KƏKLİK₂

bax kəkil.
Bəy … [atın] kəkliyini sığalladı. M.Hüseyn.

Etimologiya

  • KƏKLİK Mənbələrdə kəkəlik kimi verilib, görünür, kəkələmək sözü ilə bağlıdır (kək­li­yin oxuması məhz kəkələməyə bənzəyir)
KƏKKİLTİ
KƏKLİK
OBASTAN VİKİ
Kəklik
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Kəklik Abbasova
Kəklik Məmid qızı Abbasova (14 yanvar 1935 – 1983) — SSRİ dövlət xadimi, 1964–1969 SSRİ Ali Sovetinin deputatı. Gürcüstan SSR İctimai-siyasi xadimi.
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Labiatae fəsiləsinə aid hündürlüyü 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir.
Xınalı kəklik
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Boz kəklik
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. == Təsviri == Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Ağ kəklik
Lagopus lagopus (lat. Lagopus lagopus) – ağ kəklik cinsinə aid quş növü.
Dağıstan (Hacıyev) kəklikotu
Dağıstan kəklikotu
Hacıyev kəklikotusu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda təbii halda geniş yayılmışdı. Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Fedçenko kəklikotu
Hacıyev kəklikotusu

Karyagin kəklikotu
Qafqaz Qobustanda yayılmışdır. Azərbaycanın nadir bitkisidir. CR A2c; B1ac(i,ii)+2ab(i,ii). Daşlıq yamaclarda bitir. Azərbaycanda arealı dardır. Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tkcüklüdür. Yarpaqları uzunsov-lansetvari və ya əks-yumurtavari, uzunluğu 4–10 mm, eni 2–4 mm olub çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklərlə örtülüdür. Yarpaqların yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir.
Karyagin kəklikotusu
Karyagin kəklikotusu (lat. Thymus karjaginii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Kiçik Qafqazda rast gəlinir. Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tükcüklüdür. Yarpaqları uzunsov-neştərvari və ya əks-yumurtavari, uzunluğu 4-10 mm, eni 2-4 mm-dir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür.
Koçi kəklikotu
Kəkliklər
Kəkliklər (lat. Perdicinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kəklikotu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Labiatae fəsiləsinə aid hündürlüyü 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir.
Kəklikotu (dəqiqləşdirmə)
Kəklikotu — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Kəklikotu (film, 2017) — Azərbaycan filmi.
Kəklikotu (film, 2017)
Kəklikotu tammetrajlı bədii filmi rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı (Müşfiq Şahverdiyev) və bacıoğlu (İslam Mehrəliyev) başqasına çatacaq bir kisə "kəklikotu"nu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. Film komediya, macəra janrındadır. 2017-ci ilin dekabrından kinoteatrlardadır.
Meqri kəklikotu
Migri kəklikotu
Qara mərğəm kəklikotu
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Trautveri kəklikotu
Trautvetter kəklikotu (lat. Thymus trautvetteri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc + 3bcd; B1ab(i, iii) + 2ab(ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Qafqaz. Azərbaycanın nadir və relikt növüdür. En A2abc+3bcd; B1ab(i,ii,iii)+2ab(i,ii,iii). Orta dağ zolağında çınqıllı yamaclarda bitir. Azərbaycanda arealı dardır. Sürünən zoğları olmayan ağ keçətüklü yarımkolcuqdur.
Trautvetter kəklikotu

Təpə kəklikotusu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda geniş yayılmışdır. Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Zaqafqaziya (Ziazat) kəklikotu
Zaqafqaziya kəklikotu
Ziapad kəklikotu

Digər lüğətlərdə