Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karvansaray
Karvanasara - karvanların dayanacaq yeri. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi.
Ağkilsə (Karvansaray)
Ağkilsə (1978-ci ildən Çiçəkbunar, 1991-ci ildən Cermakavan) — Ermənistanın Tavuş mərzində kənd. == Haqqında == Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub. == Tarixi == Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Karvansaray (Orenburq)
Karvansaray (başq. Каруанһарай) — Orenburq şəhərində (Rusiya Federasiyası) yerləşən tarixi-memarlıq kompleksi. 1837-1846-cı illərdə Başqır-Məşçəriyyə ordusunun komandirini yerləşdirmək üçün könüllü ianələrlə tikilmiş, Orenburqda "öz ehtiyacları və işi üçün" gələn başqaları üçün otellər, başqırdlar üçün seminar və məktəb olmuşdur. Tarixi-memarlıq kompleksi Başqır xalqının evi və məsciddən ibarətdir. Memar Aleksandr Bryullovun orijinal layihəsi ənənəvi Başqır kəndinə stilizasiya kimi hazırlanmışdır: ansamblın mərkəzi hissəsi - səkkizbucaqlı məscid başqırd alaçığı formasını əks etdirir. == Ədəbiyyat == Загидуллин И. К. Из истории Караван-сарайской мечети в Оренбурге (до 1917 г.) // Фаизхановские чтения : материалы четвёртой ежегодной научно-практической конференции: "Развитие институтов многонационального и поликонфессионального Российского государства", [22 марта 2007 г.]. — Нижний Новгород: Медина, 2008. — С. 32-37. — 209 с. Загидуллин И. К. Исламские институты в Российской империи: Мечети в европейской части России и Сибири.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306 ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray (şəhər)
İcevan, Karvansara — Ermənistanda Tavuş regionunun İcevan rayonu ərazisində, İrəvan-Tiflis şose yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. İcevan rayonunun mərkəzi. == Tarixi == Ermənistan hakimiyyət orqanları tərəfindən şəhərin adı dəyişdirilərək İcevan adlandırılıb. 1961-ci ildən respublika tabeli şəhərdir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Karvansaray adası
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306 ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray rayonu
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir. İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Kiçik karvansaray
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. == Tarixi == Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır."Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Qafqaz Karvansaray
"Qafqaz Karvansaray" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi. "Qafqaz Karvansaray" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. "Qafqaz Karvansaray" otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Çaxmaq Karvansaray
Çaxmaq Karvansara (ərəb. خان جقمق‎) — Dəməşqin qədim şəhərində olan azsaylı karvansaralardan biridir.
Karvansaray (dəqiqləşdirmə)
Karvansaray Karvansaray (ada) — Bakı buxtasında yerləşən ada. Karvansaray (şəhər) — Qərbi Azərbaycanda Karvansaray rayonunun mərkəzi. Karvansaray rayonu — Qərbi Azərbaycanda rayon. Karvansaray (Orenburq) — Orenburq şəhərində yerləşən tarixi-memarlıq kompleksi.
İkimərtəbəli karvansaray (Bakı)
İkimərtəbəli karvansara və ya Qasım bəy karvansarası — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Bəzi mənbələrə görə karvansara XV əsrdə şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilmişdir. Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra, karvansara, Bakı bəylərindən Qasım bəy və onun varislərinin istifadəsinə verilmişdir. Həm memarlıq-planlaşdırma, həm də konstruktiv baxımdan İkimərtəbəli karvansara Azərbaycan karvansaralarının bir çoxu üçün xarakterik olan xüsusiyyətləri daşıyır. Karvansara Qız qalasının cənub-şərqində, Müqəddəs Varvara erməni kilsəsinin yanında, qədim Bakının ticarət küçəsində yerləşir. Karvansara, düzbucaqlı planının qarşı tərəflərində yerləən iki qapıya malikdir. Karvansaranın birinci mərtəbəsinin mərkəzində açıq həyət yerləşir. Həyət boyunca çoxlu sayda otaqlar yerləşir. Otaqların yan divarları qabağa çıxaraq, yanlardan qapalı olan kiçik eyvanlar formalaşdırır. İkinci mərtəbədə otaqların düzülüş və formaları birinci mərtəbənin planlaşdırmasını təkrarlayır.
İkimərtəbəli karvansaray (Şuşa)
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. == Memarlıq quruluşu == Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarayı ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı.
İki mərtəbəli karvansaray (Şuşa)

Karvansara
Karvanasara - karvanların dayanacaq yeri. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi.
Batabat karvansarayı
Batabat karvansarası — Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 37.
Buxara karvansarayı
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Camalabad karvansarayı
Camalabad karvansarası — Miyanənin Camalabad kəndində yerləşir. Elxanilər dövrünə aid abidənin yerində XVI əsrdə Şah Abbasın hakimiyyəti zamanı tikilib. == Tarixi == Karvansara XVI əsrdə Səfəvilər dövründə Şah Abbasın əmri ilə tikilib. Vaxtilə Böyük ipək yolunun üzərində yerləşən Camalabad kəndinin ərazisində Miyanə şəhərində 35 km aralıda yerləşir. Kənd vaxtilə əsas ticarət yolunun üzərində yerləşdiyinə görə burada insanlar daha çox yaşayırdılar və bu ərazi mərkəz rolunu oynayırdı, lakin ipək yolunun öz əhəmiyyətini itirməsi nəticəsində hazırda bu ərazi də atılıb. Hazırda Camalabad kəndində 5 ailə yaşayır karvansara özü isə baxımsız vəziyyətdədir.
Camaldın karvansarayı
Camaldın karvansarası — Naxçıvanda ən qədim karvansaralardan biri. Culfa rayonunun Camaldın kəndi ərazisində olmuşdur. "Naxçıvan Abidələri Ensiklopediyası"nda verilən məlumatdan aydın olur ki, tarixi XII–XVII əsrlərə aid edilən bu karvansara 6750 kvadratmetr ərazidə yerləşmişdir. Ərazidə dördkünc formalı tikintilərin qalıqları bu gün də qalmaqdadır. Haçadağ karvansarası. Haçadağ (İlandağ) ətrafından keçən karvan yollarını öyrənərkən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev tərəfindən aşkara çıxarılmış karvansaraylardan biri də hündürlüyü 3 metr 50 santimetr, uzunluğu 12 metr, eni isə 7 metr olan karvansaradır. Tədqiqatçı tikiliş üslubunu nəzərə alaraq bu karvansaranın XVI əsrdə tikilməsi qənaətinə gəlmişdir.
Culfa karvansarayı
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Kiran karvansarayı
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir.Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi. Onlar arasında qabartma və oyma üsulu ilə hazırlanmış, həndəsi və nəbati naxışlı medalyonlar xüsusi diqqət cəlb edir.
Multanı karvansarayı
Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır. == Tarixçəsi == Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur. Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır.
Qaraçı karvansarayı
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. == Tarix == Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Səlim karvansarayı
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. == Ümumi məlumat == Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 == Erməni saxtakarlığı == Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62). Həmin yol üzərində Zəngilan rayonunun Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf.
Xan karvansarayı
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. == Tarixi == Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır."Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Ələki karvansarayı
Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir.
Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Culfa kаrvаnsаrаyı