Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cessi Roberta Kovan
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür. Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur. Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər.
Kovak
Kovaq
Kozan
Kozan (Sis) — Adana ilinin ilçəsi. == Əhali == 2018-cı ilin məlumatına görə ilçədə 130.495 nəfər yaşayır. Kozanın ilçə mərkəzi və kəndləri müsəlman türklərdən ibarətdir. Ancaq ilçədə az sayda Balkan köçərisi var.
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Aşağı Kokan
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Gilermo Kovas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. == Elmi fəaliyyəti == Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Kati Kovaç
Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944, Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı. Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir. Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir. == Fəaliyyəti == Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı. 1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac.
Kavan Pereyra
Koman (Kəleybər)
Koman (fars. كمان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Konan Dağıdıcı
Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir. == Məzmun == Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır.
Konan Oziriş
Tiago Miranda (port. Tiaqo Miranda; d. 5 yanvar 1989, Lissabon, Portuqaliya) və ya səhnə adı ilə Konan Oziriş (port. Conan Osíris) — Portuqaliya müğənnisi və bəstəkarı. O, 2019-cu ildə "Telemóveis" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya üçün təşkil etdiyi Festival da Canção müsabiqəsinə qatılmış və ifa etdiyi mahnı ilə Portuqaliyada şöhrət qazanmışdır. Nəticədə Konan festivalda qalib gələrək həmin mahnı ilə Portuqaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == 2011-ci ildə ifaçı Cathedral adlı debüt albomu ilə musiqi karyerasını başlatmışdır. Bundan başqa isə Konanın 2014-cü ildə Silk mini-albomu, 2016-cı ildə Música, Normal və 2017-ci ildə isə Adoro Bolos albomları işıq üzü görmüşdür. 2019-cu ilin mart ayında keçirilən Portuqaliyanın Avroviziya milli seçim turunda "Telemóveis" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmişdir.
Kovaç adası
Kovaç adası (bolq. остров Ковач, ‘Ostrov Kovach’ \'os-trov ko-'vach\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən qərbində yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 630 m, eni 240 metrdir. Qrod adasından 100 m məsafədə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Cənubi Bolqarıstanda yerləşən Kovaç şəhərinin adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 1.08 km qərbdə, Kornvoll adasından 760 m cənub-şərqdə, Misnomer burnundan 1.17 km şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island.
Kozan qalası
Kozan qalası və ya Sis qalası (türk. Kozan kalesi )- Türkiyə Respublikası Aralıq dənizi regionu Adana ilinin Kozan ilçəsində yerləşən tarixi qala.
Qara kotan
Qara kotan - mürəkkəb quruluşa malik qədim şum aləti. == Tarixi == Azərbaycanda VIII-IX əsrlərdə yaranmışdır. VIII-IX əsrlərdən məlum olan qara kotan əkinçilik texnikasının inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu. Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək şum aləti kimi dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi. Kotan qoşqu heyvanlarına boyunduruq və «çatal» adlanan ağac yedəklər vasitəsilə qoşulurdu. Qara kotana, adətən, dörd boyun kəl, bəzən isə 6-8 boyun öküz və ya kəl qoşulurdu. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından sıxışdırılıb çıxarılmağa başlamışdır. == Quruluşu == Əsasən, üç hissədən ibarətdir.
Qran-Koran
Qran-Koran (fr. Grand-Corent) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzeyra kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01177. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 161 nəfər təşkil edirdi.
Rovan Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. == Həyatı == 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Valentina Koqan
Valentina Koqan (d. 20 fevral 1980; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Valentina Koqan Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Vladimir Koval
Vladimir Koval — Aktyor. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Xovan qəbiristanlığı
Xovan qəbiristanlığı (rus. Хованское кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Yovan Sviyiç
Həkim "Yivan Sviyiç" (11 oktyabr 1865, Loznisa[d], Serbiya knyazlığı – 16 yanvar 1927[…], Belqrad, Serblər, xorvatlar və slovenlər krallığı[d]) — serbiyalı coğrafiyaçı, etnoqraf və geoloq, Serbiya Kral akademiyasının üzvü və Belqrad Universitetinin rektorudur. Balkan elmi istiqamətinin əsasını qoyanlardan sayılır. == Tərcümeyi-halı == Sviyiç özünün ilk və çox məşhur işi Kuçay massivinin dağlıq bölgəsi və Prekonoşka mağarası haqqındadır. Bu onun dissertasiyasında da yer alıb ki, hansı ki, onu Vyana universitetində müdafiı edib. Sonra serb dilində monoqrafiya çıxarıb "Karst" (1895). Bu araşdırma karstlılığın əsasını qoydu. Onu da qeyd etməliyik ki, etnik qruplar — serblər, xorvatlar və sloveniyalılar bir xalq "yuqaslaviyalılar"dır. == Əsərləri == "Geografska ispitivanja u oblasti Kučaja u Istočnoj Srbiji" (Şərqi Serbiyanın Kuçay vilayətinin araşdırılması). Geološki anali Balkanskog poluostrva 5: 7–172, 1893 Das Karstphänomen, 1893, Вена Karst, 1895 Структура и классификация гор Балканского полуострова, 1902 Die Tektonik der Balkanhalbinsel mit besonderer Berückichtigung der neueren Fortschritte in der Kenntnis der Geologie von Bulgarien, Serbien und Mazedonien, 1904, Вена Foundations of the Geography and Geology of Macedonia and Old Serbia I–III, 1906–1911 Grundlinien der Geographie und Geologie von Mazedonien und Alt-Serbien. Nebst Beobachtungen in Thrazien, Thessalien, Epirus und Nordalbanien, 1908, Гота Lake Plastics of Šumadija, 1909 Geomorphology I–II, 1924, 1926 Балканско полуострво и Јужнословенске земље (1.
Yovan Tsokiç
Yovan Tsokiç (serb-kiril. Јован Цокић; 19 avqust 1927, Valyevo[d] – 6 fevral 2004, Elizabet, Nyu Cersi) ― yarımmüdafiçə mövqeyində oynamış Serbiya futbolçusu. O, peşəkar futbolda debütunu 1948-ci ildə "Srvena Zvezda" klubunun heyətində etdi. Həmin il o, klubla birgə Yuqoslaviya kubokunun qalibi oldu. Növbəti il o, "OFK Belqrad" klubuna transfer olundu və 1952-ci ildə orada çıxış etdi. Elə o ərəfələrdə Tsokiç milli komandadan dəvət aldı, 2 noyabr tarixində Misirə qarşı ilk oyuna çıxdı və qol müəllifi oldu (ümumi hesab Yuqoslaviyanın xeyrinə 5:0 oldu). 1953-cü ilin baharında o, geri "Srvena Zvezdaya" qayıtdı və onunla yerli çempionatın qalibi oldu. Tsokiç İtaliyada Almaniyaya keçdi, oradan da ABŞ-yə emiqrasiya etdi. O, 2004-cü ildə Nyu-Cersi ştatının Elizabet şəhərində vəfat etdi.