LOTÓ

[ fr. ] Üstündə nömrələr (ya şəkillər) olan xüsusi kartlarda oynanılan bir oyun (bu oyunun xüsusiyyəti ondan ibarətdir ki, rəqəmlərin, ya şəkillərin tam sırasını kim tez örtərsə, o, oyunu udur). Loto oynamaq. Lotoda udmaq.
// Bu oyuna lazım olan xüsusi nömrələnmiş kartlar və daşlar. Mağazadan loto almaq. Loto qutusu.
LOŞ₂
LOTOS
OBASTAN VİKİ
Lotos effekti
Lotos effekti — su damcılarının yarpağın səthində hərəkət edərək yad hissəcikləri tutması effektidir. Lotos effekti aşağı dərəcəli səth islanmasıdır, lotos bitkilərinin yarpaq və ləçəklərində və nastursiya, qamış kimi bitkilərdə müşahidə olunur. Bu effekt təbiətdə yalnız bitkilərdə deyil, həmçinin həşəratların (məsələn, kəpənəklərin qanadları) qanadlarında da müşahidə olunur. Belə ki, həşəratların qanadları yağışdan islanmır və onların uçmasında heç bir problem yaranmır. Lotos effektini göstərən (özündə əks etdirən) materiallar superhidrofob materiallar adlandırılır. Bu effekt onunla əlaqələndirilir ki, su damcısı belə materiallarla təmasda şarabənzər forma alaraq səthin üzərində sürüşərək (diyirlənərək) bütün yad cisimləri və tozu, çirki özunə yığır. Superhidrofob materiallar eyni anda bir neçə xassə ilə xarakterizə olunur: su damcısı belə materiallarda 1500-dən böyük islanma bucağı yaradır, 2-3 mm diametrli damcılar diyirlənir, su ilə təmasda səth üzərində öz-özünə təmizlənmə sahəsi yaranır. Təbiətdə Səthin Lotos effekti və ya superhidrofobluğu unikal deyil, bir çox bitki və həşəratlara da məxsusdur. Lotos effekti təbiətdə uzun zamanlar müşahidə olunsa da, bu hadisənin alimlər tərəfindən sistemli tədqiqinə demək olar ki, 10 il bundan qabaq başlamışlar, lakin müxtəlif superhidrofob xassəli materialların alınması məhz yeni nanomaterialların və nano və mikrotexnologiyanın inkişafı ilə əlaqədardır.
Lotos məbədi
Lotos məbədi (ing. Lotus Temple) — Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəzi. Lotus məbədi Hindistanın Nyu-Dehli şəhərində yerləşir. Binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulmuşdur. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər. Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün 100 milyon hind rublu xərclənmişdir. Məbədin tikilməsinə görə İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdir. Tikinti işləri 1980-ci ildə başlamışdır və 1986-cı ilin dekabrında yekunlaşdırılmışdır.
Procyon lotor
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.
İdman lotosu-82 (film, 1982)
"İdman lotosu-82" (rus. Спортлото-82) — rejissor Leonid Qaydayın filmi. 1982-ci ilin isti yay günü bir qrup adam qatarla istirahət məqsədilə cənuba gedir. İş elə gətirir ki, bir kupedə tamam ayrı-ayrı adamlar gedir. San Sanıç alverçidir və SSRİ-nin şimalı və cənubu arasında portağalın qiymətində böyük fərq yaratmaqla varlanmaq arzusundadır. Onun kupe qonşusu sadə görkəmli polis sürücüsüdür. O, cənuba xalasının yanına gedir. Digərləri – çətin marşrutla dağlara gedən oğlan və polisdən idman lotosu alan qız (polis lotonu qızın bütün yemək azuqəsini yediyinə görə bağışlamışdı). Bilet uduşlu çıxır. Lakin bunu kim əvvəlcədən bilə bilərdi ki?!
Lotodes bituminosum
Bituminaria bituminosa (lat. Bituminaria bituminosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bituminaria cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aspalthium bituminosum (L.) Fourr. Aspalthium frutescens Medik. Bipontinia bituminosa (L.) Alef. Lotodes bituminosum (L.) Kuntze Psoralea bituminosa L. Psoralea frutescens Poir. Psoralea punctata F.Dietr. Rhynchodium bituminosum (L.) C.Presl == Yarımnövləri == Bituminaria bituminosa subsp. bituminosa Bituminaria bituminosa subsp.

Digər lüğətlərdə