Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lətafət
Lətafət — Qadın adı. Lətafət Ələkbərova — televiziya və radio aparıcısı, aktrisa və müğənni. Lətafət Əlizadə — həkim-ginekoloq. Lətafət Məmmədova — rəssam.
Ləyaqət
Ləyaqət — İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir. İnsan həyatının ən böyük dəyəri hər kəsdə ləyaqətin olması nəzərdə tutulur. Fərdi mənəvi və etik keyfiyyətlər də buna daxildir. Şərəf anlayışı ilə ləyaqət anlayışı əsasən üst-üstə düşür. Şərəf digər fərdi mənəvi və etik keyfiyyətlərin qiymətləndirilməsidir.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Lətafət Məmmədova
Lətafət Məmmədova (1954, Bakı) — rəssam. == Həyatı == Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir. 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır. Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır. Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Ləyaqət inqilabı
Maydan inqilabı, 2014 Ukrayna inqilabı və ya Ləyaqət inqilabı (ukr. Революція гідності), 18 Fevral 2014 - 23 Fevral 2014 tarixləri arasında Ukrayna Prezidenti Viktor Yanukoviçə qarşı təşkil edilmiş və nəticədə Ukrayna hökumətinin devrilməsi ilə başa çatmış olan inqilabın adıdır. 2000-ci illərdən etibarən Ukraynada hakimiyyətə gəlmiş olan hökumətlər Avropa İttifaqı ilə sıx əlaqələrə malik idilər. Yanukoviç hökuməti də 2012-ci ildən etibarən Aİ ilə tərəfdaşlıq üçün danışıqlar aparırdı. Aİ ilə imzalanması gözlənilən bu cür hərtərəfli razılaşma Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcəkdi lakin Yanukoviç mövcud problemləri həll edə biləcəyini düşünürdü. Bununla belə, Yanukoviç müvafiq razılaşmanı mütəmadi olaraq təxirə salırdı. Bunu razılaşmadan imtinanın birinci addımları kimi qəbul edən Ukrayna xalqı Avromeydan adlı etiraz aksiyalarını təşkil etməyə başlamışdı. Nümayişçilər ilə polislər arasında baş vermiş olan qarşılıqlı zorakılıq zamanla qarşıdurmaya çevrilmiş və bu hadisələr nəticəsində 18-i polis olmaqla 130 Ukrayna vətəndaşı həlak olmuşdur. Üsyan davam etdikcə, o dövrdəki Ukrayna prezidenti olan Yanukoviçin ictimaiyyət arasında olan rəğbəti də azalırdı. Nəhayət, Yanukoviç Rusiyaya sığınır və elə həmin gün Ukrayna parlamenti tərəfindən yekdilliklə onun vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul edilir.
Döyüş ləyaqət xaçı
Döyüş ləyaqət xaçı (alm. Kriegsverdienstkreuz‎) — əsgərlərdən əlavə, qeyri-əsgərlərə Birinci dünya müharibəsində Almaniya tərəfindən verilən mükafat.
