Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nina Katerli
Nina Semyonova Katerli (rus. Ни́на Семёновна Кате́рли; 30 iyun 1934, Leninqrad – 20 noyabr 2023, Sankt-Peterburq) — Rusiya, sovet yazıçısı, publisist, hüquq müdafiəçisi, 15 nəsr və jurnalistika kitabının müəllifi. 1934-cü il iyunun 30-da Leninqradda yazıçı ailəsində anadan olub. Anası Yelena İosifovna Katerli (əsl soy adı Kondakova, 1902–1958), nasir və jurnalist olub. Atası Solomon Şmuleviç (Semyon Samoyloviç) Farfel (təxəllüsü "F. Samoilov", 1907–1985), yazıçı-dokumentalist, Böyük Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant, "Vətənin keşiyində" qəzetinin hərbi müxbiri Leninqrad Cəbhəsi, Qırmızı Ulduzlar ordeninin sahibi. Babası Samuil Qriqoryeviç Farfel (1877–1927), jurnalist, "Reç" kadet qəzetinin əməkdaşı. Nina Katerli 1958-ci ildə Leninqrad Texnoloji İnstitut bitirib. 1976-cı ilə qədər elmi-tədqiqat institutunda kimya texnoloqu kimi çalışıb. Bu ildən mühəndis peşəsini tərk edərək özünü tamamilə ədəbiyyata həsr edib. Nina Katerli 15 nəsr və jurnalistika kitabının müəllifidir.
Katerini
Katerini (yun. Κατερίνη) — Yunanıstanın Pieria bölgəsində şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 58.309 nəfər yaşayır.
Fibiger krateri
Fibiger krateri (lat. Fibiger) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını danimarkalı mikrobioloq olan Yohannes Qrib Fibigerin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Fibiger kraterinə ən yaxın yerləşən krater Berd krateridir və onun şimal-şərq hissəsini örtür. Kiçik kasaşəkilli Erlanger krateri isə şimal-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°08′ şm. e. 37°08′ ş. u.86,14° şm. e.
Haber krateri
Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u.83,4° şm. e.
Kaali krateri
Kaali (est. Kaali kraater) və ya Kaalinyarvi (fin Kaalinjärvi) — Estoniyada meteorit krateri. Saaremaa adasında yerləşən bu krater 3470–3545 il əvvəl, holosen dövründə meteorit düşməsi nəticəsində yaranmışdır. Tartu universitetinin 2016-cı ildə apardığı radiokarbon analizlərinə görə krater e.ə 1500–1600 illərdə yaranmışdır. Kraterdə eyni adlı kiçik göl var. Kaali planetin səkkizinci ən gənc krateri hesab olunur. Krater Kuressaare şəhərindən 18 km məsafədə, Kaali kəndi yaxınlığındakı meşədədir. Hündürlüyü 16–22 metr, diametri 110 metr olan kraterin kənarları böyük (4–7 m) dolomit bloklarlarla əhatələnib. Yaxınlıqda diametri 15 ilə 40 metr arasında olan səkkiz daha kiçik krater var. Yerli əhali arasında kraterin yaranması ilə bağlı etioloji məlumatlar mövcuddur.
Karlin krateri
Karlin krateri - Tatarıstanda yerləşən meteorit krateridir. Onun diametri 10 km, yaşı isə 5±1 milyon il hesablanır. Karlin krateri Çuvaşıstanla sərhəddə Buinsk şəhəri yaxınlığında yerləşir. Bura Kara çayının adına görə Karlin deyilir.
Kun krateri
Kun krateri (lat. Kuhn) — Ayın görünməyən tərəfindəki Cənub qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Riçard Kunun şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kun kraterinə ən yaxın yerləşən krater Vixert krateridir və ondan qərbdə yerləşir. Laveran krateri bu kraterdən şimal-qərbdə, Koxer krateri şərqdə və Sverdrup krateri isə cənubda yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 84°29′ c. e. 152°29′ q. u.84,48° c. e.
