Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qorxuluk
Oyuq , Qorxuluq və ya Müqəvva — Zəmilərə, bostanlara, tarlalara və digər əkinlərə zərər verən heyvan və quşları qorxutmaq məqsədilə köhnə paltarların içinə saman doldurulub tikilən və insan şəklinə bənzəyən kukla. Köhnə paltarlarla bəzədilir və başında iri bir papağı olur.
Körpülü
Aşağı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Köklük
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Aşağı Körpülü
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır. Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Yuxarı Körpülü
Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur. Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.
İsa Körpülü
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Körpülü Mehmed Paşa
Köprülü Mehmed Paşa (1580, Bərat – 31 oktyabr 1661, Ədirnə) — IV Mehmed dönəmində 15 sentyabr 1656 - 31 oktyabr 1661 tarixlərində ümumilikdə 5 il 1 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin banisidir. == Həyatı == İndiki Albaniyanın Rudnik kəndində 1578-ci ildə dünyaya gəlmişdir. Dəvşirilərək İstanbula gətirildi və Əndərundakı təhsili bitdikdən sonra saray mətbəxində vəzifələndirildi. IV Murad dövründə has odabaşı oldu və ardından xəzinədarın qulluğuna verildi. Çox keçmədən buradan ayrıldı və Amasiyaya göndərildi. Burada Vəzirkörpü qəsəbəsinə yerləşdi və yerlilərdən birinin qızı olan Ayşə xanımla evləndi. Bu səbəblə də Körpülü ləqəbi ilə tanınır. Köhnə dostu olan Hüsrəv Paşa sədrəzəm olduqdan sonra onun xəzinədarı olaraq paytaxta qayıtdı. Hüsrəv Paşanın edamından sonra bir müddət Amasiya sancaqbəyi olsa da, daha sonra geri döndü.
Körpülü Numan Paşa
Körpülü Numan Paşa (17 mart 1674, Ədirnə, Osmanlı imperiyası – 6 fevral 1719, İraklion, Krit vilayəti) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 17 mart 1674-cü ildə Ədirnədə dünyaya gəldi. Atası Körpülü Fazil Mustafa Paşadır. Atasının 1691-ci ildə Avstriya üzərinə çıxdığı son səfər əsnasında dövlət təcrübəsi qazanması məqsədilə Rumelidə yerləşən arxa cəbhəyə göndərildi. Səfər davam edərkən iyul ayında Modava alaybəyi təyin olunaraq Dunay çayı sahilindəki İrşova qalasının təmiriylə vəzifələndirildi. Ancaq o əsnada baş tutan Salankamen döyüşündə atası şəhid düşdü və Osmanlı ordusu məğlub edildi. Hələ 17 yaşında ikən atasının ölümüylə əmisi oğlu Hüseyn Paşa tərəfindən himayə edildi. === Ərzurum bəylərbəyliyi dövrü === Hüseyn Paşanın 1697-ci ildə sədarətə gətirilməsi Numan Paşanın da yolunu açdı. 3 iyul 1700-cü ildə İstanbula çağırıldı və altıncı vəzir olaraq divana daxil oldu. Bununla yanaşı Sultan Mustafanın qızlarından 7 yaşlı Ayşə Sultanla nişanlandı.
Körpülü Fazil Mustafa Paşa
Körpülü Fazil Mustafa Paşa (1637 – 19 avqust 1691 və ya 20 avqust 1691) — II Süleyman və II Əhməd dövrlərində ümumilikdə 1 il 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1637-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. 4 yaşında ikən atasıyla birlikdə İstanbula getdi. Böyük qardaşı Fazil Əhməd Paşa kimi mədrəsə təhsili və xüsusi müəllimlərdən dərslər aldı. Atasının sədarəti dövründə 1660-cı ildə saray xidmətinə alındı. Kiçik qardaşı Əli bəylə birlikdə böyük qardaşı Fazil Əhməd Paşanın Uyvar səfərinə qatıldı və Yeniqalanın fəthində iştirak etdi. Anası və bacısıyla birlikdə Kritə getdi və burada ikən qardaşının Kandiyə mühasirəsində vəzifələndirildi. Burada ikən anasıyla birlikdə həccə getdi. Bacısının yoldaşı olan sədrəzəm Mərzifonlu Mustafa Paşanın istəyilə 1680-ci ilin iyulunda yeddinci vəzir olaraq divana daxil oldu.
