Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çatmadağ
Çatmadağ — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur. Qafqazın 5 verstlik xəritəsində Çatma formasında qeyd edilmişdir. Kəndin adının ikinci komponenti dağ//daş sözləri sonralar ixtisar edilərək rəsmi sənədlərdə Çatma formasında işlədilmişdir. == Əhalisi == Kənddə 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.Kənddə 31 nəfər kürd yaşamışdır.
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Xristian kimliyi
Xristian kimliyi (ing. Christian Identity) — xristianlığın yalnız kelt və german xalqların, o cümlədən anqlosaks, Skandinaviya etnik qrupları və ya "ari" xalqları və qohum olan xalqların İbrahim, İshaq və Yaqubun nəslindən, yəni qədim israillilərin törəmələri hesab edildiyi interpretasiyası. Antidiffamasiya Liqası və Cənubi Yoxsulluq Hüquq Mərkəzi "xristian kimliyi"ni "ağdərili üstünlüyü" ideologiyasını daşıyan irqçi və antisemit hərəkat hesab etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Barkun, Michael. Religion and the Racist Right: The Origins of the Christian Identity Movement. University of North Carolina Press. 2014. ISBN 978-1-46961111-2. == Əlavə ədəbiyyat == Buck, Christopher. Religious Myths and Visions of America: How Minority Faiths Redefined America's World Role.
Gender kimliyi
Gender kimliyi və ya identikliyi müəyyən bir cinsin nümayəndəsi, yəni kişi, qadın və ya başqa bir kateqoriyanın nümayəndəsi kimi insanın daxili özünü qavrayışıdır, bioloji cinslərin davranış və keyfiyyətləri sosial və mədəni stereotiplərlə əlaqələndirilir. Gender kimliyi mütləq bioloji cinslə eyni deyil. Hal-hazırda, gender kimliyini və gender ifadəsini fərqləndirmək lazımdır - cinsi xüsusiyyətlərdən asılı olaraq maskulin, feminin və androqin kimi müəyyən edilir , bu və ya digər müxtəlif növ gender kimliklərini müəyyən edən gender stereotiplərinin uyğunluğunu nəzərdən keçirən ədəbiyyat da mövcuddur. Bir çox cəmiyyətlərdə insanın sosial şəxsiyyətinin formalaşması üçün əsas ola biləcək bir sıra gender kateqoriyaları mövcuddur. Cinsiyyət kimliyi doğuş zamanı təyin olunmuş cinsə uyğun gələn insanlara tamcins və ya tisgender, cinsiyyəti uyğun gəlməyənlərə isə transgender deyilir. Transgender anlayışına gender ifadəsinin bioloji cinslə uyğunsuzluğu daxildir Gender kimliyi nəzəriyyəsinin əsasını qoyanlardan biri seksoloq Con Uilyam Money olmuşdur. Müxtəlif cəmiyyətlərdə uzun illər ikili gender sistemi - insanların iki kateqoriyaya bölündüyü cəmiyyət mövcud olmuşdur və hazirda da həmin binar gender sistemi bir çox mühafizəkar cəmiyyətlərdə qorunub saxlanmaqdadır: kişilər və qadınlar və anadan olanda təyin olunan bioloji cins ilə gender kimliyi arasında uyğunluq nəzərdə tutulur. Bununla belə, son bir neçə onillikdə qeyri-binar gender kimliyi olan insanlar rəsmi səviyyədə getdikcə daha çox tanınmağa başlayıblar. Bu, ABŞ, Avstraliya, Böyük Britaniya və Avropa ölkələrinin əksəriyyətində baş verir və qeyri-binar şəxslərin tanınması istiqamətində dəyişikliklər hüquqi sənədlərdə öz əksini tapır. Bu cəmiyyətlərdə gender sistemləri qeyri-binardır: onlar ikidən çox gender kateqoriyasını əhatə edir və doğuş zamanı təyin olunmuş cins ilə gender kimliyi arasında heç bir əlaqənin olmadığı fikri önə çəkilir.