Ləyaqət Əli Xan
Ləyaqət Əli Xan (1 oktyabr 1895 – 16 oktyabr 1951[…], Ravalpindi və ya Qərbi Pakistan) — Pakistan İslam Respublikasının 1-ci baş naziri. == Həyatı == Ləyaqət Əli Xan 1 oktyabr 1895-ci ildə Hindistanın Haryana əyalətində olan İngilis Hindistanı, Pəncab əyalətinin Karnal şəhərində aristokrat Nausherwani Müsəlman Marhal Jatt ailəsində anadan olmuşdur. urdu dilini mənimsəmişdi və doğma urdu dilində danışırdı Atası Nəvab Rüstəm Əli xan, yerli əhali və ailəsi tərəfindən böyük hörmətə sahib olan İngiltərə hökuməti tərəfindən Rukun-əl-Daulah, Şamsher Jang və Nawab Bahadur titullarına sahib idi. Əli xan ailəsi, mülkləri (cəmi 300 kənd, Karnaldakı 60 kəndin cagiri də daxil olmaqla) həm Pəncab, həm də Muzaffarnagar'ın şərqində genişlənmiş bir neçə mülkədarlardan biri idi. Valideynləri Nawab Rüstəm Əli Xan və Mahmoodah Begum, Hindistanın Haryana, Karnal xaricində yerləşən şahzadələr ailəsində bir yerdə basdırılırlar. Liaquat Əli Xanın keçmiş şəxsi iqamətgahı, Uttar Pradeş'in Muzaffarnagar'ın Jansath Tehsil'də, atasının əmlakından təxminən 80 km məsafədə yerləşir və indi Uttar Pradesh hökuməti tərəfindən bir turist məkanı olaraq açılmağı düşünülür. Liaqatın babası Nəvab Əhməd Əli Xanın 1857-ci il üsyanı əsnasında İngilis ordusuna verdiyi dəstək (mənbə-Lepel Griffin'in Pəncab rəhbərləri Cild Birinci). Liaquat Əli Xanın anası Mahmoodah Begum, rəsmi təhsilə başlamazdan əvvəl evdə Quran və hədis dərslərini təşkil etdi. Ailəsinin İngiltərə hökuməti ilə güclü əlaqələri var idi. Ailəsinin hind müsəlman mütəfəkkiri və filosofu Seyid Əhməd Xana dərin hörməti var idi və atası gənc Liaqat Ali Xanın İngilis təhsil sistemində təhsil almasını istədi; buna görə ailəsi Əli xan məşhur hüquqşünas Aligarh Müsəlman Universitetinə (AMU) göndərdi, burada hüquq və siyasət elmləri aldı.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Ləyaqət hücrəsi (film, 2011)
Ləyaqət hücrəsi — rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən sənədli televiziya filmi. == Məzmun == Filmdə böyük Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Film ""Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik…", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" adlanan hissələrdən ibarətdir. Filmdə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İlham Rəhimli Quruluşçu rejissor: Tariyel Vəliyev Quruluşçu operator: Mətləb Yaqubov Rəssam: Rafael Əsədov Səs rejissoru: Ceyhun Ağayev Montaj: Yaqub Həsənov Assistentlər: Elnurə Kazımova, Gülnarə İlham, Mikayıl Əjdəroğlu, İsfəndiyar Nağıyev, Elşən Rafiqoğlu, Əliabbas Qasımov Geyim ustası: Reyhan Əliyeva İnzibatçı: Məlahət Əhməd Mətni oxuyanlar: Laləzar Mustafayeva, Elşən Rüstəmov Direktor: Sahib Heybətov === Rollarda === İlyas Əfəndiyev Timuçin Əfəndiyev Mətanət Atakişiyeva Elnur Hüseynov == İstinadlar == == Mənbə == Vahid, T. "Ləyaqət hücrəsi": [AzTV-də rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən eyniadlı sənədli televiziya filminin təqdimatı] //Mədəniyyət.- 2012.- 4 aprel.- S. 5.
Ləyaqət medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Leççe
Leççe, cənubi İtaliyanın Apuliya bölgəsində yerləşən və öz adını daşıyan Leççe rayonunun mərkəzi olan bir şəhərdir. Leççe, barokko stili memarlıq əsərlər baxımından olduqca zəngindir. Barokko stili memarlığın qızıl dövründə inşa edilən, günümüzdə iz buraxan memarlıq abidələri nümunələrini Leççedə görmək mümkündür. == Coğrafi mövqeyi == Leççe şəhəri ümumiyyətlə düzlük bir ərazi olan "Salento Ovası" nın orta-şimalında yerləşir. Selanto düzənliyi çox geniş bir düzlüktür və şimalında "Mürği platosu" və cənubunda "Salento Serre" platosu yerləşir. == Tarixi == Tarixi mifologiyaya görə Leççe şəhəri Troya müharibəsi dövründə "Mesapii" adlı bir İtalyan tayfası tərəfindən məskunlaşılan Sybar adlı bir şəhər idi. Sonra; İapyqes adlı digər bir İtalyan qövmünün əlinə keçdi, İ.Ö. 3. əsrdə antik Roma Respublikasının əlinə keçdi və şəhərə Romalılar tərəfindən Lupiae adı verildi. == Görməli yerlər == Qədim Roma Amfi Teatrı: İ.S.II əsrdə inşa olunub. Təxminən 25 min nəfər tutumu var idi.