Körpülü Fazil Əhməd Paşa
Köprülü Fazil Əhməd Paşa (1635[…] – 3 noyabr 1676, Ədirnə) — IV Mehmed dönəmində 30 oktyabr 1661 – 3 noyabr 1676 tarixlərində ümumilikdə 15 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin üzvüdür. == Həyatı == 1635-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. Anası isə buranın yerli zadəganlarından Yusif ağanın qızı Ayşə xanımdır. 7 yaşında ikən atası ilə birlikdə İstanbula gəldi və burada dövrün məşhur alimlərindən dərslər alaraq Qaraçələbizadə Əbdüləziz Əfəndidən məzun oldu. 16 yaşından etibarən Qara Əhməd Paşa, Qasım Paşa, Sahn-ı Səman və Sultan Səlim mədrəsələrində "paşazadə" ləqəbi ilə müdərrislik etdi. Ancaq alimlər arasındakı ixtilaf və dedi-qodular səbəbilə 10 ilə yaxın xidmət göstərdiyi bu sahədən ayrıldı. 1659-cu ildən etibarən Ərzurum və Şam bəylərbəyi oldu. Şamda etdiyi bəzi vergi endirimləri səbəbilə xalqın sevgisini qazandı.
Körpülü Hacı Hüseyn Paşa
Körpülü Hacı Hüseyn Paşa (1644, Qozluq, Batman ili – 1702, Silivri, İstanbul ili) — II Mustafa dövründə 5 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Körpülü Mehmed Paşanın kiçik qardaşı Həsən ağanın oğludur. Əmisi oğlu Fazil Əhməd Paşanın sədarəti dövründə Əmizadə olaraq şöhrət qazandı. Atasıyla birlikdə sərbəst həyat sürən Hüseyn bir müddət sonra Lehistan səfərinə çıxan Sultan Mehmed və hasəki sultana bəzi hədiyyələr göndərdi və beləliklə, hasəki sultanın xidmətinə alındı. Daha sonra Mərzifonlu Mustafa Paşanın himayəsində Vyana səfərinə qatıldı (1683). Bu səfərin məğlubiyyətlə nəticələnməsinin ardından əvvəlcə həbs olundu, daha sonra Şəhrizor bəylərbəyi təyin edilərək mərkəzdən uzaqlaşdırıldı. Ardından Kastamonu sancaqbəyliyi və Gəlibolu mühafizəsi ilə vəzifələndirildi. 1689-cu ildə vəzirlik rütbəsi aldı və 1691-ci ilin mayında İstanbul naibi oldu. Sultan Əhmədin cülusunun ardından İstanbulda baş verən bahalıq və digər məsələlərdə təqsirkar görülərək naiblikdən alındı və 1692-ci ilin fevralında yenidən Çanaqqala mühafizəsinə göndərildi. Bir müddət sonra qısa müddətliyinə də olsa, sədarət naibi oldu və 13 dekabr 1694 tarixində kaptan-ı dəryalıqla Saqqız adasının işğaldan azad edilməsiylə vəzifələndirildi.
Körpülü Hafiz Əhməd Paşa
Körpülü Hafiz Əhməd Paşa (v. 1769, Qahirə, Misir əyaləti) — I Mahmud səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Sultan Əhməd dövrünün sədrəzəmlərindən Körpülü Numan Paşa, anası isə onun ilk xanımı Ruqiyyə xanımdır. Dövrünün məşhur alimlərindən dərslər alaraq hüsn-xətt üzrə icazət aldı. Atasının vəfatının ardından saray xidmətinə alınan Əhməd Paşa 1730-cu ildə qapıçılar kəndxudası, 1731-ci ildə qübbə vəziri, 1733-cü ildə Vidin qalası mühafizi təyin edildi. Ardından 1738-ci ildə Rumeli bəylərbəyi təyin edilərək Sofiyaya göndərildi. 1740-cı ildə Saloniki valisi, 1744-cü ildə Kandiyə sancaqbəyi, 1746-cı ildə Yanya sancaqbəyi, 1748-ci ildə Əyriboz sancaqbəyi, 1751-ci ildə Belqrad valisi, 1752-ci ildə Bosniya bəylərbəyi və 1764-cü ildə Hələb bəylərbəyi olaraq təyin olundu. 1768-ci ildə Misir bəylərbəyi təyin edildi və bu vəzifədə ikən 1769-cu ildə Qahirədə vəfat etdi. Aliyə, Səadət, Hafsa və Dürrə adlı qızlarının olduğu bilinir.