Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəngərli
Kəngərlilər — Azərbaycanlı sülalə. Bu sülalədən olan tanınmış insanlar Ehsan xan Kəngərli — Çar-Rus ordusunda general-mayor Şeyxəli xan Kəngərli — Kəngərlilərin nümayəndəsi, hərbçi, Heydərqulu xan Kəngərli — Naxçıvan xanı Bəhruz Kəngərli — Azərbaycan rəssamı, boyakar və qrafik.Digər şəxslər Aqil Kəngərli — Azərbaycan şairi. Aşıq Əbülfəz Şahtaxtılı — Aşıq.Yaşayış məntəqələri Kəngərli rayonu — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidində rayon. Kəngərli maili düzənliyi Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Ağdam) — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Lahrud) — İranın Ərdəbil ostanının Meşginşəhr şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Qızıltəpə, Mardin) — Mardin ilinin Qızıltəpə ilçəsinə bağlı kənd.Oxşar Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qızıl Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Aqil Kəngərli
Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, d.1 sentyabr, 1972. Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. “Qızıl qələm”, “ Həsən bəy Zərdabi”, “Xəmsə” , “Xalqın nüfuzlu ziyalısı”, “Vicdanlı qələm” və. s. diplom və fəxri fərmanlarla təltif olunub. == Həyatı == 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949–cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995–ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir.
Bala Kəngərli
Bala Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Bala Kəngərli (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Böyük Kəngərli
Böyük Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Böyük Kəngərli oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Birinci komponent ərazinin sahəsinin genişliyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 638 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Böyükdüz (Kəngərli)
Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m.
Bəhruz Kəngərli
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. == Həyatı == === Erkən illəri === Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir.
Fikrət Kəngərli
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi == Həyatı == Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı. Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Govurqala (Kəngərli)
Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir. Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir. Abidənin sahəsi təqribən 2 hektardır. Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır. İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.Buradan tapılmış zəngin boyalı keramika nümunələri, silindrik möhürlər (e.ə.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kəngərli (Ağdam)
Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər. 1993-cü ilə kimi o tay Kəngərlidə təxminən 300-350 ev, bu tayda Şirvanlıda 25-30, Qaraağaclarda isə 60 ev var idi.
Kəngərli (Meşkinşəhr)
Kəngərli (fars. كنگرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 580 nəfər yaşayır (146 ailə).
Kəngərli (Salmas)
Kəngərli (fars. كنگرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,247 nəfər yaşayır (298 ailə).
Kəngərli (Tərtər)
Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonimlər peçeneqlərin tərkib hissəsi olan qədim türk mənşəli kəngərli tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, eramızın əvvəllərində Hündürlüyüların tərkibində Cənubi Qafqaz ərazisinə gəlmiş kəngərlər Azərbaycan ərazisində əsasən iki zonada — Naxçıvanda və Azərbaycanın qərbində məskunlaşmışlar. V əsrə aid mənbədə kəngərlərin Ermənistan-Albaniya sərhədində, Albaniyanın q. sərhədində və indiki Qukasyan (Ermənistan) ərazisində yaşamaları göstərilir. Kəngərlər Ermənistan ərazisindəki Kəngər dağları (hazırda Qukasyan rayonu ərazisində Kəngərdağ adlı dağ var) ətrafından Kür vadisinə — Kəngər əyalətinə gəlmişlər. VII əsr erməni mənbəyinə əsasən, İberiyada (güman ki, Albaniyanın Gürcüstanla sərhədində) Kəngər əyaləti olmuşdur. Erkən orta əsrlərdə həmin zonada yaşayan qazaxların tayfa birliyinə kəngərli tirəsi də daxil idi.
Kəngərli FK
"Kəngərli" — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Kəngərli eli
Kəngərli eli — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir. Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu. == Elin oymaqları == Kəngərli eli bir çox qollara bölünmüşdü.
Kəngərli rayonu
Kəngərli rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır. Dərələyəz silsiləsinin rayonun ən yüksək dağ zirvələri: Keçəltəpə(2744 m ), Qaraquş (2600 m ), Anabadgədik dağı (2081 m ), Qabıllı (1125 m ), Xok (1063 m ), Tənənəm dağı (1007 m ), Tazıuçan dağı (935 m ), Binədüz dağı (885 m ) Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəgdaşı və travertin yataqları vardır.Şahtaxtı-Xok daş karxanaları burada yerləşir. == Toponimi == Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir. Aral dənizi ilə Balqaş gölü arasında türk əsilli Kang (Kəng) dövləti mövcud olmuşdur.
