Çatmadağ

ÇatmadağQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur[1]. Qafqazın 5 verstlik xəritəsində Çatma formasında[2] qeyd edilmişdir. Kəndin adının ikinci komponenti dağ//daş sözləri sonralar ixtisar edilərək rəsmi sənədlərdə Çatma formasında işlədilmişdir.

Kənddə 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır[3]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.[4]

Kənddə 31 nəfər kürd yaşamışdır. Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubov bu kənddə doğulmuşdur[5].

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  1. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.281
  3. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50-51, 130-131
  4. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
  5. [1][ölü keçid]