Kyardla krateri
Kyardla (est. Kärdla) — Estoniyanın Kyardla şəhəri yaxınlığında zərbə krateridir. Diametri 4 kilometr (2.5 mil)-dir və yaşının təxminən 455 milyon il, Ordovikin sonlarına aid olduğu təxmin edilir. Krater sualtıdır və səthlə əlaqəsi yoxdur. Kraterin meydana gəlməsi, həmçinin İsveçdəki Tvyaren və Lokne kraterləri ilə də nəticələnmiş ola bilən 100 km genişliyindəki asteroidin zərbəsi ilə əlaqələndirilir.
Larri-kabelçi
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Lavleys krateri
Lavleys krateri (lat. Lovelace) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını aerokosmik tibb sahəsində mütəxəssis olan amerikan həkim Uilyam Lavleysin şərəfinə almışdır və 1970-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kraterin yaranması Postimbriyan dövrünə təsadüf edir. Lavleys kraterinə ən yaxın yerləşən krater Rojdestvenski krateridir və ondan şimal-qərbdə yerləşir. Lenard və Ermit kraterləri bu kraterdən şimalda, Xaber krateri şimal-şərqdə və Frelik krateri isə cənubda yerləşir. Krater şərqdə Silvester krater zənciri ilə əhatə olunmuşdur. Krater mərkəzinin selenoqrafik koordinatları 82°05′ şm. e. 109°31′ q.
Loqoy krateri
Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.
Maxuika krateri
Maxuika krateri (ing. Mahuika crater) — zərbə krateri meteorid məşhəllidir. Yeni Zelandiyanın materik şelfində yerləşir. Krater Stüart adasından 120 km cənub-qərbdə Sners adaları yaxınlığında qərarlaşır. Kraterin ölçüsü 20±2 km, dərinliyi isə 153 metrdir. Krater Maorilərin Mahuikasının (od tanrısı) şərəfinə adlandırılmışdır. Krater Dallas Ebbot və onun həmkarları tərəfindən Lamont-Doqerti Torpağı abservatoriyasında aşkarlanmışdır. 1400-cü illərdə Yeni Zelandiyanın yerli əhalisi bölgəni kütələvi şəkildə tərk etmişlər. Sunami üzrə ekspert olan Ceyms Qoff bu köçün 1500-cü ildə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş sunaminin təsirindən baş verməsini ehtimal etmişdir. Ancaq zəlzələdən əmələ gələn sunamilərin maksimal hündürlüyü 40-60 metr arasında dəyişir.
Meteorit krateri
Neuqrund krateri
Neuqrund — Estoniyada yerləşən zərbə kateridir. 8 kilometr (5.0 mil) diametrindədir və əvvəllər Ordovikdə, təxminən 470 milyon il əvvəl meydana gəldiyi təxmin edilsə də, sonrakı araşdırmalarla, Kembri mənşəli (təxminən 535 milyon il əvvəl) ola biləcəyi aşkar edildi. Krater dənizin dibindədir və quruyla heç bir əlaqəsi yoxdur. Yaxınlıqdakı bir ada olan Osmussaar sahillərində tapılan qneysli brekçiya daşlarının, zərbə nəticəsində oraya atıldığı güman edilir. Neuqrund kraterinin Ordovik dövründəki bir toqquşma zamanı yarandığı, böyük bir nəzəri asteroidin Yupiterin cazibə qüvvəsi nəticəsində orbitini və istiqamətini dəyişərək Yerin orbitinə girdiyi düşünülür. Bu nəzəriyyəni dəyişdirmək lazım ola bilər, çünki son tədqiqatlar kraterin Kembriyə aid olduğunu bildirir.
