Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Divanü Lüğat-it-Türk
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك‎ - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir. Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. == Əlyazması == Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülmüş və hal-hazırda İstanbul Millət Kitabxanasında saxlanılan nüsxəsidir. == Əsas məlumatlar == XI əsrdə yazılmışdır.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Lüqan (Averon)
Lüqan (fr. Lugan, oks. Luganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12134. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.9%).
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Dügah
Dügah – Rast ailəsinə daxil olan muğamlardan biridir. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında "Şur şahnaz"dan sonra ifa olunur. O burada Bayatı–Türk və ya Bayatı–Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı–Qacar muğamında "Zəminxarə" ilə "Mavəraənnəhr" arasında yerləşir.
Georq Lüger
Georq Lüger (alm. Georg Johann Luger‎; 6.3.1849, Ştaynah, Avstriya — 23.12.1923, Şönayxe, Almaniya) — məşhur avstriyalı silah konstruktoru. 1900-cü ildə ixtira etdiyi Lüger tapançasına görə tanınır. Lüger 9x19 mm çaplı tapança patronunu yaratmış və yüksək göstəricilərinə görə həmin patron 1953-cü ildə NATO ölkələri üçün standart döyüş sursatı kimi qəbul edilmişdir. Hazırda 9 mm Luger (və ya 9 mm Para və 9 mm NATO) dünyada ən geniş yayılmış tapança patronudur. == Həyatı == Georq Lüger cərrah Bartolameus fon Lügerin ailəsində anadan olub. Onun ailəsi Paduyaya köçür və italyan dili onun ikinci dilinə çevrilir. Məktəbi bitirdikdən sonra valideynləri Georqu Vyana Kommersiya Məktəbinə göndərirlər. 1867-ci ilin oktyabr ayında Georq Lüger 78-ci piyada alayına könüllü qoşulur. Bir il sonra o, xidmət giziri olur.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
LGBT
LGBT — lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir. Abreviatur, və bunun bəzi ortaq variantları, cinsəllik və cinsiyyət kimliyi üçün bir çətir termin olaraq fəaliyyət göstərir. Bədii ədəbiyyatda, transgenderlərə istinad edilmədikdə, bu abreviaturun LGB şəklini də görmək mümkündür. LGBT sözünün mənası zamanla genişlənmişdir, bu icmaya transgenderlər də mənsub edilmişdir. Hal-hazırda, terminin genişlənmə prosesinin şahidi olmaqdayıq: Q — Kuir (Queer) və I — İnterseks (Intersex) və digərləri də əlavə edilməklə, LGBTQI+ (və ya LGBTQ+) bütün heteroseksual və sisgender (ing. cisgender) olmayan hər kəsə aid oluna bilər. Bunu xatırlatmaq üçün, LGBT abreviatürasına Q əlavə olundu və bu hərf öz cinsini və cinsiyyət kimliyini sual altına alan və ya, özünü kuir (ing. queer) kimi tanıdan insanları ifadə edir. Buna zərurət isə, LGBT abreviaturunun hər kəsi eyni şəkildə təmsil edə bilməməsi üzərində olan müzakirələrlə bağlıdır.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Logan Grove
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe", "Boulder Media" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Mustafa İrgat
Mustafa İrgat (22 yanvar 1950 – 3 mart 1995), Türk şair və sinema yazarı. 22 Yanvar 1950-ci ildə İstanbulda dünyaya göz açmışdır. Saint-Joseph Kollecində təhsil almışdır. İlk şeiri "Yeni Dərgi"də dərc olundu (1971). "Sokak" və "Beyaz" dərgilərində şeir, "Yeni Sinema", "Nokta" və "Gündem"də film yazıları çıxdı. Şəkil çəkdi. "Aidsiz Kimlik Kitabı" (1993) şeirlərindən, "Duhuldəki Deney" (1995) adlı kitabı film yazılarından ibarətdir. Mustafa İrgat 3 Mart 1995-ci ildə İsanbulda vəfat etdi. "Aidsiz Kimlik Kitabı" ilə 1995 "Orxon Murad Arıburnu Şeir Mükafatı" Aidsiz Kimlik Kitabı (YKY, 1993) Sonu Zor (Çapa Hazırlayan Əhməd Güntan, YKY, 2011) Duhuldəki Deney (YKY, 1995) Ykykultur.com.tr - Mustafa İrgat`ın Biyografisi D'okunmada Mademki: Mustafa Irgat hakkında yazılanlar ve yazıları.
