UŞQU

(Çənbərək, Karvansaray)
balıqların toplaşdığı yer. – Daşın altdakı uşqudan iki lederə balıx tutdum (Karvansaray)
UŞKU
UŞQUMMA
OBASTAN VİKİ
Uşquli
Uşquli (gürc. უშგული) — Gürcüstan Respublikasının Sameqrelo-Yuxarı Svaneti diyarının Mestia rayonunda, İnquri dərəsinin başında yerləşən svan icması. Jibiani, Çvibiani, Çajaşi, Lamjurishi və Murkmeli kəndlərindən ibarətdir. Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Uşquli kəndi Dağıstanın Doqquzpara rayonundakı Kuruş kəndindən sonra (dəniz səviyyəsindən 2560 m yüksəklikdə) Avropada ən yüksək daimi məskunlaşmış yaşayış məntəqəsi hesab edilir. Böyük Qafqazın ən yüksək zirvələrindən olan Şxaranın cənub yamacında, İnquri çayının yuxarı axarında yerləşir. Uşqulidə təxminən 70 ailə (200 nəfərə qədər) yaşayır, məktəb var. Ətrafı ilin 6 ayı qarla örtülü olur və rayon mərkəzi Mestiaya aparan yol tez-tez kəsilir. Kənddə ənənəvi svan qüllə-evləri qorunmuşdur. Jibiani kəndinin yanında təpədə XI əsrdə tikilmiş Məryəm kilsəsi (svanca Lamariya) yerləşir.