Azərbaycan milli kimliyi
Azərbaycan milli kimliyi — Azərbaycan xalqının ortaq və xarakterik mədəniyyətində, dilində və adət-ənənələrində təcəssüm tapmış milli mənsubiyyət hissini ifadə edən termin. "Azərbaycanlı" etnonimi ilk dəfə 1891-ci ildə təklif edilmiş, XIX əsrin sonundan bu termin Yelizavetpol quberniyasında özünüadlandırma kimi yayılmağa başlamışdır. Ancaq terminin rəsmi istifadəsi 1936-cı ildən, sovet rəsmi siyahıyaalınması ilə başlamışdır. Sovet dövründən başlayaraq Azərbaycan etnik azlıqları üçün də üst kimlik olaraq "azərbaycanlı" adından istifadə edilir. == Arxa plan == === Azərbaycan xalqının etnik qrup kimi formalaşması === ХI-ХIII əsrlərdə Səlcuqlar və Elxanilər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur. Azərbaycan xanlıqları dövrü isə yarıməsrlik Azərbaycan müstəqilliyi dövrü (Əfşar, Zənd və Qacarlardan asılılığın olmaması) olmuşdur.Qarabağ xanlığı vəziri Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi. === Orta əsrlərdə türk kimliyi === XII əsrdə Gürcüstan krallığı hökumətinə yaxın ərazilərdə qıpçaqlar idarəçilikdə rol oynamış, qonşu Eldənizlər dövlətini idarə edən sülalənin ilk üzvü Atabəy Şəmsəddin Eldəniz də qıpçaq mənşəli olmuşdur.
Kişiləri qoruyun (film, 2006)
== Məzmun == Orxan (Anar Heybətov) Ceyranın nişanlısıdır. Lakin bir gün Ceyranı (Samirə Rüstəmova) zooparkda ayı ilə təkbaşına buraxıb qaçandan sonra onların arası birdəfəlik dəyir. Ceyran isə ayı qiyafəsində zooparkda işləyən Zaura (Tural Əsədov) aşiq olur. İş evlənməyə qədər gəlib çıxanda Orxan toy günü Zaurdan və Ceyrandan qisas almaq qərarına gəlir. Və dostunun (Əkbər Əlizadə) köməyi ilə toy günü bəyi oğurlayır. Lakin sonluqda yenə xeyir şərə qalib gəlir. Film bir neçə ayrı süjet xəttinə malikdir: Ceyranın atasının (Ramiz Əzizbəyli) baş həkim olduğu ruhi xəstəxanada baş verən tragikomik əhvalatlar, digər şadlıq sarayları ilə rəqabət aparmağa çalışan sarayların birində baş verən əhvalatlar və nəhayət Zaurla Ceyranın başına gələn əhvalat.
Aza kəsilişi
Aza kəsilişi Naxçıvan MR Ordubad rayonunun ərazisində təşəkkül tapmış paleosen-alt eosen çöküntülərinin mötəbər kəsilişlərindən biridir. Foraminifer faunası və nannoplanktonla zəngin olan bu çöküntü qatı Aza kəndinin ətraflarında üzə çıxır və Ordubad riftogen qatlamının paleosen-alt eosen dəstəminin istinad kəsilişi kimi qəbul edilmişdir.
Duzdağ kəsilişi
Duzdağ kəsilişi Azərbaycanda ağçagıl-pleystosen çöküntülərinin ən məşhur istinad kəsilişlərindən biridir. Braxisinklinala cavab verən bəndə bənzər Duzdağ dağı Göran dəmir yolu stansiyasından şimalda yerləşir. Dağın geoloji kəsilişini təşkil edən ağçaqıl törəmələri qum və qumdaşı təbəqəcikli nazikqatlı gillərdən (140 m) təşkil olunmuşdur. Bu çöküntülərdə molyuskların qabıqlarına, flora qalıqlarına və onurğalıların sümüklərinə rast gəlinir. Abşeron regiomərtəbəsinin Duzdağ kəsilişi Acınohur regionu üçün istinad kəsilişi kimi qəbul edilir, sahilyanı kontinental çöküntülərin tam açılışı və fauna qalıqlarının zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı olan hər üç abşeron yarımmərtəbəsi ayrılır. Kəsilişi qalınlığı olan pleystosenin kontinental çöküntüləri tamamlayır.
Dübrar kəsilişi
Dübrar kəsilişi Böyük Qafqazın cənub yamacı Zaqatala-Qovdağ zona­sının orta və üst təbaşir çöküntülərinin istinad kəsilişi sayılır. Bu kəsiliş Altı­ağac kəndindən qərbdə, Dübrar dağının yamaclarında üzə çıxır və özünün tamlığı və müxtəlif qrup təbaşir faunasının varlığı ilə seçilir.