Mürat İoahim
Yoahim Mürat (Murat) İoahim (25 mart 1767[…] – 13 oktyabr 1815[…]) — Fransa marşalı (1804), Neapolitan kralı (1808). 1787–1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796–1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798–1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer (9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
Dark Light (albom)
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Azərbaycanda LGBT
Azərbaycanda Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) şəxslər Azərbaycanda LGBT fərdi olmayan şəxslərin də qarşılaşdıqları hüquqi problemlərlə qarşılaşa bilirlər. Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyillər. Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir. Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşmışdır. == Tarix == Azərbaycanda tarixən sosial və mədəni yığıncaqların keçirildiyi, kişilər və qadınlar üçün ayrı olan hamamlarda kişilər arasında eynicinsli əlaqənin baş verməsi Cəlil Məmmədquluzadə tərəfindən yazılan qısa satirik hekayədə öz əksini tapmışdır. XIX əsrdə androgen gözəllikləri ilə məşhur olan kişi rəqqaslar – mütriblər ancaq kişilərin iştirak etdiyi toylarda rəqs edirdilər və seks işçisi kimi də istifadə olunurdular. Uşaq yaşından öyrədilən mütriblər saqqalları böyüyənə qədər fəaliyyətlərini davam etdirirdilər. Hüseynqulu Sarabski "Qədim Bakı" əsərində onların Xalabacı rəqsini ifa etməsini qeyd edirdi. XX əsrin əvvəllərində Bakıda yaşamış Baninə görə aktiv geylərə adətən hörmət göstərilir, passiv geylər isə bəyənilmirdi. 1918-ci ildə Rusiya imperiyasından ayrılaraq müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasında homoseksuallıqa qarşı qanun yox idi.
LGBT bayrağı
Göy qurşağı bayrağı — göy qurşağı rənglərindən (mavi rəng daxil olmamaqla) ibarət olan bayraq. Dünyada lesbiyanlar, geylər, biseksual və transgenderlərin (qısa olaraq – LGBT), həmçinin onlara qarşı insan hüquqlarına dəstək hərəkatının beynəlmiləl rəmzidir. == Tarix == Göy qurşağı bayrağı Gilbert Baker tərəfindən xüsusi olaraq 1978 -ci ildə San Francisco Gay Azadlıq Günü üçün hazırlanmışdır. Bu il yerli LGBT cəmiyyəti üçün tarixi oldu - Kaliforniyada ilk dəfə olaraq açıq şəkildə gey olan Harvey Milk siyasi vəzifəyə (şəhərin müşahidə şurasının üzvü olaraq) seçildi. Eyni zamanda, dövlət mühafizəkarlar tərəfindən qanuna ayrı -seçkilik dəyişiklikləri ("Briggs Təşəbbüsü") daxil etmək üçün bir kampaniya başladıldı. Gilbert Baker, gey aktivistlərin LGBT cəmiyyətini təcəssüm etdirən və birləşdirən canlı bir simvol yaratmaq çağırışına cavab verdi. Bayraq gey qüruru və açıqlıq anlayışını təcəssüm etdirir.
LGBT cəmiyyəti
LGBT cəmiyyəti (LGBTQ+ cəmiyyəti, GLBT cəmiyyəti və ya gey cəmiyyəti olaraq da bilinir) ortaq bir mədəniyyət və ictimai hərəkatlarla birləşdirilmiş, lezbiyan, gey, biseksual, transseksual, LGBT təşkilatları və subkulturalardan ibarət müəyyən bir qrupdur. Bu icmalar ümumiyyətlə praydı, müxtəlifliyi, fərdi və seksuallığı qeyd edirlər. LGBT fəalları və sosioloqları, LGBT icma quruluşunu daha böyük cəmiyyətdə mövcud olan heteroseksizm, homofobiya, bifobiya, transfobiya, cinsiyyətçilik və konformist təzyiqlərə qarşı bir çəki olaraq görürlər. Prayd və ya bəzən gey prayd termini LGBT cəmiyyətinin kimliyini və kollektiv gücünü ifadə edir; prayd yürüşləri həm istifadənin əsas nümunəsini, həm də terminin ümumi mənasını nümayiş etdirir. LGBT cəmiyyəti siyasi mənsubiyyət baxımından müxtəlifdir. Lezbiyan, gey, biseksual və ya trans olan bütün insanlar özlərini LGBT cəmiyyətinin bir hissəsi hesab etmirlər. LGBT cəmiyyətinin bir hissəsi hesab edilə bilən qruplara gey kəndləri, LGBT hüquqları təşkilatları, şirkətlərdəki LGBT işçi qrupları, məktəblərdə və universitetlərdə LGBT tələbə qrupları və LGBT-ni təsdiq edən dini qruplar daxildir. LGBT cəmiyyətləri, dünyanın müxtəlif yerlərində LGBT hüquqlarını təbliğ edən vətəndaş hüquqları hərəkatları təşkil etmiş və ya dəstəkləmiş ola bilərlər. == Terminologiya == LGBT və ya GLBT, lezbiyan, gey, biseksual və transseksual-a aid olan bir inisializmdir. 1990-cı illərdən bəri istifadə olunan bu termin, 1980-ci illərin ortalarından sonuna qədər - bütövlükdə cəmiyyətə aid olan - gey terminini əvəz etmək üçün istifadə olunan LGB inisializminin uyğunlaşdırılmasıdır.
