Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırtlaq
Qırtlaq (lat. larynx) — tənəffüs apparatının bir orqanı olub nəfəs və səs çıxarma proseslərində iştirak edir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda (lat. urodela) qırtlaq yan qığırdaqlardan başqa üzüyəbənzər qığırdaqdan da inkişaf edir, ancaq bu qığırdaq açıq olur. Quyruqsuzlarda (lat. anura) üzüyəbənzər qığırdaq əksinə bitişmiş olur. Qırtlaq əzələləri isə qəlsəmə əzələlərindən inkişaf etmişdir. Quşların qırtlağı sürünənlərin qırtlağından artıq inkişaf etməyib rudiment halında qalır, səs telləri olmur və qırtlaq əzələləri reduksiya edir.
Qıtlıq
Qıtlıq (ing. Scarcity) — insana və bəşəriyyətə hər an mövcud olan qaynaqların məhdudluğunu, nadirliyini, çatışmazlığını, nisbi çatışmazlığını, bu qaynaqların istifadə olunduğu ödəniş üçün insanların hədsiz ehtiyacları ilə müqayisədə ifadə edən iqtisadi konsepsiya. İqtisad elminin əsasını iki vacib fakt təşkil edir: limitsiz ehtiyaclar; resursların qıtlığı. Bütün iqtisadi mənbələr nadirdir, məhdud miqdarda mövcuddur. İstehsal ehtiyatlarının qıtlığı və qəti olması səbəbindən istehsalın özü məhduddur. Cəmiyyət istehlak etmək istədiyi mal və xidmətlərin bütün həcmini istehsal edib istehlak edə bilmir. İnsan bütün ehtiyaclarını mövcud qaynaqlar ilə təmin edə bilmədiyi üçün əvvəlcə hansı ehtiyacları ödəməli olduğunu seçməli, faydalarını bunları əldə etmək üçün lazımlı qaynaqlar ilə (utilitarizm) müqayisə etməli və ya mal və xidmətləri bir-birinə xüsusi fayda dəyərləri təyin etmədən müqayisə etməlidir. Hər halda, təcəssüm etdirildikləri mal və xidmətlərdən mümkün qədər çox məmnun olmaq mümkün qədər az resurs xərcləməyə qərar verilməlidir.
Yırtıq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Qırtlaq musiqisi
Qırtlaq musiqisi – qırtlaqdakı qeyri-adi səs tembri ilə oxuma texnikası, Sibirin, Monqolustanın, Tibetin və türk xalqlarının ənənəvi musiqisinə xasdır. Adətən qırtlaq musiqi əsas tondan (alçaq tezlikli vızıltı) və təbii səs ardıcıllığının (adətən 4 -13 imadan istifadə olunur) tonu ilə hərəkət edən yuxarı səsdən təşkil olunur. İmalar səs komponentləri ağız və boğaz boşluğunun rezonans formasının dəyişmə yolunda güclənərkən yaxşı eşidilir. Ən məşhuru xorekteer texnikasının istifadə olunduğu Tuva qırtlaq musiqisidir. Monqolustanda və Tuvada tez-tez istifadə olunan qırtlaq musiqisi ən çox yayılmış və müxtəlif olan xoomey növüdür. Qırtlaq musiqisi tuva, altay, başqırd, xakas, yakut, qazax, qırğız kimi türk xalqlarının və monqol, buryat, qalmıq xalqlarının mədəniyyətinə xasdır. Altaylılarda və xakaslılarda uzun epik nitq üçün istifadə olunan kay, xay növləri yayılmışdır. Başqırdların qırtlaq musiqisi özləü adlanır. Yakutlarda isə “xabarğa ırıata” adı ilə tanınır. Qırtlaq musiqisinin bu qədim yakut növü səslənmə və texnikasına görə ifası Tuvanın “karğıraa” növü ilə oxşardır.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. Prof.
İntervertebral yırtıq
Fəqərəarası (İntervertebral) yırtıq (disk yırtığı) lifli halqanın bütövlüyünün pozulması nəticəsində fəqərəarası diskin nüvəsinin onurğa kanalına çıxması (ekstruziyası) olur. Lomber-sakral onurğanın fəqərəarası disklərinin yırtıqları daha çox (ildə 100.000 əhaliyə 150 hal), boyun onurğasında və torakal fəqərələrdə ise daha az rast gəlinir. Yırtıqlar nadir hallarda cərrahi müdaxilə tələb edir, lakin buna baxmayaraq hər il ABŞ- da 200.000-dən çox, Almaniyada isə 20.000-dən çox müdaxilə edilir. 48% hallarda yırtıqlar lumbosakral bölgənin L5-S1 səviyyəsində, 46% hallarda — L4-L5 səviyyəsində, qalan 6% — digər səviyyələrdə və ya lumbosakralın bir neçə səviyyəsində lokallaşır. Nisbətən yüngül vəziyyət — lifli halqanın qırılmadan intervertebral diskin nüvəsinin çıxıntısı protruziya adlanır. Disk degenerasiyası hal-hazırda yırtığın səbəbi kimi qəbul edilən əsas faktordur. Lakin disk degenerasiyası və sonrakı yırtığın təhrikedici amilləri tam öyrənilməyib. Bu proses multifaktorial etiologiyaya bağlıdır. 3 amil var: genetik, metabolik və ya qidalanma pozğunluqları və mexaniki, daimi mikrotravmalar və fəqərəarası diskin strukturlarının tədricən məhv olması səbəbindən. Bununla belə, diskdə degenerativ dəyişikliklərin xarakterini və sürətini təkcə genetik endogen amillər deyil, həm də ekzogen təsirlər müəyyən edir.
Qayıdan qırtlaq siniri
Qayıdan Qırtlaq Siniri — ing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir. Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər. Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Piratlıq
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Piratlıq (onlayn)
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audio-visual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir.
Açıq elm və elmi piratlıq
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur. Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir. Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır.