (mikronlarla ölçülənlər), mezo- (millimetrlərlə ölçülənlər) və makro- (sm-lə ölçülənlər) bentosa bölürlər. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.