Dərəköhnəbinə kəsilişi
Dərəköhnəbinə kəsilişi Böyük Qafqaz kənar dəniz hövzəsinin qitə yamacında təbaşirin ortalarında sualtı-sürüşmə deformasiyaları nəticəsində üst apt-alb plastik çöküntülərində yaranmış disharmonik qırışıqlığın əyani nümunəsidir. Bu süxur dəstəminin Giləzi qəsəbəsindən Xızı şəhərinə gedən yolun 11-ci kilometrindən başlayaraq uzunluğu 5 km olan gözəl açılışı ətraf əraziyə özünəməxsus kolorit verir.
Kəlovudağ kəsilişi
Kəlovudağ kəsilişi Cənub-Şərqi Qafqazın şimal yamacı təbaşir çökün­tülərinin istinad kəsilişi sayılır. Kəsiliş Quba rayonunun Qonaqkənd kəndindən şimali-şərqdə yerləşən Kəlovu dağının yamaclarını təşkil edir və eyni zamanda, özünün mötəbərliliyi və müxtəlif qrup təbaşir faunası nümayəndələrinin çox­luğu ilə fərqlənir.
Qaraca kəsilişi
Qaraca kəsilişi Azərbaycanın dördüncü dövr sisteminin abşeron – alt xəzər çöküntülərinin klassik kəsilişi sayılır. Kəsiliş eyniadlı antiklinalın quruluşunda iştirak edərək Mingəçevir şəhərinin ətrafında yer səthinə çıxır. Burada abşeron çöküntüləri kontinental fasiya (525 m), pleystosen törəmə­ləri isə kontinental və dəniz fasiyaları (100m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə şirin su və dəniz molyuskları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri aşkar edilmişdir.
Quşquna kəsilişi
Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsi­lişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizont­ları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində mol­yusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təm­sil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümük­lərinə rast gəlinir.
Qırməki dərəsi kəsilişi
Qırməki dərəsi kəsilişi Azərbaycanın əsas neft-qaz yataqlarının yerləşdiyi alt pliosenin məhsuldar qatının stratotipik kəsilişini təşkil edir. Bakı şəhərinin Binəqədi rayonunda (Şimali Abşeron) yerləşən və məhsuldar qatın neftlə doymuş horizontlarının stratotip kəsilişini açan Qırməki dərəsi eyniadlı braxiantiklinalının yuyulmuş tağında özünəməxsus erozion landşaft formalaşdırır. Burada məhsuldar qatın alt şöbəsinin (qırməkialtı, qırməki, qırməkiüstü qumdaşlı və qırməkiüstü gilli lay dəstələri) süxurları və qismən də üst şöbənin (fasilə lay dəstəsi və balaxanı lay dəstəsinin alt hissəsi) çö­kün­tüləri Qırməki dağının yamacında üzə çıxır. Kəsilişin tavanında çoxsaylı qatran və bitum təzahürlərinin iştirak etdiyi qədim xəzər (alt pleystosen) terrasının çöküntüləri yerləşir. Kəsiliş çoxsaylı xarici və öz alimlərimizin tədqiqat obyekti olmuş və bu gün də tədqiqat obyekti olaraq qalmaqdadır və məhsuldar qatın stratiqrafiyasının tədqiqi üçün böyük əhəmiyyət kəsb edir.
Xüsusi ərimə istiliyi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur.Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir. Ərimə temperaturuna çatdıqda temperaturun artışı dayanır və verilən istilik miqdarı həmin temperaturda nizamlı düzülüşdən nizamsız dquruluş yaranmasına , yəni mayeyə çevrilməsinə sərf olunur.
Çaşirdağ (Kaşirdağ) kəsilişi
Çaşirdağ (Kaşirdağ) kəsilişi - Naxçıvan qoyma çökəkliyinin cənub-şərq kənarının geoloji kəsilişində iştirak edərək Əlincəçay dərəsinin sağ sahili boyu izlənilir və tufbrekçiyalar, tuflar və andezit avtoklastitlərin növbələnməsi ilə təmsil olunan, alt miosendən orta miosenə keçid stratiqra­fik intervalında vulkanogen fasiyanın yeganə çıxışıdır. Culfa rayonu ərazisində dağ (hünd. 1491,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən eyniadlı ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 4,2 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.KAŞİRDAĞ – Culfa rayonu ərazisində Çaşırdağın yerli əhali arasında işlədilən başqa adı.