Bu nə heyrət, bu nə xəcalətdir; Səndə, axır, bu nə kəsalətdir?
Nə kəsalətlə iş görürsən sən; Niyə bunca ağır hörürsən sən?
Dağıldı qəmləri, üzləri güldü; Bayaqkı kəsalət tamam töküldü.
□ Kəsalət basmaq – ağırlaşmaq, süstləşmək, tənbəllik basmaq.
Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb, daha cənnəti səyahət etmək həvəsindən düşdüm.