Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karaylar
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür.
Kraunlar
Kraunlar - sadə tsiklik poliefirlər. Onlar hər halqada 9-dan 60-a qədər atom saxlayırlar ki, bunlardan da 3-dən 20-yə qədəri karbon atomlarıdır. Bəzi kraunlar metal kationları və ammonium kationu ilə stabil kompleks birləşmələr əmələ gətirə bilir. Hansısa molekullar, bəzi bitsiklik aminlər və oksimetilen mostikləri birləşə bilir. Bu zaman kriptatlar əmələ gəlir. Həmçinin sadə tsiklik poliefirlər, politioefirlər və poliaminlər də, metal kationları ilə birləşə bilir.
Kraysler
Chrysler — 1925-də ABŞ-də qurularaq daha sonrakı illərdə də Dodge markasını satın alaraq 1930-cu illərdə Amerikanın ən geniş xidmət şəbəkəsinə sahib markası halına gələn avtomobil firması. 1980-ci illərdə Mitsubishi markası ilə ortaq istehsallar etmiş və iflasın eşiyindən Voyager-Grand voyager modeli ilə dönmüşdür. Chrysler, Dodge, Plymouth və Jeep markaları adı altında istehsal etmişdir. Dodge, Jeep və Chrysler, 2000 İyununda Daimler-Benzin satın almasıyla Daimlər Chrysler avtomobil qrupunun parçası halına gəlmişlər. Bu ortaqlığın ilk məhsulu da 2002-ci ildə 3 milyon km test edilərək bazara çıxardılan, Amerikadakı adıyla Liberty, Avropadakı adıyla Cherokeedir. Şirkət 2007-ci ildə zərər etdiyi üçün yüzdə 80.1 hissəsi 7.41 milyard dollara Cerberus şirkətinə satılmışdır.
Şrattlar
Karrlar və ya Şrattlar (rus. карры, ing. karren, clints) — çılpaq karst sahələri üçün səciyyəvi olan xırda relyef formaları, paralel sıralarla yerləşən dik yamaclı dərin qırışıq formasında (dərinliyi bir necə sm-dən 1–2 m-ə qədər). Əhəng daşlarının səthi ilə ayrı-ayrı şırnaq şəklində axan atmosfer sularının həlletmə fəaliyyəti nəticəsində yaranır.
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Kraysler binası
Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn, açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir. Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu. Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb.
Krallar vadisi
Krallar vadisi və ya Fironlar vadisi (ərəb. وادي الملوك Wadi Biban el-Muluk)‎) — Misirdə yerləşən vadi. On səkkizincı sülalə və İyirminci sülalədən olan fironların və onlara yaxın olan əyanlardan bəzilərinin məzarları burada yerləşir.
Plastik kartlar
Plastik kartlar və ya ödəmə kartları — vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan — özünəməxsus "elektron pul". Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) — hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) — hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması. Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər.
Smart-kartlar
Smart-kartlar (ing. smart card,смарт-карта, интеллектуальная карта) —daxili mikroprosessoru olan plastik kart. Orada kart sahibinin şəxsi məlumatları, fotoqrafiyası, biometrik verilənləri, parolları, erişim açarları və s. saxlanıla bilər. Smart-kartı oxumaq üçün xüsusi oxuma qurğusundan (CARD READER) istifadə olunur. Smart-kartlar alman mühəndisləri Yurgen Detloff (J. Dethloff) və Helmut Gettrup (H. Gröuttrupp) tərəfindən 1967-1968 illərində ixtira olunub. Termini fransız publisisti Roy Brayt (R. Bright) daxil edib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 788 s.
Elzi Kraysler Seqar
Elzi Kraysler Seqar (8 dekabr 1894, Çester, İllinoys — 13 oktyabr 1938, Santa -Monika, Kaliforniya) — amerika kommiks rəssamı. == Həyatı == Seqar, Mississippi çayının kənarındakı İllinoys ştatına bağlı Çester şəhərinde doğulub böyüdü. Ev təmiri işlərində çalışan atasının yanında, divar kağızı və boyama işlərində uşaq yaşlarında çalışdı. Yerli bir teatrda musiqili vodevillər və filmlərdə təbil çaldı. Burada film maşinisti olaraq iş tapdı. 18 yaşında bir karikaturaçı olmağa qərar verdi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Elzi Kraysler Seqar ilə əlaqəli mediafayllar var. «E.C. Segar» by Ed Black. Arxivləşdirilib 2011-05-16 at the Wayback Machine Статья в Encyclopedia Britannica.
Yaponiyada Kit Katlar
2000-ci ildən bəri Yaponiyada 300-dən çox müxtəlif mövsümi və regional Kit Kat çeşidi hazırmışdır. Yaponiyada Kit Kat brendində nəzarət edən Nestle şirkətinin məlumatına görə brend 2012-2014-cü illərdə ölkədə ən çox satan şirniyyat şirkəti Meiji şirkətinə çatmışdır. Şirkətin Japan Post ilə əməkdaşlıq edərək 20.000 poçt ofisində Kit Kat satmaq kompaniyası 2010-cu ildə mükafata layiq görülmüşdür. Brendin adı yapon dilində "Sən mütləq qalib gələcəksən" mənasına gələn "Kitto katsu" (きっと勝つ) kimi səsləndiyindən Yaponiyada insanlar Kit Katı yaxşı uğur gətirməsi üçün də bir-birilərinə verirlər. Kit Kat ilk dəfə 1973-cü ildə Rowntree's şirkəti ilə Fujiya arasında əldə olunan müqavilədən sonra Yaponiyada satılmağa başlamışdır. 2014-cü ildə isə ölkədə ən çox satılan şirniyyat çeşidi olmuşdir. Hətta 2012-ci ildə Meiji şirkətini satış baxımından keçsə də, Meiji hələ də ümumi satışlarda öndədir. 2004-cü ildə ilk dəfə yaşıl çay çeşidi təqdim olunub. Həmin tarixdən sonra Yaponiyada Kit Katın 300-dən çox mövsümi və regional çeşidi hazırlanıb. 2010-cu ildə Kit Katın ən çox satılan çeşidi soya souslu çeşidi olmuşdur.