Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaşalot
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Kiçik cırtdan kaşalot
Kiçik cırtdan kaşalot (Kogia sima ya da köhnə adı ilə Kogia simus) – cırtdan balinalar ailəsinin bilinən üç növündən biri.
Kaşalotlar
Kaşalotlar (lat. Physeteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Kiçik kaşalotlar
Kiçik kaşalotlar (lat. Kogiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Kakalos
Kakalos — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. Kokolos Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kokalos variantında da qeydə alınmışdır. Kəndi XIX əsrdə Lənkəran qəzasının Butasar kənd icmasına məxsus bir neçə ailə daimi yaşayış məntəqəsinə çevirmişdir. Oykonimin koko/koka ("vəhşi", "qəzəbli, quduz") və los/lus (Talış. "çölpiŞiyi") sözlərindən ibarət olub, "vəhşi çöl pişiyi" mənasını bildirdiyi güman edilir. Bəzi mənbələrdə isə bu ad evlər yığnı mənasını verir. Yəqin ki, kəndin ərazisində vaxtilə bu heyvanlar qorunduğu üçün ərazi belə adlandırılmışdır. Kənddə bir məktəb, bir mədəniyyət evi və bir məsçid vardır.
Kataloq
Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. Kataloq sözü digər mənalarda da işlənə bilər: faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq. == E-kataloq == Hazırda qlobal səviyyədə İKT nin inkişafı əsasən veb texnologiyaların, o cümlədən internet servisinin dinamik inkişafı mövcud xidmətlərin elektron variantının hazırlanmasına səbəb olmuşdur. Elektron ticarət, elektron kommersiya, elektron təhsil və s. O cümlədən bildiyimiz fiziki kataloqları da indi elektron kataloqlar əvəzləməkdədir. Kitabxanalar, şirkətlər və s. qurumlar kütləvi şəkildə e-Kataloq servisindən istifadə etməkdədirlər. Dünya məkənında olduğu kimi Azərbaycan da elektron kataloq anlayışı inkişaf etməkdə və nəticə etibarı ilə müvafiq internet resurslar hazırlanmaqdadır. Növbəti linklər bu resursların bəziləri və ən populyarlarıdır. == Xarici keçidlər == Baku Info Arxivləşdirilib 2019-08-31 at the Wayback Machine Kataloq.net Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine Directory.Az Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine Azərbaycan Biznes Bələdçisi Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Katalon dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. == Haqqında == Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. == Əsas komponentlər == Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Sistemli kataloq
Sistemli kataloq - biblioqrafik yazıların bilik sahələri üzrə sənədlərin müəyyən təsnifat sisteminə uyğun olaraq yerləşdiyi kitabxana kataloqudur. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi (ƏPG) sistemli kataloq yardımçı aparat–sistemli kataloqda əks edilmiş sənədlərin məzmununu açıqlayan predmet rubrikalarının əlifba siyahısı və müvafiq təsnifat indeksləridir. ƏPG-nin hər bir sözü ayrıca kartlara yazılır. Bu kartlar sistemli kataloqun məxsusi ayrılmış qutusunda əlifba sırası ilə düzülür. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi sistemli kataloq üçün bir növ “açar” rolunu oynayır. O, sizə lazım olan kitabı harada, hansı bölmədə və hansı indeks altında axtarmaq lazım olduğunu göstərir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Tapdıq Kamalov
Tapdıq Cəlal oğlu Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1939-cu il aprelin 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Subaydır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 70 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini olmuşdur.
Vladimir Kaçalov
Vladimir Yakovleviç Kaçalov (rus. Влади́мир Я́ковлевич Кача́лов) - Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi. Böyük Vətən Müharibəsinin ilk dövründə 28-ci Ordunun komandanı olmuş general-leytenant. 1941-ci ildə sovet-alman müharibəsi başlayan zaman Kaçalov Arxangelsk hərbi dairəsinin tərkibində yaradılmış 28-ci Ordunun komandanı olmuşdur. Sözügedən ordu 21 iyul tarixində onun rəhbərliyi altında Qərb cəbhəsinə göndərilmişdir. 28-ci Ordunun almanlarla apardığı döyüşlər zamanı Kaçalovunda içində olduğu birləşmə Smolensk yaxınlığında itkin düşmüşdür. Sovet xüsusi xidmət orqanları generalın əsir düşdüyünü İosif Stalinə məruzə edirlər. 16 avqust tarixində Ali Baş Komandalıq tərəfindən 270 saylı əmr imzalanmışdır. Əmrdə Kaçalovun və bir necə başqa genaralların adları çəkilərək, qorxaqlıq göstərərək əsir düşməkdə ittiham olunurdular. Vətənə xəyanətdə günahlandırılan generalın arvadı və qayınatası 8 il müddətinə həbs edilmişdir.
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub. Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu. Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı. Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.
Maalot qətliamı
Maalot qətliamı (ivr. ‏הפיגוע במעלות‏‎, ərəb. مذبحة معالوت‎) — 1974-cü il mayın 13-dən mayın 15-dək Maalot şəhərində Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhə (DFLP) terror təşkilatının yaraqlıları tərəfindən İsrail vətəndaşlarına qarşı törədilmiş qətliam. Livanla sərhəddən İsrailə daxil olan 3 terrorçu müxtəlif yerlərdə 4 mülki vətəndaşı qətlə yetirib və ələ keçməkdən yayınaraq Netiv Meir məktəbində ən azı 89 nəfəri girov götürüb, bundan sonra İsraildən 26 yoldaşının azad edilməsini tələb ediblər. Təxminən on saat davam edən binanın mühasirəsindən sonra xüsusi təyinatlılar hücuma cəhd etdilər, lakin terrorçular özlərini öldürməzdən əvvəl 25 nəfəri öldürməyə və ən azı 30 girovu yaralamağa nail oldular. Ümumilikdə qətliam nəticəsində 29 nəfər həlak olub ki, onların da əksəriyyəti Netiv Meir məktəbində girov saxlanılan uşaqlardır.
Yeni Baş Kataloq
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Yeni ümumi kataloq
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
Kasapet
Qasapet (bir müddət işlənilən adı: Çıraqlı)— Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.
Kasalan (Miyanə)
Kasalan (fars. كسلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (59 ailə).
Kasale FK
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Kasbot Koçkarov
Kasbot Koçkarov (10 noyabr 1834, Qaraçay-Çerkesiya – 24 dekabr 1940) — Qaraçay şairi. == Həyatı == Kasbot Bağır oğlu 1834-cü ildə bugünkü Qaraçay Çərkəz Respublikasının Uçkulan qəsəbəsinin yaxınlığındakı Kasbot kəndində kasıb bir ailədə doğulub. Onun adı ilə doğulduğu kəndin adının eyni olması çoxlarını çaşdırır. Kəndlərimizin bir çoxu orada yaşayan tayfasının, yaxut kəndi salan insanın, nəslin adıyla adlanır. Kasbot da belə kəndlərdəndir. Kasbot Koçkalanov 1940-cı ildə, 106 yaşında dünyasını dəyişib. SSRİ dağıldıqdan sonra Kasbot Koçkalanov əsərləri Türkiyədə də çap olunmağa başladı. Onun qaraçay milli ruhunu özündə daşıyan şeirləri Türk xalqlarının ədəbiyyatının bir parçasına çevrilməkdədir.