Patom krateri
Patom krateri — Sibirdə İrkutsk vilayəti ilə Yakutiyanın sərhəddində Patom dağları ərazisində krater. Alimlər onu Patom krateri, Yakutlar isə Yanar Qartal yuvası adlandırırlar. Uzun illərdir alimlər, geoloqlar, hətta fiziklər bu kraterin necə əmələ gəldiyini araşdırmağa çalışırlar. Onun haqqında yaranan müxtəlif fərziyyələr və mülahizələr indiyə qədər mübahisə obyektidir. Bu krateri ilk dəfə 1949-cu ildə geoloq Vadim Kolpakov kəşf etmişdir. Onun hündürlüyü 70 m, xarici diametri 180 m –dir. Keçən il burada araşdırmalar aparan alimlər bir sıra anomaliyalar müşahidə etmişlər. Onlar kraterin 100–150 m dərinliyində güclü maqnit sahəsi aşkar etmişlər. Geoloqların gəldiyi nəticəyə görə dərinlikdə ellepsoidvari, yumurtaya bənzər, Yerə aid olmayan bir obyektin olduğu fərz edilir. Obyektin uzunluğu 600–700 metr ola bilər.
Puanso krateri
Puanso krateri (lat. Poinsot) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını fransız riyaziyyatçısı və mexaniki olan Lui Puansonun şərəfinə almışdır və 1970-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kraterin yaranması Prenektarian dövrünə təsadüf edir. Puanso kraterinə ən yaxın yerləşən krater Plaskett krateridir və ondan şimal-qərbdə yerləşir. Haskin krateri bu kraterdən şimal-şərqdə, Heymans krateri cənubda və Tissen krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 78°54′ şm. e. 146°13′ q. u.78,9° şm.
Qrenbi krateri
Qrenbi krateri — Vadstenanın (Österyötland, İsveç) cənub-şərqində yerləşən zərbə krateri. Onun təxminən 470 milyon il əvvəl (Orta Ordovik dövründə) forlamaşdığı ehtimal olunur. Diametri 3 kilometrdir və səthə çıxmır.
Suavyarvi krateri
Suavyarvi — Kareliya Respublikasının ərazisində krater gölüdür. Yer kürəsindəki ən qədim zərbə krateri olduğu düşünülür. Səth sahəsi 5.6 km², dəniz səviyyəsindən yüksəkliyi 153 metr (502 ft)-dir. Kraterin diametri 16 km-dir və təxminən 2.4 milyard yaşı olduğu təxmin edilir. Bu onu Yerdəki məlum olan ən qədim zərbə krateri edir. Arxey−Proterozoy sərhəddində yarandığı düşünülür.
Talemzane krateri
Talemzane krateri — Əlcəzairdə, Hassi Delaadan (kiçik şəhər) 40 km cənub-şərqdə olan zərbə krateridir. Ölkədəki dörd belə kraterdən biri olan Talemzane sadə krater kimi təsnif edilir. Ay və planetlərin tədqiqi üzrə 43-cü konfrans onu iki milyon il yaşı olan "əsl meteorit krateri" adlandırdı . İlk dəfə 1928-ci ildə öyrənilmiş, 1950 və 1988-ci illərdə Oran (Əlcəzair) və Nitsa (Fransa) universitetlərinin tədqiqatçıları tərəfindən öyrənilmişdir. Onun diametri 1,75 km-dir və üç milyon ildən az olduğu təxmin edilir və ehtimal ki, Pliosen dövrünə aiddir. Məadnə adı ərəbcə "filiz yatağı" sözündəndir. Karpoff, R., A "meteorite" crater at Talemzane in southern Algeria, with discussion (in French). International Geological Congress, 19th, Algiers, pp. 233–241. 1954 Karpoff, R., The meteorite crater of Talemzane in southern Algeria.
Usay krateri
Usay krateri (lat. Houssay) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını argentinalı fizioloq olan Bernardo Usayın (1887—1971) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Usay kraterinə ən yaxın yerləşən krater Boş krateridir və ondan şimal-şərqdə yerləşir. Krater Nansen kraterinin şimal hissəsini əhatə edir. Tsay Lun krateri bu kraterdən cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°07′ şm. e. 98°31′ ş. u.83,11° şm.