Kəngərli süvariləri
Kəngərli süvariləri — 1828-1856-cı illərdə rus ordusunda kəngərlilərdən ibarət ordu birliyidir. Naxçıvanlı Ehsan xanın başçılığı altında Rusiya-Osmanlı müharibəsində iştirak etmişdilər. == Tarixi == Bəylər ordu birliyini idarə etmək üçün epaulet, naib və vəkillərdən istifadə edirdilər. 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsində müasir Türkiyə ərazisində yerləşən Oltu qalasının alınmasında iştirak etmişdilər. 1830-cu illərdə 350 süvaridən ibarət birlik döyüşə hazır vəziyyətdə saxlanılırdı və ordunun saxlanması üçün ləğv edilmiş Naxçıvan xanlığı ərazisindən 8400 rubl yığılırdı. 1837-ci ildə Ehsan xanın qardaşı Fərəculla bəyin başçılıq etdiyi yüzlərlə kəngərli süvarisi dünyanın sonunun gəlməsi ilə bağlı söhbətlər aparan Molla Məmməd Sadığı həbs etdi. 5 oktyabr 1837-ci ildə, Qafqaza səyahət zamanı Rusiya imperatoru Nikolay Kəngərli süvarilərini seyr etdi və onları "müqayisəolunmaz" adlandırdı. Azərbaycanlı tarixçi Fərhad Nağdəliyev hesab edir ki, Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir. 1850-ci ildə əvvəllər hərbi idarəyə tabe olan Kəngərli süvari dəstəsi mülki rəhbərliyə verildi və Naxçıvan qəzasında polis, sərhəd və gömrük-karantin keşikçisi vəzifələrini icra etməyə başladı. Krım müharibəsi zamanı kəngərli süvariləri Qafqaz cəbhəsində fəaliyyət göstərirdilər.
Məhəmməd Kəngərli
Məhəmməd Kəngərli (10 yanvar 1914, Şuşa – 17 avqust 2006, Ankara) — Azərbaycan Milli Mərkəzinin rəhbəri mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi. 14 yaşından etibarən Müsavat partiyasının Gənc Azər təşkilatının üzvü olub. 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edib. Daha sonra II Dünya Müharibəsində almanlar tərəfindən əsir götürülən o Azərbaycan legionunda hərbi həkim vəzifəsində xidmət edib. == Həyatı və fəaliyyəti == Məhəmməd Kəngərli 1914-cü ilin yanvarın 10-da Şuşada anadan olub. 1928-ci ildə 14 yaşında ikən Müsavat partiyasının Gənc Azər təşkilatına üzv olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakültəsinin rus bölməsinə daxil olmuş, daha sonra isə Leninqrad Hərbi Akademiyasına daxil olaraq 1939-cu ildə də oranı bitirmişdir. Akademiyanı bitirdikdən sonra SSRİ-Finlandiya müharibəsində hərbi həkim kimi iştirak edib. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, “Qırmızı Ulduz“ ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar inşaatçısı” fəxri adına layiq görülmüş, memar, pedaqoq. == Həyatı və yaradıcılığı == Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova “Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar” kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Qarabağlar (Kəngərli)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Salahlı Kəngərli
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17 km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3 km. şərqdə, Qarabağ düzündə yerləşir. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə alınsa ki, Şirvanlı və Qaraqaşlı (bu kəndi Qaraağaclı da adlandırırlar) kəndləri də əvvəllər (1963-cü ilə qədərki dövrdə) Kəngərli adlanıb, onda demək olar ki, Ağdam rayonunda beş Kəngərli kəndi var.
Qulu Kəngərli
Qulu Kəngərli (d. 5 yanvar 1957, Dərələyəz mahalı, Sallı) — Azərbaycan jurnalisti. == Həyatı == Qulu Kəngərli 1957-ci il yanvar ayının 5-də Dərələyəzin Sallı kəndində anadan olmuşdur. 1979-83-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının özbək diliinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı Qulu Kəngərli 1990-cı il 20 yanvar faciəsindən sonra “Şəhidlər”,”Şəhidlər-2” bukletlərini hazırlayıb və çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qara yanvar şəhidləri” kitabı çap edilib və böyük populyarlıq qazanıb. Bundan sonra “Erməni lobbisi:Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi ilə “Sürgün” sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab isə hazırdır və çapını gözləyir.
Qızıl Kəngərli
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. == Təltif və mükafatları == SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı == Kitabları == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Təzəkənd (Kəngərli)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. === Tarixi abidələri === Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Mədəniyyəti == Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. == Əhalisi == Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) == Şəxsiyyətlər == Səfərəli Babayev == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Ləngərud
Ləngərud — İranın Gilan ostanında yerləşən şəhər..Ləngərud şəhərinin əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Qənbərli
Qənbərli — soyad. Qənbər Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Taleh Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elton Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehdi Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əli Qənbərli — Azərbaycanın maarif xadimi.DigərQənbərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Zərgərli
Zərgərli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub. == Coğrafiyası və iqlimi == Kəndin rayon mərkəzi ilə arası 17 km-dır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir.
Ələsgərli
Ələsgərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Almaz Ələsgərli — Azərbaycan müğənnisi. Nüşabə Ələsgərli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti. Müşfiq Ələsgərli — Jurnalistlərin Həmkarlar İttifaqının sədri Ələsgər Ələsgərli — “XXI əsr Türkiyə İnstitutu”nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri.Kəndlər Ələsgərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Ələsgərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Ələsgərli (Füzuli) — Azərbaycanın Füzuli rayonunun inzibat ərazi vahidində kənd.