ÇATILMAQ

məch.
1. Yüklənmək, dalına yük qatılmaq (heyvanın).
[Pərinisə ərinə:] …Eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı… C.Məmmədquluzadə.
Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış ( f.sif. ) iki məfrəşi açıb yerə saldı. S.S.Axundov.

2. Qalanmaq.
Sağılmışdı sürü, naxır; Çatılmışdı ocaqlar. A.Şaiq.
Ocaqlar çatıldı, kabablar bişdi; Məclisin ahəngi yenə dəyişdi. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇATILMAQ yüklənmək — bağlanmaq — yığılmaq
ÇATILMA
ÇATILTI

Digər lüğətlərdə

адыге́йка дегустацио́нный попрове́триться алиме́нты ввола́киваться водоотво́д вса́сываться вскло́чить дёргаться духо́вочный памфле́тный позелене́лый пошто́ a la alt Ezekiel luxuriant nonbearing salter strained top- wyvern болото накаляться ротоногие