Vredefort krateri
Vredefort krateri — Yer üzərindəki ən böyük zərbə krateridir. 300 kilometr (186 mil) enindədir və indiki Cənubi Afrikanın Fri-Steyt əyalətindədir. Mərkəzinə yaxın olan Vredefort şəhərinin adını daşıyır. Kraterin özünün çoxdan silinməsinə baxmayaraq, mərkəzində qalan geoloji strukturlar Vredefort Qübbəsi və ya Vredefort formalaşması olaraq bilinir. Kraterin yaranması Paleoproterozoy erasında olduğu üçün 2,023 milyard il (± 4 milyon il) yaşı olduğu təxmin edilir. Dünyadakı üçüncü ən məşhur kraterdir. 2005-ci ildə Vredefort qübbəsi geoloji məşhurluğuna görə UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına əlavə edildi. Vredefort kraterini yaradan asteroidin Yerlə toquşanlar arasında ən böyüyü olduğu (ən azı dörd milyard il əvvəl, Katarxey eonundan bəri) və təxminən 10–15 km (6.2–9.3 mil) diametrə sahib olduğu düşünülür. Kraterin orijinal diametrinin təxminən 300 km (190 mil) olduğu təxmin edilir, lakin o, aşınmışdır. Hal-hazırda qalan formalaşma olan "Vredefort Qübbəsi", diametri 70 km (43 mil) olan halqa formalı enişdən ibarətdir və toqquşmadan sonra zərbə sahəsinin altında yaranan günbəz qalıqlarıdır.
Vulkan krateri
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Zərbə krateri
Zərbə krateri — planetin, peykin və ya Günəş sisteminin başqa bərk obyektinin səthində olan, ondan daha kiçik obyektlə hipersürətlə toqquşması ilə formalaşan təqribən dairəvi çuxurdur.
İbrahimov krateri
İbrahimov krateri — Mars planetində krater. Diametri 87 km olan krater, Plato Tavmasiyanın şərqində yerləşir. 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında Azərbaycan astrofiziki Nadir İbrahimovun şərəfinə adlandırılmışdır.
Katerin Uilson
Katerin Uilson (1822 – 20 oktyabr 1862) — cinayətlərdən birini görə edam olunmuş, lakin ümumilikdə altı cinayət daha törətdiyi düşünülən ingilis qatil. O, tibb bacısı işləyirdi və qurbanlarını vəsiyyətlərində pullarını ona buraxmağa təşviq etdikdən sonra onları zəhərləmişdi. Hökm çıxaran hakim onu xüsusi olaraq "yaşamış ən böyük cinayətkar" kimi təsvir etmişdir. Uilson əvvəlcə Spoldinqdə tibb bacısı kimi çalışmış, daha sonra Körbi-Lonzdeylə köçmüşdür. O, Dikson adlı bir adamla evlənsə də, əri tezliklə ölmüş və onun kolxikumdan zəhərləndiyi ehtimal edilmişdir. Həkim cəsədin yarılmasını təklif etsə də, Uilson ona bunu etməməsi üçün yalvarmış və o, bu fikrindən əl çəkmişdir. 1862-ci ildə Uilson öz vəsiyyətini onun xeyrinə yenidən yazmış Sara Karnellə qulluq edən bir tibb bacısı kimi çalışmış və az sonra ona "sakitləşdirici məhlul" gətirərək "İç onu, əzizim, səni isitəcək" demişdir. Karnell bu məhluldan bir ağız dolusu içmiş və ağzını yandırdığından şikayətlənərək tüpürmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən maye yataq paltarında dəlik açıb. Hadisədən sonra Uilson Londona qaçsa da, bir neçə gün sonra həbs edilmişdir.