LGBT tarixi
LGBT tarixi - lezbi, gey, biseksual və transgender insanların tarixidir. Onların araşdırmaları Qədim Dünyada homoseksuallığın ilk qeydlərindən tutmuş günümüzə qədər hər dövrdə onlara təsir edən ictimai-siyasi vəziyyətləri, mədəniyyətlərini, adət-ənənələrini və həyat tərzini, eləcə də zamanla sosial mülahizələrini əhatə edir. İctimai hərəkatlar və onların keçirdikləri tarixi hadisələrlə yanaşı LGBT tarixi 1970-ci illərdən etibarən ciddi şəkildə araşdırılmağa başladı. == Qədim dünya == Antik dövrdə tədqiqata yanaşarkən nəzərə almaq lazımdır ki, müasir homoseksuallıq anlayışı tətbiq edilə bilməz və ən çox yayılmış biseksuallıq olduğu üçün "homoseksual təcrübələrdən" danışmaq daha məqsədəuyğundur. Qədim dövrlərdə evlilik təkcə sevgi və emosional dəstəyə əsaslanan bir qurum deyil, həm də müavinət əldə etmək, qocalıqda gələcəyi təmin etmək üçün övlad sahibi olmaq, siyasi ittifaqlar qurmaq və miras ötürmək, eləcə də hərbi qüvvənin artırılması vasitəsi idi. Buna görə də, evlilik bir vəzifə idi, homoseksuallıq isə istisna halı kimi hər kəsin istifadə edə bilmədiyi dəbdəbəli bir vasitə idi. === Mesopotamiya === Həm kişilər, həm də azyaşlı oğlanlar arasında homoseksual təcrübələr hələ Şumer dövründən təsvir edilmişdir. Şumer sivilizasiyasında (e.ə. 3000-ci illər) homoseksual kimi şərh edilən assinu adlandırılan bir qrup insanların varlığı qeyd edilmişdir. Babildə (e.ə.
Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk
"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk" (Türk dilinin qrammatika (sintaksis) cövhərləri kitabı) — Mahmud Kaşğarinin müəllifi olduğu əsərlərdən biri. Türk dili qrammatikası haqqında olan bu əsərin adı bizə məlum olsa da özü tapılmamışdır. Türkiyənin dilçi alimlərindən Besim Atalay "Divanü Lüğat-it-Türk"ün birinci cildində bu kitabın varlığı ilə bağlı dəlili aşağıdakı şəkildə göstərir: "Mahmud Qaşqarlının "Kitabu cəvahirin-nəhv fi luğati-t-turk" adında bir kitabı da olmuşdur. Müəllif özü "Divan"da bu haqda məlumat verir. Bununla yanaşı bu kitab hələ tapılmamışdır." UNESCO tərəfindən "Mahmud Kaşğari ili" elan olunan 2008-ci ildə Avrasiya Yazıçılar Birliyi kitabın tapılması üçün təşəbbüs göstərsə də əsər tapılmamışdır..
HAL Light Combat Helicopter
HAL Light Combat Helikopter, HAL tərəfindən istehsal olunan Hindistanın çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 29 Mart 2010-cu ildə etmiş və 2017-ci ildən tam istehsalına başlanılmışdır. Əsas istifadəçisi Hindistan Quru Qoşunları və Hindistan Hərbi Hava Qüvvələridir. 2010-cu ildən hal-hazırkı dövrə qədər 4 ədəd istehsal olunmuşdur. Vahidinin qiyməti 20.2 milyon US$ təşkil edir. HAL Dhruv helikopterinin bazasında inkişaf etdirilmişdir.
Oriental Light and Magic
OLM, Inc. (yaponca: 株式会社オー・エル・エム, Hepbörn: Kabushiki-gaisha Ō Eru Emu), əvvəlki adı ilə Oriental Light and Magic — mərkəzi Tokionun Setaqaya rayonunda yerləşən Yaponiya anime studiyası. 1995-ci ilin iyununda təsis edilmişdir. "OLM" çoxsəviyyəli təşkilata malikdir. "OLM"-in özündə 216 işçi var və dörd şöbədən ibarətdir. Onlar istehsal, istiqamət, animasiya və 2D (rəqəmsal rəsm və fotoqrafiya ilə məşğul olan) şöbələridir. "OLM Digital"da 180 işçi fəaliyyət göstərir, 3D və Tədqiqat və İnkişaf olmaqla 2 şöbəsi var. olm.co.jp — Inc. OLM rəsmi saytı OLM, Inc.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Loqar
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır. "Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Lugoa
Lugər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Ləğuat
Ləğuat (ərəb. الأغواط‎, Əl-Əqvat) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Böyük Səhranın şimal hüdudlarında, eyniadlı vahənin ərazisində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 750 metrdir. Ləğuat ölkənin paytaxtı Əlcəzairdən təxminən 325 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 144,747 nəfər olduğu göstərilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Əlcəzair Hərbi Hava Qüvvələri bazası şəhərin cənub-şərqində, ən yaxın mülki hava limanı Hassi-Rmel şəhərində yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı Ləğuat iqtisadiyyatının əsasını təşkil edir. Əhali meyvə, tərəvəz və dənli bitkilər yetişdirir. Xalçaçılıq inkişaf etmişdir.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Emilia fugax
Emilia fugax (lat. Emilia fugax) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.